Biznesinizi böyütmək arzunuzu Kapital Bank-la gerçəkləşdirin

posted in: Xəbər | 0

Biznesinizi böyütmək arzunuzu Kapital Bank-la gerçəkləşdirinKapital Bank sahibkarlar üçün mikrobiznes kreditləri üzrə kampaniya keçirir. Kampaniya çərçivəsində 100 000 manatadək mikrokrediti 3 ilədək müddətə illik 15%-dən başlayan şərtlərlə əldə etmək mümkündür.

Təklifdən yararlanmaq üçün vaxt itirmədən Birbank Biznes saytı üzərindən onlayn kredit müraciəti edə bilərsiniz. Kampaniya 8 sentyabr 2023-cü il tarixinədək edilən kredit müraciətlərinə şamil olunur. Kampaniya haqqında ətraflı məlumat və onlayn sifariş üçün: https://bir.bank/bbmbpr.

Qeyd edək ki, Birbank Biznes-də sahibkarların hər gün istifadə etdiyi bir sıra xidmətlər var:

  • Biznes bank hesablarının açılması;
  • Təcili köçürmələr, milli və xarici valyutada köçürmələr;
  • Nağdsız ödənişlər;
  • Əməkhaqqı və biznes kartların sifarişi, çatdırılması və onlara mədaxil;
  • POS-terminal sifarişi, POS əməliyyatlarının onlayn izlənilməsi və çıxarışların əldə olunması;
  • Cari və kart hesabından QR-nağdlaşdırma;
  • Sənəd dövriyyəsi və sənədlərin kütləvi imzalanması;
  • Biznes krediti və bank qarantiyası;
  • Mobil POS, e-ticarət və “Kliklə ödə” xidmətləri;
  • Özəl tarif paketləri, gömrük kredit kartı və s.

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə dəstək göstərilir.

Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçünhttps://birbank.businesssaytına keçid alın və ya 896 məlumat mərkəzinə zəng edin.


Hamiləliyə və doğuşa görə sosial məzuniyyət

posted in: Xəbər | 0

Nəyə görə “dekret pulu”?

Hamiləliyə və doğuşa görə sosial məzuniyyət üçün hesablanan məbləği bəzən “dekret pulu” da adlandıranlar var. Səbəbi bizim tariximizlə bağlıdır. Belə ki, Azərbaycan yaxın keçmişdə SSRİ-nin tərkibində idi, bu kimi məsələlər mərkəzləşmiş qanunlarla idarə olunurdu. SSRİ-də bu məzuniyyət növü 1917-ci ildə qəbul edilmiş dekretlə (dekret – fərman, hüquqi akt) meydana çıxmışdı. Sonradan “analıq məzuniyyəti” kimi də ifadə edilən “dekretdə olmaq” hüquqi anlayış kimi artıq mövcud deyil, əvəzində artıq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 125-ci maddəsi ilə tənzimlənən  “hamiləliyə və doğuşa görə məzuniyyətlər” anlayışı var.

Hamiləlik və doğuşa görə məzuniyyət sosial məzuniyyət növünə aiddir, işçiyə analıq və uşağa qulluq üçün əlverişli şərait yaratmaq məqsədi ilə verilir. İşəgötürən iş müddətindən, yerindən və növündən, fəaliyyətinin təşkilatı-hüquqi formasından asılı olmayaraq aşağıdakı işçilərə bu məzuniyyəti verməyə borcludur:

  • hamilə qadınlara;
  • iki ayadək uşağı övladlığa götürən qadınlara;
  • iki ayadək uşağı övladlığa götürmədən böyüdən qadınlara.

İşçiyə müavinətlərin verilməsi üçün əsas şərt  6 aydan az olmayan sosial sığorta stajının mövcudluğudur.

Hamiləliyə və doğuşa görə məzuniyyətin müddəti

Hamiləlik və doğuma görə məzuniyyət əmək müqaviləsi üzrə işləyən bütün qadınlara xəstəlik vərəqəsi əsasında verilir. Sosial məzuniyyətin müddətinə aşağıdakı amillər təsir edir:

  • onların hansı sahədə işləməsi;
  • doğuşun çətinlik səviyyəsi;
  • doğulmuş uşaqların sayı.

