Vergi bəyannamələrinin hazırlanması xidməti
Vergi hesabatlarının hazırlanması
Vahid dövlət reyestrində qeydiyyatdan keçən vergi ödəyiciləri qanunla müəyyən edilmiş müddətlərdə vergi hesabatlarının hazırlanması işlərini tamamlamalı və təqdim etməlidir. Hesabatlarının və bəyannamələrin hazırlanması hər bir sahibkarın borcudur. Amma vergi hesabatı səhv tərtib olunarsa, vergi xidməti onu sadəcə qəbul etməyəcək. Nəticədə hər bir sütunu yenidən yoxlamalı və uyğun düzəlişlər etməlisiniz. Bunun ləngiməsi yoxlamalar, maliyyə sanksiyaları və digər problemlər deməkdir.
Bakıda fəaliyyət göstərən konsaltinq şirkəti Accounting.Az sizə vergi hesabatlarının, bəyannamələrin hazırlanması xidmətini təklif edir. Şirkətin təklif etdiyi xidmətlər çox şaxəlidir, bu da onlardan biridir.
Şirkətin əməkdaşları:
- aylıq, rüblük, illik vergi bəyannamələrini tərtib edir;
- vergi hesabatını müvafiq qaydada vergi qurumlarına vaxtında təqdim edir;
- habelə, Dövlət Vergi Xidməti orqanlarına təqdim etmək üçün ərizə, məlumat, arayışlar hazırlayır.
Vergi hesabatlarının və bəyannamələrin hazırlanması xidməti sizə:
- maliyyə sanksiyaları və faizlərdən;
- bank hesablarının bloklanmasından;
- vergi orqanları ilə mübahisələrdən yayınmağa kömək edəcək.
Prosedur hüquqi və sahibkarlıqla məşğul olan fiziki şəxslər tərəfindən hesablanan və ödənilən vergilərin məbləği haqqında məlumatları ehtiva edən sənədlər toplusunun formalaşdırılmasını əhatə edir.

Bəyannamələrinin hazırlanması xidmətinə nələr daxildir?
Vergi hesabatı və bəyannamələrinin hazırlanması xidməti çərçivəsində Accounting.Az konsaltinq şirkəti tərəfindən hazırlanan sənədlərin tərkibi biznesin xüsusiyyətlərindən asılıdır. Vergitutma formasından asılı olaraq müxtəlif bəyannamələrin hazırlanması tələb oluna bilər, məsələn:
- gəlir vergisinin bəyannaməsi;
- mənfəət vergisi bəyannaməsi;
- sadələşdirilmiş verginin bəyannaməsi;
- əlavə dəyər vergisinin bəyannaməsi;
- aksiz bəyannaməsi;
- muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat);
- əmlak vergisinin bəyannaməsi və sair.
Sahibkarlıq subyekti hesabat dövründə heç bir fəaliyyət göstərməsə, maliyyə əməliyyatları aparmasa və heç bir mənfəət əldə etməsə belə, bəyannamə hazırlayıb təqdim etməlidir. Bu halda, “sıfır” vergi hesabatı hazırlamaq lazımdır.
WhatsApp-a (+99450 225 82 05) yazın yaxud “Geriyə zəng” xidmətindən istifadə edin. Bəyannaməni düzgün doldurulmasında sizə kömək edərik!
Siz qanunvericiliyin tələblərinə uyğun müxtəlif vergi hesabatı, məlumat formaları və arayışların hazırlanmasında da bizim əməkdaşların xidmətindən istifadə edə bilərsiniz.
Accounting.Az konsaltinq şirkəti ilə əməkdaşlığın üstünlükləri
Tam xidmət çeşidi – mühasibat, kadr uçotu, vergi hesabatlarının hazırlanması, mühasibat və konsultasiyası kimi geniş xidmət çeşidi təklif edilir;
Autsorsinq imkanı – xidmətlər autsorsinq əsaslıdır, sizin tərəfdən əlavə iş yerlərinin maliyyələşməsinə ehtiyac yoxdur;
İnteqrasiya və asanlıq – müştərilərinin işini asanlaşdırmaq üçün müxtəlif avtomatlaşdırılmış uçot sistemlərinə (məsələn, “1C: Mühasibat) kabinetlə inteqrasiya imkanları təklif edir.
Praktiki kurslar şirkət, “Praktiki bəyannamə və hesabatların hazırlanması” kursu təklif edir. Bu kurs, vergi hesabatlarının, bəyannamələrin hazırlanması istiqamətində təhsil alaraq yeni bacarıqlar əldə etmək, habelə öz bilik və bacarıqların yeniləmək istəyənlər üçün hazırlanmışdır.
Vergi bəyannaməsinin hazırlanması prosesi, vergi məcəlləsinə uyğun olaraq hazırlanmış sənədlərin tərtibi, Bəyannamə Tərtibat Proqramından (BTP-dən) istifadə edilməsi və s. addımları özündə birləşdirir.
Bəyannamələrin hazırlanması xidmətinin qiyməti
Xidmətin qiyməti sifarişçidə tətbiq edilən vergitutma sistemindən, fəaliyyətin növü və sair bu kimi amillərdən asılıdır. Accounting.Az konsaltinq şirkətinin təqdim etdiyi kalkulyator vasitəsi ilə qiyməti özünüz də hesablaya bilərsiniz.
Mühasibat və vergi hesabatı, onların tərtibi, təqdim edilməsi ilə bağlı yardım və məsləhətə ehtiyacınız var?

Təşkilat mülki-hüquqi müqavilə əsasında fiziki şəxsləri əməkdaşlığa cəlb edir. Bu zaman, həmin şəxslərə göstərdikləri xidmətlərə görə təsdiq olunmuş tarif üzrə xidmət haqqı ödəyir. Məsələn, “A” işçiyə Bakı şəhərində “X” işi yerinə yetirdiyinə görə tarif üzrə 100 manat xidmət haqqı hesablanır. Bu xidmət haqqından 41% vergilər çıxıldıqdan sonra “A” işçiyə 59 manat ödəniş edilir. Növbəti həftə təşkilat “A” işçiyə Ağsu şəhərində “X” işi yerinə yetirmək tapşırığı verir. Bu zaman, tarif üzrə 100 manat və Ağsu şəhərində bu işi icra etdiyi üçün 65 manat ezamiyyə haqqı ödəyir. Təşkilat mülki-hüquqi müqavilə əsasında əməkdaşlığa cəlb etdiyi fiziki şəxsə ezamiyyə haqqı ödəyə bilərmi? Əgər ödəyə bilərsə, bu zaman həmin haqdan da 41% vergilər tutulmalıdırmı, yoxsa məhz bu xərci kompensasiya olunan xərc kimi nəzərə almaq olar?
Xəbər verdiyimiz kimi, Kapital Bank nağd pul krediti üzrə xüsusi kampaniyaya start verib. Şərtlərə görə, Kapital Bank-dan kredit götürən müştərilərin hər 5000 manat kredit məbləği üçün ayda cəmi 150 manat ödəniş etmək imkanı var. Kampaniyadan rəsmi gəliri olanlar faydalana bilərlər.