Gələn ay ardıcıl 7 gün qeyri-iş günü olacaq

posted in: Xəbər | 0

qeyri-iş günü,Gələn ay üçün iki iş və qeyri-iş günlərinin yerləri dəyişdirilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib. Beləliklə, iyunun 24-ü (şənbə) və iyunun 25-i (bazar) iş günləri, iyunun 26, 27, 28, 29 və 30-u qeyri-iş günləri olacaq.

Növbəti iki gün 1 və 2 iyul isə şənbə və bazar günlərinə təsadüf etdiyindən ardıcıl olaraq 7 qeyri-iş günü olacaq. Qeyd edək ki, 26 iyun Azərbaycanın Silahlı Qüvvələri Günü, 28 və 29 iyun isə Qurban bayramıdır.


İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 25 may 2023-cü il.


12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqısının hesablanması

posted in: Xəbər | 0

əməkhaqqının hesablanması, məzuniyyətə görə kompensasiya, öz hesabına məzuniyyət, ödənişsiz məzuniyyət ərizə forması, şərti bal, kənd təsərrüfatı təyinatlı torpaqlar, torpaq vergisi hesablamaları, daxili ezamiyyələr, Məzuniyyət və onun növləri, Müvəqqəti əvəzetmə, Əmək haqqının verilməsi müddətləri, Əmək haqqının minimum məbləği, Ehtiyatların ilkin dəyəri, Əmək stajı və məzuniyyətlər,Əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov mövzu ilə bağlı sual doğuran məsələlərə dair şərh bildirir.

Əmək Məcəlləsinə əsasən, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məcəllə işçilərin hüquqularını müdafiə etmək məqsədi daşıyır. Məntiqlə ayın ortasında işə qəbul olunan işçi 12 aydan az işləyib məzuniyyətə çıxan zaman onun orta əməkhaqqı məbləği aşağı olacağı üçün məzuniyyət haqqı da az hesablanmalıdır. Buna yol verməmək üçün ayın ortası işə qəbul və ya xitam olarsa, bu, məzuniyyət haqqının hesablanmasında nəzərə alınmır.

Amma işçinin tam işləmədiyi ay işə qəbul və xitamla bağlı deyilsə (ödənişsiz məzuniyyət və s. bu kimi səbəblərə görə), bu hal orta əməkhaqqının hesablanması zamanı nəzərə alınacaqdır. Məsələn, tutaq ki, aprelin 13-də işə qəbul olmuş işçi dekabrın 26-da məzuniyyətə çıxmaq üçün müraciət edib. İşçinin iyun ayında 10 günlük ödənişsiz məzuniyyətdə olduğunu fərz etsək, orta aylıq əməkhaqqının hesablanması zamanı may-noyabr ayları nəzərə alınacaq. İyun ayında işçi ödənişsiz məzuniyyətdə olduğundan əməkhaqqı digər aylara nisbətdə az olacaq və orta əməkhaqqının hesablanması zamanı bu, nəzərə alınacaq.

Lakin 12 aydan artıq işləyib məzuniyyətə çıxanlar üçün belə bir tələb müəvyənləşdirilməyib. İşçinin hər hansı səbəbdən son 12 təqvim ayında işləmədiyi dövrlər orta əməkhaqqının hesablanması zamanı nəzərə alınır.

Misal 1. 2022-ci il yanvar ayının 18-də işə qəbul olmuş işçi, avqust ayının 3-də məzuniyyət hüququndan istifadə etməklə bağlı müraciət edib. İşçinin əməkhaqqı məbləği 500 manatdır. İşçi yanvar ayında işə ayın ortasında qəbul olduğu üçün 250 manat əməkhaqqı alıb. Bu halda orta əməkhaqqının hesablanması zamanı yanvar ayı nəzərə alınmayacaq. Məzuniyyətdən əvvəlki 6 tam təqvim ayının əməkhaqqına əsasən orta əməkhaqqı müəyyən ediləcək və məzuniyyət haqqı hesablanacaq.

Misal 2. Müəssisənin işçisi 18 mart 2020-ci ildə işə qəbul olunub və 5 may 2021-ci ildə əmək məzuniyyətindən istifadə etmək üçün müraciət edib. İşçi 2020-ci ilin oktyabr və noyabr aylarını ödənişsiz məzuniyyətdə olub. Orta əməkhaqqının hesablanması necə aparılacaq?

Bu halda, orta əməkhaqqının hesablanması zamanı işçinin ödənişsiz. məzuniyyətdə olduğu aylar nəzərə alınacaq və 10 aydakı əməkhaqqının cəmi (2 ay ödənişsiz məzuniyyətdə olduğu üçün əməkhaqqı almayıb) 12 aya bölünərək orta aylıq gəlir tapılacaq. Yəni işçinin ümumi gəliri 10 aya deyil, 12 aya bölünərək orta aylıq gəlir tapılacaq. Bu halda işçinin iki ay gəliri olmadığı üçün orta aylıq gəlir aylıq əməkhaqqından az olacaq.

Mənbə: Nüsrət Xəlilov. “Əmək qanunvericiliyi: testlər və praktik məsələlər toplusu” kitabı.

