Read More9
Read More9

Sərnişinlərin icbari fərdi qəza sığortasında fərqli yanaşmalar: yenilik gözlənilir

posted in: Xəbər | 0

Azərbaycanda hava, quru və dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlərin icbari fərdi qəza sığortası aktuallaşıb. Artıq İcbari Sığorta Bürosu (İSB) və aidiyyəti dövlət qurumları bu sığorta növündə penetrasiyanın artırılması istiqamətində birgə müzakirələr aparırlar. İSB isə bununla bağlı ayrıca yeni layihələr hazırlayıb.

Bu barədə sualları cavablandıran İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev bildirib ki, 3 il öncə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasındakı yanaşmaların sərnişinlərin icbari fərdi qəza və daşınmaz əmlak sığortasında tətbiq edilməsi mümkündür: “2025-2027-ci illər sığorta sektorunun inkişafı strategiyasında yer alan bu məsələ ilə bağlı Mərkəzi Bankla müzakirələr aparırıq. Məqsəd odur ki, icbari növlər üzrə təyin edilən sığortalar artıq vətəndaşlar tərəfindən təmin olunsun. Məcburi xarakterli olmadığı üçün daha çox onun fəlsəfəsini başa düşərək həyata keçirilməsini təmin etmək lazımdır. Vətəndaşlar əmlaklarını sığortalayan zaman nə əldə edəcəklərini bilməlidirlər”.

İSB-nin məlumatına əsasən, indiyədək 190 min 925 daşınmaz əmlak üzrə icbari sığorta şəhadətnaməsi alınıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası üzrə müqavilələrin sayı 21 min 893 ədəd təşkil edir. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə şəhadətnamələrin sayı isə xüsusilə azdır – cəmi 200 ədəd. V.Məsiyev bu rəqəmlərin yüksəldilməsi üçün layihələr hazırlandığını vurğulayıb. Bildirib ki, layihələr Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə hazırlanıb və sərnişin daşıyan bütün nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların icbari fərdi sığortası üzrə vahid və rahat mexanizmin formalaşdırılmasını nəzərdə tutur: “Məqsəd inteqrasiyaları tamamlamaqla sığorta prosesini daha əlçatan və operativ etməkdir. Düşünürəm ki, bu ilin sonunadək müəyyən mexanizmlər tətbiq olunacaq ki, sərnişin daşıyan bütün nəqliyyat vasitələri rahat şəkildə sığortalansın və bu sahədə hər hansı problem yaranmasın. Bu istiqamətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Mərkəzi Bankla birgə reyestrlərin formalaşdırılması və həmin reyestrlərlə inteqrasiyanı nəzərdə tutan işlər aparılır. Hazırda Daxili İşlər Nazirliyi ilə inteqrasiyamız var. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını daxil etdikdə bütün məlumatlar avtomatik əldə olunur. Eyni yanaşmanı sərnişin daşıyan bütün nəqliyyat vasitələri üzrə də tətbiq etməyi planlaşdırırıq”.

Xatırladaq ki, 2023-cü ildən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında yeni yanaşmalar tətbiq olunur. İSB-nin icraçı direktorunun müavini Seymur Mirzəyev bununla bağlı bildirib ki, sistemdə sığorta haqları və ödənişlərinin hesablanması zamanı sürücünün yaşı, təcrübəsi, avtomobilin ishehsal tarixi, nəqliyyat vasitəsinin idarə edildiyi ərazilər və digər amillər əsas götürülür: “Artıq hər kəsə eyni deyil, şəxsi məlumatlara uyğun yanaşma tətbiq edilir. Bu, hər bir sürücüyə münasibətdə tarifin müəyyən edilməsidir. Məlumatlara əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə müqavilələrin rəsmiləşdirilməsində hər il artım qeydə alınır. Bu, həm də ölkəyə gətirilən nəqliyyat vasitələrinin sayının artması ilə əlaqədardır. Buna mütənasib olaraq, sığorta hadisələrinin sayında, nəticə etibarilə sığorta ödənişlərində və orta zərər məbləğində artım müşahidə edilir”.

Qeyd edək ki, 2025-ci ildə İcbari Sığorta Bürosunun dayanıqlı maliyyə və zəmanət fondu üzrə investisiya portfelinin gəlirliliyi proqnozları üstələyib. Nəticədə investisiya portfelinin dəyəri artıb, hədəf olaraq müəyyən edilmiş 5,9 milyon portfel gəliri 6,5 milyon manat səviyyəsində icra olunub.

Mənbə: vergiler.az

İstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı?

