Azərbaycanda minimum aylıq əməkhaqqı artırıldı

posted in: Xəbər | 0

minimum aylıq əməkhaqqı, sosial müdafiənin gücləndirilməsi,Azərbaycanda minimum aylıq əməkhaqqı cari il yanvarın 1-dən 345 manat müəyyən edilib.

Prezident İlham Əliyev bununla bağlı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb.

Sərəncamla Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin edib Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.

Mənbə: report.az


Video: “ƏDV bəyannaməsinin hazırlanması”

posted in: Xəbər | 0

ƏDV bəyannaməsinin hazırlanması,“Azərbaycan Mühasiblər Məktəbi”nin “ƏDV bəyannaməsinin hazırlanması” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər.

30.11.2022 tarixində təşkil edilən, 400-ə yaxın mühasibin iştirak etdiyi vebinar “Azərbaycan Mühasiblər Məktəbi”nin 2022-ci il ərzində təşkil etdiyi 5-ci ödənişsiz vebinar idi.

Vebinarın təqdimatçısı, mühasibat və vergi uçotu sahəsində 15 ildən artıq təcrübəyə malik Kəmalə Rzayevadır.

O, İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə bakalavr, Bakı Mühəndislik Universitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda İqtisad Universitetinin “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2004-cü ildən etibarən fəaliyyəti fərqli olan müəssisələrdə mühasibatlıq və vergi sahəsində çalışır. “Karvan-L” elmi istehsalat şirkəti, “Azinterval” MMC, “Azərtunel” MMC, “As-İnşaat N” MMC kimi müəssisələrdə “Baş mühasib” vəzifəsində çalışmışdır. Hal-hazırda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting Az” MMC-də “Baş mütəxəssis” vəzifəsində çalışır.

Kəmalə Rzayeva vergi hesabatlarının hazırlanması, mühasibat uçotu, praktiki mühasibatlıq, 1C mühasibat proqramı, beynəlxalq maliyyə uçotu üzrə təlimlər keçmişdir. Tətbiqi, praktiki mühasibat və vergi uçotu sahəsində çoxillik təcrübəyə malikdir. Peşəkar Mühasib Sertifikatı (PMS) və Beynəlxalq Maliyyə Hesabatlarının Standartları (FR) sertifikatlarına sahibdir.

Qeyd edək ki, Azərbaycan Mühasiblər Məktəbi 2019-cu ildən bəri mühasiblərin ehtiyac duyduğu müxtəlif sahələrdə təlimlər həyata keçirir. Fəaliyyətə başladığı vaxtdan bu günədək 1500-dən çox tələbə və dinləyicisi olmuşdur.

Məktəb, uzunmüddətli təlimlər ilə yanaşı, 1 günlük, ödənişsiz təlimlər də təşkil etməkdədir. Təkcə 2022-ci ildə belə təlimlərin sayı 7 idi. 2023-cü ildə isə, ödənişsiz təlimlərin sayının daha da artması hədəflənib. Çünki məktəbin əsas missiyası, mühasiblərin biliklərini inkişaf etdirmək, yenidən hazırlığına dəstək olmaqdır.

Kanalımıza abunə olmaqla, qoşula bilmədiyiniz vebinarları yenidən izləyə bilərsiniz: https://www.youtube.com/@muhasiblermektebi

Keçidlərə daxil olmaqla isə, “Azərbaycan Mühasiblər Məktəbi”nin təşkil etdiyi ödənişli və ödənişsiz təlimlər barədə tam məlumat ala bilərsiniz.

Mühasibat kursları: https://www.muhasibat.az/muhasibatliq-kursu/

Vergi kursları: https://www.muhasibat.az/vergi-kurslari/



Video: “2023-cü ildə qüvvəyə minəcək Vergi Məcəlləsinə ediləcək dəyişikliklər”

posted in: Xəbər | 0

“Azərbaycan Mühasiblər Məktəbi”nin “2023-cü ildə qüvvəyə minəcək Vergi Məcəlləsinə ediləcək dəyişikliklər” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər.

17 Dekabr tarixində təşkil edilən, 200-dək mühasib və vergi ödəyicisinin qoşulduğu vebinar “Azərbaycan Mühasiblər Məktəbi”nin 2022-ci il ərzində təşkil etdiyi 6-cı ödənişsiz vebinar idi.

