ƏDV geri al

posted in: Xəbər | 0

ƏDV ödəmələrinin geri alınması halları

Məlumdur ki, əlavə dəyər vergisi dolayı vergi növüdür, onu yekunda mallara satış əlavəsi kimi istehlakçı ödəyir. Bunu nəzər alaraq, dövlət tərəfindən bəzi hallarda ödənilən ınması üçün əlavə qaydalar tətbiq edir. Bu zaman bəzi amillər şərtlənməlidir. Hal-hazırki qanunvericiliklə aşağıdakı hallarda ƏDV geri alınması qaydaları tətbiq edilir:

Ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ƏDV geri al, Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənildikdə ƏDV geri al

Əvəzləşmə hesablamadan artıq olduqda ƏDV geri alınması

Vergi ödəyicisi yalnız əlavə dəyər vergisinə sıfır dərəcəylə cəlb edilən əməliyyatlar aparırsa, müraciət edərək 20 gün ərzində ödədiyi əlavə dəyər vergisi məbləğlərini geriala bilər. Bir-neçə fəaliyyətlə məşğul olduğu halda ƏDV-yə sıfır dərəcə ilə cəlb edilən əməliyyatlar heç olmasa 50% təşkil edərsə, ödənmiş ƏDV-ni geriala bilər.

Yuxarıda qeyd etdiyimiz şərtlərə uyğun gəlməyən vergi ödəyicilərinə münasibətdə verginin geri alınması müddəti ən çoxu 4 ay müəyyən edilib.  Şərt belədir:

  • əvəzləşdirilən vergi məbləği hesablanmış vergi məbləğindən artıq olmalıdır;
  • əvəzləşdirilmək üçün ödənilmiş verginin gömrükdə ödənilməsi fərqi etmir.

Yuxarıda qeyd edilən ƏDV geri alınma müddətləri riskli vergi ödəyicilərində fərqlənir. “Riskli vergi ödəyicisi” anlayışı AR Vergi Məcəlləsinə 29 noyabr 2019-cu il tarixli qanunla edilmiş dəyişiklər nəticəsində daxil edilib. Riskli vergi ödəyicilərinə xüsusi nəzarət edilir, onların ödədikləri əlavə dəyər vergisinin gerialınması proseduru başqadır.

Məsələn, yuxarıda qeyd etdiyimiz müddətlər riskli vergi ödəyicilərinə münasibətdə əlavə şərtlə şərtlənir. Şərtə əsasən onların fəaliyyəti üzrə bütün vergi nəzarəti tədbirləri (operativ nəzarət, səyyar, kameral) bitməlidir.

Əvəzsiz köçürmələr zamanı ƏDV məbləğinin geri alınması

Təcrübədə nadir olaraq rast gəlinən bir məqam var, vergi ödəyicisi beynəlxalq müqaviləyə əsasən əvəzsiz köçürmə əldə etmişdir. Həmin əvəzsiz köçürmədən sonra ölkəmizdə bəzi mallar alınmış, xidmətlərdən faydalanılmışdır. Vergi qanunvericiliyi icazə verir ki, əvəzsiz köçürmə beynəlxalq müqaviləyə əsasən xaricdən daxil olmuşdursa, onun istifadəsi zamanı ödənilmiş ƏDV məbləği geri alınsın. Əvəzsiz köçürmədə vergi 45 gün ərzində qaytarılır.

Yaşayış və qeyri-yaşayış sahələrinə görə geri alınmalar

Vergi qanunvericiliyinə, daha dəqiq, Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən vətəndaşların aldığı yaşayış, qeyri-yaşayış sahələriylə bağlı ödəmiş olduqları ƏDV məbləğinin 30 faizi geri qaytarıla bilər.

