Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ hansı halda yaranır?

posted in: Xəbər | 0

Sadələşdirilmiş vergi ödəyicisi olmaqVÖEN açdırmışam və göstərdiyim xidmətlərin qarşılığında xaricdən cari hesabıma pul vəsaiti göndərilir. İki sualım var: 1) Neçə faiz vergi ödəməliyəm? 2) Həmin məbləğ üçün vergi tutulmayan limit nəzərdə tutulurmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyd etdiyiniz fəaliyyəti həyata keçirən şəxs fəaliyyətə başladığı günədək yaşadığı ərazi üzrə vergi uçotuna alınmalıdır.

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır.

Sorğunuza əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər vergi ödəyicisinə xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın dəyərinin 18 faizidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 102.1.30-cu, 155-ci, 218.5.10-cu, 218.6.2-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”.

Mənbə: vergiler.az


İş heyvanlarının amortizasiyasının vergi və mühasibat uçotunda yeri


İş heyvanlarının amortizasiyasının vergi və mühasibat uçotunda yeri

posted in: Xəbər | 0

mühasibat uçotu, iş heyvanlarının amortizasiyası, vergi uçotuVergi Məcəlləsinin 114.3.4-cü maddəsində iş heyvanları üzrə illik amortizasiya norması 20% müəyyən edilib. İş heyvanlarının amortizasiyasının vergi və mühasibat uçotunda necə əks olunması ilə bağlı suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Mühasibat uçotunun 41 saylı beynəlxalq standartına əsasən, bitki və canlı heyvanlar bioloji aktivlər sayılır. Başqa sözlə, yaşından və ya hansı təyinatla istifadə edilməsindən asılı olmayaraq, hər bir heyvan bioloji aktiv kimi tanınır.

Bundan əlavə, mühasibat uçotunun 41 saylı beynəlxalq standartına əsasən, amortizasiya məsələlərində mühasibat uçotunun 16 saylı beynəlxalq standartındakı (torpaq, tikili və avadanlıqlar) tələblər əsas götürülür.

Deməli, amortizasiyanı mühasibat uçotunun 41 və 16 saylı beynəlxalq standartlarını və Vergi Məcəlləsinin 114.3.4.-cü maddəsini əsas götürərək hesablamaq lazımdır.

Misal: “AA” MMC-nin balansında 10.000 manatlıq iş heyvanları vardır. Bu halda illik amortizasiya 2.000 manat hesablanır: 10.000 x 20% = 2.000 manat.

Bəs bunlar maliyyə və vergi uçotunda, bəyannamələrdə necə əks oluncaq?

Mühasibat uçotunda ilkin dəyər 131.2-ci hesabın debetində, hesablanmış amortizasiya 132.2-ci hesabın kreditində, 8.000 manat qalıq dəyər (10.000-2.000 = 8.000) isə maliyyə vəziyyəti haqqında hesabatda uçota alınacaq. Yəni bioloji aktivlərin qalıq dəyəri maliyyə hesabatlarında torpaq, tikili və avadanlıqlar ilə birlikdə uçota alınmır, ayrıca hesablarda uçota alınır.

İllik mənfəət vergisi bəyannaməsində 8.000 manat həcmində qalıq dəyəri əsas vəsaitlər kimi uçota almaq lazımdır. Yəni iş heyvanları vergi uçotuna ilkin daxil edilərkən əsas vəsaitlər kimi nəzərə alınır, müvafiq qaydada amortizasiya hesablanır və mənfəət vergisi bəyannaməsində əlavə 1-in 1.1.4.-cü sətrində yazılır.

Mənbə: vergiler.az


Vergi ödəyicisi hansı halda sadələşdirilmiş vergi metodunu tətbiq edə bilər?


Gələn il Azərbaycanda yaşayış minimumu neçə manat olacaq?

posted in: Xəbər | 0

2023 yaşayış minimumuMilli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Qanun layihəsi parlamentin dekabrın 9-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Sənədə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Mənbə: vergiler.az


Beynəlxalq daşımalarda “İcazə” blankları, vergi ödənilməsinə nəzarət

posted in: Xəbər | 0

“İcazə” blanklarından istifadə mexanizmi

Xarici ölkələrə həyata keçirilən beynəlxalq yük daşımaları, hansı ki, barəsində icazə sistemi tətbiq olunur, həmin daşınmalar AR qanunvericiliyinə əsasən tənzimlənən qaydalarla “İcazə” blankları əsasında həyata keçirilir. Avtonəqliyyat vasitəsilə digər dövlətlərin ərazisində daşınma etmək üçün “İcazə” blankı almış daşıyıcılar, həmin icazədən düzgün istifadəyə, onun lazımi vəziyyətdə saxlanılmasına, vaxtında təhvil verilməsinə görə məsuliyyətli sayılırlar.

“İcazə” blankı almış daşıyıcılar, həmin icazədən düzgün istifadəyə, onun lazımi vəziyyətdə saxlanılmasına, vaxtında təhvil verilməsinə görə məsuliyyətli sayılırlar.

Avtonəqliyyat vasitələrilə beynəlxalq daşımaları həyata keçirən sürücülər beynəlxalq daşımalara aid konvensiyalar (beynəlxalq), sazişlər, digər sənədlər, həmçinin sözügedən daşınmalara aid xüsusiyyətlər haqqında lazımi bilgilərə sahib olmalıdırlar. Bu biliklərə sahib olmaqdan ötrü müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi proqrama uyğun şəkildə xüsusi hazırlıq keçməlidirlər.

