Vergi ödəyicisi hansı halda sadələşdirilmiş vergi metodunu tətbiq edə bilər?

posted in: Xəbər | 0

sadələşdirilmiş vergiFərdi sahibkar dibçək əkmək üçün yararlı torpağı əhalidən alış aktı ilə alaraq qablaşdırıb satır və illik satış dövriyyəsi 200.000 manatdan aşağı olur. Bu halda fərdi sahibkar hansı vergiləri ödəməlidir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi Məcəlləsinin 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Sorğunuzda qeyd olunan halda, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadığı halda vergi ödəyicisi sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququna malikdir və əldə olunan ümumi hasilatdan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 97-ci, 101-ci, 102-ci, 218-ci və 220-ci maddələri.

Mənbə: vergiler.az


Turagentlər üçün ƏDV qeydiyyatına düşmək öhdəliyi hansı halda yaranır?


İlk fond birjası harada yaradılıb?

posted in: Məqalə, Xəbər | 0

ilk fond birjasıRəsmi mənbələrə görə, dünyanın ilk səhmdar cəmiyyəti və ilk fond birjası eyni vaxtda – 1602-ci ildə və eyni ölkədə – Niderlandda yaranmışdır. Niderlandın Ost-Hind şirkəti səhmlər sataraq və investorlara gəlir vəd edərək, ilk dəfə vəsaitlər cəlb etməyə başladı.

Ticarət etmək üçün platforma tələb olunurdu və ilk fond birjası Amsterdamda açılmışdı. 1608-ci ildə burada həm də əmtəə birjası yaradılmışdı, böyük həcmdə olan mallar anbarlarda və gəmilərdə saxlanılırdı, malların nümunələri isə birjaya çıxarılırdı.

Bir qədər sonra standartlar işlənib hazırlandı və birja oyunçuları artıq bu nümunələrsiz də keçinə bilirdilər.

Amsterdam fond birjasının özündə ilkin dövrdə Britaniya və Niderlandın Ost-Hind şirkətlərinin səhmləri ilə ticarət olunurdu. Borc qəbzləri də kotirovka olunurdu: burada Böyük Britaniya, Niderland, Portuqaliya tərəfindən verilən dövlət borclarının istiqrazlarını almaq mümkün idi.

Sonradan Amerikanın mənimsənilməsi zamanı birjada Vest-India şirkətinin səhmləri peyda oldu. Ümumilikdə, investorların 44 növ adda qiymətli kağızlara çıxışı təmin edilmişdi.

Amsterdam birjası 2000-ci ilin sentyabr ayına kimi mövcud olub. Onu bağlamayıblar: sonradan o, Brüssel, Paris və Amsterdamın fond birjalarını birləşdirən Euronext şirkətinin tərkibinə daxil oldu.

Yaranma hüququ uğrunda mübarizədə

Amsterdam birjası yalnız rəsmi olaraq ilk birja hesab olunur. İngilislər bu “yaranış” hüququna etiraz edə bilərlər: London fond birjasının hüquqi şəkildə yalnız 1801-ci ildə, Niderland birjasından 199 il sonra meydana çıxmasına baxmayaraq, əslində o, daha uzun müddət mövcud olub.

Böyük Britaniyada ilk fond birjası 1565-ci ildə maliyyə agenti və kralın müşaviri Tomas Qreşemin Kral birjasını qurması ilə yaradılmışdı. O, Londonun ticarət mərkəzi olmuşdu və 1571-ci ildə rəsmi status almışdı.

Bununla belə, bir əsrdən çox müddət ərzində Kral birjası əmtəə birjası olaraq qalmşdı: səhmlər və dövlət istiqrazları ilə burada yalnız 1695-ci ildə ticarət etməyə başlamışdılar.

1773-cü ildə açılmış “Yeni Conatan” birjasına ayrıca bina inşası üçün pul toplanılmasından ötrü brokerlərə demək olar ki, 80 il zaman tələb olunmuşdu. Sonradan məhz, o, London fond birjası olmuşdu.

Birja bazarlarının tarixçəsi çox qarışıqdır. Mahiyyət etibarilə, hələ Orta əsrlərdə natural təsərrüfatdan tamhüquqlu əmtəə-pul münasibətlərinə keçid dövründə ilk qiymətli kağızlar, pul və ticarət meydançaları yaranmışdı. Bir çox birjalar qeyri-rəsmi fəaliyyət göstərirdi, rəsmi fəaliyyət göstərənlərdən bir çoxu isə bu gün bağlanıb və hətta unudulub.

İngilislər niderlandlıların fond birjalarının “birincilik” hüququna etiraz edə bilərlər, amma, əgər hazırda mövcud olan birjalardan ən qədimi ilə maraqlanırsınızsa, burada cavab birmənalıdır. Bu, LSE – London fond birjasıdır.


