Aksiz vergisinin dövlət büdcəsinə təsiri, büdcə gəlirlərinin formalaşmasında onun rolu

posted in: Vergi | 0

Gəlir proqnozunun tərtibində istifadə olunan modellər

Gəlirlər dövlət büdcəsini formalaşdıran əsas mənbələrdən birdir. Büdcə gəlirlərinin tərkibində aksiz vergisinin öz yeri vardır. Əvvəlki mövzuda aksiz, onun tətbiq məqsədləri haqqında danışmışdıq. İndi isə respublika büdcəsinə təsiri, onun büdcə gəlirlərində yeri haqqında qısa məlumat verək.

Azərbaycan Respublikasının dövlət büdcəsinin tərtibi, təsdiqi, icrası və onların icrasına nəzarət qaydaları “Büdcə sistemi haqqında” AR-nın qanunu ilə tənzimlənir. Maliyyə Nazirliyi  büdcənin gəlirlər hissəsi üzrə proqnoz layihəsini hazırlayır. Bu zaman əməl edilməli olan prinsiplər aşağıdakı şəkildə verilib.

Proqnozlaşdırmanın vahidlik, Daxili balanslaşdırma, düzgünlük və reallıq, fasiləsizlik və ardıcıllıq prinsipləri

Ölkənin iqtisadi, eləcə də sosial inkişafına dair proqnozlar, eləcə də məqsədli proqramlar zəruridir. Gəlir proqnozunun hazırlaması bəzi fəaliyyət nəticələrinin qiymətləndirilməsinə əsasən aparılır. Bu zaman ayrı-ayrı rayonların, iqtisadi sahələrin, bütün hüquqi şəxslərin (mülkiyyət formasından asılı olmadan) iqtisadi fəaliyyətinin monitorinqi aparılır. Büdcənin tərtibində iştirak edən qurumların təqdim etdiyi məlumatların tərkibi Maliyyə Nazirliyinin təlimat məktubuna əsasən müəyyən edilir.

Gəlirlərin proqnozlaşdırılması zamanı aşağıdakı modellərdən istifadə edilir (mənbə: “Dövlət gəlirlərinin proqnozlaşdırılması və modelləşdirilməsi metodologiyası”)

Ekonometrik modellər effektiv vergi dərəcəsi modeli gəlirlərin proqnozlaşdırılmasında istifadə edilir


İşə necə düzəlmək olar?  Arzuladığınız vakansiyanı əldə etmək üçün tövsiyələr burada


Ekonometrik modellər dəqiq əmsallarla hesablamalar etməyə imkan verən metoddur. Ekonometrik metodla müxtəlif dəyişənlər arasındakı əlaqələrin müəyyən edilməsi yoluyla olduqca təfərrüatlı nəticələrə nail olmaq olar. Əldə edilmiş nəticələr vasitəsilə büdcə gəlirləri arasındakı təsirləri gözəl şəkildə əks etdirmək mümkün olur.

Effektiv vergi dərəcəsi modelinin 2 hesablama variantı

1-ci variant: Respublika daxili istehsal mallarının aksiz proqnozunun hesablanmasında növbəti il üçün istehsal olunacaq aksizli mal həcmi haqqında məlumatlar istifadə edilir.

İstehsal olunacaq məhsul həcmi, mövcud və istismara yeni verilmiş istehsal gücləri, aksizlı mallar istehsalının həcmində dəyişikliklər (artma yaxud azalma) nəzərə alınmaqla, orta müddətli iqtisadi-sosial inkişaf proqnozlarına əsasən qiymətləndirilir. Proqnozun hesablanmasında respublikamızda mövcud vergi qanunvericiliyi ilə təyin olunan  aksiz dərəcələrindən istifadə edilir.

1-ci variantda aksiz vergisi üzrə proqnoz aksiz məbləğləri, satış həcmləri və aksiz dərəcəyə görə hesablanır

2-ci variantda proqnoz göstəricilərinin hesablanmasında aksizli malların bir-neçə il ərzində istehsal olunan həcmləri haqqında məlumatları lazımdır. Məlumatlar toplanarkən istehsal həcminin, aksiz vergisi dərəcəsinin dəyişməsi (artıb-azalması), müvəqqəti olaraq istehsalın dayanmasını nəzərə almalıyıq.

