Qədim Yunanıstanda vergi siyasəti (IV hissə)

posted in: Xəbər | 0

Qədim Yunanıstanda vergi siyasəti (IV hissə)

III hissəyə nəzər yetirin

Qədim Yunanıstanda vergi siyasətiBir çox tacirlər və torpaq sahibləri tam müflis vəziyyətinə salınmışdılar. Bəziləri sərvətlərinin qalanını xilas edərək Afinadan qaçırdılar.

Eramızdan əvvəl IV əsrdə Afinanın, polisin böhranda olduğunu göstərən iqtisadi və sosial həyatının xarakterik bir xüsusiyyəti ilk növbədə dövlətin hərbi ehtiyacları üçün demək olar ki, daimi pula ehtiyac duymasıdır. Bunun təzahürü kimi eysforodan getdikcə daha çox istifadə edilməsini göstərmək olar.

Eramızdan əvvəl IV əsrin mənbələri bu fövqəladə verginin xatırlanması, ümumi ehtiyaclar üçün həvəslə pul verən vətəndaşların ünvanına deyilən təriflər, bundan çəkinənlərin qınaqlara tuş gəlməsi və ödəyicilərin onlara qoyulan vergi yükünün ağırlığına dair şikayətləri ilə doludur. Eysfora, Afina dövlətində baş verən bütün mürəkkəb proseslərlə o qədər əlaqəlidir ki, tədqiqatçılardan biri bu vergini IV əsrdə Afina tarixinin əsas məsələsi adlandırmışdı.

Həqiqətən, eysfora ilə əlaqədar olaraq, bu dövr üçün xarakterik olan dövlət və özəl maraqlar, zəngin və kasıb afinalılar, metekalar və tamhüquqlu vətəndaşlar arasındakı ziddiyyətlər meydana çıxırdı.

Xalq yığıncaqlarında eysfora məsələsi müzakirə edilərkən, verginin bölüşdürülməsi və yığılması zamanı müxtəlif sosial qrupların mülkiyyət maraqları, qarşılıqlı narazılıqları, bəzən düşmənçilikləri toqquşmalar ilə özünü büruzə verirdi.

Əmlak differensiasiyasının inkişafı praktikada sosial bərabərsizliyin dərinləşməsinə gətirib çıxarmışdı. İndi bu, gündəlik həyatda məhz o dövrdə yaranan kəskin fərqləri nəzərə alaraq xüsusilə diqqəti cəlb edirdi: bəzilərinin hədsiz dəbdəbəsi, digərlərinin dilənçiliyini və səfalətini daha aydın vurğulayırdı.

Təbii ki, bütün bunlar polisdəki daxili tarazlığa, vətəndaş kollektivinin birliyinə acınacaqlı şəkildə təsir göstərməli idi. Eyni zamanda, vəziyyətin çətinliyi işin yalnız bir, obyektiv tərəfi ilə, yəni, bir qrup vətəndaş üçün getdikcə daha çox imkansızlıq və digərinin dövlət qarşısında qarşılıqlı öhdəliklərini yerinə yetirməkdə maraqsızlığı səbəbindən vətəndaş birliyinin həqiqi dağılması ilə bitmirdi.


Mühasibat uçotu və iqtisadiyyat arasında fərq nədir?


Vətəndaş cəmiyyətinin komponentləri mücərrəd siniflər deyildi, hər biri mövcud vəziyyətdən güclü narazılıq hiss edən canlı insan qrupları idi. Kasıblar onların vətəndaşlıq ləyaqətini alçaldan yoxsulluqdan, varlılar polis quruluşu şəraitində öz sərvətlərindən tam və açıq şəkildə istifadə edə bilməməkdən narazı idilər.

Hər bir qrup, mövcud qaydada, inkişafın obyektiv gedişatını deyil, məhz, polis birliyindəki tərəfdaşını günahlandırmağa meylli idi və bu, qarşılıqlı düşmənçilik və nifrət doğururdu və onu daha da gücləndirirdi.

