6 ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir

posted in: Xəbər | 0

əmək müqavilələrinin sayı, müqavilə şərtləri, icarə müqaviləsi, Maddi məsuliyyət müqaviləsi, Əvəzçilik qaydasında əmək müqaviləsi, əmək müqaviləsi, xidməti müqavilələrin bağlanması, müddətli əmək müqaviləsi,Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində sınaq müddətinə dair norma müəyyənləşir. Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsində əksini tapıb.

Əmək Məcəlləsinə əsasən, sınaq müddəti müəyyən edilməyən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər.

Qüvvədə olan Əmək Məcəlləsinə görə, sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Layihəyə əsasən, altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu 3 ay sınaq müddəti təyin ediləcək.

Qeyd edək ki, Əmək Məcəlləsinə görə əmək müqaviləsi bağlanılarkən sınaq müddəti yaşı 18-dən az olan şəxslərlə, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə, təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə və iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda müəyyən edilmir.

Mənbə: apa.az


Hansı halda vergi orqanı malların dəyərini düsturla hesablayır?

posted in: Xəbər | 0

malların dəyəri, Vergi Məcəlləsində dəyişiklik, cərimələr, sanksiyalar, maliyyə sanksiyası, mədən vergisi üzrə maliyyə sanksiyası, borcların silinməsi, Azərbaycan Vergi Məcəlləsi, gəlir vergisindən azad, əməkhaqqıdan tutulan vergi, vergi güzəşti, maliyyə sanksiyaları və faizlər, Vergi Məcəlləsi, Vergi Məcəlləsində maliyyə sanksiyaları, ƏDV, Qeyri-rezident şəxslər, Sahibkarlıq subyektləri, Sahibkarlıq subyektlərinin təsnifatı, təkrarsığortalanmış əsas vəsaitlər, Məlumatların üzləşdirilməsi, kameral vergi məktubları, Aksiz vergisi, Vergi Məcəlləsində dəyişikliklər, vergi məcəlləsi, Azərbaycan Vergi Məcəlləsi,1 yanvar 2022-ci ildə Vergi Məcəlləsinin 58.16-cı maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:

“Alışı bu Məcəllə ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən malların təqdim edilməsinə dair tərtib edilmiş elektron qaimə-fakturalarda mallar barədə məlumatlar, o cümlədən malın adı dəqiq göstərilmədikdə, həmin malların alışı ilə bağlı çəkilən xərclərin dəyəri təqdim edilən malların dəyərinin 1,2-yə bölünməsi yolu ilə alınan dəyər kimi müəyyən edilir.”

İqtisadçı ekspert Anar Bayramov qanunvericilikdəki bu dəyişikliyi şərh edir.

Malların alış dəyərini hesablamaq üçün, maddədə diqqətçəkən bir çox məqam var.

Birinci məqam: Düsturun tətbiqi üçün əsas həmin malların Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada mədaxilinin rəsmi qaydada aparılmamasıdır. Yəni, vergi nəzarəti tədbirlərində həmin malların alışı zamanı sənədlərdə düzgün rəsmiləşdirmə aparıldığı, amma təqdimetmədə problemlərin mövcud olduğu üzə çıxarsa, o zaman malların dəyərinin 1,2-yə bölünməsini nəzərdə tutan düsturdan istifadə edilmir.

İkinci məqam: Malların təqdim olunmasına dair tərtib edilmiş elektron qaimə-fakturalarda mallar barədə məlumatlar, o cümlədən malın adı dəqiq göstərilmədikdə düsturdan istifadə edilmir. Misal üçün, malların təqdim edilməsi zamanı bənzər adlardan istifadə edildiyi halda malların dəyərinin 1,2-yə bölünməsi düsturundan istifadə tətbiq olunmur.

Üçüncü məqam: Düsturdan istifadədə məqsəd malların alış qiymətini müəyyənləşdirməkdir. Yəni, vergi orqanı təqdimetmə ilə bağlı məlumata malik olsa da həmin malların alış dəyərini müəyyənləşdirməlidir ki, həmin qiymətə maliyyə sanksiyası tətbiq etsin.

Dördüncü məqam: Düstur vasitəsilə hesablama yalnız Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə – malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmaması halında deyil, həmçinin Vergi Məcəlləsinin 58.8.3-cü maddəsi ila tənzimlənən Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadığı hallarda tətbiq edilir.

Beşinci məqam təqdim edilən malların ümumi dəyərinin ekspert və mütəxəssisin rəyi əsasında müəyyənləşdirmək mümkün olmaması ilə bağlıdır. Yəni, dəvət edilən ekspet və mütəxəsis malların adının konkret olmadığı üçün təqdim olunan mallar üzrə bazar araşdırması və digər fəaliyyət həyata keçirə bilməyəcək.

İndi isə misallar üzərində maliyyə sanksiyalarını hesablayaq.