2-ci variantda aksiz vergisi üzrə proqnoz bir neçə ilin göstəricisinə görə hesablanır

Aksiz mallarının idxalı zamanı aksiz məbləğini proqnozlaşdırmaq üçün malın hər bir növünə əsasən idxal həcmlərinin dəyişməsi təhlil edilir. Hesablamalar gömrük yük hesabatlarına uyğun aparılır.

idxal zamanı proqnozlaşdırma malların hər bir növünə görə həcmin dəyişməsinə görə aparılır

Proqnozlaşdırılan ildə manatın ABŞ dollarına orta illik proqnozlaşdırılan məzənnəsi də nəzərə alınmalıdır.

Aksiz markasının satışından gəlirlərin proqnozlaşdırılması yuxarıda qeyd edilən metodologiyanın 4.2.17. maddəsinə əsasən aparılır.

Aşağıdakı qrafikdə sizə 2019-cu ilin əvvəlindən 2022-ci ilin iyun ayına qədər aksizli malların idxalına görə gömrük orqanlarında tutulan aksiz vergisinin dəyişmə tempini göstərmişik. Gördüyünüz kimi 2019-cu ildə qəfil artım müşahidə edilib. Bunun səbəbi, hesab edirik ki, 2019-cu ilin yanvar ayından etibarən Vergi Məcəlləsinə edilmiş dəyişikliyin səbəbi ilə idxal üzrə aksizli malların siyahısının genişlənməsidir. Belə ki, 2018-ci il noyabr dəyişikliyi ilə:

  • energetik içkilər;
  • avtobuslar (sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla);
  • elektron siqaretlər üçün mayelər akzisli malların siyahısına daxil edilmişdir.

2019-cu ildən etibarən istehlak bazarında energetik içkilərə olan maraq və tələbat özünü daha aydın göstərmişdir. Eyni zamanda həmin ildən etibarən ölkəmizə xarici mənşəli iri həcmli müasir avtobusların idxalının artmasını da hər birimiz bilirik.

Qrafikdən göründüyü kimi, 2021-ci ilin əvvəlinə aksiz vergisi üzrə daxilolmalarda enmə müşahidə edilsə də, həmin ilin birinci rübündə artım qeydə alınıb.

2019-2020-ci illərdə gömrük orqanlarında tutulan aksiz vergisinin dəyişmə tempi


Mənfəət vergisi nədir?

posted in: Xəbər | 0

Mənfəət nədir? Mənfəət vergisi nədir və necə hesablanır? Belə suallar, ümumiyyətlə, mənfəət anlayışı, ta qədimdən tacirləri, müasir dövrümüzdə isə sahibkarları həmişə maraqlandırıb. Bu məqalədə həmin suallara cavab verməyə çalışacağıq.

Mənfəət anlayışı

İstənilən sahibkar çalışır ki, biznesi faydalı, gəlirli olsun. Gəlirliliyə nəzarət etmək üçün fəaliyyətin maliyyə nəticələri müəyyən edilməlidir. Maliyyə nəticəsi təsərrüfat fəaliyyətindən əldə edilən gəlirlərlə bu gəlirlərin əldə edilməsinə çəkilən xərclərin fərqi kimi təyin edilir. Bu zaman əsas fəaliyyətlə yanaşı, digər gəlir və xərclər də nəzərə alınır. Maliyyə nəticəsi mənfəət, yaxud zərər ola bilər. Nəticədən asılı olaraq sahibkar vergi ödəyir. Təbii ki, sizdə “Mənfəət vergisi nədir və necə hesablanır?” sualı yaranacaq, amma tələsməyək, ilk növbədə “Mənfəət nədir?” sualına cavab verməyə çalışaq.

Mənfəət anlayışı fayda, xeyir mənasında işlədilir, mahiyyətcə əmtəə və xidmətlərin satışından əldə edilən gəlirin bu malların istehsalı, satışı ilə bağlı xərclərdən artıq olmasıdır.

Maliyyə nəticəsi mənfəət, yaxud zərər ola bilər.

İqtisadi ədəbiyyatda mənfəətin növləri fərqləndirilir: ümumi mənfəət, satışdan mənfəət, xalis mənfəət və sair.

Ümumi mənfəətdən müəssisə, məsələn vergilər, kredit faizləri, icarə, xeyriyyə fondlarına kənar ödənişlər edir.

Qalan xalis mənfəət istehsal ehtiyaclarına, fəaliyyətin genişləndirilməsinə, kadr hazırlığına, sosial sferanın inkişafına, ətraf mühitin qorunmasına sərf olunur.

Mənfəətdən sahibkarın əldə etdiyi gəlir, onun menecer kimi qazancı deyil

Ən ümumi formada mənfəət anlayışı, gəlirlə onu əldə etmək üçün lazım olan xərclər arasındakı fərqi ifadə edir.