Mənzil satışı zamanı ƏDV-nin geri alınması

Yenə 29 noyabr 2019-cu il tarixli dəyişikliklə Vergi Məcəlləsinə yeni məzmunlu 165.6-cı maddənin əlavə edilməsi gözlənilən idi. Çünki həmin qanun layihəsiylə artıq bina tikintisi sektorunda olan vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirmiş, məcbur ƏDV ödəyicisi olmuşdur. Yəni artıq bina tikintisi fəaliyyətiylə məşğul olan şəxslər tərəfindən vergilər tikilən binadakı yaşayı/qeyri-yaşayış sahələrinin sahəsinə əsasən deyil, təqdim edilmiş mənzillər, qeyri-yaşayış sahələrindən əldə edilmiş gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətdən (gəlirdən) ödəyəcəklərdi. Belə olan təqdirdə təbi ki, gəlirlərə bağlı vergilər vergi ödəyiciləri tərəfindən gəlirlər az göstərilməklə azaldıla bilərdi.

Yayınma halları olmasın deyə əməliyyatların nağdsız olmasını stimullaşdırmaq, ƏDV-dən məbləği geri qaytarmaq yoluyla vergidən yayınma hallarının qarşısının alınması istiqamətində Vergi Məcəlləsinə həmin maddə əlavə edildi. Bu zaman artıq 1 il idi ki, fərdi istehlak malların qaytarılmasıyla bağlı vergi orqanlarının təcrübəsi vardı, bunun satışların şəffaflaşdırılmasında   rolu göz qabağında idi.

Ticarət/ictimai iaşə obyektlərindən alınmış mallara görə

İstehlakçıların hüquqlarının müdafiəsi istiqamətində atılmış önəmli addım olmaqla yanaşı, vergitutma məsələlərinin şəffaflaşdırılması istiqamətində atılmış ciddi addım 30 noyabr 2018-ci il tarixində Vergi Məcəlləsinə əlavə edilən 165.5 maddəsi idi. Belə ki, artıq rəsmi satışlarla yanaşı qeyri-rəsmi satışlar edən bir sıra vergi ödəyiciləri satışlarını istehlakçıların tələbiylə rəsmiləşdirmək məcburiyyətində qaldı.

Əksər hallarda alıcılara çeklər verilmirdi, nəticə olaraq sonradan, ələlxüsus alıcılar tərəfindən malların qaytarılması, habelə dəyişdirilməsi zamanı onların hüquqları tapdalanırdı. Alıcıya çek verməyən satış obyekti isə, malların qaytarılması zamanı birmənalı çek tələb edirdi. Bu hallar tam olmasa da köklü şəkildə aradan qaldırılmağa başlandı. Lakin, sözügedən məsələ aktuallığını saxlamaqdadır.

Həmin maddə çərçivəsində ƏDV məbləğinin qaytarılması neft-qaz məhsulları, istehlak üçün alınmış olmayan mallardan başqa bütün mallara şamil edildi (məsələn tax free-də bu məhdud mallara şamil edilirdi) . 2022-ci ildən qüvvəyə minmiş dəyişikliklərlə bəzi mallar ümumi siyahıdan çıxarıldı, habelə tibbi xidmət əlavə edildi. Yeni istisnalar alkoqollu içkilər, avtomobil, tütün kimi aksizli mallar idi. Təbii ki burada konkret amillər şərtləndirildi:

  • mallar neft-qaz məhsulları olmalı deyildir.
  • mallar istehlak üçün nəzərdə tutulmalıdır
  • alıcı fiziki şəxs olmalıdır
  • malların alışıyla bağlı mütləq nka qəbzi olmalıdır
  • mallar alıcı tərəfindən ən gec 90 gün öncə alınmış mal olmalıdır.
  • NKA qəbzi vergi məcəlləsinin 50.8-ci maddəsinə uyğun olmalıdır.

Əgər siz fərdi sahibkarsınızsa, malı sahibkarlıq məqsədiylə alırsınızsa, NKA qəbzinin olmasına baxmayaraq, ƏDV məbləğini qaytara bilməzsiniz.

Vergi qaytarılması tətbiq edilən mal və xidmətlər 

Fiziki şəxs olan istehlakçılar tərəfindən respublika ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış aşağıdakı mallara ƏDV qaytarılması tətbiq edilmir:

  • neft və qaz məhsulları;
  • avtomobillər;
  • alkoqollu içkilər;
  • tütün məmulatları.