İdman mərc oyunları və lotereyalarda sadələşdirilmiş vergi

posted in: Xəbər | 0

Mərc oyunlarında sadələşdirilmiş vergi dərəcələri

Vergi Məcəlləsinin tələblərinə əsasən idman mərc oyunları məcburi qaydada sadələşdirilmiş vergiyə cəlb edilən fəaliyyət sahəsidir. Mərc oyunları, oyun zamanı baş verəcək hadisələrin, yarışların nəticələrinin qabaqcadan, düzgün proqnozuna əsaslanaraq keçirilir, qalib gəlmiş şəxslər pul ilə mükafatlandırılır. Qanunvericiliyə əsasən bu oyunun həm satıcıları olur, həm də operatorları. Onların hər ikisinin sadələşdirilmiş vergiyə cəlb edilməsi məcburidir.

Operator mütləq akkreditasiya edilmiş hüquqi şəxs olmalıdır, satıcı isə fiziki şəxs də ola bilər. Satıcı:

  • bütün əməliyyatları mərkəzləşdirilmiş sistemə bağlı olaraq təşkil edən agentdir;
  • operatorla müqavilə əsasında fəaliyyət göstərir;
  • ondan komissiya haqqı alır.

İdman mərc oyunları operatoru idman mərc oyunları biletlərinin satışından əldə etdiyi vəsaitə 6 faiz, idman mərc oyunlarının satıcısı isə idman mərc oyunlarının operatorunun ona verdiyi haqdan (mükafatdan) 4 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayır. Hesablama zamanı vergiyə cəlb olunan məbləğdən iştirakçılara ödənilmiş mükafat məbləği çıxılmır. Eyni zamanda idman mərc oyunlarının operatoru satıcıya verdiyi haqq (mükafat) verginin hesablanması zamanı nəzərə almır.

Nümunə: Mərc oyunlarının satıcısı bilet satışından 13500 manat əldə edib. Qalib şəxslərə 2200 manat uduş verilib. Operator satıcıya 4200 manat haqq (mükafat) ödəyib. Hər ikisi üçün sadələşdirilmiş vergisinin məbləği aşağıdakı kimi olacaq.


Bəyannamə və hesabatların hazırlanması kursu


Lotereya satışında vergilər

2021-ci ilin sonunda Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən lotereya biletlərinin satışını həyata keçirən şəxslə, həmçinin lotereya təşkilatçıları da məcbur sadələşdirilmiş vergi ödəyicisidir. Təşkilatçı satışdan qazanılmış məbləğdən 6%, satıcı isə ona verilmiş haqdan (mükafatdan) 4% sadələşdirilmiş vergi hesablayır.

Sonuncu dəyişikliklərə əsasən lotereya biletlərinin satıcısı əgər lotereya biletini təşkilatçıdan deyil, özündən əvvəlki satıcıdan almışdırsa onun gəlirləri sadələşdirilmiş vergidən azaddır.

Onu da qeyd edək ki, iştirakçılara münasibətdə belə uduşlar qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə daxil edilir və ödəmə mənbəyində vergi tutulur. Vergi tutulan zaman oyuna qoşulmaq üçün ödənilmiş məbləğ nəzərə alınır. Verginin dərəcəsi 10%-dir. Həm lotereya, həm də mərc oyunlarında pul formasında qazanılmış uduşun 500 manatı vergidən azaddır.

Vergi hesabatlarının təqdim edilməsi

Məlumdur ki, bəzi hallar istisna olmaqla, vergi hesablandıqdan sonra onun bəyan edilməsi tələbi qanunla tələb olunur. Vergilər, onlar üçün müəyyən edilmiş müddətdə bəyan edilməli və ödənməlidir. Verginin bəyan edilməsi müddəti adətən onun üçün müəyyən edilmiş hesabat dövrü bitdikdən sonra başlayır. Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Bəyannamə əvvəlki rüb üçün yeni rübün ilk ayının 20-sindək təqdim edilir.

Sadələşdirilmiş verginin ödəyicisi olmuş şəxs fəaliyyətini dayandırsa da, uçotdan çıxsa da, eyni qaydada, yəni rüb bitəndən sonra növbəti ayın 20-sinə kimi vergi hesabatı təqdim edir. Analoji olaraq operator və satıcı olan şəxslər rüblük hesablanmış sadələşdirilmiş vergi üçün rüb bitəndən sonra, yeni rübün ilk ayının 20-dən gec olmamaqla Dövlət Vergi Xidmətinin müəyyən etdiyi xüsusi formaya əsasən vergi orqanına hesabat verməli, habelə eyni müddətə qədər vergi məbləğini büdcəyə köçürməlidirlər.

Uduşlar (mükafatlar) əldə edən şəxsə ödəmələr verən şəxslər ödəmə mənbəyində vergini tutmağa, ay bitdikdən sonra növbəti ayın 20-sinədək “Uduşlardan əldə edilmiş gəlirlərdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi”ni təqdim etməyə borcludur.

