“Vergi Ekspertləri və Mühasiblər” təşəbbüs qrupu yaradıldı

posted in: Xəbər | 0

Hörmətli mühasiblər, maliyyəçilər, vergi mütəxəssisləri və uçot sahəsinin nümayəndələri!

Bugünkü dünyamızın iqtisadi reallığı yeni və fərqli biznes istiqamətlərinin indiyədək mövcud olmayan bir sürətlə artması, eləcə də ənənəvi fəaliyyət sahələrində idarəetməyə müasir tələblərin yönəlməsi ilə şərtlənir. Yaxın illərədək biz iqtisadi reallıq olaraq qloballaşmadan danışırdıqsa, bu gün virtual dünyanın iqtisadi gerçəkliyini, Dördüncü Sənaye İnqilabını, süni intellekti, “big data”nı müzakirə edirik. İldən-ilə inkişaf edən, regionun qalib dövləti Azərbaycanımızda dövlət səviyyəsində mütəmadi həyata keçirilən proqramlar, sahibkarlıq və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar, innovativ həllərə diqqətin yönəlməsi ölkəmizi dünya iqtisadiyyatının mühüm iştirakçılarından birinə çevirir.

Əziz həmkarlar, bütün sadalananlar uçot sahəsində də yeniliklərin sürətlənməsinə, yeni vergitutma mexanizmlərinin meydana çıxmasına, idarəetmə prosesinin maliyyə tərəfinin önəminin artmasına gətirib çıxarır. Nəticədə uçota məsul şəxslərin öz işlərində daha adekvat və çevik olmaları, gecikmə olmadan müasir tələblərə vaxtında və düzgün adaptasiya olmaları zərurətə çevrilir. Bu işdə bir-birimizin dəstəyinə və ümumi müzakirələrin, müxtəlif formatda görüşlərin keçirilməsinə mütləq ehtiyac yaranır. Məhz həmin ehtiyacdan irəli gələrək, maliyyəçi, mühasib və vergi mütəxəssislərini bir araya cəmləyən və müasir həllərə uyğun birliyin formalaşdırılmasının vaxtı gəlib çatmışdır.

Beləliklə, dəyərli həmkarlar, sizə böyük məmnuniyyət hissi ilə bildiririk ki, Azərbaycanda tam fərqli fəaliyyət üslubunda, vergi qanunvericiliyi sahəsində maarifləndirici xüsusiyyəti ilə seçilən, təkliflər irəli sürən, mühasibat uçotu sahəsində beynəlxalq standartların və yerli uçot qaydalarının real tətbiqinin qiymətləndirilməsinə dəstək verən, aktual mövzu yanaşmaları taktikası ilə əsl ustad masalarında müzakirələrin aparılmasını təmin edən, yüksək səviyyəli və faydalı seminarların, təlimlərin təşkilini həyata keçirən, bir sözlə uçot sahəsinin bütün nümayəndələrinin arzuladığı məkana çevriləcək “Vergi Ekspertləri və Mühasiblər” adlı biriliyinin yaradılması məqsədilə təşəbbüs qrupu (TQ) tərəfindən qərar qəbul edilmişdir.

Ümid edirik ki, SİZLƏRİN dəstəyi ilə yaxın zamanlarda TQ-nun fəaliyyəti daha da güclənəcək və dövlətimizin bu sahədə gördüyü işlərə yardımçı olacaqdır.

Dostlar, birlikdə dirilik var. Bu, sizin birliyiniz olacaq!

Hörmətlə,
“Vergi Ekspertləri və Mühasiblər” təşəbbüs qrupu üzvləri.


Səhmdar cəmiyyətinin səhmdarlarına ödənilən dividenddən hansı halda vergi tutulmur?

posted in: Xəbər | 0

Baş Mühasib vakansiya, ödənişi həyata keçirən vəkil qurumu, vəkillərə ödənişi həyata keçirən vəkil, icbari ödənişlər, Sosial-məişət müavinəti,Mühasiblərin və mütəxəssislərin sualla qarşılaşdıqları hallardan biri də dividend ödənişlərindən 10% verginin tutulub-tutulmaması ilə bağlıdır. Məsələyə sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Bəzi mütəxəssislərin qənaətinə görə, hüquqi şəxsin təşkilati hüquqi forması səhmdar cəmiyyətidirsə, avtomatik olaraq ona Vergi Məcəlləsinin 102.1.22.-ci maddəsini tədbiq etmək olar. Yəni səhmdar cəmiyyətinin səhmdarlarına ödənilən dividenddən 10% vergi tutulmamalıdır.