Vebinarın təqdimatçısı, vergi auditi və daxili audit üzrə çoxillik təcrübəyə malik təlimçi Azər Qənbərovdur.

O, UNEC-də və Bakı Mühəndislik Universitetində «Vergilər və vergitutma», «Vergi inzibatçılığı», «Vergi Müqavilələri», «Vergi auditi», «Vergi planlaşdırılması», «Rəqəmsal iqtisadiyyat və vergiqoyma» fənlərini tədris edir.

Vergi qanunvericiliyinin tətbiqinə dair 50-dən artıq məqalənin müəllifidir.

Azərbaycanda ilk dəfə mənfəət vergisinin SAP ERP sistemində avtomatlaşdırılması və vergi uçotu ilə maya dəyərinin, gəlir və xərclərin uçotunun, eləcə də vergi registrlərinin düzgün formalaşması üzrə layihənin rəhbəridir.

Vergi auditi və daxili audit üzrə çoxillik təcrübəyə malikdir.

Keçidə daxil olmaqla, Azər Qənbərovun təlimlərinə nəzər yetirərək, qeydiyyatdan keçə bilərsiniz: https://www.muhasibat.az/vergi-kurslari/

Qeyd edək ki, Azərbaycan Mühasiblər Məktəbi 2019-cu ildən bəri mühasiblərin ehtiyac duyduğu müxtəlif sahələrdə təlimlər həyata keçirir. Fəaliyyətə başladığı vaxtdan bu günədək 1500-dən çox tələbə və dinləyicisi olmuşdur.

Məktəb, uzunmüddətli təlimlər ilə yanaşı, 1 günlük, ödənişsiz təlimlər də təşkil etməkdədir. Təkcə 2022-ci ildə belə təlimlərin sayı 7 idi. 2023-cü ildə isə, ödənişsiz təlimlərin sayının daha da artması hədəflənib. Çünki məktəbin əsas missiyası, mühasiblərin biliklərini inkişaf etdirmək, yenidən hazırlığına dəstək olmaqdır.

Kanalımıza abunə olmaqla, qoşula bilmədiyiniz vebinarları yenidən izləyə bilərsiniz: https://www.youtube.com/@muhasiblermektebi

Keçidlərə daxil olmaqla isə, “Azərbaycan Mühasiblər Məktəbi”nin təşkil etdiyi ödənişli və ödənişsiz təlimlər barədə tam məlumat ala bilərsiniz.

Mühasibat kursları: https://www.muhasibat.az/muhasibatliq-kursu/

Vergi kursları: https://www.muhasibat.az/vergi-kurslari/


Əmək münasibətləri və onun tərəfləri

posted in: Xəbər | 0

Əmək münasibətləri nədir? Onun tərəfləri kimlərdir? Əmək münasibətləri nə vaxt və necə meydana çıxır?  Bunlar barədə muhasibat.az sizə təqdim edilən bu məqaləsində danışacağıq.

Əmək münasibətləri anlayışı

Əmək münasibətləri anlayışı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3.4-1 maddəsində şərh olunub. AR ƏM  əmək və onunla əlaqəli münasibətləri tənzimləyən əsas qanunvericilik aktıdır.  AR-in uyğun qanunları, müvafiq icra hakimiyyəti orqanlarının  normativ hüquqi aktları, beynəlxalq müqavilələr də belə tənzimləyici aktlara, həmçinin aiddir. Onların məcmusu respublikamızın əmək qanunvericiliyi sistemini təşkil edir.

Digər münasibətlərdən xarakterik xüsusiyyətlərinə görə fərqlənən əmək münasibətləri:

  • vətəndaşın fərdi əməyi ilə müəyyən işlərin görülməsini nəzərdə tutur;
  • konkret əməliyyat yaxud tapşırığın icrası ilə məhdudlaşmır, davamlı xarakter daşıyır;
  • qarşılıqlı maraq əsasında qurulur (iş üçün ödənişlər);
  • işçinin işəgötürənlə mövcud olan əməyin təşkili sisteminə daxil edilməsini, habelə işəgötürənə tabe olmasını nəzərdə tutur;
  • müəyyən iş növünün yerinə yetirilməsi ilə bağlıdır;
  • əmək qabiliyyətinin müvəqqəti itirilməsi, işin itirilməsi, pensiyaya çıxması və s. hallarda icbari dövlət sığortası sistemi tətbiqini mümkün edir.