Beləliklə, “Mənfəət nədir?” sualının cavabı kimi deyə bilərik ki, o, biznesin uğurunun, onun iqtisadi səmərəliyinin əsas göstəricisidir.

Gəlir, satışdan gəlir, mənfəət anlayışı: onları fərqləndirən nədir?

“Kür” kafesi bazar günü 5000 manat, bazar ertəsi isə 4500 manat dondurma və sərinləşdirici içkilər satıb. 9500 manat şirkətin gəliri – yəni əsas fəaliyyəti üzrə cəmi qazancıdır.

Satış gəlirləri yaxud satış ilə yanaşı gəlir anlayışından da istifadə olunur – bu termin daha genişdir, yalnız əsas malların, xidmətlərin satışı üçün daxil olan pulu deyil, həm də digər mənbələrdən alınan məbləğləri əhatə edir.

Məsələn “Kür” kafesi yalnız dondurma və sərinləşdirici içkilər satışından deyil, həm də binaların, avadanlıqların, mebellərin icarəsindən, hətta məhkəmə işinin uduşundan da pul ala bilər.

Beləliklə, əsas fəaliyyət üzrə mal və xidmətlərdən daxil olan pul vəsaiti satış gəliridir. Onları bütün əlavə qazanclarla cəmlədikdə, bu gəlirdir. Gəlir satışa bərabər ola bilər, ondan çox da ola bilər. Gəlirlər onun vergi ödəyicisi tərəfindən əldə edildiyin təsdiq edən ilkin və digər sənədlər, sənədlər, habelə vergi uçotu sənədləri əsasında müəyyən edilir.

Bəs mənfəət nədir?

İyun ayında  “Kür” kafesinin gəliri 10000 manat olub. Bu puldan vergi, kredit, əmək haqqı, icarə, kommunal xidmətlər, mal-material alınmasına 7000 manat ödənilib. Qalan 3000 manat onun mənfəətidir.

Mühasibatlıqda adətən mənfəətin bir neçə formasından istifadə edilir:

  • ümumi mənfəət;
  • balans mənfəəti;
  • əməliyyat mənfəəti;
  • vergiyə cəlb edilən mənfəət;
  • xalis mənfəət və sair.

Vergitutma məqsədləri üçün ümumi mənfəət, vergiyə cəlb edilən mənfəət, vergidən azad edilmiş mənfəət anlayışları fərqləndirilir. Mənfəət vergitutma obyektidir, ondan Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun vergi tutulur.

Mənfəət vergisi nədir və necə hesablanır?

Mənfəət vergisi hüquqi şəxslərə aid anlayış, vergi növüdür. Mənfəət vergisi məqsədlərinə görə, mənfəət, əldə edilmiş gəlirlərə gəlirdən çıxılmasına icazə verilən xərclər arasındakı fərqdir. Xalis mənfəət isə mənfəətin mənfəət vergisi çıxıldıqdan sonra qalan hissəsidir.

Hüquqi şəxslərin mənfəət vergisi dövlət vergilərinə aid olub, tam həcmdə dövlət büdcəsinə, bələdiyyə mülkiyyətində olan müəssisələrin, təşkilatların mənfəət vergisi bələdiyyə büdcəsinə ödənilir.

Qeyd etdiyimiz kimi, mənfəət müəssisənin gəlirlərinin, bu gəlirlərin əldə edilməsinə çəkilən xərclərin fərqi kimi müəyyən edilir. Mənfəət vergitutma obyektidir, vergi  aşağıdakı qaydada hesablanır:

Mənfəət Vergisi = (Gəlirlər-Xərclər) * Vergi dərəcəsi

Mənfəət anlayışı, vergi ödəyiciləri, vergitutma obyekti, vergi dərəcəsi, digər məsələlər Vergi Məcəlləsinin 9-cu və 10-cu fəsillərində şərh olunub.

Hüquqi şəxslərin mənfəət vergisi birbaşa vergidir, onun dəyəri müəssisənin son maliyyə nəticəsindən asılıdır.


“Mənfəət vergisi nədir, hüquqi şəxslərdə vergi necə hesablanır?” sualına daha çox cavab almaq istəsəniz, müraciət edin


Əməkhaqqı hesablanarkən gəlir vergisinə tətbiq edilən güzəştlər

posted in: Xəbər | 0

gəlir vergisi, əməkhaqqı, gəlir vergisinə tətbiq edilən güzəştlər,Azərbaycan qanunvericiliyində vətəndaşların sosial vəziyyəti nəzərə alınmaqla müəyyən güzəştlər nəzərdə tutulur. Əmək qənunvericiliyi eksperti Nüsrət Xəlilovun açıqlaması əmək müqaviləsi ilə çalışan fiziki şəxslərin gəlir vergisinə tətbiq edilən güzəştlər barədədir.

