Güclü mühasibin 10 prinsipi

posted in: Məqalə, Xəbər | 0

Bu gün biz sizdən ötrü ən yaxşı və ən güclü mühasib ilə bağlı on qaydanı toplamışıq. Onlara riayət etməklə siz təkcə əmək bazarında deyil, həm də gündəlik həyatda yüksək qiymətləndirilən özünütəşkil səviyyəsinə nail ola bilərsiniz.

1-ci qayda: “Bütün həyatın boyu öyrən”

Biz əbəs yerə bu qaydadan başlamamışıq, zira qalan hər şey ona əsaslanır. İnsan nəyə isə can atırsa, daha doğrusu, yeni bilik və bacarıqları əldə etməkdən çəkinmirsə, bir yerdə dayanıb-durmur. Nahaq yerə deməyiblər ki, “əgər siz əla ola bilmirsinizsə – deməli, yerində sayırsınız”. Geriyə yol yoxdur, bir yerdə dayanıb-durmaq olmaz. Yol yalnız irəliyə doğrudur. Lakin eyni zamanda sizin hansı keyfyyətdə irəliləməyiniz də çox mühümdür. Siz istər sırf mənəvi inkişaf yolu ilə gedirsiniz və ya qarşınıza iddialı bir məqsəd qoyursunuz – bu o qədər də mühüm deyil. Öz üzərinizdə işləmək daha ciddi məsələdir, burada tədris həm prosesdir, həm sizin vəziyyətiniz, həm də ruhunuzun tələbatıdır. Öz işlərinin ən yaxşı peşəkarları heç vaxt “hər şeyi bildiklərini” söyləməzlər, əksinə, onlar ən azından nəsə bir yeniliklə tanış olmağa həmişə hazır olurlar. Bir çox hallarda elə bu, uğurun rəhnidir.

2-ci qayda: “İstirahət etməyi və yaxşı işləməyi bacar”

Bu, kimisə təəccübləndirə bilər, ancaq, istirahət etməyi bacarmaq lazımdır və hətta bunu öyrənmək də çox zəruridir. Biz çox vaxt həmkarlarımızdan çalışdıqları yerdə ev işləri barədə düşünməli olduqları, evdə olduqları zaman isə iş yerində yerinə yetirilməmiş tapşırıqlar barədə düşüncələrini qovmağa çalışmaları ilə bağlı hekayələrini eşidirik. Oriyentirlərin bu cür yerdəyişməsi heç bir yerdə özünü tam şəkildə göstərməyə imkan vermir. Öz sahəsinin əsl peşəkarları, demək olar ki, “fədakarcasına” işləyirlər və vəzifələrini yerinə yetirən kimi “ürək dolusu” istirahət edirlər. Məhz, belə bir nisbətə nail ola bilsəniz, həyatınız daha gözəl, daha maraqlı və daha zəngin olacaqdır. “Boşuna keçən” adi günlər bu istiqamətlərdəki səhvlərin olduğunu göstərən bir əlamətdir.

3-cü qayda: “Punktual ol”

Punktuallıq (dəqiqlik) hərəkətlərin ardıcıllığını nəzərdə tutur və hərəkətlərin ardıcıllığı müvəffəqiyyətin açarıdır. Öz işinin əsl peşəkarı olan bir şəxs öz zamanını heç vaxt boşuna keçirmir. O, özünü 100 faiz işə həsr etdikdə və başqa nə ilə isə məşğul olduqda belə, onun gündəlik qrafikində hökmən müəyyən bölümlər olur. O, heç vaxt görüşlərə gecikmir, hesabatları vaxtında verir, vədinə xilaf çıxmır və özünə qarşı xeyirxahlıq edən insanları unutmur. Təəssüf ki, bəzi həmkarlarımız öz uyğunsuzluqlarını və “dağınıqlıqlarını” hər cür absurdlarla izah etməyə başlayırlar: “Axı, mən qadınam” və ya “Mən kişiyəm, dəqiqlik mənə görə deyil”… İş yerində nə “oğlanlar”, nə də “qızlar” olur. Öz işlərini görən mütəxəssislər, peşəkarlar var. Peşəkar – bu, “cinsi olmayan” varlıqdır, ondan ötrü “gender” güzəştləri yoxdur.