Əmək münasibətlərinin əhatə dairəsinə əməyin mühafizəsi üzrə münasibətlər də aiddir.

Əmək münasibətlərinin tərəfləri

İşəgötürən və işçi əmək münasibətlərinin tərəfləridir (ƏM, maddə 42). İşəgötürən işçi ilə əmək münasibətlərinə girmiş fiziki və ya hüquqi şəxsdir.

İşəgötürən anlayışını Məcəllənin 3-cü maddəsinin 3-cü hissəsi şərh edir. İşəgötürənin hüquq və vəzifələri aşağıdakı şəxslər tərəfindən həyata keçirilir:

  • işəgötürən olan fiziki şəxs;
  • müəssisənin idarəetmə orqanları yaxud onların səlahiyyət verdiyi şəxslər;
  • Azərbaycan Respublikasının mövcud hüquqi aktları ilə müəyyən edilmiş qaydada  bunu etməyə səlahiyyəti olan digər şəxslər. 

İşəgötürən tam fəaliyyət qabiliyyətlidir (AR Mülki Məcəllə, maddə 28), habelə əmək müqaviləsi (kontrakt) üzrə aşağıdakı hüquqlara malikdir:

  • tərəf kimi onun bağlamasında iştirak edir;
  • müqaviləyə xitam vermək;
  • onun şərtlərini dəyişdirmək.

İşçi, işəgötürənlə əmək münasibətlərinə girmiş şəxsdir. 15 yaşı tamam olmuş hər bir şəxs əmək münasibətlərində tərəf kimi çıxış edə bilər. Əsas şərt onun AR Mülki Məcəlləsinin 28-8 maddəsinə uyğun  fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş olmamasıdır.

Əmək münasibətlərinin iştirakçıları

AR ƏM-nin müəyyən maddələrində “əmək münasibətlərinin iştirakçıları” anlayışından istifadə edilir. Məcəllənin 15 maddəsinin “Qeyd” hissəsi bu anlayışın tərkibini müəyyən edir. İşçi və işəgötürəndən başqa onlara nümunə kimi aşağıdakıları göstərmək olar:

  • mülkiyyətçi;
  • işəgötürənin tabeçiliyindəki vəzifəli şəxslər;
  • əməyin mühafizəsi xidməti əməldaşları;
  • həmkarlar ittifaqlarının nümayəndələri və sair.

Əmək münasibətlərinin yaranması üçün əsaslar

Əmək münasibətləri işəgötürənlə işçi arasında əmək müqaviləsi əsasında yaranır. Müqavilə fərdi qaydada, elektron sənəd formada bağlanır, tərəflər arasında əmək münasibətlərinin şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirir.

Ailə kəndli təsərrüfatlarında, habelə ailə müəssisələrində belə münasibətlərinin tənzimlənməsi AR ƏM-nə yaxud tərəflərin mövcud qanunvericiliyə zidd olmayan mülahizələrinə uyğun aparılır (AR ƏM, maddə 258.1). Belə təsərrüfat və müəssisələrdə əmək müqaviləsi qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında bağlana bilər.

Əmək münasibətləri və mülki hüquqi müqavilələr

Bəzən əmək müqaviləsi mülki hüquqi müqavilələrlə (xidməti müqavilələr) qarışıq salınır. Bunlar fərqli münasibətləri tənzimləyir. Məsələn:

  • əmək müqaviləsi fərdi xarakter daşıyır, işçi əmək funksiyasını müstəqil, özü icra edir, mülki hüquqi müqavilə üzrə isə, üçüncü şəxsin cəlb edilməsi mümkündür;
  • mülki hüquqi müqavilədə  AR ƏM-də nəzərdə tutulmuş zəmanətlər və kompensasiyalar ödənilmir və sair.

Mülki hüquqi müqavilələr haqqında daha çox məlumat almaq üçün buraya keçid edə bilərsiniz.

Əmək münasibətləri mülki hüquqi müqavilələr ilə rəsmiləşdirilə bilməz (ƏM, maddə 2.3). Məcəllənin 7.2-3 maddəsi ilə müəyyən edilən hallar əmək münasibətləri sayılır, həmçinin tərəflər arasında mülki hüquqi müqavilələr bağlanmır. Həmin halların şərhi ilə buradan tanış olmaq olar.


1 590 591 592 593 594 595 596 2. 690