Fiziki şəxslərin muzdlu işdən əldə etdikləri gəlirlərinə Vergi Məcəlləsinin 102-ci maddəsində göstərilən qaydada azadolma və güzəştlər tətbiq edilir. Əməkhaqqıdan tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Əmək müqaviləsi əsasında muzdla işləyən və güzəşt hüququna malik olub, lakin müvafiq təsdiqedici sənədləri əmək müqaviləsi hüquqi qüvvəyə mindikdən sonra təqdim edən fiziki şəxslərin güzəştləri fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. Həmin sənədlərin siyahısı Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli “əməkhaqqıdan tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısı” adlı qərarında göstərilib. Hansı güzəştin edilməsi üçün hansı sənədlərin təsdiqedici sənəd hesab edilməsi həmin qərara əsasən müəyyən edilir.

Gəlir vergisinə aid güzəştlər

Şəxsin əməkhaqqısından vergi hesablanarkən 400, 200,100 və 50 manatlıq güzəşt nəzərdə tutulub. Vergi Məcəlləsi və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, əməkhaqqıdan tutulan vergi hesablanarkən fiziki şəxsin aylıq gəlirinə edilən güzəşt və həmin güzəştin edilməsinə dair təsdiqedici sənədləri nəzərdən keçirək.

Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır:

1. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarıüin, Azərbaycanın Milli Qəhrəmanları.

Güzəşt üçün hüquq verən sənəd:

  • Azərbaycan Respublikası Vətən müharibəsi Qəhrəmanlarının təltif edilmə barədə vəsiqəsi;
  • Azərbaycan Respublikası Milli qəhrəmanlarının təltif edilmə barədə vəsiqə.

2. Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları.

Güzəşt üçün hüquq verən sənəd:

  • Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının təltif edilmə barədə vəsiqəsi.

3. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər.

Güzəşt üçün hüquq verən sənəd:

  • I və II dərəcə müharibə ilə əlaqədar əlilliyi olan şəxs barədə əlilliyi olan şəxslərin reyestrindən çıxarışı;
  • Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və ya “DOST” mərkəzinin arayışı.

4. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri) və övladları.

Güzəştin edilməsi üçün hüquq verən sənəd:

  • Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;
  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və ya “DOST” mərkəzinin arayışı;
  • Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları,

5. 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslər.

Güzəşt üçün hüquq verən sənəd:

– orden və medallarla təltifolunma haqqında vəsiqələr.

6. Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər.

Güzəşt üçün hüquq verən sənəd:

  • müharibə veteranı vəsiqəsi;
  • Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı;
  • Müdafiə Nazirliyinin, Milli Təklükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin arayışları.

7. Çernobıl AES-də qaza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.

Güzəşt üçün hüquq verən sənəd:

  • tibbi-sosial ekspert komissiyasının qərarı;
  • Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları.

Repetitorların vergi və sosial öhdəlikləri


Misal 1: Vətən Müharibəsi Qəhrəmanı dövlət müəssisəsində baş mühasib vəzifəsində çalışır. Muzdlu işdən aylıq gəliri 3.500 manatdırsa, o nə qədər vergi ödəməlidir?

Hesablanan aylıq gəlir: 3.500 manat;
Vergiyə cəlb olunan məbləğ: 3.500 – 400 = 3.100 manat;
Gəlir vergisi: (350 + (3100-2500) x 25% = 500 manat;
DSMF ayırmaları – 105 manat;
İşsizlikdən sığorta haqqı – 17,50 manat;
İcbari tibbi sığorta haqqı – 70,00 manat;
Nett əməkhaqqı: 3500-500-105-17,5-70 = 2807,50 manat.

Gəlir vergisi: vergiyə cəlb olunan məbləğ 2.500 manatadək olduqda

(vergiyə cəlb olunan məbləğ – 200) x 14%);
Vergiyə cəlb olunan məbləğ 2.500 manatdan çox olduqda
350 + (vergiyə cəlb olunan məbləğ – 2500) x 25%);
DSMF ayırmaları: sığorta haqqına cəlb edilən aylıq gəlir x 3%;
İşsizlikdən sığorta haqqı: hesablanan aylıq əməkhaqqı x 0.5%;

İcbari tibbi sığorta haqqı:

Əməkhaqqı 8.000 manatadək olduqda (hesablanan aylıq əməkhaqqı x 2%);
Əməkhaqqı 8.000 manatdan çox olduqda 160 + (hesablanan aylıq əməkhaqqı-8000) x 0,5%).