Bu maliyyə problemi həmin dövrün müasirlərini o dərəcədə narahat etmişdi ki, Ksenoftun e.ə. 355-ci ildə tərtib etdiyi “Gəlirlər haqqında” traktatından da bunu görmək mümkündür. Traktatda Afina hökumətinə dövlət gəlirlərinin artırılmasına, xüsusən də ölkəyə meteklərin cəlb edilməsinə, ticarətin və gəmiçiliyin inkişaf etdirilməsinə, ən əsası isə Lavrian gümüş mədənlərinin rasional istismarına yönəldilmiş tədbirlər sistemi təklif olunurdu.

Eysfora – ilk dəfə eramızdan əvvəl 428/427-ci illərdə birdəfəlik və məcburən tətbiq olunan birbaşa əmlak vergisi olsa da, e.ə. IV əsr ərzində Afina dövlətinin maliyyə praktikasında tədricən adi hala çevrilmişdi.

Eysforaya sistematik müraciət, vergi yığımının yeni formalarının (simmoriya, proeysfora) axtarışı, növbəti bir eysforanın fərmanı ilə bağlı xalq yığıncaqlarında müzakirələr, mənbələrdə verginin ağır olması ilə bağlı çoxsaylı şikayətlərlə əlaqəli müraciətlərin əks olunması, borcların yığımı ilə bağlı sərt tədbirlər – bütün bunlar, Afina dövlətində böhranının dərinləşməsinin, quldarlıq demokratiyasının iqtisadi və sosial əsaslarının dağılmasının sübutlarından biri idi.

Yunan dünyasının başına gələn fəlakətlər dövlətin siyasi forma kimi vətəndaşların mənəvi, sosial və iqtisadi ehtiyacları ilə bağlı sorğularını ödəyə bilməməsinin nəticəsi idi. Peloponnes müharibəsinin sonunda Afinada siyasi demokratiya və intellektual maarifçilik artıq qarşıdurma vəziyyətində idi.

Dövlət vətəndaşlar üçün cəlbediciliyini itirdiyindən, şəxsi maraqlara getdikcə daha çox diqqət yetirilirdi. “Siz xalq yığıncağını tərk edirsiniz, – Esxil afinalılara deyirdi, – məsələləri müzakirə etmədən, ancaq bir müəssisənin payçıları kimi gəlirləri bölüşdürsünüz”.


V hissəyə nəzər yetirin


Dələduzluq cinayətlərində sübutetmə

posted in: Xəbər | 0

Bildiyiniz kimi, dələduzluq cinayəti etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlidir. Şəxs tamah məqsədi ilə qarşısındakı insanı hansısa vəd qarşılığında aldadaraq onun əmlakını ələ keçirir. Məhkəmə təcrübəsini və Ali Məhkəmənin qərarlarını təhlil edərkən, qarşılaşdığımız mənzərədən də aydın olur ki, işə düzəltmə, alqı-satqıda ortaqlıq barədə dələduzluq cinayətləri çoxluq təşkil edir.

Bloqda toxunmaq istədiyimiz bir digər məsələ isə bəraətin əsaslarıdır, şəxs hansı hallarda bəraət ala bilər?

  • Hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda;
  • Şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda;
  • Şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə;
  • Şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə.

Diqqətinizə çatdıraq ki, Ali Məhkəmənin nümunəvi belə bir qərarı mövcuddur:

1993-cü il təvəllüdlü bir vətəndaşımız qızıl əritməsindən gəlir əldə ediləcəyini vəd verərək, eləcə də, qızılın ucuz qiymətə alınıb baha qiymətə satılaraq gəlir əldə ediləcəyini vəd verərək 10 nəfəri aldadaraq dələduzluq əməli törətmişdir. Həmin 10 nəfər şəxsə verdiyi vədlər nəticəsində toplam 120.000 Azərbaycan manatı dəyərində zərər vurmuşdur. Birinci instansiya məhkəməsi məhkumu Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilib, şəxs 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

Lakin Apellyasiya instansiya məhkəməsində işə baxılaraq, Məhkumun Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Eyni qaydada, Ali Məhkəmə də Apellyasiya instansiyasının mövqeyi ilə razılaşmış, bəraət qərarını qüvvədə saxlamışdır. Bununla bağlı Ali Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslərdən və şahidlərdən heç biri nə ibtidai araşdırma zamanı, nə də birinci instansiya məhkəmə istintaqı zamanı verdikləri ifadələrdə Məhkumun zərərçəkmiş şəxslərin etibarından sui-istifadə edərək onları aldatması və xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi barədə mötəbər sübutlara əsaslanan məlumat verməmişlər. Eyni zamanda qeyd edək ki, Ali Məhkəmə qərarını Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmə təcrübəsinə əsasən əsaslandırmışdır.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun.

