İşçi üçün ödənilən kirayə haqqından sosial sığorta haqqı hesablanırmı?

posted in: Xəbər | 0

ezamiyyə xərcinin gəlirdən çıxılması, Ezamiyyə xərclərinin gəlirdən çıxılması, Ezamiyyə xərcləri , idxalla bağlı maliyyə sanksiyası, ixtisar edilən işçi üçün kompensasiya ödənişi, gəlir, xərc, Əsas vəsaitlər, Əsas vəsaitlərin satışı, Amortizasiya ayırmalarının gəlirdən çıxılması, Amortizasiya ayırmaları, məzuniyyətin hesablanması, Fərdi zirehli geyimlərin idxalı, vergidən azad, Vakansiya: Vergi uçotu üzrə Mühasib, Borc vəsaitlərinin alınması, Borc vəsaitləri, Sabit sadələşdirilmiş vergi,Müəssisə işçinin kirayə haqqını birbaşa kirayəverənin bank hesabına nağdsız qaydada ödəyir. Bu məbləğə sosial sığorta haqqı hesablanmalıdırmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan gəlir növləri istisna olunmaqla, əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə sosial sığorta haqları hesablanılır.

İşəgötürən tərəfindən işçinin kirayə haqlarının üçüncü şəxsin hesabına köçürülməsinin nəticəsi kimi əldə olunmuş gəlir məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlirlərə aid edilmir və sosial sığorta haqqına cəlb edilmir.

Əlavə olaraq nəzərə alınmalıdır ki, işçinin belə xərclərinin əvəzi birbaşa işçiyə ödənildiyi halda həmin məbləğlər işçinin sosial sığorta haqlarına cəlb olunan gəlirlərinə aid edilir.

Əsas: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi.

Mənbə: vergiler.az


Hüquqi şəxsin torpaq vergisi üzrə öhdəlikləri


Gömrük borcunun ödənilməsinin təmin edilməsi ilə bağlı qaydalarda dəyişiklik edilib

posted in: Xəbər | 0

MMC qeydiyyatı, iş yerlərinin attestasiyası, Əmək şəraiti, Əlilliyi olan şəxslər, əmək məcəlləsi, Əmək məcəlləsində dəyişiklik, nizamnamə kapitalı, Dövlət rüsumu, Sərtləşdirilmiş karantin rejimi, yeni iş rejimi, İxrac təşviqi, Vergi ödəyiciləri, idxal,ixrac gömrük rüsumları, xidmət haqqı məbləğləri, əmək müqaviləsi, MDSS,Nazirlər Kabineti təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi və malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 29 oktyabr tarixli 390-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə hazırlanıb.

Belə ki, adıçəkilən Qanunla Gömrük Məcəlləsinə edilmiş dəyişikliyə əsasən gömrük orqanları malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə verməzdən əvvəl yalnız bu Məcəllənin 252-ci maddəsinə (fakültativ (məcburi olmayan) təminat) uyğun olaraq təminatın verilməsini tələb edə bilərlər.

Bununla əlaqədar Nazirlər Kabinetinin adıçəkilən qərarlarının Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması zərurəti yaranıb.

Mənbə: report.az


Milli Gəlirlər Baş İdarəsinə yeni rəis təyin olunub

posted in: Xəbər | 0

gəlir vergi, sadələşdirilmiş vergi, gəlir vergisi, əmtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramı, kameral vergi yoxlaması, qeyri-rezidentdən əldə edilən gəlirlər, Kassa çeki verməyən obyektlər, mənzil satışı vergi, xammal və material sərfi, dvx Yay Təcrübə Proqramı, DVX Kommunikasiya Strategiyası, Fərdi sahibkar, əmlak vergisi, vergi öhdəliyi, Torpaq vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Bəyannamə, www.e-taxes.gov.az, Elektron xidmətin istifadəsi, Dövlət Vergi Xidməti, DVX forum, vergi məcəlləsi, təsərrüfat subyekti, Vergi uçotu, Vergi bəyannamələri, Vergi bəyannamələrinin yeni formaları, vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə yeni rəis təyin olunub.

Bu vəzifə Fərhad Quliyevə həvalə edilib.

O, bu təyinata qədər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədrinin strateji inkişaf, investisiya layihələri və logistika üzrə müavini olub.

F.Quliyevə qədər Baş İdarənin rəisi vəzifəsini isə müvəqqəti olaraq bu idarə rəisinin 1-ci müavini Elçin Ağakişiyev icra edib.

Xatırladaq ki, F.Quliyev 1981-ci ildə Bakı şəhərində anadan olub, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.

O, Əmək fəaliyyətinə 2002-ci ildə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq daşıma şirkətində planlaşdırma və logistika şöbəsində mütəxəssis kimi başlayıb, 2003-cü ildə isə həmin şöbənin rəisi təyin edilib, 2004-cü ildən dünyada tanınmış beynəlxalq audit və konsaltinq şirkətinin Azərbaycan və ABŞ ofislərində çalışıb, 2012-ci ildən şirkətin Azərbaycan üzrə konsaltinq xidmətlərinin rəhbəri olub.

F.Quliyev ölkə prezidentinin 22 iyul 2014-cü il tarixli sərəncamı ilə ASCO sədrinin müavini təyin edilib.

Mənbə: report.az


Lotereya təşkilatçıları və idman mərc oyunlarının operatorlarına İqtisadiyyat Nazirliyi nəzarət edəcək

posted in: Xəbər | 0

sahibkar, aktiv vergi ödəyiciləri, Sahibkarlıq subyektləri, İqtisadiyyat Nazirliyi, vergi ödəyicisi, sahibkarlıq subyekti, tələb, qayda, tələblər, sahibkarlıq subyekti, sahibkarlıq subyektləri, sahibkarlıq subyekti, Sahibkarlıq subyektləri, Dövlət vəsaitləri, ixrac, kadr təyinatları, iqtisadiyyat Nazirliyi, Maliyyə dəstəyi,Nazirlər Kabineti kommersiya hüquqi şəxslərin təsisçiləri, nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına verilməsi qaydasında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabinetinin 201 №-li Qərarı “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanında edilən dəyişiklik əsasında qəbul edilib.

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna edilmiş dəyişikliyə görə “lotereya və idman mərc oyunları təşkilatçıları” sözləri “lotereya təşkilatçıları və idman mərc oyunlarının operatorları” sözləri ilə əvəz edilib

Eyni zamanda, həmin Qanuna əsasən kredit təşkilatlarına, lizinq xidmətləri göstərən hüquqi şəxslərə, investisiya şirkətlərinə, investisiya fondları və bu fondların idarəçilərinə, sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçilərinə, pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələrə, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərə münasibətdə Mərkəzi Bank, lotereya təşkilatçıları və idman mərc oyunlarının operatorlarına münasibətdə isə İqtisadiyyat Nazirliyi nəzarət orqanı qismində müəyyən olunub.

Qeyd edilənləri nəzərə alaraq Nazirlər Kabinetinin 2018-ci il 433 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndində “lotereya və idman mərc oyunları təşkilatçıları” sözləri “lotereya təşkilatçıları və idman mərc oyunlarının operatorları” sözləri ilə əvəz edilib.

Mənbə: report.az


1 683 684 685 686 687 688 689 2. 691