Yekun ödəniləcək məbləğ:

Hesablanan əməkhaqqı – gəlir vergisi – DSMF ayırmaları – işsizlikdən sığorta haqqı – icbari tibbi sığorta haqqı.

Misal 2: Vətən Müharibəsi Qəhrəmanı eyni əməkhaqqı ilə özəl müəssisədə çalışır. Bu zaman hesablama aşağıdakı şəkildə olacaq:

Hesablanan aylıq gəlir: 3.500 manat;
Gəlir vergisi: 0,00 manat;
DSMF ayırmaları: 336,00 manat;
İşsizlikdən sığorta haqqı: 17,50 manat;
İcbari tibbi sığorta haqqı: 70,00 manat;
Nett əməkhaqqı: 3500-336-17.5-70 =3076,50 manat.

Misal 3: Vətən Müharibəsi Qəhrəmanı büdcədən maliyələşən müəssisədə 1.700 manat məvaciblə şöbə rəhbəri vəzifəsində çalışır. Onun aylıq gəlirindən vergi necə tutulacaq?

Hesablanan aylıq gəlir: 1.700
Vergiyə cəlb olunan məbləğ: 1.100 (400+200 manat güzəşt – əməkhaqqı 2.500 manatdan aşağı olduğu üçün);
Gəlir vergisi: 1700 – 400 – 200 x 14% = 154 manat;
DSMF ayırmaları: 51,00 manat;
İşsizlikdən sığorta haqqı: 8,50 manat;
İcbari tibbi sığorta haqqı: 34,00 manat;
Nett əmək haqqı: (1700 – 154 – 51 -8.5 – 34) = 1452,50 manat.

Misal 4: Vətən Müharibəsi Qəhrəmanı özəl müəssisədə 1.700 manat məvaciblə şöbə rəhbəri vəzifəsində çalışır. Onun aylıq gəlirindən vergi necə tutulacaq?

Hesablanan aylıq gəlir: 1700 manat;
Gəlir vergisi: 0,00;
DSMF ayırmaları: 156,00 manat;
İşsizlikdən sığorta haqqı: 8,50 manat;
İcbari tibbi sığorta haqqı: 34,00 manat;
Nett əmək haqqı: (1700 – 156 – 8.5 – 34) =1501,5 manat.

2. Aşağıdakı fiziki şəxslərin muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır:

1. Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) şəxslər.

Güzəşt üçün hüquq verən sənəd:

  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və ya “DOST” mərkəzinin arayışı;
  • tibbi-sosial ekspert komissiyasının qərarı.

2.18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər.

Güzəşt üçün hüquq verən sənəd:

  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və ya “DOST” mərkəzinin arayışı;
  • tibbi-sosial ekspert komissiyasının qərarı.

3. Daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəvyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum.

Güzəşt üçün hüquq verən sənəd:

  • himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı;
  • ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı
  • uşağın doğulması haqqında şəhadətnamənin surəti;
  • birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;
  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun arayışı;
  • övladlığagötürmə barədə məhkəmə qərarının surəti.

Mənbə: “Əmək qanunvericiliyinin praktiki izahı” kitabı.

Mənbə: vergiler.az


Aliment net, yoxsa gross əməkhaqqıdan tutulmalıdır?


Şadlıq saraylarının hansı xərcləri gəlirdən çıxıla bilər?

posted in: Xəbər | 0

gəlirdən çıxılan xərclər, Şadlıq saraylarının xərcləri,Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirib.

Vergi Məcəlləsinin 109.4-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, müvafiq olaraq əyləncə və sosial xərclər gəlirdən çıxılır.

Misal 1: Tutaq ki, şadlıq sarayı toy məclisinin aparılması üçün müğənniyə 2.000 manat ödəniş edir. Həmin məbləğin şadlıq sarayı tərəfindən gəlirdən çıxılmasına icazə verilir.

Misal 2: “AA” MMC ictimai iaşə müəssisəsi olan restorandır və yeməklərin bişirilməsi üçün aşpazla xidmət müqaviləsi bağlayaraq ona 1.500 manat ödəniş edir. Bu halda aşpaz xərci gəlirdən çıxılan xərclərə aid ediləcək. Çünki “AA” MMC sahibkarlıq fəaliyyətinə uyğun olaraq aşpaz xidmətindən istifadə etməlidir.

Mənbə: vergiler.az


Repetitorların vergi və sosial öhdəlikləri


1 623 624 625 626 627 628 629 2. 686