Beynəlxalq daşımaların (avtomobil nəqliyyatı) baş tutması üçün “İcazə” blankları önəmli iqtisadi alətdir. Beynəlxalq daşımalar “İcazə” blanklarının bölgüsü Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) tərəfindən həyata keçirilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) ilə ABADA İctimai Birliyi qeyd olunan məsələylə əlaqədar olaraq razılaşma əldə etmişdir. Burada əsas məqsəd, avtomobillə daşınma həyata keçirən şəxslərin beynəlxalq avtomobil daşımaları bazarına çıxışını tənzimləmək, inhisarlıq fəaliyyətinin qarşısını almaq, daşıyıcı şəxslərin, habelə sürücülərin peşəkarlığını artırmaqdır. Eyni zamanda Respublikamızın beynəlxalq reytinqlərdə mövqeyini yaxşılaşdırmaq da belə məqsədlərdən biri sayılır. Əldə edilmiş razılaşmaya uyğun olaraq ABADA “İcazə blankları”nın tənzimlənmiş meyarlara uyğun şəkildə bölüşdürülməsinin daşıyıcılar arasında tamamilə ədalətli formada reallaşdırmanı təmin etməyi öhdəsinə götürüb.

“İcazə” blankı rəsmi sənəd hesab edildiyindən bu blankların mübadiləsini dövlətlərarası qarışıq komissiya müəyyən edir. Hər bir ölkə üzrə kvota hesablanır və imzalanan rəsmi sənədlə “İcazə” blanklarının mübadiləsi həyata keçirilir. “İcazə” blankları isə illik verilir. Bundan əlavə ABADA beynəlxalq yükdaşımalar sahəsində ən vacib sənədlərdən olan “Carnet TIR” təminatının da Azərbaycan üzrə rəsmi təminatçısıdır. Bu sənəd dünyanın 65-dən çox ölkəsi tərəfindən qəbul edilir. Ancaq məhdud-defisit icazə blanklarının ölkə daşıyıcılarının tələbinə uyğun artırılmasına dair işlərin icrası məhz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin təmsil olunduğu Beynəlxalq Qarışıq Komissiyaların iclasında təmin edilir.

“İcazə” blanklarını qarşılıqlı münasibətləri olan 2 ölkə razılaşaraq bərabər miqdarda mübadilə edirlər. Yüklərin daşınmasını həyata keçirən şəxslər “İcazə” blanklarından istifadə etməklə digər ölkələrdəki yükləri özünün yaşadığı ölkəyə yaxud hər hansı 3-cü ölkəyə daşıya bilər, həmçinin alınan malı elə həmin ölkədə daşıya bilər.

Daşımalar zamanı yol vergisi, azadolmalar Vergi Məcəlləsinə görə tənzimlənir.

"İcazə" blankları ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri Vergi Məcəlləsinin 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq yol vergisinə cəlb edilirlər

 

Nümunə:  Beynəlxalq sazişə əsasən azadolmalar nəzərdə tutulan Rusiya firmasına məxsus 20 oturacaqlı avtobus, həmçinin ikioxlu yük maşını Azərbaycana daxil olmuşdur. Avtobus 25, yük avtomobili isə 40 gündən sonra Azərbaycanı tərk edir. Həmin avtomobillərə görə ödənməli olan vergini hesablayaq:

Avtobus 30 gündən az Azərbaycanda qalmışdır deyə vergidən azaddır. Yük maşını isə 30 gündən artıq olan müddətdə ( 40 – 30 = 10 gün ) ölkəmizdə qaldığına görə artıq qaldığı 10 günə görə Vergi Məcəlləsinin 211.1.1.3-cü maddəsində verilmiş cədvələ əsasən 40 ABŞ dolları vergi ödəyəcəkdir.

Yol vergisi ödənişlərinə nəzarət

Respublika ərazisində istehsal nəticəsində əldə olunmaqla daxildə istehlak məqsədiylə ayrılmış (yəni topdan satılması nəzərdə tutulan), ölkəyə idxal edilən benzin (avtomobil üçün nəzərdə tutulan), maye qaz, dizel yanacağı üzrə hesablanan yol vergisinə nəzarət tədbirlərini vergi orqanı keçirdir. AR Gömrük Komitəsi isə ölkəyə gətirilmiş (yəni idxal edilmiş ) benzin (avtomobil üçün nəzərdə tutulan), dizel yanacağı, maye qazın vergiyə cəlb edilməsi məsələlərinə, həmin  verginin ödənilməsilə bağlı məsələlərə nəzarət edir.

Yol vergisi hesablayarkən 2 önəmli məqam nəzərə alınmalıdır:

  1. Vergi ödəyiciləri avtomobil benzini, dizel yanacağı, maye qazın satışı ilə məşğuldursa, bunun üçün ödədikləri yol vergisini gəlirdən çıxa bilərlər;
  2. Bu vergi ödənilməklə alınan mallara görə ƏDV hesablanan zaman ödənilmiş yol vergisi məbləği çıxılmalıdır.

“A” MMC yol vergisini ödəməklə alınan benzini satan zaman həmin məbləği yol vergisinin məbləği qədər azaldaraq Əlavə dəyər vergisini hesablamalıdır.


1 600 601 602 603 604 605 606 2. 690