442 saylı “Gələcək hesabat dövrlərinin gəlirləri” hesabı üzrə uçot (2-ci hissə)

Sadələşdirilmiş vergidən azadolmalar və güzəştlər varmı?

posted in: Xəbər | 0

Azadolmalar və güzəştlər

Azərbaycan vergi qanunvericiliyində, digər vergi növlərində olduğu kimi, sadələşdirilmiş vergi üzrə azadolmalar və güzəştlər nəzərdə tutulub. 2022-ci ildə qüvvəyə minən dəyişikliklərə qədər Vergi Məcəlləsində əsasən aşağıdakı azadolmaların nəzərdə tutulmuşdur:

Sadələşdirilmiş vergidiən azadolmalara və güzətlərə aşağıdakıları aid etmək olar: Kənd təsərrüfatı məhsullarının istehsalçıları. Borcların silinməsindən gəlir, ixrac təşviqi, dividendlər

Sonradan şəkildə qeyd edilən sadələşdirilmiş vergidən azadolmaların tərkibi dəyişdirildi, bəziləri ləğv edildi, yeniləri əlavə edildi, məsələn:

  • yaşayış, qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin təqdim edilməsi zamanı Məcəllənin 218-1.1.5–ci maddəsinin müddəaları ilə müəyyən olunan hallar;
  • lotereya biletlərinin agent qaydasında satışı zamanı göstərilən xidmətlər üzrə gəlirlər;
  • kənd təsərrüfatı məhsullarının istehsalçılarının öz istehal etdikləri məhsul satışı üçün 2014-cü ilin yanvarın 1-dən tətbiq edilən 10 illik müddət 13 ilə qaldırıldı;
  • ixracın təşviqi ilə bağlı verilən güzəşt ləğv edildi;
  • media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar üçün güzəşt müddəti 2023-cü il yanvarın 1-dən 6 il müddətinə uzadıldı.

Kənd təsərrüfatında sadələşdirilmiş vergi üzrə azadolmalar

Artıq neçə ildir respublikamızda aqrar sahənin inkişafı üçün olduqca çox şaxəli tədbirlər görülür. Bu təsadüfi deyil, çünki aqrar sahənin inkişafı ölkə iqtisadiyyatında xüsusi rola malikdir. Vergi Məcəlləsində kənd təsərrüfatı sektoru üçün nəzərdə tutulmuş güzəştlərdən biri belə məhsulların satışına tətbiq edilən sadələşdirilmiş vergidən azadolmalardır.  2014-cü il yanvarın 1-dən 13 il müddətinə təqdim edilən bu azadolma istehsalçının özünün təqdim etdiyi məhsullara aid edilir. Bu hüquqdan istifadə üçün onlar uyğun təsdiqedici sənədləri təqdim etməlidir.

Nümunə 1: Sadələşdirilmiş vergi ödəyicisi olan fiziki şəxs Məmmədov Elmar Gədəbəy rayonunda özünə məxsus 40 sot torpaq sahəsində kənd toyuqlarının yetişdirilməsi və satılması ilə məşğuldur. O toyuqların bir hissəsini diri şəkildə bazarda əhaliyə, bir hissəsini isə kəsilmiş formada satır. Azadolma 2014-ci ildən etibarən 13 il qüvvədə olduğu üçün onun tərəfindən diri şəkildə təqdim edilmiş məhsullardan əldə edilən gəlir vergiyə cəlb edilməyəcəkdir.

Borcların silinməsi ilə bağlı azadolmalar

Bəzən dövlət vergi borclarının tamamilə yaxud müəyyən vergi ödəyicilərinə münasibətdə bağışlanmasını, yəni silinməsi qərarını qəbul edir. Belə silinmə aşağıdakı məqsədlə aparılır:

  • sahibkarlığın inkişafının stimullaşdırılması;
  • əlverişli biznes mühitinin formalaşdırılması;
  • vergi yükünün optimallaşdırılması;
  • vergi ödəyicilərinin iqtisadi fəallığının artırılması.

Silinmiş məbləğ həmin vergi ödəyicilərinin satışdankənar gəlirlər hesab edilir, lakin ona sadələşdirilmiş vergi üzrə azadolma tətbiq edilir. İlk belə addım 2017-ci ildə atılmışdı. Sonradan, 30.12.2016-cı il tarixli 474 VQ nömrəli qərarla vergi ödəyicilərinin faiz, maliyyə sanksiyalarıyla bağlı borcları silinmişdi.

Nümunə 2: 2017-ci ildə mövcud qanunla hüquqi şəxs “Delta Plyus” MMC-nin dövlət büdcəsinə hesablanmış faizlər üzrə olan 220 manat və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı olan 3500 manat olan borcu dövlət tərəfindən silinib.  Sadələşdirilmiş vergi güzəşti tətbiq edilərək heç bir vergi hesablanmayacaq.