ƏDV-nin qaytarılması qaydaları tətbiq edilən xidmətlər aşağıdakılardır:

  • bərbərxanaların xidmətləri;
  • gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər;
  • teatr tamaşaları, film nümayişi;
  • muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlər;
  • tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər (Vergi Məcəlləsi 165.5)

“ƏDV geri al” qaydası həm nağd, həm də nağdsız ödənişlər zamanı tətbiq edilir. Sadəcə nağd ödənilmiş ƏDV məbləğinin yalnız 5 % , nağdsız ödənilmiş ƏDV-nin 17,5%-i qaytarılır. Həmin faizlər teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə qaytarılan məbləğlərə şamil edilmir. Belə xidmətlərə görə qaytarılan məbləğ yalnız nağdsız qaydada ödənilmiş ƏDV-nin 50 faizini təşkil edir.

Ticarət / ictimai iaşə obyektindən alınmış mallara bağlı çekinizi tələb edin, çalışın 90 gün ərzində onun ƏDV-sini qaytarasınız. Həmin müddət keçdikdən sonra bunu edə bilməyəcəksiniz. Bundan başqa sizə verilmiş qəbzin Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə uyğun olduğuna diqqət etməyi unutmayın.

Qeyd edilmiş prosedurlar bağlı daha ətraflı oxuya bilərsiniz.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış müəyyən kateqoriya mallara, xidmətlərə görə ƏDV-nin qaytarılması tətbiq edilə bilər. Bu Vergi Məclləsinin 165.3-cü maddəsində təsbit olunub. Belə mal və xidmətlərə aşağıdakılar aiddir:

  • istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş ƏDV;
  • özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV.

Sonuncu halda ƏDV yalnız nağdsız ödənişlər üzrə qaytarılır. Verginin qaytarılması proseduru “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” ilə tənzimlənir.

TAX free

Qeyri-neft sektorunun inkişafı məqsədiylə yalnız kənd təsərrüfatına fokuslanmaq yalnış olardı. Turizm sahəsi qeyri-neft sektorunda xüsusi paya sahibdir. ƏDV məbləğinin tax free mexanizmiylə geri qaytarılması turizmin inkişafını dəstəkləməklə, qeyri-neft sektorunun inkişafına yönəlmişdir. 2016-cı ildən etibarən vergi qanunvericiliyində turizm sektorunun inkişafına yönəlik stimullaşdırıcı normaların sayı artmışdır.

TAX free mexanizmi üzrə ƏDV məbləğinin qaytarılmasında bir neçə başlıca şərt vardır :

  • alıcının vətəndaşlığı
  • alıcının yaşı
  • alıcının vəzifəsi
  • malların : növü, təyinatı, alınma müddəti, dəyəri
  • beynəlxalq nəqliyyatın forması

İlk növbədə geri qaytarılma yalnız əcnəbi, habelə vətəndaşlığı olmayan şəxslərə şamil edilir . Yəni siz Azərbaycan vətəndaşısınızsa,  hətta xaricdə qalan şəxs olsanız belə Azərbaycanda aldığınız mallara görə ödədiyiniz tax free qaydasında ƏDV məbləğini geri ala bilməsiniz. Həmçinin yaşı 14-dən aşağı olan şəxslər aldıqları mallara görə ödənilmiş ƏDV məbləğini geriala bilməzlər.

ƏDV məbləğinin bu cür qaytarılma mexanizmi bəzi mallara şamil edilmir. Bunlara nümunə olaraq dərmanlar, tibbi ləvazimatlar, aksizli mallar, ərzaq malları, nəqliyyat vasitələri ehtiyat hissələri və s. demək olar.

İstənilən halda mallarınız istehsal yaxud kommersiya fəaliyyəti məqsədləri üçün istehlak malları olmalıdır. Mallar sizin tərəfdən ən geci 90 gün öncə alınmış mallar olmalıdır.

Malların dəyəriylə bağlı tələb onların heç olmasa ƏDV məbləğiylə birgə 300 azn dəyərində olmasıdır. Burada qəsd edilən bir mal üçün deyil, bir partiya üzrə alınmış malların ümumi dəyəridir. Ən əsası-  sözügedən prosedurlar yalnız hava, su nəqliyyatı vasitəsiylə ölkədən çıxarılan, ƏDV ödəməklə əldə edilən mallara aid edilir.