Buradan da bir daha aydın olur ki, sübutlar, onların qiymətləndirilməsi, sübutun əldə olunma üsulu, sübutlardan istifadə və s. məhkəmə qarşısında müdafiə üçün incəliklə araşdırılmalı, hər hansısa qanunazidd hal müəyyən olunarsa, sübutların qanunauyğun araşdırılmadığı və əsassız olduğu şübhəsi varsa, məhkəmə istintaqında etiraz edilməli və ya yuxarı instansiya məhkəməsinə müraciət edərək pozulmuş hüquqlarınızın bərpa olunmasını tələb edə bilərsiniz.

Bizimlə əlaqə üçün :  +994 50 224 85 05

Müəllif: Pərviz Məmmədov


Əmək məzuniyyəti dövrü bayram günlərinə düşən işçinin məzuniyyətinin rəsmiləşdirilməsi


Əmək məzuniyyəti dövrü bayram günlərinə düşən işçinin məzuniyyətinin rəsmiləşdirilməsi

posted in: Xəbər | 0

məzuniyyət dövrüƏmək Məcəlləsinin 138-ci maddəsinin 1-ci bəndinə əsasən, bütün növ məzuniyyətlər işçinin ərizəsinə əsasən işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir. Bəs işçinin məzuniyyət dövrü iş günü hesab olunmayan bayram gününə və ya Ümumxalq hüzn gününə təsadüf edərsə, o zaman işçinin məzuniyyətinin rəsmiləşdirilməsi necə tənzimlənməlidir? Suala “AZLIFT PRO” QSC-nin İnsan resursları şöbəsinin rəhbəri Ramin Hacıyev aydınlıq gətirib.

Bayram və ümumxalq hüzn gününün əmək məzuniyyəti dövrünə təsadüf etdiyi hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 yanvar 2006-cı il tarixli № 11/34-12 nömrəli və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 13 yanvar 2006-cı il tarixli № 15b.18ə nömrəli birgə izahatına əsasən (istirahət günlərinə düşüb-düşməməsindən asılı olmayaraq) əmək məzuniyyətinin müddəti həmin bayram günlərinin sayı qədər haqqı ödənilmədən uzadılır.

Misal: “AA” MMC-də mühasib vəzifəsində çalışan işçi 10 fevral 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək 30 təqvim günü müddətinə əmək məzuniyyətinə buraxılır. Martın 8-i qeyri-iş günü olduğundan məzuniyyətin müddəti bir gün uzadılmalı və 12 mart 2023-cü il işçiyə ödənişsiz istirahət günü verilməlidir. Həmin tarixin şənbə gününə təsadüf etməsinə baxmayaraq işçi 13 mart 2023-cü il tarixdə işə başlamalıdır.

Əgər məzuniyyətin qurtadığı tarix həftənin bazar ertəsinə təsadüf edərsə, o zaman işçiyə çərşənbə axşamı ödənişsiz istirahət günü verilməli və işçi həftənin çərşənbə günü işə başlamalıdır.

Əgər məzuniyyətin qurtardığı tarix həftənin şənbə gününə təsadüf edirsə, o zaman bazar günü həm adi istirahət günü sayılacaq, həm də bayram gününə görə verilən ödənişsiz istirahət günü. İşə başlama tarixi isə bazar ertəsi hesab olunacaqdır.

Belə hallarda diqqət yetirilməli əsas məqamlar aşağıdakılardır:

  • Yalnız əmək məzuniyyəti dövrü bayram günləri və ümumxalq hüzn gününə təsadüf edərsə, məzuniyyətin müddəti həmin günlərin sayı qədər uzadılır;
  • Bayram günləri və Ümumxalq hüzn günü sosial, ödənişsiz və təhsil məzuniyyəti dövrünə təsadüf edərsə, məzuniyyətin müddəti uzadılmır;
  • İşçinin məzuniyyət dövrü səsvermə gününə təsadüf edərsə, məzuniyyətin müddəti uzadılmır.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 5-ci bəndinə əsasən, işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə – vəzifəli şəxslər 1.500 manatdan 2.000 manatadək cərimə edilir.

