Read More9
Read More9

Vergi və yığımların dövlət büdcə gəlirlərinin formalaşmasında rolu

posted in: Xəbər | 0

Dövlətin büdcə sistemi, onun öz funksiyalarını yerinə yetirməsi üçün nə qədər pul xərcləyəcəyini, nəyə xərcləyəcəyini, xərcləməyə qərar verdiyi pulun necə toplamasını təmin edir. Məqalədə bu sistemin əsas anlayışları, onun təşkilati quruluşu, büdcə gəlirlərində verginin rolu qısa da olsa şərh olunur. Beləliklə…

Vergi nədir?

Bu gün müasir dünya dövlətin pul vəsaitlərinin yığım üsulu kimi vergidən daha səmərəli vasitə tanımır. İstənilən dövlətdə vergi dövlət gəlirlərinin əsas hissəsini təşkil edir.

“Vergi”, “rüsum” – bu anlayışları biz dəfələrlə eşitmişik, nəinki eşitmişik, dəfələrlə “öz dərimizdə hiss etmişik” – əmək haqqımızdan, gəlirimizdən tutulma, müəyyən xidmətlərə görə ödənişlər formasında. Çox vaxt da bizdə sual yaranıb: “Bunu niyə ödəməliyəm,  nə üçün kimsə az, bir başqası daha çox ödəyir, kimsə heç ödəmir?” Sualların cavabı fərqli ola bilər, amma vergi haqqında nə qədər belə suallar versək də, cəmiyyətin inkişaf tarixinin cavabı daha dəqiqdir:

Cəmiyyətin inkişaf tarixində heç bir dövlət vergisiz mövcud ola bilməzdi, çünki əhalinin ehtiyaclarını, tələblərini ödəmək məqsədi ilə ona həmişə müəyyən miqdarda pul vəsaiti lazım olacaq.

Beləliklə, deyə bilərik ki, vergi yığımları olmadan dövlətin özünün mövcudluğu mənasız olardı. Yəni verginin tarixi dövlətin yaşı qədər qədimdir.

Tarixə qısa ekskursiya etsək, vergi obyektlərinin müxtəlif olduğunu görə  bilərik: oxuyan quşlar, cins atlar, xəzlər, fortepiano, subaylar…

Siyahı genişləndirmək olar, ötən dövrlərdə hökm sahibi olan dövlət rəhbərlərinin xəzinəni doldurmaq,  dövlət  gəlirlərinin formalaşması üçün əl atdıqları incəlik və bicliklər müxtəlifdir:

  • qonşu Rusiyada hökmranlıq etmiş I Pyotrun saqqal vergisi (1698);
  • İngiltərədə tüstü borularına vergi (1660);
  • “Şərq incə məsələdir”, odur ki, buradakı vergilər də özünəməxsusdur. Osmanlı imperiyasında diş vergisi var idi, amma bunu öz dişi üçün deyil, təchiz etdiyi keyfiyyətsiz ərzağın zədələdiyi məmur dişlərinə görə ödəyirdi.

Günəş, kölgə, sərçə vergisi – bunlar zarafat deyil, həqiqətdir, İnternetdə axtarış etsəniz, buna əmin ola bilərsiniz.

Məqalənin həcmini nəzərə alıb, çox uzatmadan, deyə bilərik ki:

Vergilər vətəndaşların öz əmlak və gəlirlərindən, qanuna uyğun qaydada, dövlət və cəmiyyətin ehtiyaclarının təmin olunmasına yönəlmiş dövri icbari ödənişləridir.

Beləlikə, vergi:

  • icbari ödənişdir;
  • fərdi, təmənnasız ödənilir;
  • mülkiyyət, təsərrüfat yaxud operativ idarəetmə hüququ üzrə təşkilatlara, fiziki şəxslərə məxsus vəsaitlərin özgəninkiləşdirilməsidir;
  • dövlətin yaxud bələdiyyənin fəaliyyətinin maliyyələşməsi məqsədi ilə toplanır.