Mənbə: vergiler.az


Əməkhaqqının 2023-cü il üçün hesablanması qaydası

posted in: Xəbər | 0

Əməkhaqqının 2023-cü il üçün hesablanması, əməkhaqqı hesablanması,2018-ci ildən başlayaraq hər il olduğu kimi bu il də bu ənənəyə sadiq qalaraq yeni il öncəsi növbəti il üçün əməkhaqqıdan hansı tutulmaların olması barədə yazını təqdim edirik.

“Vergi Məcəlləsi”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Qanun layihələrində əmək haqqına tətbiq ediləcək yeniliklərin olmamasını nəzərə alaraq 2023-cü ildən əməkhaqqıdan tutulmaların aşağıdakı kimi olacağı gözlənilir:

gəlir vergisi;
məcburi dövlət sosial sığorta haqqı;
– işsizlikdən sığorta haqqı;
– icbari tibbi sığorta haqqı.

İcbari tibbi sığorta  üzrə sığorta haqqı məbləğləri 2022-ci ildə olduğu kimi aşağıdakı qaydada hesablanacaq:

– Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslərin əməkhaqlarının 8000 manatdan yuxarı hissənin 0.5%-i, 8000 manatadək isə 2%-i məbləğində;
– özəl sektorda çalışanlar, mülki-hüquqi müqavilə əsasında çalışanların əmək haqlarından 8000 manatadək hissənin 2%-i, (2021-ci ildə 1% olmuşdu), 8000 manatdan yuxarı hissənin 0.5%-i məbləğində.

Beləliklə hesablanma formasını təqdim edirik.

1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

Əlavə olaraq 2023-cü il üçün minimum aylıq əməkhaqqının 300 AZN olması barədə düzəlişlər edilməyəcəyi halda hesablamanı təqdim edirik.

1.1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

Əməkhaqqısı 300 AZN olanlar üçün nümunə

a) gəlir vergisi – tutulmur (8000 AZN-dək)

b) sosial sığorta haqqı – 300 AZN əmək haqqının 200 AZN hissəsinə görə 3%-i, yəni 6 AZN, 200 AZN-dən yuxarı hissə üçün isə 100 AZN-in 10%-i, yəni 10 AZN, ümumilikdə 6+10=16 AZN

c) işsizlikdən sığorta haqqı – 300 AZN-in 0.5%-i = 1.5 AZN

d) icbari tibbi sığorta haqqı – 2% = 6 AZN

300-(0+16+1.5+6)=300-23.5=276.5

Netto məbləğ 276.5 AZN olacaq

1.2) əməkhaqqısı 8000 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əmək haqqı üzrə

a) gəlir vergisi – 8000 AZN-dən yuxarı məbləğin 14%-i

8100-8000=100 AZN

100 AZN-in 14%-i = 14 AZN

b) sosial sığorta haqqı – 8100 AZN-200 AZN=7900 AZN

200 AZN-ə görə 6 AZN (200 AZN-in 3%-i)

7900 AZN-ə görə 790 AZN (7900 AZN-in 10%-i)

c) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

d) icbari tibbi sığorta haqqı – 8000 manata görə 2%, yuxarı olan 100 manata görə 0.5%=160+0.5=160.5

8100-(14+790+6+40.5+160.5)=8100-1011=7089 AZN
Netto məbləğ 7089 AZN olacaq.

2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

2.1) Əməkhaqqısı 300 AZN olanlar üçün nümunə

a) gəlir vergisi – 300 AZN-in 200 AZN-dən artıq hissəsi üzrə 14%

300-200=100

100-ün 14%-i=14 AZN

b) sosial sığorta haqqı – 300 AZN-in 3%-i = 9 AZN

c) işsizlikdən sığorta haqqı – 300 AZN-in 0.5%-i = 1.5 AZN

d) icbari tibbi sığorta haqqı – 300 AZN-in 2%-i = 6 AZN

300 AZN-(14+9+1.5+6)=300-30.5=269.5
Netto məbləğ 269.5 AZN olacaq

2.2) əmək haqqı 2500 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əmək haqqı üzrə

a) gəlir vergisi – 8100 AZN-2500 AZN=5600 AZN

2500 AZN-ə görə həmin məbləğin 14%-i = 350 AZN

5600 AZN-in 25%-i = 1400 AZN

b) sosial sığorta haqqı – 8100 AZN-in 3%-i=243 AZN

c) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

d) icbari tibbi sığorta haqqı – 8000 AZN-in 2%-i və 100 AZN-in 0.5%-i = 160.5 AZN

8100-(350+1400+243+40.5+160.5)=8100-2194=5906 manat
Netto məbləğ 5906 AZN olacaq.

Qeyd: Bu normativ sənədlərə heç bir düzəliş olmadıqda mövcud hesablama olacaqdır.


Sosial sığorta haqlarının subsidiyalaşdırılması və digər yeniliklər


Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə yeni tələb qoyulub

posted in: Xəbər | 0

tibbi praktika, müvəqqəti yaşamaq üçün icazənin verilməsi, müvəqqəti yaşamaq üçün icazə, Kollektiv müqaviləyə nəzarətİqtisadiyyat Nazirliyinin Kollegiyası “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.

Bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər də bir əməliyyat çərçivəsində 500 manatdan çox ödənişi nağdsız həyata keçirməlidir.

Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Mənbə: report.az


1 539 540 541 542 543 544 545 2. 690