Fəaliyyəti olmayan fərdi sahibkarın hansı vergi öhdəlikləri var?
Fərdi sahibkar kimi fəaliyyət göstərmək üçün VÖEN açdırmışam, lakin hələ fəaliyyətim olmayıb. Bu halda mən hansı vergi öhdəliklərini yerinə yetirməliyəm?
Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Eyni zamanda, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.
Həmin arayışı və ya vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicilərinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Vergi öhdəlikləri barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi saytında “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü, 57.1-ci maddələri.
Mənbə: vergiler.az
Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin vergi münasibətləri necə tənzimlənir?

Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını təklif edir. Birbank-lılar bu kart vasitəsilə etdikləri əməliyyatlara görə müxtəlif bonuslar əldə edirlər. Aktiv Birbank Cashback debet kartı istifadəçiləri avqust ayında bonuslardan ortalama 50 manat pul qazanıblar.
2022-ci ilin məlumatına görə, dünyada BMT tərəfindən müstəqilliyi tanınmış 197 ölkə vardır. Onların bir çoxunun öz pul vahidləri – maliyyə sisteminin əsaslandığı valyutaları var. Beynəlxalq standartlaşdırma üzrə təşkilatın (ISO) siyahısına daxil edilmiş dünya valyutalarının siyahısına 250-dən çox valyuta adı daxildir.
Kənd təsərrüfatı fəaliyyəti göstərəcək müəssisə 27 oktyabr 2021-ci ildə vergi orqanında sadələşmiş vergi ödəyicisi kimi qeydiyyatında alınıb. 5 yanvar 2022-ci ildə müəssisənin hesabına kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sifarişçi firma tərfindən “pambığın emalı xidməti” üçün 1 milyon manata yaxın avans ödənilib. Pambıq, xidməti göstərəcək müəssisəyə məxsusdur. Bu iki müəssisənin vergi münasibətləri necə tənzimlənir?