Büdcə anlayışı

Dövlətin vergi siyasəti onun sürətlə inkişaf edən, prioritet istiqamətlərdən biridir, çünki onun mövcudluğu, dövlət gəlirlərinin formalaşmasının  vergilərdən asılıdır. Vergi ödəyicilərinin bütün ödənişləri dövlət büdcəsinə – dövlətin xəzinəsinə daxil olur, oradan isə müxtəlif ehtiyacların təmin edilməsinə yönəldilir. Büdcə xərclərini sxematik olaraq belə təsvir etmək olar:

Dövlət büdcəsinin gəlirlərinin formalşmasında vergi sistemi necə iştirak edir? Büdcənin xərclərinin tərkibi

Gəlin qısaca “büdcə” (ing. budget) anlayışına nəzər salaq. O, qədim normand dilində “pulla dolu çanta”, “pul kisəsi” mənasında işlənən “bougette” sözündən alınıb. Maliyyə kateqoriyası kimi XVIII əsrdən etibarən leksikona daxil olub.

Büdcə quruluşuna görə gəlir (mədaxil)xərc (məxaric) hissələrindən ibarətdir. Büdcə gəlirlərinin cəmi ilə xərclərin cəmi arasındakı fərq mövcud büdcənin durumunu xarakterizə edir. Fərq müsbətdirsə, yəni büdcədə artıqlıq varsa – profisit, mənfidirsə, yəni kəsir varsa – defisit  hesab olunur. Gəlirlərin cəmi xərclərin  cəminə bərabərdirsə, bu balanslaşdırılmış büdcə adlanır.

Müəyyən bir dövrə hazırlanan büdcə onu tərtib edənin həm gəlir, həm də xərclərini əks etdirir, habelə ehtiyacları ödənməsinə kifayət qədər pulun olub-olmadığın görməyə imkan verir.

Büdcə  müxtəlif müddətlərə hazırlana bilər. Büdcənin əhatə etdiyi il maliyyə yaxud büdcə ili adlanır.  AR  qanunvericiliyinə əsasən büdcə ili biri yanvardan 31 dekabıradək olan dövrü əhatə edir.

Onu hazırlayanlardan asılı olaraq  büdcə növləri aşağıdakı kimi təsnifləşdirilir:

  • dövlət büdcəsi;
  • regionla (yerli) büdcə;
  • təşkilatların büdcələri;
  • ailə və şəxsi (fərdi) büdcə.

Büdcə sistemi, onun təşkilati strukturu

Büdcə sistemi dedikdə vahid sistem formasında birləşdirilən dövlət, digər büdcələrin, habelə dövlət fondlarının məcmusu başa düşülür. Respubliuka ərazisində onun hüquqi-təşkilati, habelə iqtisadi əsalarını “Büdcə sistemi haqqında” AR Qanunu tənzimləyir, ayrı-ayrı büdcələrin qarşılıqlı əlaqəsi həmin qanunla təyin olunur.

Qanuna görə Azərbaucanda büdcə sistemi aşağıdakı tərkib hissələrindən ibarətdir:

  • AR dövlət büdcəsi;
  • Naxçıvan MR büdcəsi;
  • yerli ( bələdiyyə) büdcələri.

“Dövlət büdcəsi – müvafiq hakimiyyət orqanları vasitəsi ilə dövlətə məxsus funksiyaların yerinə yetirilməsin təmin etmək məqsədilə lazım olan pul vəsaitinin qanunla müəyyən olunmuş qaydada yığılması və xərclənməsi  formasıdır.

Dövlət büdcəsinin gəlirləri həm dövlət, həm də qeyri-dövlət sektorundan daxil ola bilər.

“Büdcə gəlirləri –  dövlət büdcəsinə, Naxçıvan MR büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalardır.

