Aksizli mallarla bağlı qanun pozuntusuna görə tətbiq olunan cərimə məbləğləri

posted in: Xəbər | 0

cərimə məbləğləri, mühasib vakansiya, Əmək məzuniyyəti, əmək məzuniyyətinin kompensasiyası, amortizasiya əsas vəsaitlər ƏDV vergi edvAksiz vergisini ödəməklə bağlı qanunvericiliyin tələbələri pozulduqda Vergi Məcəlləsi, İnzibati Xətalar və Cinayət Məcəlləsində bir sıra məsuliyyət tədbirləri nəzərdə tutulub. Mövzunu vəkillər kolleksiyasının üzvü Kamal Novruzov şərh edir.

İnzibati Xətalar və Cinayət Məcəlləsi qanun pozuntusunun az miqdarda, xeyli miqdarda və kulli miqdarda təsnif olunmasının şərtlərini müəyyənləşdirir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan və məcburi nişanlanmalı olan malların nişanlanmadan az miqdarda idxal edilməsinə görə – aksiz markası və ya məcburi nişanı olmayan mallar müsadirə edilməklə fiziki şəxslər 80 manatdan 120 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər isə 1.000 manatdan 1.500 manatadək olan məbləğdə cərimə edilir.

Burada “az miqdar” dedikdə, 500 manatadək olan məbləğ başa düşülür.


Təsisçinin müəssisəyə verdiyi borcdan vergi tutulurmu?


Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsinə əsasən, aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlanmalı olan malları nişanlanmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə – 2.000 manatdan 3.000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu əməllər külli miqdarda törədildikdə, təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə – 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsinə görə, pərakəndə satış istisna olmaqla, aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlanma ilə nişanlanmalı olan malları nağd qaydada xeyli miqdarda satma, belə malları satış məqsədiləri üçün nağd qaydada xeyli miqdarda alma – 1.000 manatdan 2.000 manatadək cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 213-1.4 – cü maddəsində qeyd olunur ki, 213-1.3-cü maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə 2 ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd etmək istəyirəm ki, “xeyli miqdar” dedikdə 500 manatdan 2.000 manatdək olan məbləğ, ” külli miqdar” dedikdə isə 2.000 manatdan yuxarı olan məbləğ başa düşülür.

Mənbə: vergiler.az


Məzuniyyət haqqının hesablanması


Təsisçinin müəssisəyə verdiyi borcdan vergi tutulurmu?

posted in: Xəbər | 0

Vakansiya: Vergi üzrə mühasib-təcrübəçi, vakansiya, Təsərrüfat əqdləri,Tutaq ki, təsisçi müxtəlif vaxtlarda kooperativin bank hesabına 20 milyon manat pul ödəyib. Həmin vəsaitdən vergi hesablanmalıdırmı? Əlavə olaraq, tutaq ki, borclunun pulu qaytarılan zaman 25 milyon manat, yəni borc müqaviləsindən 5 milyon manat artıq olarsa, ondan hansı qaydada vergi tutulur?

Dövlət Vergi Xidmətindən bildirilib ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir (Vergi Məcəlləsi, maddə 14.3).

Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır (Vergi Məcəlləsi, maddə 18).

Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü maddələri və Mülki Məcəllənin 739-cu maddəsi.

Mənbə: vergiler.az


Məzuniyyət haqqının hesablanması


Natamam iş vaxtı və qısaldılmış iş vaxtı: fərqlər

posted in: Xəbər | 0

mühasib köməkçisi, vakansiya, büdcə təşkilatları, ezamiyyə xərcləri, istifadə olunmamış məzuniyyət, Kommunal xərclər, Kommunal xərclərin ödənilməsi, analıq məzuniyyəti ödənişinin hesablanması, analıq məzuniyyəti ödənişi, Mühasib köməkçisi, vakansiya, əməkhaqqının ödənilməsi, Əmək pensiyaları, qismən ödənişli məzuniyyət hüququ, Mühasib köməkçisi, mühasib, vakansiya, Əmək məzuniyyəti, əlavə məzuniyyət,Təcrübədə bəzən “natamam iş vaxtı” anlayışı digər normalarla qarışıq salınır və buna görə də işəgötürənlə işçi arasında müzakirə obyekti olur. Mövzunu insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev şərh edir.

Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı – natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər. İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, eləcə də on dörd yaşına çatmamış, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara ərizələri ilə natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən edilməlidir. Natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.