Sözügedən ƏDV geri alınması tam şəkildə (20% xidmət haqqı və bank komissiyası tutulmaqla), alıcı necə istəyərsə (nağd, nağdsız) o formada müvəkkil bank tərəfindən ödənilir. Hal-hazırki müvəkkil bank “Bank Silk Vey” ASC-dir. (“PREMİUM BANK” ASC).

Qeyd edilmiş proseduralarla  ətraflı burdan tanış olmaq olar.

Əlavə əmək məzuniyyətinin müddəti

posted in: Xəbər | 0

Əsas və əlavə məzuniyyət

Məzuniyyət hər bir işləyən vətəndaşın istirahət hüququnun, habelə digər zəruri ehtiyaclarının təminatıdır. O, qanunvericilikdə müəyyən edilmiş müddətə verilir, ödənişli yaxud ödənişsiz ola bilər. Ödənişli məzuniyyət Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada işəgötürənin hesabına ödənilir. İnsanın istirahət hüququ ölkə konstitusiyasında təsbit olunub. Məzuniyyətin verilməsi və ya ödənilməsi qaydalarını pozduqda işəgötürən inzibati məsuliyyətə cəlb olunur.

İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir:

  • əmək;
  • sosial;
  • təhsil
  • ödənişsiz məzuniyyət.

İşçilərin əmək məzuniyyəti AR Əmək Məcəlləsinin on yeddinci fəsli ilə tənzimlənir. Əmək məzuniyyəti əsas və əlavə kimi iki hissədən ibarətdir. Əmək müqaviləsi bağlanmış hər bir işçinin illik ödənişli əsas məzuniyyət hüququ vardır. Bəzi işçilərin illik ödənişli əlavə məzuniyyət hüququ vardır. Ümumi qəbul edilmiş qaydalara görə əsas əmək məzuniyyətini müddəti 21 təqvim günündən az ola bilməz. Amma istisnalar da var, bəzi kateqoriya işçilərə müddəti uzadılmış əmək məzuniyyəti verilir, məsələn, pedaqoji fəaliyyətlə məşğul olanlar.

İşçi müəyyən bir işəgötürənlə altı ay fasiləsiz işlədikdən sonra ilk iş ili üçün illik məzuniyyət məqsədi ilə müraciət edə bilər, amma Məcəllənin 131.4 maddəsində bir sıra istisnalar var. İşin ikinci və sonrakı illərinə görə məzuniyyətin vaxtı işəgötürənlə qarşılıqlı razılaşma əsasında müəyyən edilir.

Əlavə məzuniyyət işçinin əsas məzuniyyətinə əlavə edilmiş günlərdən ibarətdir. Onu əsas məzuniyyətdən fərqləndirən başlıca cəhət müddəti, verilmə qaydasıdır. Əlavə məzuniyyətin təyini zamanı nəzərə alınan xüsusiyyətlərinə görə onları aşağıdakı qruplara ayıra bilərik:

  • iş şəraiti və əmək funksiyasına görə təyin olunanlar;
  • iş stajı nəzərə alınmaqla müəyyən olunan;
  • uşaqlı qadınlara əlavə məzuniyyətlər.

Əmək şəraitinə və əmək funksiyasına görə əlavə məzuniyyətlər

Belə məzuniyyət iş şəraitinin xüsusi qiymətləndirilməsinin nəticələrinə görə zərərli və ya təhlükəli hesab edilən, habelə əmək funksiyası yüksək həssaslıq, zehni və fiziki gərginliklə bağlı olan işçilərə verilir.

Əmək şəraitinə və əmək funksiyasına görə əlavə məzuniyyətin müddəti ən azı 6 gün olmalıdır. Belə iş yerlərinin siyahısı AR NK-ın xüsusi siyahısı ilə müəyyən edilir. Siyahıya nəzər salsaq əlavə məzuniyyətin müddətini 24 gün olan iş yerinə də rast gəlmək olar (məsələn, dəniz səviyyəsindən 4000 m-dən yuxarıda hündürlükdə çalışan işçilər).