Dövlət büdcəsinin xərcləri – dövlətin ehtiyaclarını, tələblərini ödəmək üçün büdcədən ayrılmış vəsaitlərdir.

“Büdcə xərcləri – büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, habelə yerli büdcələrdən qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəməyə ayrılan vəsaitlərdir.

Büdcə təsnifatı müxtəlif səviyyə büdcələrinin, büdcədənkənar dövlət fondlarının gəlirlərinin, xərclərinin və maliyyələşmə mənbələrinin müəyyən prinsiplər əsasında qruplaşdırılmasıdır.

Büdcə gəlirlərinin təsnifatı AR NK-in  “Vahid büdcə təsnifatı” – na uyğun aparılır. Təsnifatda hər bir büdcə gəlirinin özünəməxsus kodu var. Dövlət  büdcəsinə vergi və digər ödəmələr zamanı bu kodları bilmək vacibdir – ödəmələr bu kodlara uyğun həyata keçirilir.

Cəmil Əsədov,

Accounting.az saytının redaktoru


 

Korrupsiyanın iqtisadiyyatı və iqtisadiyyatın korrupsiyası

posted in: Məqalə, Xəbər | 0

iqtisadiyyatın korrupsiyası, korrupsiya,Korrupsiyanın əsl mənası təhrif edilib, nəticədə araşdırmalar, siyasət və ictimaiyyət onun nəzarətsiz qalmasına imkan verib. Cefri M. Hodcson belə izah edir.

Bəzi müəlliflər, xüsusən iqtisadçılar, korrupsiyanın dar və qeyri-adekvat tərifini qəbul ediblər ki, bu da onun təsir göstəricilərinin təhrif olunmasına və qərəzli siyasi tövsiyələrə səbəb olub.  Nəticədə korrupsiyanın tərifləri bu fenomeni dövlət sektoru ilə məhdudlaşdırır.

Tanınmış beynəlxalq təşkilatlar korrupsiyanın həm dövlət, həm də özəl sektora aid olan hərtərəfli tərifini qəbul edirlər.

Transparency International, Dünya bankı və Birləşmiş Millətlər Təşkilatının narkotiklərə nəzarət üzrə və cinayətkarlıqla mübarizə İdarəsi özəl və dövlət sektorunda korrupsiya ilə mübarizə aparır.

İqtisadçılar isə əksinə, çox vaxt korrupsiyanı daha dar mənada, vəzifədən öz şəxsi mənfəətləri üçün sui-istifadə kimi müəyyən edirlər. Elektron axtarış nəticəsində məlum olur ki, “korporativ korrupsiya” termini aparıcı iqtisadiyyat jurnallarında “dövət korrupsiyası” kimi terminlərdən daha az yayılmışdır.

Özəl təşkilatlarda baş verən korrupsiya faktları həqiqətən belə başlıqlarla gündəmə gəlir: Enron, WorldCom və Beynəlxalq Olimpiya Komitəsi…  Amma son nəticədə dövlət və ya özəl idarə olmasından asılı olmayaraq, bizi korrupsiyanın reallığı maraqlandırmalıdır.

Korrupsiya yoluxucudur və sənaye sərhədlərini tanımır. Korrupsiya ikiüzlülüklə əlaqələndirilir, mənəviyyat və etibar səviyyəsini aşağı salır. Bu, digərlərini də bu işdə iştirak etməyə sövq edir və qaydalara riayət etmək stimullarını azaldır.

Əgər biz özəl sektorda korrupsiyanı nəzərə almayan bir tərifi qəbul etsək, o zaman dövlət sektorunun miqyasının azaldılması cazibədar vasitə kimi görünə bilər.

Həqiqətən, çikaqolu iqtisadçı və Nobel mükafatı laureatı Geri Bekker Business Week nəşrinə belə deyib: “Əgər biz dövləti ləğv etsək, korrupsiyanı da aradan qaldıracağıq”.