Əmək Məcəlləsinin 94-cü maddəsində işəgötürən və işçi arasında tərəflərin razılığı ilə natamam iş vaxtının müəyyən oluna bilməsi qeyd edilsə də, bəzən təcrübədə natamam iş vaxtı əvəzinə, “yarım ştat”, “ştatın ¼-i” və ya “1/3-i” ifadələri işlədilir. Amma bu, sovet dövründən miras qalmış ifadələrdir. Mövcud qanunvericilikdə bu bu ifadələr yoxdur, “natamam iş vaxtı” ifadəsi göstərilib. Yəni Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, gündəlik 8 və ya həftəlik 40 saat – “tam iş vaxtı”, bu normalardan az müəyyən olunan iş vaxtı isə “qısaldılmış iş vaxtı” və ya “natamam iş vaxtı” adlanır.

Natamam iş vaxtının tətbiqi bəzən müəyyən çətinliklər yaradır. Natamam iş vaxtını fərqli formalarda tətbiq etmək mümkündür.


KİV məhsulları və kitab idxalına, satışına görə ƏDV tətbiqinin ləğvi necə tənzimlənir?


Misal: Tutaq ki, işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsində həftəlik 5 iş günü olmaqla günləlik 8 və həftəlik 40 saatdan ibarət tam iş vaxtı müəyyən olunub. Bir müddət sonra xanım işçi hamilə olması ilə əlaqədar işəgötürənə tibbi arayış təqdim edir və Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasən, natamam iş vaxtı təyin olunması üçün işəgötürənlə razılıq əldə olunur.
Bu halda tərəflər arasında müxtəlif formalarda natamam iş vaxtı təyin oluna bilər:

  1. Gündəlik iş vaxtı azaldılmaqla. Məsələn, gündəlik iş vaxtı 4 saat, həftəlik iş günləri isə tam, yəni 5 iş günü müəyyən oluna bilər;
  2. Gündəlik iş vaxtı tam, 8 saat qala bilər, ancaq həftəlik iş günləri azaldılmaqla 3 iş günü müəyyən oluna bilər;
  3. Həm gündəlik iş saatları, həm də həftəlik iş günləri azaldıla bilər.

Yuxarıdakı hallar olduqda, hamiləlik, əlillik, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu, habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müfaviq tibbi rəyə görə və ya 14 yaşına çatmamış, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlar ərizə ilə müraciət etdikdə işəgötürən mütləq bunu nəzərə almalı və tərəflərin razılığı ilə natamam iş vaxtı müəyyən olunmalıdır. Sadalanan hallar olmasa belə, işəgötürən və içi arasında razılığa əsasən natamam iş vaxtı müəyyən oluna bilər. Natamam iş vaxtı əmək müqaviləsi bağlanan zaman, eləcə də əmək münasibətləri davam edən zaman müəyyən oluna bilər. Natamam iş vaxtının aşağıda qeyd olunan formada rəsmiləşdirilməsi məqsədəuyğundur:

  1. Əmək müqaviləsində natamam iş vaxtı ilə bağlı müvafiq dəyişiklik edilməsi və ya əmək müqaviləsinə əlavənin tərtib olunması;

  2. Elektron informasiya sistemində (e-gov.az) müvafiq dəyişikliyin aparılması.

Yeri gəlmişkən, təcrübədə bir məqama xüsusi diqqət yetirmək lazımdır. Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən, bir sıra hallarda həftəlik 36 saatdan çox olmayaraq qıdaldılmış iş vaxtı tətbiq olunur. Məcəllənin 94-cü maddəsində isə natamam iş vaxtının müəyyən olunduğu hallar göstərilib. Əmək Məcəlləsinin müvafiq maddələrində qeyd olunan hallarda işçi və işəgötürən arasında 30 saatlıq iş vaxtı müəyyən olunduqda bu, qısaldılmış, yoxsa natamam iş vaxtı sayılmalıdır? Çünki Əmək Məcəlləsinin 91-ci maddəsində həftəlik qısaldılmış iş vaxtının müddəti 36 saatdan çox olmayaraq qeyd olunur. Başqa sözlə, həftəlik iş vaxtı 36 saatdan çox deyil, az ola bilər. Bu məqama ona görə xüsusi diqqət yetirilməlidir ki, qısaldılmış iş vaxtında tam əməkhaqqı ödənildiyi halda, natamam iş vaxtında əməkhaqqı vaxta mütənasib formada ödənilir. Odur ki, işçi və işəgötürən həftəlik iş vaxtını müəyyən etdikdən sonra əmək müqaviləsində qısaldılmış və ya natamam iş vaxtı barədə müvafiq qeyd aparsalar, daha məqsədəuyğun olar.