Misal 1: Vergi orqanının keçirdiyi vergi nəzarəti tədbirləri aşkar edib ki, vergi ödəyicisi 40.000 manatlıq malın təqdim edilməsi zamanı ad hissəsində sadəcə “məişət texnikası” qeyd edib. Vergi orqanı alış sənədləri olmadığı üçün “məişət texnikası” adı altında hansı malların satılmasını müəyyən edə bilmir. O zaman malların alış dəyərini hesablamaq üçün təqdim edilən malların dəyərinin 1,2-yə bölünməsini həyata keçirir. Hesablamalara əsasən, malların alış dəyəri – 33 333,33 manat götürülərək maliyyə sanksiyası tətbiq edilir.

Misal 2: Vergi ödəyicisinin təqdim etdiyi məlumatlara əsasən yoxlama dövrü ərzində “meyvə-tərəvəz” adı altında 24.000 manatlıq mal təqdim edilib. Vergi orqanı həmin malların alış dəyərini müəyyən etmək üçün mütəxəssis dəvət edə bilmir. Çünki vergi ödəyicisinin konkret hansı meyvələri (alma, armud və s.) təqdim etməsi haqqında informasiya yoxdur. Bu zaman vergi orqanı maliyyə sanksiyası tətbiq etmək üçün malların təqdim edilmiş məbləğinin 1,2-yə bölünməsini həyata keçirir:

24000 : 1,2 = 20000 manat.

Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı | vergiler.az


İdxalçı şirkətlərdə avans probleminə hüquqi baxış

posted in: Xəbər | 0

hüquqi baxış, idxalçı şirkətlər, xarici valyuta, avans,Sahibkarlıq hüququnun mənbəyi

Azad sahibkarlıq hüququ Azərbaycan Konstitusiyası ilə təsbit edilib (II bölmə, 59-cu maddə). Bu o deməkdir ki, hər kəsin öz imkan, qabiliyyət və əmlakından sərbəst istifadə etməklə:

  • azad sahibkarlıqla, yaxud;
  • digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququ var.

Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin əsasları “Sahibkarlıq fəaliyyəti haqqında” AR qanunu ilə tənzimlənir.  Qanuna görə gəlir (mənfəət) əldə edilməsi məqsədi ilə əmlakı istifadəsi, mal satışı, işlərin görülməsi yaxud xidmət göstərilməsi sahibkarlıq fəaliyyəti sayılır.

Xarici valyuta köçürmələrinin tənzimlənməsi

Xarici ticarət fəaliyyəti sahibkarlıq fəaliyyətinin bir istiqamətidir. Təbii ki, beynəlxalq ticarətdə tərəfdaşlar, o cümlədən idxalçı şirkətlər müxtəlif xarici valyutalardan istifadə edir. Bu isə daxili iqtisadi məkanda maliyyə sabitliyinə risklər yarada bilər, belə ki, xarici valyuta köçürmələrindən sui-istifadə həmişə ehtimal ediləndir.

Beynəlxalq ticarət zamanı xarici valyuta köçürmələrinin tənzimlənməsini Mərkəzi Bank həyata keçirir. Mərkəzi Bank bu sahədə ona verilmiş səlahiyyətlər çərçivəsində xarici valyuta əməliyyatlarına nəzarəti həyata keçirir. Qanun tələblərini pozan hüquqi və fiziki şəxslər haqqında məsuliyyət tədbirlərinin görülməsi, bu nəzarətin effektivliyini təmin edən amillərdəndir.

Avans valyuta köçürmələri üzrə məsuliyyət

Şirkətlərin xarici iqtisadi fəaliyyəti zamanı avans köçürmələri həyata keçirilməsi mümkündür, belə köçürmələrin mövcudluğu təbiidir. Amma bu zaman köçürülmüş valyutanın hərəkət zəncirini də izləmək vacibdir. Əks təqdirdə məsuliyyət tədbirlərinə məruz qalmaq olar. Bu cür məsuliyyət AR İnzibatı Xətalar Məcəlləsində nəzərdə tutulub. Məcəllənin 430.4-cü maddəsinə görə hüquqi və fiziki şəxslər beynəlxalq tərəfdaşlarına avans qismində pul köçürdükdə, həmin avansın taleyi ilə mütləq maraqlanmalıdırlar. Belə ki, pul köçürüldükdən sonra, 2 il ərzində:

  • həmin malların (xidmətlərin) idxalını təmin etməli, yaxud;
  • pul vəsaiti geri, ödəyənin bank hesablarına qaytarmalıdır.

Əks halda, vəsaiti köçürən hüquqi və ya fiziki şəxsə avans köçürülmüş məbləğin 20%-i həcmində cərimə tətbiq ediləcək.

Xaricə köçürülmüş avansla bağlı əməliyyat nə vaxt bitmiş sayılır?