Mənbə: vergiler.az


Vaxtında həyata keçirilməyən auditin fəsadları


Vergi ödəyicisi malın dəyərini səhvən ƏDV depozit hesabına ödədiyi halda proses necə tənzimlənir?

posted in: Xəbər | 0

malların əməliyyat dəyəriVergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bəs məbləğin hamısı yanlışlıqla ƏDV depozit hesabına ödənildiyi halda proses necə tənzimlənir? Sualla bağlı iqtisadçı ekspert Anar Bayramovun şərhini təqdim edir.

Bu cür hallara təcrübədə tez-tez rast gəlirik. Məsələn, olur ki, vergı ödəyicisi qarşı tərəfə tikinti matertallarının qarşılığı olaraq 118.000 manat (ƏDV daxil) ödəyir. Vergi ödəyicisi bank və ya depozit hesabından 18.000 manatlıq ƏDV məbləğini depozit hesabına ödəyərkən səhvən 100.000 manatlıq əməliyyat məbləğini də bank hesabına yox, ƏDV depozit hesabına köçürür.

Vergi ödəyicisi bu halda texniki problemin aradan qaldırılması üçün öncə ona xidmət göstərən banka məlumat verməlidir. Çünki bankın həmin məbləğin köcürülməsi zumanı yaranmış texniki səhvi ödənişdən öncə aşkara çıxarması mümkündür. Bu halda yanlışlığı aradan qaldırmaqla vəsaitin geri ödənilməsi təmin edilə bilər.

Ancaq vəsait tam məbləğdə qarşı vergi ödəyicisinin ƏDV depozit hesabına köçürülmüşdürsə, məsələ mürəkkəbləşir. Depozit hesabına həm əsas, həm də ƏDV məbləğinin köçürülməsi hər iki vergi ödəyicisi üçün əlavə problemlər yarada bilər.

Birincisi, ƏDV depozit hesabına gözlənildiyindən xeyli yüksək məbləğdə vəsaitin daxil olması səbəbindən vergi orqanı tərəfindən kameral uyğunsuzluq məktubunun göndərilməsi mümkündür. Vergi orqanı vergi ödəyicisindən depozit hesabına daxil olan vəsaitin dövlət büdcəsinə bəyan edilməsini tələb edə bilər.

İkincisi, göndərdiyi malın müqabilində alacağı əsas məbləği ƏDV depozit hesabına mədaxil olunan vergi ödəyicisi həmin vəsaitə sərəncam vermək hüququna malik olmadığı üçün onu malların (işlərin, xidmətlərin) ödənilməsinə cəlb edə bilmir.

Vergi ödəyicisinin ƏDV depozit hesabından qarşı tərəfin bank hesabına ödəniş etmək hüququ olmadığı üçün vəsaitin ancaq ƏDV depozit hesabına qaytarılması mümkündür. Bu səbəbdən də uyğun variant odur ki, satıcı vergi ödəyicisi ƏDV depozit hesabına daxil olan vəsaitin əsas məbləğ hissəsinin, yəni 100.000 manatın qarşı tərəfin ƏDV depozit hesabına qaytarılmasını təmin etsin.

Yaxşı olar ki, ödənişi səhv həyata keçirən vergi ödəyicisi vəsait depozit hesabına geri qayıtdıqdan sonra malların əməliyyat dəyərini (100.000 manatı ) öz hesablaşma hesabından qarşı tərəfin bank hesabına köçürsün. Çünki bu onun müqavilə öhdəliyidir.

Prosesdən göründüyü kimi, texniki səhv olaraq əsas məbləğin ƏDV depozit hesabına ödənilməsi ciddi problemlərə yol açır. Ona görə də mühasib həmkarlarımıza ƏDV depozit hesabına ödəniş apararkən diqqətli olmağı tövsiyə edirik.

Mənbə: Anar Bayramov. “Vergi uçotu” kitabı.

Mənbə: vergiler.az


ƏDV əvəzləşdirilməsi vaxtı necə müəyyən edilir?


1 569 570 571 572 573 574 575 2. 690