Bu qərəzlilik dövlət sektorunda korrupsiyaya qarşı mübarizəyə yönəlmiş özəlləşdirmə proqramlarını gücləndirir. Ancaq özəl təşkilatlarda qaydaların pozulması ilə mübarizə aparmaq üçün az əhəmiyyət kəsb edir.

Dövlətin rolunun azaldılması və mümkün olan ən yüksək özəlləşdirmə, korporativ korrupsiyanın yox olacağına heç bir zəmanət vermir.


Soyadlar nəyə görə vergilərə borcludur?


Bəzi hallarda bu siyasi müdaxilələrin özləri də korrupsiyaya bulaşmış olur və xidməti vəzifədən sui-istifadə səviyyəsini daha da yüksəldir.

Korrupsiyanın geniş miqyas aldığı hallarda əxlaqlı davranmaq və korrupsiya sövdələşmələrindən yayınmaq üçün stimullar azalır.

İqtisadçılar çox vaxt korrupsiyanı, faydalılığı maksimum dərəcədə artırmaq istəyən bir agentin (menecerin), prinsipialın (tapşırıq verən şəxs, rəhbər) göstərişlərinə tabe olmadığı üçün rüşvət alması qismində bir problem olaraq görürlər.

Bu yanaşma davranış monitorinqi siyasətinə, rüşvətxorluğun cəzalandırılması və təlimatlara əməl etmək üçün stimul yaratmağa gətirib çıxardı. Amma korrupsiya prinsipial-agentin problemidirmi?

Ayrı-ayrı agentlər korrupsiyaya mənəviyyatsızlıq kimi baxa bilər və onu azaltmağa üstünlük verə bilər.akin, geniş yayılmış korrupsiya halları ilə əxlaqi davranmaq və korrupsiya sövdələşmələrindən yayınmaq üçün çox az stimul vardır.

Bütün sistem hansısa yolla, hansısa üsulla korrupsiyanın aşağı səviyyədə olduğu, mənəviyyat normalarının daha sabit olduğu, korrupsiyanın qarşısının alınması və pislənməsinin normal hal olduğu bir tarazlıq vəziyyətinə gətirilməlidir.

Bu, mövcud mənəviyyatdakı dəyişikliklərin vacibliyini vurğulayır. Utilitarist və həvəsləndirməyə əsaslanan yanaşmaların üstünlük təşkil etməsi, həm korrupsiyaya etik problem kimi yanaşmanı, həm də onunla mübarizə aparmaq üçün mənəvi qüvvələrin gücləndirilməsinin zəruriliyi barədə təsəvvürləri azaldır.

Korrupsiyaya qarşı mübarizədən ötrü siyasətimiz həm mənəvi dəyərlərə, həm də xərclərə və faydalara müraciət etməlidir.

Əsas iqtisadi nəzəriyyə etik mülahizələri fərdlər üçün faydalılığı maksimum dərəcədə artırır. Sosial qaydalara riayət etmək, səhiyyə işçilərinin etik standartlara uyğun işlədikləri kimi, insanlardan da eyni ilə mənəvi öhdəliklərə əməl etmələrini tələb edir.

Bu mənəvi öhdəliklər xərclərin, cəzaların, faydaların və mükafatların hesablanmasından kənara çıxır; insanlar hesablama maşınları deyillər.

Müəyyən dərəcədə, biz hamımız ləyaqətimiz, şəxsiyyətimiz və özümüzə hörmətimizlə maraqlanan mənəvi agentlərik. Korrupsiyaya qarşı mübarizə aparmaq üçün siyasətimiz həm mənəvi dəyərlərə, həm də xərclərə və faydalara müraciət etməlidir.

Təşkilati korrupsiyanın tərifinə görə, onun dövlət sektoru ilə məhdudlaşmasının heç bir ciddi səbəbi yoxdur. Korrupsiyaya qarşı mübarizə siyasəti etik məsələləri əhatə etməli və mənəvi motivasiya məsələlərini vurğulamalıdır.