İşləyən qadınlar üçün hamiləlik və doğuşa görə məzuniyyətin müddəti 126 təqvim günü təyin edilməklə, doğuşdan əvvəl və sonrakı dövrü əhatə edir. Bu halda ödənişli məzuniyyətin müddəti:

  • doğuşdan əvvəl 70;
  • doğuşdan sonra 56 təqvim günü kimi müəyyən edilir.

Doğuşun çətin olması, iki, yaxud daha çox uşağın doğulması hamiləlik və doğuma görə məzuniyyətin müddətinə təsir edə bilər. Bu halda doğuşdan sonrakı müddət artaraq 70 təqvim günü müəyyən edilir və qadınlara ümumilikdə 140 günlük hamiləlik və doğuşa görə məzuniyyət verilir.

Müəyyən halda məzuniyyətin müddəti arta da bilər, belə ki, doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır. Belə uzadılma məzuniyyətin doğuşdan sonrakı hissəsinə təsir etmir, yəni sonrakı hissə qısaldılmır.

Həmçinin doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə uşağının doğulması ilə bağlı kişilərə cəmi 14 təqvim günü müddətində, tibb müəssisəsinin arayışı əsasında, ödənişli məzuniyyət verilir.

Doğumdan sonrakı 56 günlük məzuniyyətdən istifadə hüququ, həm də 2 aylıq yaş həddinə qədər uşaqları övladlığa qəbul edən, həm də  övladlığa götürmədən uşaq böyüdən qadınlara da şamil edilir. Bundan əlavə, ƏM-nin 126-cı maddəsi üzrə həmin qadınlar əlavə məzuniyyətlərdən, (ƏM maddə 117) həmçinin, qismən ödənişli sosial məzuniyyətlərdən də (ƏM maddə 127) istifadə edə bilərlər.

Kənd təsərrüfatı sahəsində çalışanlar üçün müddətlər

Hamiləlik və doğuşa görə məzuniyyətin müddəti kənd təsərrüfatı istehsalında çalışanlar üçün fərqlidir, daha doğrusu, çoxdur. Bu isə həmin sahədə işin daha ağır, çətin olması, qadınların daha çox fiziki əməyə cəlb olunması ilə bağlıdır.

Kənd təsərrüfatı istehsalında çalışan qadınlar dedikdə südçülük, atçılıq, pambıqçılıq, üzümçülük, taxılçılıq, tütünçülük, meyvəçilik, qoyunçuluq, maldarlıq və s. kimi işlərdə çalışan qadınlar nəzərdə tutulur. Bu qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı təqvim günləri qədər təyin olunur.

Doğuş normal şəraitdə keçdikdə 140, bundan:

  • doğuma qədər 70;
  • doğumdan sonra 70 təqvim günü.

Doğuş çətin keçdiyi zaman 156, bundan:

  • doğuma qədər 70;
  • doğumdan sonra 86 təqvim günü.

Uşağın sayı 2, yaxud daha çox olduqda 180, bundan:

  • doğuma qədər 70;
  • doğumdan sonra 110 təqvim günlük məzuniyyətlərin verilməsi təmin olunur.

Sosial məzuniyyət üçün ödənişlərin hesablanması

İşçinin təqdim etdiyi xəstəlik vərəqəsi hamiləliyə və doğuşa görə məzuniyyətin verilməsi üçün əsasdır. Məzuniyyət üçün müavinət onun əsasında təyin olunur və DSMF hesabına ödənilir. Qeyd etdiyimiz kimi, ödəniş üçün 6 aydan az olmayan sosial sığorta stajının mövcudluğu əsas şərtdir. Müavinətin aylıq məbləği əmək pensiyasının minimum məbləğinin 25 mislindən çox olmamalıdır.

Hamiləlik və doğuma görə xəstəlik vərəqinin ön hissəsi müvafiq səhiyyə müəssisəsi, arxa hissəsi isə işçinin iş yerində doldurulur. İşçi xəstəlik vərəqəsini təqdim edərkən tam doldurulması, tərtibatı və orada göstərilən məlumatların düzgünlüyü yoxlanılır (məsələn, işçinin adı, soyadı, atasının adı, iş yeri, sənədi verən səhiyyə müəssisəsi və həkimin adı, uyğun möhürlər və sair).