Bu sahədə mövcud təcrübədən çıxış edərək deyə bilərik ki, bank vasitəsi ilə xaricə pul köçürmə əməliyyatı, banka aşağıdakı sənədlərdən birinin təqdim edilməsi ilə başa çatmış hesab olunur:

  • həmin malın idxalından sonra gömrük bəyannaməsi, yaxud;
  • idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd.

Tələb olunan sənəd banka idxal əməliyyatı üzrə xaricə avans məbləğini köçürmüş idxalçı şirkətlər tərəfindən təqdim edilir.

Lakin bəzən şirkətlər həmin bəyannamələri (təsdiq edici sənədi) banka təqdim etmirlər. Bu zaman qanunla müəyyən edilmiş müddətin bitməsi səbəbindən protokol tərtib edilərək məhkəməyə göndərilir. Belə hal yarandıqda işin müsbət həlli üçün gömrük bəyannaməsi vacib əhəmiyyətli sübut sayılır.

İdxal əməliyyatında vəkil xidməti

Onu da qeyd edək ki, bəzən şirkətlərdən asılı olmayan səbəblərdən də belə əməliyyatlar zamanı avans ödənişlərlə bağlı problem yaranır. Təcrübədə bankların Mərkəzi Banka təqdim etdiyi sənədlərdə müəyyən pozuntulara yol verilməsi hallarına rast gəlinir. Belə hallarda, problemin həlli üçün, idxalçı şirkətlərin peşəkar hüquqşünas və vəkillərin xidmətinə müraciət etməsinə zərurət yaradır.

Bu cür inzibati işlərdə hüquq işinin düzgün təşkili idxalçı şirkətləri əlavə cərimələr formasında maliyyə itkisindən qoruya bilər. Hüquq işinin düzgün təşkili sübutlarda olan qüsurların aşkar edilməsi, vaxtında gömrük bəyannamələrinin təqdim edilməsi, situasiyadan asılı olaraq digər tədbirləri nəzərdə tutur.

Müəllif: Peşəkar hüquqşünas / Pərviz Məmmədov


Öz hesabına (ödənişsiz) məzuniyyət əmri üçün forma

posted in: Xəbər | 0

AR Əmək Məcəlləsi işçinin ödənişsiz (öz hesabına) məzuniyyət hüququnu tanıyır. Məzuniyyət müdiriyyətin uyğun əmri əsasında rəsmiləşdirilir. Ödənişsiz məzuniyyət üçün əmrin tərtibi qaydaları burada verilib.

Əmr forması

“ _____________________” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə

ƏMR № ___

Zərdab şəhəri                                                                                                                                                                       ____._____. 20___-cı il

“Ödənişsiz məzuniyyət haqqında”

1. Cəmiyyətin (vəzifəsi, adı, soyadı, atasının adı) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən, 130-cu maddəsinin “___” bəndinə uyğun olaraq, ___.___.____-cı il tarixdən ___.____.____-cı il tarixədək ____ (____) təqvim günü öz hesabına ödənişsiz məzuniyyət verilsin.

2. İşçi ___.___.____-ci il tarixində işə başlamalıdır.

3. Əmrin icrasına nəzarət İR şöbəsinin müdiri ________________ tapşırılsın.

Əsas: İşçinin məzuniyyət ərizəsi və (uyğun sənəd – əgər qanunla tələb olunursa)

“______________” MMC-nin

direktoru              ________________________________

İşçi (tanış oldum)_________________  İşçinin adə soyadı atasının adı

Tarix                                                                    (imza)

 

Məzuniyyət əmrinin formasını buradan yükləyin

Əmr forması

“İpək yolu” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə

ƏMR № xxx

Zərdab şəhəri                                                                                                                                                                              01 may 2023-cü il

“Ödənişsiz məzuniyyət haqqında”

1. Cəmiyyətin mühasibi Fərəcova Həcər Niyazi qızına Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən, 130-cu maddəsinin “i” bəndinə uyğun olaraq 08 may 2023-cü il tarixdən 12 may 2023-cü il tarixədək 5 (beş) təqvim günü müddətinə öz hesabına ödənişsiz məzuniyyət verilsin.

2. İşçi 14 may 2023 –cü il tarixində işə başlamalıdır.

3. Əmrin icrsına nəzarət İR şöbəsinin müdiri  N.F.Məmmədova  tapşırılsın

Əsas: İşçinin məzuniyyət ərizəsi və tibb müəssisənin uyğun rəyi

“İpək Yolu” Məhdud Məsuliyyətli Cəmiyyətinin

direktoru:                        (i m z a)                   A.M.Məmmədova

İşçi :  (t a n ı ş o l d u m)  Fərəcova Həcər Niyazi qızı  

Tarix:                                                     (imza)                       


1 500 501 502 503 504 505 506 2. 690