4-cü qayda: “Karyerist olma”

Təəccüblüdür, hə? Son 10 il ərzində bizə aktiv şəkildə belə bir fikir yeritmək istəyirlər ki, əgər insan “böyük müdir” olmaq istəmirsə, onda avtomatik olaraq uğursuz adama, “ambisiyasız” birinə çevrilir. Öz sahəsinin əsl peşəkarını ilk növbədə bir qədər başqa problemlər maraqlandırır. Ondan ötrü öz işini nə dərəcədə yaxşı yerinə yetirməsi, bunun ona, ailəsinə və kollektivinə hansı faydalar gətirdiyi daha önəmlidir. Peşəkarın öz işini yaxşı yerinə yetirməsi son dərəcə vacibdir, belə ki, onun işi onun şəxsiyyəti ilə eyniləşdirilir. Karyera-karyeralığında, məhz, “horizontal”, peşəkar inkişaf ondan ötrü daha vacibdir.

5-ci qayda: “Özünə və ətrafındakılara qarşı dürüst ol”

Yadımdadır ki, “Dövrümüzün qəhrəmanı” (M. Lermontovun romanı) əsərində Peçorin öz gündəliyində yazırdı ki, bu illər ərzində o, özünə qarşı dürüst olmağı, reallıqda necə görünsə də, hər şeyi öz adları ilə çağırmağı öyrənib. Əsl peşəkar xəyalpərvər ola bilər, amma, onun illüziyalarla yaşamağa haqqı yoxdur. Özünə qarşı dürüst olmadan, həmin şəxs həyatına, hərəkətlərinə və onların motivlərinə həqiqi qiymət verə bilməyəcək, başqalarına qarşı dürüst olmadan heç vaxt insanlar arasında səmimi hörmətə layiq olmayacaq. Əsl peşəkarlara, xarakterindən asılı olmayaraq hörmət edilir.

6-cı qayda: “Ehtiyacı olanlara kömək et”

Güclü mühasib – o, böyük insandır. İnsanlara isə mərhəmət xasdır. Belə adamlar heç vaxt öz problemlərinə və çətinliklərinə qapanmırlar, kimsə onlardan yardım istədikdə, kənarda qalmırlar. Onlar ətraflarında baş verənlərə biganə qala bilmirlər. Onlar, həqiqətən ehtiyacı olana həmişə kömək əlini uzatmağa hazırdırlar. Öz təcrübələrinin zərrəciklərini, peşənin sirlərini və incəliklərini öyrənmək istəyən, yenicə işə başlayan mütəxəssislərə ötürmək, onlardan ötrü çox vacibdir. Başqalarına yardım etmək, onlardan ötrü böyük zövqdür.


Maraqlı xarici HR faktları və rəqəmləri


7-ci qayda: “Başqalarına nəzərən hədəflənmə”

Güclü mühasib – o, özünəməxsus prinsiplər, inanclar və baxışlar dəsti olan unikal şəxsiyyətdir. Kimisə kopyalamağa çalışan, onun ədəb-ərkanını, hərəkətlərini və s. təqlid edən adam uğur qazanmaz. Peşəkar özü-özünü tərbiyələndirir, çətinlikləri və maneələri sərbəst şəkildə aşmaqla özünü möhkəmlədir. O, daim öz üzərində çalışır, nəyi yaxşılaşdırmaq lazım gəlməsi ilə bağlı təsəvvürü olur. Diqqətinizi yalnız, şəxsi qiymətləndirmə zəminində başqalarına da yönəldə bilərsiniz. Kimsə hər hansı bir obrazı yüz faiz kopyalamağa hədəflənirsə, birincisi, o, heç vaxt bu məqsədinə çatmayacaq, ikincisi, yalnız “çin nüsxəsi” ola biləcək. Buna hədəflənənlərə hətta bizim məsləhətlərimiz də kömək etməz. Yəni, buna heç dəyməz də. Ən yaxşısı, onu öz üzərinizdə təcrübədən keçirin və yalnız bundan sonra nəticə çıxarın.