Xəstəlik vərəqinin arxa hissəsındə sosial məzuniyyətin verilməsi önəmli məlumatlar əks olunur. Həmin hissəni işəgötürənin müxtəlif səlahiyyətli əməkdaşları (tabelçi, kadrlarla iş şöbəsinin əməkdaşı, müavinət komissiyası, mühasibatlıq əməldaşı) doldurur. Buradakı məlumatlara aşağıdakılar nümunə göstərilə bilər:

  • müəssisənin adı;
  • işçinin tutduğu vəzifə;
  • əmək müqaviləsinin forması;
  • ümumi əmək stajı;
  • müavinət komissiyasının protokolunun nömrəsi;
  • əməkhaqqı məlumatları və sair.

Hamiləliyə və doğuşa görə müavinətin alınması üçün müdiriyyətin müavinət təyin edən komissiyasına işəgötürənin uyğun əmrindən (sərəncamdan) çıxarış təqdim olunmalıdır.

Sosial məzuniyyət üçün müavinətin alınması üçün aşağıda qeyd edilən sənədlər toplanaraq işəgötürən tərəfindən DSMF-na təqdim edilməlidir:

  • xəstəlik vərəqəsinin sürəti;
  • protokol;
  • işə qəbul əmrindən çıxarış;
  • haqq-hesab cədvəli;
  • DSMF-na məktub.

Sənədlərin təqdim edilməsi və müavinətin təyin olunması üçün hesablamalar elektron hökumət portalının müvafiq xidməti vasitəsi ilə aparılır. Hamiləlik və doğuma görə müavinətin təyin edilməsi və ödənilməsi haqqında buradan da məlumat ala bilərsiniz.

Hamiləlik və doğuşa görə müavinət işçinin gündəlik qazancının 100 faizii mıqdarında müəyyən edilir və müraciət müddətini məhdudlaşdırmadan ödənilir. Gündəlik müavinət məbləği məzuniyyət müddətindəki iş günlərinə vurularaq müavinətin ümumi məbləğinin hesablanması həyata keçirilir.

Əgər işçinin sosial məzuniyyətdə olduğu müddətdə onun vəzifə maaşında dəyişiklik olarsa, təyin olunmuş müavinət artım nəzərə alınmaqla yenidən hesablanır. Hamiləlik və doğuma görə müavinətin hesablanması qaydası haqqında buradan ətraflı məlumat almaq olar.

Hamiləliyə və doğuşa görə məzuniyyətin müddəti  həm əmək məzuniyyəti, həm də qismən ödənişli məzuniyyətlə (həmçinin ödənişsiz məzuniyyətlə) üst-üstə düşərsə, xəstəlik vərəqəsi əsasında məzuniyyətin bütün günləri üçün müavinət verilir.

Biznesmen ilə sahibkar arasında hansı fərqlər var?

posted in: Məqalə, Xəbər | 0

Biznesmen və sahibkarBiznesmen əvvəlcədən müəyyən edilmiş yolla gedir, sahibkar isə digər iş adamları üçün bələdçilik etməklə, öz yoluna inanır. İnsanların əksəriyyəti səhvən “biznesmen” və “sahibkar” terminlərinin eyni məna daşıdığına inanırlar, bu səbəbdən həmin terminlərdən sinonim kimi istifadə edirlər.

Biznesmen – bu, qeyri-orijinal biznes ideyasını həyata keçirərək, biznes-ideyaya rəhbərlik edən bir insandır. Bunun əksinə olaraq, sahibkar ilk dəfə məhsul və ya biznes ideyasını irəli sürən və nəticə etibarilə bazar lideri olan şəxsdir.

Nəhayət sonda, sahibkar da biznesmen olur, amma, yenə də fərq var. Qeyri-peşəkarlar üçün hətta terminlər də eyni cür səslənəcək, lakin onların arasında incə bir xətt vardır ki, sahibkar həmişə bazar lideri, biznesmen isə bazar oyunçusu olur. Bu yazıda biznesmen ilə sahibkar arasındakı fərqi öyrənməyə kömək edəcəyik.