Əmək stajına görə verilən əlavə məzuniyyət

Məzuniyyət müddəti təqvim günləri ilə hesablanır. ƏM 116-cı maddəyə uyğun olaraq staj üzrə məzuniyyətlərin təsnifləşdirilməsi aşağıdakı şəkildə aparılır:

  • 5 -10 il arası – 2 təqvim günü;
  • 10-15 il arası – 4 təqvim günü;
  • 15 ildən yuxarı    6 təqvim günü.

Əlavə məzuniyyətlər işçinin bütövlükdə malik olduğu iş stajı əsasında təyin olunur. Onun müddəti isə əməl müqaviləsi bağlayaraq işlədiyi dövrə uyğun müəyyənləşir.

Sual yaranır ki, bəs işçinin stajı dedikdə tam olaraq hansı müddətlər nəzərdə tutulur? ƏM-nin 116-cı maddəsinə əsasən həmin müddətlərə aşağıdakılar daxildir:

  • müqaviləyə uyğun işçinin faktiki iş müddəti;
  • əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət;
  • iş yerinin, əməkhaqqının saxlandığı müddət. (ƏM maddə 179).

Uşaqlı qadınlara verilən əlavə məzuniyyət

İşçilərə verilən əlavə məzuniyyətin növlərindən biri uşaqlı qadınlara müvafiq məqsədlər üçün təyin edilən məzuniyyətdir. Bu məzuniyyətlər  iş stajı nəzərə alınmadan müəyyən olunur və onun müddəti ƏM-də maddə 117 ilə tənzimlənir. Təsnifləşdirmə aşağıdakı şəkildədir:

  • 14 yaşına çatmayan iki uşağı olanlar – 2 təqvim günü;
  • 14 yaşına çatmayan üç, ya da daha artıq uşaqları olanlar – 5 təqvim günü;
  • 18 yaşınadək əlil uşaqları olanlar- 5 təqvim günü.

Əgər uşaqlardan hər hansı birinin 14 yaşı tamamlanmış olarsa,  işçinin məzuniyyətdən istifadə hüququ ilin sonuna qədər qüvvədə qalmış hesab olunur.

Yuxarıda sadalanan məzuniyyət günləri həmçinin, aşağıdakı qeyd olunan şəxslərə də aiddir:

  • təkbaşına uşaq böyüdən atalar;
  • övladlığa uşaq götürmüş şəxslər.

Əlavə məzuniyyətdən istifadə hüququnun tənzimlənməsi

İşçilərin əlavə məzuniyyətdən istifadə hüququ Əmək Məcəlləsinin 115, 116, 117-ci maddələri üzrə tənzimlənir. Həmçinin, həmin maddələrdə fərqli xüsusiyyətlərə əsasən verilən  məzuniyyətlərin müddətləri təyin edilib.

Həm staj üzrə, həm də uşaqlı qadınlara  təyin olunan  məzuniyyətlər (ƏM maddə 116, 117) aşağıdakı şəxslərə şamil edilmir:

  • pedaqoji, elm sahəsində fəaliyyət göstərən işçilər;
  • fizioloji keyfiyyətlərinə görə məzuniyyətin verildiyi işçilər;
  • Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilər;
  • teatr-tamaşa, televiziya, radio, kinematoqrafiya qurumlarında çalışan işçilər.

Təcrübədə yaşanan hallardan biri də, işçinin bir, ya da daha artıq məzuniyyətlərdən istifadə hüququnun olmasıdır. Belə olan halda, ƏM-də 136.1 maddəyə müvafiq olaraq əsas məzuniyyətlə əlavə məzuniyyətlər birləşərək verilə bilər. İşçiyə iki, ya da daha çox məzuniyyətlər təyin edildikdə əsas məzuniyyətə müddəti daha çox olan əlavə məzuniyyət birləşdirilməlidir (ƏM maddə 136.2). Həmin məzuniyyətlərin cəmlənməsi qaydaları haqqında daha ətraflı şəkildə buradan məlumat əldə etmək olar. Müqaviləyə xitam verildikdə, staja görə təyin olunan məzuniyyətə görə pul əvəzi ödənilmir. Pul kompensasiyası yalnız əsas məzuniyyətə görə verilir (ƏM maddə 144.3).