Dünyanın ən nəhəng audit şirkətləri


Turagentlər üçün ƏDV qeydiyyatına düşmək öhdəliyi hansı halda yaranır?

posted in: Xəbər | 0

Aviabiletlərin satışı ilə məşğuluq. Subagent kimi biletləri agentdən alıb, üzərinə 10 manat xidmət haqqı əlavə edərək satırıq və agentdən heç bir komissiya almırıq. Bu il ərzində 950.000 manatlıq bilet satıb agentin hesabına 910.000 manat köçürmüşük. İllik gəlirimiz 40.000 manat olub. Bu halda biz ƏDV ödəyicisi kimi qeydiyyata düşməliyikmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi qanunvericiliyinin müddəalarına əsasən bağlanmış müqavilələr əsasında aviabilet və tur paketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən əldə edilən komisyon haqlarından gəlirin əldə olunması ilə bağlı xərclər çıxıldıqdan sonra qalan vəsait vergi tutulan gəlirlərə aid edilir.

Eyni zamanda, aviabilet və tur paketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən əldə olunan komisyon haqlarının həcmi 200.000 manatdan artıq olduqda həmin şəxslər növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Turagentlər tərəfindən tətbiq edilən komisyon haqları tur paketlərin və ya aviabiletlərin alışı ilə satışı arasındakı fərq kimi müəyyən edilir. Sorğunuzda qeyd olunan halda, vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyi yaranmır.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 108-ci və 155-ci maddələr.

Mənbə: vergiler.az


İşçinin işdən kənar edilməsi zamanı əməkhaqqının ödənilməsi


“Müəssisələr vergi hesabatları ilə yanaşı, mühasibat uçotunun da hesabatlarını təqdim etməlidirlər”

posted in: Xəbər | 0

mühasibat uçotunun aparılması, mühasibat uçotu, vergi uçotu,Müəssisədə mühasibat uçotu düzgün aparıldığı zaman vergi uçotu daha dəqiq aparılır. Mövzu ilə bağlı iqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev açıqlama verib.

Müəssisənin mühasibat və vergi uçotlarının hazırlanması bir-birindən fərqlənir. Lakin mühasibat uçotu hesabatları hazırlanmadıqda, yalnız vergi uçotu aparıldıqda müəyyən səhvlərə və saxtakarlığa yol verilə bilər.

Uçot və hesabatın aparılması qanunvericiliyin tələbidir. 2018-ci ildə təkmilləşdirilmiş “Mühasibat uçotu haqqında” Qanuna görə, uçot və hesabat beynəlxalq standartlara uyğun aparılmalıdır. Mühasibat uçotunun aparılması ilə bağlı Maliyyə Nazirliyinin kollegial qərarları, təlimatlar mövcuddur, İnzibati Xətalar Məcəlləsinə əsasən, bu sahədə qanun pozuntusuna görə 500 manatdan 1.500 manatadək cərimə tətbiq edilir. Bununla belə, mühasibat uçotunun yoxlanılması sistemi həyata keçirilmədiyindən vergi ödəyiciləri vergi uçotunu vergi orqanlarına təqdim etmək üçün aparırlar.

Maliyyə Nazirliyi yalnız törəmə müəssisəsi olan şirkətlərin konsolidə olunmuş hesabatlarını tələb edir və yoxlayır ki, belə şirkətlərin sayı heç 1 faiz də təşkil etmir. Şirkətlərin 99 faizi isə bu hesabatları təqdim etmirlər.

Hələ 2017-2018-ci illərdə aparılmış sorğulara görə, ölkə üzrə mühasibat uçotunun aparılması səviyyəsi təxminən 5-10 faiz olub. Lakin 2021-ci ildən başlayaraq mühasibat uçotunu aparanların sayında artım qeydə alınır. Çünki artıq Dövlət İmtahan Mərkəzi tərəfindən baş mühasiblər üçün peşəkar mühasib sertifikatının verilməsi məqsədilə imtahanlar keçirilir. Mühasiblərin bu sertifikata böyük marağı var. Baş mühasiblər uçotu, müxabirləşmələri yeni standartlara uyğun daha dərindən öyrənməlidirlər. Bu baxımdan, mühasibat uçotunun aparılması səviyyəsinin artacağını düşünürəm. 2023-cü ildə ölkə üzrə mühasibat uçotu aparan vergi ödəyicilərinin sayında 10-15 faiz artımın olacağı ehtimal edilir.

Mənbə: vergiler.az


İşçinin işdən kənar edilməsi zamanı əməkhaqqının ödənilməsi


1 601 602 603 604 605 606 607 2. 690