Xarici ölkə vətəndaşı Azərbaycanda VÖEN açdıra bilərmi?

posted in: Xəbər | 0

Azərbaycanda VÖEN açdırmaqMən xarici ölkə vətəndaşıyam. Azərbaycanda yaşayış icazəm var. Bilmək istərdim ki, Azərbaycanda VÖEN (və ya onun yerli ekvivalenti) ala bilərəmmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sahibkarlıq fəaliyyətinə başladıqları tarixə qədər olduğu yer üzrə vergi orqanına müraciət etməklə vergi orqanlarında qeydiyyata düşə bilərlər. Bunun üçün onlar vergi orqanına “Fiziki şəxsin uçota alınması üçün ərizə” və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazənin surətini təqdim etməlidirlər.

Əsas: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33 və 34-cü maddələri.

Mənbə: vergiler.az


Türkiyədə qonaqlama vergisi tutulacaq

posted in: Xəbər | 0

Türkiyədə qonaqlama vergisiTürkiyə Cümhuriyyətinin Gəlirlər İdarəsi bundan əvvəl təxirə salınmış və 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək qonaqlama vergisinin necə tətbiq ediləcəyi ilə bağlı kommunike layihəsi hazırlayıb.

Qonaqlama vergisinin dərəcəsi 2 faiz olacaq

Qonaqlama vergisi qonaqlamanın növündən asılı olaraq tutulacaq. Mehmanxanalar, motellər, tətil kəndləri, pansionatlar, mənzillər, termal obyektlər, qonaq evləri, dağ evləri və düşərgə kimi obyektlərdən 2 faiz dərəcə ilə vergi alınacaq. Bunlardan başqa, ölkə Prezidentinin bu faizi iki qata qədər artırmağa, yarıyadək azaltmağa və bu hədlər daxilində müxtəlif dərəcələr müəyyən etməyə səlahiyyəti var.

Hədiyyə adı ilə göstərilən qonaqlama xidmətlərindən vergi tutulacaq

Digər tərəfdən, obyektin operatorlarına və onların qohumlarına və ya iş adamlarına pulsuz yerləşdirmə xidmətlərinin göstərilməsinə də vergi tətbiq ediləcək. Bundan əlavə, kənar şəxslər üçün təşviqedici aksiyalar, hədiyyələr, tanıtımlar və bu kimi adlar altında pulsuz göstərilən xidmətlərdən də vergi tutulacaq. Yerləşdirmə obyekti daxilində obyekt işçilərinin öz istifadələri üçün ayrılmış yerlərdə gecələməsi buraya daxil edilmir.

Vergi qonaqlama obyektində göstərilən xidmətlərin hamısını əhatə edir

Qonaqlama obyektlərindən vergilərin yığılması ilə bağlı diqqət çəkən detallardan biri də qonaqların düşərgə sahələrinin ehtiyaclarını öz imkanları ilə qarşılayıb-qarşılamaması və ya gecələmənin çadır, avtomobil qoşqusu, səyyar evlər, sökülüb-yığılan evlər kimi obyektlərdə olmasıdır. Qonaqlama obyektlərində gecələmə xidməti ilə birlikdə satılmaq üçün təklif olunan bütün xidmətlərə görə vergi tutulacaq.

Vergi tutulacaq digər obyektlərə isə yerləşdirmə məkanı daxilində təklif olunan hovuz, idman və termal qurğular və oxşar xidmətlər kimi satış məqsədi daşıyan obyektlər aiddir.

Qonaqlama konsepsiyası çərçivəsində göstərilən bütün xidmətlər, o cümlədən “otaq+səhər yeməyi”, “yarım pansion”, “tam pansion”, “hər şey daxil”, “ultra hər şey daxil” adları altında bazarlanan və satılan bütün xidmətlər də vergiyə cəlb olunacaq. Bu xidmətlərin qiyməti ayrıca göstərildiyi halda da onlara görə vergi tutulacaq.

Mənbə: vergiler.az


Əsas vəsaitlərə görə ödənilən ƏDV əvəzləşdirilirmi?


Birbank kartı sahibləri 2 otaqlı mənzil, avtomobil və digər qiymətli hədiyyələr qazanacaqlar

posted in: Xəbər | 0

Birbank lotereyaBütün növ Birbank (həmçinin BirKart) kart sahibləri üçün əla fürsət! Nağdsız ödənişlər etməklə Bakıda 2 otaqlı təmirli mənzil, 2 ədəd Toyota Corolla avtomobili, 10 ədəd MacBook Air və ya 10 ədəd iPhone 14 Pro smartfonu qazanmaq olar. Yetər ki, 5 yanvar 2023-cü ilədək bütün ödənişlərinizi taksit və ya debet Birbank kartları ilə həyata keçirəsiniz.

İstənilən Birbank kart sahibi 10 AZN və daha çox məbləğdə uğurlu nağdsız əməliyyat edərək lotereyada 1 iştirak şansı qazanır. Amma bu da son deyil. Birbank rəqəmsal bankında və Umico Marketplace-də edilən 10 AZN və daha çox məbləğdə uğurlu əməliyyatlar isə kart sahibinə 2 iştirak şansı qazandırır.

Əgər müştərinin bir neçə Birbank kartı varsa, hər kart üzrə edilən uğurlu əməliyyatlar sahibinə iştirak şansı qazandıracaq. Qaliblər yanvarın sonunda canlı yayımda müəyyən ediləcək. Hər müştəri bir Birbank kartı ilə yalnız 1 dəfə qalib gələ bilər. Kampaniya ilə bağlı ətraflı məlumat üçün – https://bir.bank/bblotpr.

Qeyd edək ki, bütün Birbank kartlarının həm taksit, həm də debet növü mövcuddur. Birbank Cashback debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək, Birbank-da kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1% keşbek qazandırır. Birbank Cashback debet kartları ilə ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.

Birbank Miles kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin Birbank Miles və Birbank Umico kartları ilə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır.

Birbank taksit kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. Birbank kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.


Miqrasiya orqanlarının işçilərinə məzuniyyətə çıxarkən ödənilən iki aylıq əməkhaqqı həcmində müavinət ləğv olunur

posted in: Xəbər | 0

Miqrasiya orqanlarının işçiləri üçün məzuniyyətMiqrasiya orqanlarının işçilərinə məzuniyyətə çıxarkən ödənilən iki aylıq əməkhaqqı həcmində müavinət ləğv olunur.

Bununla bağlı “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilir.

Əsasnamənin 80-ci bəndinə edilən dəyişikliklə miqrasiya orqanlarının işçilərinin (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvlərinin tibbi təminatı “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək.

Sənədin hazırkı varinatı isə belədir:

“Miqrasiya orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Miqrasiya orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir”.

Digər bir dəyişikliklə isə miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əmək haqqı həcmində müavinətin ödənilməsi ləğv olunur.

Əsasnamənin 90-cı bəndində edilən dəyişikliklə miqrasiya orqanlarının işçiləri hər ay vəzifə maaşlarının 1,1 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Sənədin hazırkı varinatı isə belədir: “Miqrasiya orqanlarının işçilərinə hər il onların aylıq əmək haqqının ikiqat həcmində maddi yardım göstərilə bilər”.

Dəyişikliklər qəbul olunacağı təqdirdə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Mənbə: report.az


1 619 620 621 622 623 624 625 2. 686