Əcnəbilərə Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri sərtləşdirilib

posted in: Xəbər | 0

müvəqqəti yaşamaq üçün icazə, müvəqqəti yaşamaq üçün icazənin verilməsi, Kollektiv müqaviləyə nəzarətƏcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri sərtləşdirilib.

Prezident İlham Əliyev bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Təcrübədə bu maddədən sui-istifadə halları mövcuddur. Belə ki, bəzən ölkədə hüquqi şəxs təsis edib, orada rəhbər və ya onun müavini vəzifəsini tutan əcnəbilərin heç də hamısının həqiqətdə niyyəti ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq deyil, milli qanunvericiliyin yaratdığı imkandan sui-istifadə edərək ölkədə müvəqqəti yaşama icazəsi almaq, iş icazəsindən yayınmaqla əmək fəaliyyəti ilə məşğul olmaq və ya üçüncü dövlətlərə getmək üçün ölkə ərazisindən istifadə etməkdir. Qeyd olunan dəyişiklik nəticəsində bu sahədə yeni yanaşmanın formalaşdırılması və tənzimlənməsinin təkmilləşdirilməsi gözlənilir.

Belə ki, 45.1.6-1-ci maddənin yeni redaksiyada verilməsi nəticəsində azı 1 il Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri sərtləşdirilir (Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olma tələb olunur).

Dəyişikliklə Məcəlləyə yeni 45.3-cü maddənin əlavə edilməsi təklif olunur. Belə ki, dövlət qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində Milli Depozit Mərkəzinə göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin mülkiyyətində olan investisiya qiymətli kağızlarının, o cümlədən dövlət qiymətli kağızlarının ümumi nominal dəyəri 100.000 manatdan aşağı düşdükdə və ya həmin qiymətli kağızlar özgəninkiləşdirildikdə Milli Depozit Mərkəzi bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim edəcək.

Mənbə: report.az

“MilliÖN-də Kapital Bank kartı balansını artır və hədiyyə qazan”

posted in: Xəbər | 0

Kapital Bank,Kapital Bank ödəniş kart sahibləri üçün yeni birtirajlı, stimullaşdırıcı lotereya keçirir. Lotereyada iştirak etmək üçün “MilliÖN” ödəmə terminallarında bütün növ Kapital Bank kartlarının (maaş, Birbank debet, kredit kartları və s.) balansını artırmaq lazımdır.

Şərtlərə görə 30 iyun 2023-cü il tarixinədək balansına minimum 10 manat və daha çox məbləğdə mədaxil edən kart sahibləri avtomatik olaraq lotereyada iştirak etmək hüququ qazanır. 14 iyul 2023-cü il tarixində keçirilən tiraj zamanı 1 ədəd Toyota Corolla avtomobili, 5 ədəd iPhone 14 Pro 128 GB və 10 ədəd iPad 10.9 64 GB öz sahiblərini tapacaq.

Lotereyada şanslar üzrə heç bir limit tətbiq olunmur və hər 10 manat mədaxil kart sahibinə 1 iştirak şansı qazandırır. Misal üçün, kart sahibi kartına 100 manat mədaxil edibsə, o, avtomat olaraq 10 iştirak şansı qazanacaq. Əgər müştərinin bir neçə Kapital Bank və ya Birbank kartı varsa, hər biri lotereyada ayrılıqda iştirak edəcək. Hər müştəri lotereyada hər kartı üzrə yalnız 1 dəfə hədiyyə qazana bilər. Lotereya barədə ətraflı məlumat üçün: https://kbl.az/kbmlnpr.

Qeyd edək ki, Kapital Bank və Birbank kartlarını bankın filiallarından və ya kapitalbank.az, birbank.az saytlarından onlayn sifariş etmək olar. Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə əldə etmək mümkündür.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


1 542 543 544 545 546 547 548 2. 690