İş vaxtlarına uyğun olaraq əməkhaqqının ödənilməsi isə aşağıdakı kimi olacaq:

  • Tam iş vaxtı: tutaq ki, vəzifə maaşı 500 manat olan işçi gündəlik 8 saat, həftəlik 40 saat olmaqla 5 iş günü çalışır.
  • Qısaldılmış iş vaxtı: bir müddət sonra

    Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən, iş vaxtı dəyişdirilərək həftəlik 36 saatdan çox olmayaraq qısaldılmış iş vaxtı təyin olunur. Buna baxmayaraq, vəzifə maaşı azaldılmır, 500 manat saxlanılır.

  • Natamam iş vaxtı: işəgötürən və işçi arasında razılaşma əsasında gündəlik 4, həftəlik 20 saat müəyyən olunub. Bu halda işçiyə vaxta əməkhaqqı mütənasib qaydada ödəniləcək. Ona tam iş vaxtı üzrə gündəlik 8, həftəlik 40 saata uyğun olaraq 500 manat əməkhaqqı ödənilirdisə, natamam iş vaxtında gündəlik 4, həftəlik 20 saat işə münasib olaraq 250 manat əməkhaqqı ödəniləcək.

Xaricdən alınan proqram təminatı və lisenziyanın satışı ilə bağlı vergi öhdəliyi


KİV məhsulları və kitab idxalına, satışına görə ƏDV tətbiqinin ləğvi necə tənzimlənir?

posted in: Xəbər | 0

ƏDV tətbiqinin ləğvi, ədv-nin məqsədləri, ədv ödəyiciləri, ƏDV məbləğinin gec ödənilməsi, Keçmiş tarixlə ƏDV qeydiyyatı, vergi ödəyicisinin öhdəlikləri, aqrotexniki xidmətlər ƏDV, əvəzləşdirilmə, ƏDV əvəzləşdirilməsi, Kənd təsərrüfatı məhsulları, ƏDV-nin hesablanması,Qanunvericiliyə əsasən, siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş KİV məhsullarının, eləcə də kitabların idxalı və satışı 1 yanvar 2022-ci il tarixdən ƏDV-dən azad edilib. Bununla belə, Nazirlər Kabinetinin siyahısı may ayının 13-də təsdiq olunub. Bu məsələ necə tənzimlənir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş redaksiyasına əsasən, siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı ƏDV-dən azaddır.

Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 184 nömrəli Qərarı ilə idxalı və satışı ƏDV-dən azad edilən kütləvi informasiya vasitələri məhsullarının, kitabların, dərslik və həmin malların nəşri ilə bağlı rulon və ya vərəqə şəklində kağızın siyahısı təsdiq edilib.

Bununla belə, azadolmanın verilməsi nəzərdə tutulan 2022-ci il yanvarın 1-i tarixindən Nazirlər Kabineti tərəfindən müvafiq siyahının təsdiq edilməsinə qədər olan dövr ərzində bir sıra vergi ödəyiciləri tərəfindən müvafiq kateqoriyalı malların satışı ƏDV tətbiq edilməklə həyata keçirilib.

Yuxarıda qeyd olunanlara əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən sözügedən siyahı təsdiq olunan dövrə qədər vergi ödəyiciləri tərəfindən ƏDV tətbiq edilməklə satılmış mallara görə hesablanmış ƏDV məbləğləri dəqiqləşdirilmiş hesabatlar təqdim edilməklə azaldılacaq. Eyni zamanda müvafiq məhsulların siyahısı təsdiq olunan tarixədək olan dövr ərzində vergi ödəyiciləri tərəfindən idxal edilmiş həmin məhsullara görə gömrük orqanlarına ödənilmiş və əvəzləşdirilmiş ƏDV məbləğləri bərpa olunmur və əvəzləşdirmələr vergi orqanları tərəfindən nəzərə alınır.

Əsas: Vergi Məcəlləsinin 164.1.7-ci maddəsi və Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 184 nömrəli Qərarı.

Mənbə: vergiler.az


Xaricdən alınan proqram təminatı və lisenziyanın satışı ilə bağlı vergi öhdəliyi


1 677 678 679 680 681 682 683 2. 691