Biznesmenin tərifi

Kommersiya və sənaye məqsədləri ilə bağlı hər hansı fəaliyyətlə məşğul olan şəxs biznesmen adlanır. O, öz biznesinə bazarın yeni iştirakçısı kimi, mövcud biznes üzərindən başlayır. İdeyaların orijinallığına gəldikdə isə, biznesmenlərin əksəriyyəti böyük tələbat olan və ya unikallıqdan asılı olmayaraq, onlara böyük gəlir gətirə biləcək biznes növünü seçirlər.

Biznesmen sərt rəqabətlə üzləşir, çünki bazarda eyni biznes növü ilə məşğul olan yüzlərlə rəqib var. O, rəqibləri tərəfindən sınanılmış yolla getdiyindən risk amili çox aşağıdır. O səbəbdən uğursuzluq şansı da yüksək deyil.

Sahibkarın təsərrüfat fəaliyyəti zamanı əsas məqsədi insan, maliyyə və intellektual resurslardan istifadə etməklə gəlir əldə etməkdir. Buna görə müştərilər iş adamı tərəfindən biznesin kralı kimi qəbul edilir.

Sahibkarın tərifi

Sahibkar biznes qurmaq üçün unikal ideya və ya konsepsiya ilə çıxış edən və onu həyata keçirən şəxsdir. O, biznesdə riskləri və qeyri-müəyyənlikləri daşıyan bir insandır. Sahibkar tərəfindən yaradılan müəssisə startap şirkəti kimi tanınır və bu, ideyaya, yeniliklərin tətbiqinə və ya biznes prosesinə münasibətdə ilk dəfə formalaşır.

Sonradan rəqiblərin nə qədər gəlməsindən asılı olmayaraq, o, həmişə bazarda liderlik edir və onun vəziyyəti toxunulmaz qalır.

İqtisadiyyatda sahibkar digər üç istehsal amilini, yəni torpaq, əmək və kapitalı birləşdirən və səfərbər edən ən mühüm istehsal amili kimi görünür. Yekunda həmin sahibkarlar biznesmenlər olurlar.

Sahibkarlar həm də öz yaradıcılıqları ilə tanınırlar. Onlar innovasiyaları yeniləşdirir və resursları əlaqələndirirlər. Onlar dünyanı dəyişdirən məhsul və xidmətlər təklif edirlər.

Belə sahibkarlara bir neçə real nümunəni təqdim edək. Bill Geyts (Microsft şirkətinin qurucusu), Mark Zukerberg (Facebook şirkətinin həmtəsisçisi), Larri Peyc (Google şirkətinin həmtəsisçisi), Stiv Cobs (Apple şirkətinin həmtəsisçisi) və başqaları.

Biznesmen və sahibkar arasında başlıca fərqlər

  1. Özünün unikal ideyasını startap idarəçiliyinə çevirən şəxs sahibkar kimi tanınır. Biznesmen – bu, biznesini köhnə konsepsiya və ya ideya üzərində quran adamdır.
  2. Biznesmen öz zəhməti və fədakarlığı sayəsində bazarda öz yerini tutur, sahibkar isə özünün şəxsi biznesi üçün bazar yaradır.
  3. Biznesmen bazar iştirakçısıdır, sahibkar isə bazarın lideridir, çünki o, belə bir müəssisəni birinci olaraq işə salıb.
  4. Xarakterinə görə biznesmen gəlir-çıxarını biləndir, lakin, sahibkar intuitiv bir şəxsdir.
  5. Biznesmen digər biznesmenlərin yolu ilə getdiyindən, onun uğuкsuzluq ehtimalı çox kiçikdir, sahibkar ilə vəziyyətdə isə bunun tam əksidir.
  6. Biznesmen biznesin aparılmasında ənənəvi yollardan istifadə edir. Sahibkar isə əksinə, bundan ötrü qeyri-ənənəvi üsullardan istifadə edir.
  7. Biznesmen gəlirə köklənir, amma, sahibkar mahiyyət etibarilə insanlara köklənir, o, öz əməkdaşlarına, müştərilərə və cəmiyyətə böyük dəyər verir.
  8. Biznesmen kəskin rəqabətlə üzləşir, çünki mövcud bazarda rəqabətyönümlü mövqe qazanmaq çox çətindir, sahibkarın isə belə bir dərdi olmur.

