Vahid bəyannaməni Dövlət Vergi Xidməti tərtib edəcək

posted in: Xəbər | 0

vahid bəyannamənin doldurulması, vahid bəyannamə, Elektron xidmət, bank məlumatları, vergi güzəşti, malların alışı, vergi cinayətləri ilə mübarizə, Əmlak vergisi hesablanması, bəyannamələrin tərtib olunması, vergi orqanı müraciət, vöen bağlanması,Gələcəkdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vahid bəyannamənin müxtəlif qurumların məlumat bazaları əsasında doldurulmasını və vergi ödəyicisinə təqdim edilməsini planlaşdırır.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət İdarəsinin rəisi Nigar Vahabzadə “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

N. Vahabzadənin sözlərinə görə, bütün bunlar atılacaq innovativ addımlar çərçivəsində mümkün olacaq: “Ölkə üzrə bir çox dövlət qurumlarının, həmçinin Dövlət Vergi Xidmətinin məlumat bazaları çox genişdir. Biz məhz bu bazalar əsasında vahid bəyannaməni özümüz doldurmağı planlaşdırırıq. Bu zaman vergi ödəyicisi mühasibdən istifadə etməmək kimi işlərə sərf edəcəyi vaxta qənaət edəcək”.

O qeyd edib ki, bu, həm də vergi ödəyicisinin maliyyə xərclərini azaldacaq: “Həmçinin, bizdə olan məlumatlar daha dəqiqdir. Vergi ödəyicisi məlumatları mütəmadi olaraq görəcək və orada hər hansı dəyişiklik varsa onu dəyişməyə məcburdur. Xidmət daha tez məlumat əldə edəcək və nəticədə vergi ödəyicisi də çətinliyə düşməyəcək, xidmət mərkəzlərinə kütləvi müraciətlər azalacaq”.

Mənbə: report.az


Kimlərə şəhid ailəsi kimi vergi güzəşti tətbiq olunur?

posted in: Xəbər | 0

Vergi Məcəlləsindəvergi güzəşti, qeyri-maddi aktivlər, Gəlirdən çıxılan xərclər edilmiş dəyişikliyə əsasən, şəhid ailələrinə münasibətdə vergi güzəşti nəzərdə tutulub. Atam 1-ci Qarabağ müharibəsi zamanı şəhid olub. Mən dövlət qulluqçusuyam. Bilmək istərdim, yuxarıda qeyd olunanlar nəzərə alınaraq əməkhaqqıma münasibətdə hər hansı azadolma tətbiq edilməlidirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.

Beləliklə, muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinizə 800 manat məbləğində azadolma tətbiq ediləcək.

Əsas: Vergi Məcəlləsinin 102.1-1-ci maddəsi.

Mənbə: vergiler.az


İdxalı ƏDV-dən azad olunan əsas vəsaitlərin Siyahısı təsdiqlənib

posted in: Xəbər | 0

“İdxalı əlavə dəyər vergisindən azad olunan əsas vəsaitlərin Siyahısı”nın təsdiq edilməsi haqqında

ƏDV-dən azad olunan əsas vəsaitlər

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 677-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 21 mart tarixli 969 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1946 nömrəli Fərmanının 2.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “İdxalı əlavə dəyər vergisindən azad olunan əsas vəsaitlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahının 71-ci hissəsi bu Qərar tətbiq edildiyi tarixədək ölkəyə gətirilən və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi proseduru altında yerləşdirilən əsas vəsaitlərə münasibətdə də tətbiq olunur.
  3. Bu Qərar 2023-cü il 1 yanvar tarixindən tətbiq edilir.

Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 5 sentyabr 2023-cü il

Siyahıya nəzər yetirmək üçün faylı yükləyin 

Mənbə: nk.gov.az


Azərbaycanda yol vergisinin hesablanmasında dəyişiklik edildi

posted in: Xəbər | 0

Azərbaycanda xarici qeydiyyatı olan nəqliyyat vasitələri üçün yol vergisinin hesablanmasında dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”na dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Qərara əsasən, yol vergisinin hesablamasında bunlar istifadə ediləcək:

  • avtonəqliyyat vasitələrinin növü, mühərrikin həcmi və Azərbaycanın ərazisində qaldığı müddət;
  • oturacaq yerlərinin sayı və Azərbaycan Respublikasının ərazisində qaldığı müddət;
  • avtonəqliyyat vasitələrinin oxlarının sayı və Azərbaycan ərazisində qaldığı müddət;
  • avtonəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi;
  • Azərbaycan Respublikasının ərazisində qət edilən məsafə.

Mənbə: report.az


 

1 501 502 503 504 505 506 507 2. 690