8-ci qayda: “İşi sonadək yerinə yetirin”

Vicdan əzabı çəkmədən deyək ki, bu, son dərəcə vacib bir qaydadır. Başa çatdırılmayan istənilən bir tapşırıq – bir növ yığılıb-qalmış “zir-zibilə” oxşayır. Zir-zibil isə məlum olduğu kimi, həyat məkanını ağırlaşdırır və daraldır. Məcazi mənada bu, yarımçıq qalmış, yarı yolda tərk edilmiş işə də aid edilə bilər. Peşəkar mühasib bundan qaçır və öz imkanlarını ayıq şəkildə qiymətləndirməyə çalışır. Yalnız bundan sonra o, tapşırığın yerinə yetirilməsinə başlayır və ona nail olmaq üçün hər cür səy göstərir.

9-cu qayda: “Başqasının əməyini dəyərləndirin”

Öz işinə, insanın ürəklə, canfəşanlıqla və vicdanla məşğul olmasına, o, hörmətlə yanaşacaqdır. Təəssüflər olsun ki, başqalarına münasibətdə buna heç də həmişə rast gəlinmir. Bizlərdən bəziləri çox asanlıqla siqaret kötüyünü səkiyə atır, sonadək içilməyən pivə bankasını küçəyə qoyur və ya buna bənzər digər əməllərə yol veririk. Güclü mühasib heç vaxt bunu etməz. Bundan əlavə, o, tabeçiliyində olanlar qarşısında öz direktorunu müdafiə edəcək və əgər direktor əməkdaşlara qarşı ədalətsiz davranarsa, onların incidilməsinə də yol verməyəcək. O, ədalət meyarı ilə düşünür və başqasının işinə sayğısız yanaşan istənilən birinə hər zaman öz iradını bildirməyə hazırdır.

10-cu qayda: “Özünütənqidə yer verin”

Hər bir insanın daxilində “kiçik bir hakim” yaşamalıdır, o, həmin insanın fəaliyyəti və hərəkətlərini hər dəqiqə qiymətləndirməlidir. Peşəkar mühasibin həm iş yerində, həm də evində həmin hakim az qala günün 24 saatını çalışmalıdır. Ətrafımızda çoxlu sayda təhlükəli və məkrli cazibələr var – yuxarıda sadalanan qaydalardan birini pozmaq, öz prinsipləri ilə hərəkət etmək, təcili yerinə yetirilməsini tələb edən məsul vəzifədən yan keçmək. Əlbəttə, bizim hər birimiz səhvlərə yol veririk, amma, güclü mühasib olmaq, yuxarıda sadalanan qaydalara müvafiq olmaq deməkdir. Öz fəaliyyətinə tənqidi yanaşması, bu işdə ona kömək edir. Beləliklə, öz işini vicdanla yerinə yetirməli, sadəcə yaxşı və layiqli bir insan olmaq lazımdır. Bu isə bildiyiniz kimi, bizim zəmanədə çox mühüm amildir.


Böyük Piter Drukerin müdrikliyi


İşçilərin məzuniyyət hüquqları

posted in: Xəbər | 0

vergi və sosial sığorta öhdəlikləri, Taksi fəaliyyəti, Əməliyyatçı-mühasib, Vakansiya: Əmək haqqı hesablanması üzrə mütəxəssis, əmək haqqı üzrə mühasib, vakansiya, Baş Mühasib Vakansiya, Sosial sığorta haqqı,Əmək müqaviləsi əsasında çalışan hər bir işçinin Əmək Məcəlləsində qeyd olunan bütün növ məzuniyyətlərdən istifadə etmək hüququ var. Mövzu ilə bağlı yaranan suallara insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev aydınlıq gətirir.

İşçilərin məzuniyyət hüququ dedikdə, bütün növ məzuniyyətlər nəzərdə tutulur. Həmin məzuniyyət növləri Əmək Məcəlləsinin 112-ci maddəsində qeyd olunub:

a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti;

b) qismən ödənişli sosial məzuniyyət;

c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti;

ç) ödənişsiz məzuniyyət.

Əmək Məcəlləsinin 111-ci maddəsinə əsasən, məzuniyyətdən istifadə zamanı işçilərin aşağıdakı hüquqi təminatları müəyyənləşdirilib:

1. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əməkhaqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.

2. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər.

Misal 1: Tutaq ki, işçi 1 fevral 2022-ci il tarixdən etibarən 28 fevral 2022-ci il tarixi də daxil olmaqla 28 təqvim günü müddətinə əmək məzuniyyətindən istifadə edib. İşçinin iş yeri mühasib vəzifəsi olaraq baş ofis qeyd olunub. İşəgötürən işçinin əmək məzuniyyətində olduğu dövrə onun iş yerini daimi olaraq müəssisənin Binəqədi filialına dəyişmək istəyir. Bu halda onun iş yeri dəyişdirilə bilməz. Bu, işçi əmək məzuniyyətindən qayıtdıqdan sonra tərəflərin razılığı ilə əmək müqaviləsinə edilmiş dəyişikliklə mümkün ola bilər.



Misal 2: Tutaq ki, işçi 1 fevral 2022-ci il tarixdən 14 fevral 2022-ci il tarixi də daxil olmaqla 14 təqvim günü müddətinə ödənişsiz məzuniyyətindən istifadə edib. İşəgötürən işçinin ödənişsiz məzuniyyətdə olduğu dövrdə bir ay öncə törədilmiş nöqsana görə Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, intizam məsuliyyətinə cəlb etmək istəyir. Bu, mümkün deyil. Bu məsələyə işçi ödənişsiz məzuniyyətdən qayıtdıqdan sonra baxılaraq ona intizam tənbehi tətbiq oluna bilər.

Təcrübədə işçilər tərəfindən ən çox istifadə olunan məzuniyyət növü əmək məzuniyyətidir. Bir müəssisədə nə qədər işçi varsa, deməli, bir o qədər əmək məzuniyyəti halı olacaq. Əmək müqaviləsi ilə çalışan hər bir işçinin Əmək Məcəlləsinin 113-cü maddəsinə əsasən, işə qəbul olduğu tarixdən etibarən əmək məzuniyyəti hüququ yaranır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinə əsasən, əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündəlik 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı 1 dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.

Misal 3: Tutaq ki, “X” MMC-də ofis meneceri vəzifəsinə qəbul olunan işçi ilə bağlanmış əmək müqaviləsində əmək müqaviləsinin bağlanma tarixi 21 fevral 2022-ci il, işə başlama tarixi isə 1 mart 2022-ci il qeyd olunub. Sual yaranır: bu halda işçinin əmək məzuniyyəti hüququ əmək müqaviləsinin bağlanması, yoxsa işçinin işə başlaması tarixindən yaranır? işçinin əmək məzuniyyəti hüququ işə başlama tarixindən yaranır. Əmək Məcəlləsinin 113-cü maddəsinə əsasən, əmək məzuniyyəti işçinin istirahət etməsi, əmək qabiliyyətini bərpa etməsi və sağlamlığını möhkəmləndirməsi məqsədilə nəzərdə tutulan istirahət vaxtıdır. Yəni işçi ilk növbədə, iş yerində işə başlamalıdır ki, daha sonra iş qabiliyyətini, bu dövr ərzində itirdiyi sağlamlığını bərpa etsin. Yuxarıda qeyd olunan halda, əmək müqaviləsinin bağlanma tarixi 21 fevral 2022-ci il olsa da, işçi işə 1 mart 2022-ci il tarixdən başladığı üçün onun əmək məzuniyyəti hüququ həmin tarixdən yaranır.

Bəs eyni müəssisə işçinin həm əsas, həm də əlavə iş yeri olarsa, bu zaman hər 2 iş yeri üzrə əmək məzuniyyəti hüququ yaranırmı? Qısaca olaraq deyək ki, bəli.

Misal 4: “X” MMC-də əsas iş yeri olaraq mühasib vəzifəsində çalışan işçi işəgötürənlə razılaşma əsasında eyni müəssisədə əlavə iş yeri kimi yeni əmək müqaviləsi bağlayaraq insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə təyin olunub. Bu halda həmin işçinin bir iş ili üçün mühasib vəzifəsinə görə 30 təqvim günü, insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə görə də 30 təqvim günü əmək məzuniyyəti hüququ yaranacaq.