Nəticə

Biznesmen – biznesmendir, amma, sahibkar – o, eyni zamanda təşkilatçıdır, riskə gedəndir, həm də menecerdir. Birinci rəqabətə fokuslanır, ikinci isə bütün resursların koordinasiyasına və əməkdaşlığına diqqət yetirir.


İlk fond birjası harada yaradılıb?


Fəaliyyətini bərpa edən vergi ödəyiciləri uyğunsuzluqdan necə yan keçə bilərlər?

posted in: Xəbər | 0

vergi ödəyiciləriTəcrübədə əvvələr fəaliyyəti olmuş, sonradan fəaliyyəti dayandırılmış vergi ödəyicilərinin cari vergi ilində bərpa edilmiş fəaliyyəti zamanı müəyyən uyğunsuzluq məktubları daxil olur. Sərbəst auditor Altay Cəfərov bu hallarda sahibkarların necə davranmalı olduğunu misal əsasında izah edir.

Misal: “AA” MMC icarə fəaliyyəti ilə məşğuldur. Əvvəllər mənfəət vergisi ödəyicisi olmuş MMC 2022-ci ilin ortalarında fəaliyyətini dayandırıb. Həmçinin, 2023-cü ilin ikinci rübündə, daha dəqiq, iyun ayında fəaliyyətini bərpa edib və yenidən icarə fəaliyyətini davam etdirib. Belə durumlarda, bir çox hallarda vergi orqanlarından MMC-nin sadələşdirilmiş bəyannamənin təqdim edilməsi haqqında uyğunsuzluqlar daxil ola bilər.

Bu zaman, aşağıdakı istiqamətdə açıqlamalar təqdim etməlidir.

  • MMC-nin fəaliyyətinin daşınmaz əmlakın icarəyə verilməsindən ibarət olduğunu və hər hansı bir sadələşdirilmiş vergi hesabatının verilməsi öhdəliyinin olmaması bildirilməlidir.
  • Belə ki, Vergi Məcəlləsinin 151.5.1.-ci maddəsində göstərilib ki, əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyicilərinin mənfəət və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla bu Məcəllə ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanır.
  • Maddədən də aydın olur ki, “AA” MMC mənfəət vergisi ödəyicisi olaraq cari mənfəət vergisi arayışını təqdim etməlidir və cəmiyyət hökmən cari mənfəət vergisi arayışını 151.5.-ci maddəyə əsasən vergi orqanlarına göndərməlidir. Bundan əlavə, Vergi Məcəlləsinin 218.2.-ci və 218.5.-ci maddələrində qeyd edilib.

Məcəllənin 218.2-ci maddəsinə görə, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir.

Maddədən aydın olur ki, sadələşdirilmiş vergi ödəyicisi olmaq üçün aprel ayının 20-nə kimi vergi orqanlarına ya məlumat verməlidir, ya da sadələşdirilmiş vergi bəyannaməsini təqdim etməlidir.

Ümumiyyətlə, MMC-nin yanvar-iyun ayına kimi heç bir fəaliyyətinin olmaması qeyd edilməlidir. Fəaliyyəti tam dayanıb və ona görə də heç bir sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməyib.

Bundan əlavə, Vergi Məcəlləsinin 218.5-ci maddəsinə əsasən, aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur:

  • Əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər;

Bu maddələrdən də görünür ki, əmlakın icarəyə verilməsi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Ona görə də “AA” MMC sadələşdirilmiş vergi ödəyicisi olmalı deyil.

Nəticə olaraq görünür ki, MMC sadələşdirilmiş vergi ödəyicisi deyil, sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmək öhdəliyi də yoxdur.

Vergi orqanlarına yuxarıdakı istiqamətdə açıqlamalar verildikdə uyğunsuzluqlar aradan qalxacaq. Eyni zamanda, bu cür uyğunsuzluqların gələcəkdə də baş verməməsi məqsədilə vergi ödəyicilərinin sadələşdirilmiş vergi ödəyicisi kimi mükəlləfiyyətinin ləğv edilməsi haqqında vergi orqanına müraciət edilməsi tövsiyə olunur.


1 505 506 507 508 509 510 511 2. 690