Vergi planlaşdırması – vergi ödəmələrini qanuni yollarla, Vergi Məcəlləsinə uyğun, sizin üçün ən sərfəli şəkildə idarə etməyin bir üsuludur. Düzgün informasiyaya malik olaraq yaxud səriştəli mütəxəssis cəlb etməklə, doğru strategiya seçib, vergi, rüsum, digər məcburi ödəmələrin məbləğini azaltmaq mümkündür.  Ətraflı burada!

 

Dividendlərlə bağlı azadolmalar

Qeyd edək ki, dividendlərlə bağlı sadələşdirilmiş vergi üzrə azadolma 01.01.2019-cu ildən qüvvəyə minib. Odur ki, yalnız bu tarixdən sonra formalaşmış xalis mənfəətdən rezident müəssisənin səhmdarlarına habelə payçı və təsisçiyə verilən dividendlərə aid edilir. Azadolma hüququndan istifadə üçün müəssisənin:

  • gəlir və xərclərinin uçotu qanunla müəyyən edilmiş formada aparılmalı;
  • ƏDV-nin məqsədləri üçün qeydiyyatı olmamalı;
  • əməliyyatlarının həcmi ardıcıl 12 ayın istənilən bir yaxud bir neçə ayında 200.000 manatdan az olmalıdır.

Gəlirlərinin (xərclərinin) uçotunu aparmayan yaxud onların aparılma formasına əməl etməyən vergi ödəyicilərinin güzəşt hüquqları yoxdur.

Nümunə 3: Bakı şəhərində turizm fəaliyyəti göstərən “Qlobal Dünya” MMC-nin təsisçisi olan fiziki şəxs il yekunlarına görə MMC-nin xalis mənfəətindən 5000 manat dividend götürməlidir. Müəssisə ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. Bu səbəblə sadələşdirilmiş vergidən azadolma tətbiq edilməyəcək və ödəmə mənbəyində 5000*10%=500 azn vergi tutularaq dövlət büdcəsinə ödəniləcəkdir.

Sadələşdirilmiş vergi ödəyicilərində dividend məsələləri ilə bağlı buradan ətraflı oxuya bilərsiniz.

Sadələşdirilmiş vergi üzrə digər azadolma və güzəştlər

Məcəllənin 218-1.1.5-ci maddəsi yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin təqdim edilməsi zamanı azadolma və güzəştlərə həsr olunub. Məsələn:

  • fiziki şəxsin azı 3 təqvim ili yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahəsinin təqdim edilməsi sadələşdirilmiş vergidən azadolmaya aiddir;
  • daşınmaz əmlakın təqdim edilməsi zamanı fiziki şəxslərin xüsusi mülkiyyətindəki yaşayış sahələrinin 30 kvadratmetrədək olan hissəsi sadələşdirilmiş vergidən azaddır.

218-1.1.6-ci maddəsinə görə lotereya biletlərinin satışını agent qaydasında həyata keçirilməsi üzrə xidmətlər də azadolmalara aiddir.

Əmək hüququ: predmeti, funksiya və prinsipləri

İstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı?

posted in: Xəbər | 0

İstismara verilməyib dövrün sonuna anbarda qalan əsas vəsait əmlak vergisinin hesablanmasında nəzərə alınırmı? İstismara verilən, cari dövr ərzində yenidən istismardan anbara mədaxil olan əsas vəsaitə əmlak vergisi hesablanırmı? Yəni yuxarıdakılar mövcud vəziyyətdə müəssisənin balansında olan əsas vəsaitlərə aid edilməli və onlara əmlak vergisi hesablanmalıdırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən, əsas vəsaitlər – istifadə müddəti bir ildən, dəyəri 500 manatdan çox olan, amortizasiya edilməli olan maddi aktivlərdir.

Vergi Məcəlləsinin 198.2-ci maddəsinə görə, müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.
Sorğuya cavab olaraq bildirilib ki, konservasiya edilmiş əsas vəsaitlər (vergi ödəyicisinin əvvəllər gəlirin əldə edilməsi prosesində istifadə etdiyi, lakin sonradan gəlirin əldə edilməsi prosesində istifadəsi dayandırılaraq anbarda saxlanılan əsas vəsaitlər), istismara verilməmiş anbarda olan əsas vəsaitlər amortizasiya olunmur. Bu səbəbdən, əsas vəsait hesab edilmədiyi üçün onlara əmlak vergisi hesablanmır.

Əsas: Vergi Məcəlləsinin 13.2.17, 114.2.7,114.2.10 və 202-ci maddələri

Mənbə: vergiler.az

334 saylı “Nizamnamə üzrə ehtiyat” hesabı: uçot prinsipləri, beynəlxalq standartlar və praktiki nümunələr

 

1 62 63 64 65 66 67 68 2. 700
error: Content is protected !!