Əmək məzuniyyətində olan işçi işdən azad olunmaqla bağlı öz ərizəsi ilə müraciət etdikdə onu ərizəsi əsasında əmək məzuniyyəti dövründə işdən azad etrmək olarmı? Bununla bağlı fərqli yanaşmalar mövcuddur. Ancaq birmənalı olaraq bildirmək istərdim ki, bəli, olar. Bu halda işçinin özü təşəbbüs göstərdiyinə görə onun əmək müqaviləsinə Əmək Məcələsinin 69.3-cü maddəsinə əsasən əmək məzuniyyətində olduğu dövrdə xitam verilə bilər.

Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əməkhaqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı.

Mənbə: vergiler.az


Qısaldılmış iş vaxtının tətbiqi


Maliyyə lizinqi əməliyyatlarından ƏDV tutulurmu?

posted in: Xəbər | 0

Şirkətimiz avtomobil satışı ilə məşğuldur. Avtomobillərimizi lizinq vasitəsilə satmaq üçün müvafiq fəaliyyət kodu əldə etmişik. Avtomobillərin lizinq yolu ilə satılmasına görə əlavə dəyər vergisi (ƏDV) ödəməliyikmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, vergitutuma məqsədləri üçün maliyyə lizinqi əməliyyatları və əmlak icarəsinin maliyyə lizinqi hesab edildiyi hallar Vergi Məcəlləsinin 140-cı maddəsi ilə tənzimlənir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 13.2.14.1-ci maddəsinin müddəalarına əsasən, maliyyə lizinqi əməliyyatları maliyyə xidmətlərinə aid edilmişdir və Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə uyğun olaraq maliyyə xidmətlərinin göstərilməsindən ƏDV tutulmur.

Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və Vergi Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 140-cı, 164-cü və 175-ci maddələri.

Mənbə: vergiler.az


Hüquqi şəxs icarəyə götürdüyü dövlət torpağı üçün vergi ödəməlidirmi?


Hüquqi şəxs icarəyə götürdüyü dövlət torpağı üçün vergi ödəməlidirmi?

posted in: Xəbər | 0

Sadələşdirilmiş vergi, tikinti mühasibi, Mühasib köməkçisi, vakansiya, Mənzillərin ümumi sahəsi, torpaq vergisi, əməkhaqqı, məzuniyyət, əməkhaqqının hesablanması, royalti, qeyri-maddi aktivlər, Mühasibatlığın əhəmiyyəti, ibrətamiz ifadələr, Mühasibatlıq,Hüquqi şəxslər tərəfindən icarəyə götürülmüş dövlət torpaqlarına görə illik icarə haqqı ödənilir. Həmin torpaq sahələrinə görə hüquqi şəxsin torpaq vergisi üzrə öhdəliyi yaranırmı?

Dövlət Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.

Vergi Məcəlləsinin 207.1.2-ci maddəsinin müddəalarına görə dövlət hakimiyyəti orqanlarının mülkiyyətində və ya istifadəsində olan torpaqlar torpaq vergisindən azaddır.

“Torpaq icarəsi haqqında” Qanununun 14-cü maddəsinə əsasən icarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır.

Qeyd olunanlara əsasən, dövlət hakimiyyəti orqanlarının mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri torpaq vergisindən azaddır. Həmin torpaq sahələri hüquqi şəxslərə icarəyə verilən zaman icarəyəverən dövlət orqanı torpaq vergisinin tədiyyəçisi olmadığı üçün icarəyə götürən hüquqi şəxslər dövlətdən icarəyə götürülmüş torpaq sahəsinə görə icarə haqqı ödəməklə yanaşı, bu torpaq sahələrinə görə dövlət büdcəsinə torpaq vergisi ödəməli və vergi orqanına torpaq vergisinin bəyannaməsini təqdim etməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 204-cü, 207-ci maddələri və Azərbaycan Respublikasının “Torpaq icarəsi haqqında” Qanunu.

Mənbə: vergiler.az


Elektron qaydada rəsmiləşdirilən təsərrüfatdaxili əməliyyatların uçotu kağız daşıyıcısında aparılmalıdırmı?


1 672 673 674 675 676 677 678 2. 691