Biznesmen ilə sahibkar arasında arasında hansı fərqlər var?


Zay xammalın dəyəri vergi tutulan gəlirlərə aid edilirmi?

posted in: Xəbər | 0

Zay xammalın dəyəri, gəlirlərin və xərclərin uçotunun aparılması, vergitutma,Müsəssisə kafel-metlax yapışdırıcısı istehsal edir. Xammal şəklində alınan qum istehsal prosesindən öncə tərkibindəki daş və çınqıl kimi istehsala yararsız materiallardan təmizlənir. İstehsala buraxılmayan zay xammal (daş, çınqıl, şebel) tullantı şəklində atılır. Atılan xammalın hansı qaydada rəsmiləşdirilməsi, həmçinin dəyərinin istehsal olunan məhsulun maya dəyərinə, yoxsa birbaşa xərcə salınmalı olduğu barədə məlumat verməyinizi xahiş edirəm.

Dövlət Vergi Xidmətindən bildirilib ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” ilə tənzimlənir.

Həmin Qaydaların 5.4-cü bəndinə əsasən, məhsulların istehsalı zamanı zay olmuş məhsullarla bağlı istehsal sahəsinin məsul şəxsi (sex rəisi (müavini) və s.) tərəfindən “Zay məhsullara dair akt” tərtib edilir.

“Zay məhsullara dair akt” ciddi hesabat blankı hesab edilmir və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.

Vergi Məcəlləsinin 108.5-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilər, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələr vergitutma məqsədləri üçün gəlirdən çıxılır.

Qeyd olunanlara əsasən, istehsal prosesində norma daxilində baş verən təbii itkilər gəlirdən çıxılan xərclərə aid edilir. İstehsala buraxılmayan zay xammal vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmuş qaydada sənədləşdirildiyi halda, zay xammal istehsal prosesində iştirak etmədiyi və müəssisə tərəfindən təqdim edilmədiyi üçün həmin zay xammalın dəyəri vergitutma məqsədləri üçün vergi tutulan gəlirlərə və gəlirdən çıxılan xərclərə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

Mənbə: vergiler.az



Mediasiya təşkilatı vergiyə hansı əsaslarla cəlb edilir?

posted in: Xəbər | 0

Mediasiya təşkilatı,Yeni fəaliyyətə başlayan mediasiya təşkilatının gəlirləri əlavə dəyər vergisinə və mənfəət vergisinə cəlb edilirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, mediasiya təşkilatına dair tələblər, habelə mediasiya təşkilatı tərəfindən mediasiya fəaliyyətinin həyata keçirilməsinin əsasları “Mediasiya haqqında” Qanun ilə tənzimlənir.

Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, mediasiya təşkilatı mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə, mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və digər xərclərin ödənilməsinə dair qaydanı müəyyən edən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan, bu Qanunla və ya tərəflərin razılığı ilə müəyyən edildiyi hallarda mediasiya prosesini aparmaq üçün mediatorları təyin edən, habelə mediatorların effektiv fəaliyyətinə yönələn digər tədbirlər həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir.

Qeyd olunanlara əsasən mediasiya təşkilatının göstərdiyi mediasiya xidmətlərinə görə alınmış haqlar təşkilatın gəlirlərinə aid edilməklə ümumi qaydada mənfəət vergisinə cəlb olunur.

Bununla yanaşı, mediasiya təşkilatı tərəfindən mediasiya xidmətlərinin göstərilməsi qeyri-kommersiya fəaliyyəti olduğundan bu fəaliyyət üzrə aparılan əməliyyatlar ƏDV-nin vergitutma obyektini yaratmır.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 155-ci və 159-cu maddələri.

Mənbə: vergiler.az


Cari vergi ödəmələri ilə bağlı hansı hallarda faizlər hesablanır?


1 592 593 594 595 596 597 598 2. 690
error: Content is protected !!