Vergi Məcəlləsinin 102.1.22-ci maddəsində isə göstərilir ki, 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır.

Buradan aydın olur ki, emitent tərəfindən investisiya qiymətli kağızlar üzrə ödənilən dividendlər 10% vergidən azaddır. Göründüyü kimi, burada, ümumiyyətlə, səhmdar cəmiyyəti anlayışı yoxdur.


Bələdiyyəyə hansı reyestr məlumatları təqdim oluna bilər?


Vergidən azad olmaq üçün aşağıdakılar olmalıdır:

1. Dividendi ödəyən emitent;
2. Dividend adi qaydada yox, investisiya qiymətli kağızları üzrə ödənilməlidir.

Bəs emitent kimdir? İnvestisiya qiymətli kağızları nədir?

“Qiymətli kağızlar bazarı haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən, emitent – investisiya qiymətli kağızlarının emissiyasını bu Qanunun 2-ci fəsli ilə müəyyən edilmiş qaydada həyata keçirən hüquqi şəxs, dövlət (müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı vasitəsilə) və ya bələdiyyə. Emitent buraxdığı qiymətli kağızların mülkiyyətçisi deyildir. Deməli, emitent investisiya qiymətli kağızlarını emissiya edən hüquqi şəxsdir. Həmçinin, emitent təkcə ASC, QSC yox, MMC də ola bilər.

Mülki Məcəllənin 997.1-ci maddəsinə əsasən, qiymətli kağızlara istiqraz, səhm, veksel, depozitar qəbzi, investisiya fond payı, girov kağızı, ipoteka kağızı və daşınmaz əmlak sertifikatı aiddir. Məcəllənin 997.2-ci madəsində isə göstərilib ki, istiqrazlar və səhmlər investisiya qiymətli kağızlarıdır.

Göründüyü kimi, qiymətli kağızlar çoxdur, investisiya qiymətli kağızları isə iki növdür – istiqrazlar və səhmlər.

Səhmlər ancaq səhmdar cəmiyyətləri tərəfindən emissiya edilə bilər. Yəni səhmlər üzrə təşkilati hüquqi forma Mülki Məcəllə və digər normativ aktlara görə ancaq səhmdar səmiyyətlərində olur. İstiqrazları isə müvafiq qaydada istənilən təşkilati hüquqi formalı hüquqi şəxs buraxa bilər. Odur ki, Vergi Məcəlləsinin 102.1.22.-ci maddəsindəki əməliyyatlar təkcə səhmdar cəmiyyətlərinə aid deyildir.
Ancaq səhmdar cəmiyyəti kimi qeydiyyata alınmış şəxs emitent sayılmır və adi halda 102.1.22.-ci maddə ona tətbiq edilmir.

Səhmdar cəmiyyəti emitent kimi Mərkəzi Bankda qeydiyyata alınandan və müvafiq qaydada milli depozit mərkəzində reyestrə düşəndən sonra ona Vergi Məcəlləsinin 102.1.22.-ci maddəsi tətbiq edilə bilər.


Vergi, icbari sığorta haqqı və digər ödənişlərə görə məsuliyyətdən azadolma


Misal: “AA” QSC qeydiyyata alınmış 100 səhmə malik hüquqi şəxsdir və iki səhmdarı vardır. Səhmdarların hərəsinin payı 50%-dir. QSC emitent kimi 1 aprel 2022-ci ildə qeydiyyata düşüb və depozit mərkəzindən çıxarış alıb. QSC 2020-ci ilin yekunlarına görə 100.000 manat, 2021-ci ilin yekunlarına görə 200.000 manat xalis mənfəət əldə edib.

Səhmdarlar 1 mart 2022-ci ildə qərara alıblar ki, 2020 və 2021-ci ilin xalis mənfəətindən 80.000 manat, 30 aprel 2022-ci ildə isə qərara alıblar ki, 120.000 manat dividend ödəsinlər. Bu zaman vergilər necə hesablanacaq?

QSC emitent kimi 1 aprel 2022-ci ildə qeydiyyata alındığına görə bu tarixə kimi ödənilən bütün dividendlərdən 10% vergi tutulacaq.

80.000×10% = 8.000 manat (vergi məbləği)
80.000-8.000 = 72.000 manat
72.000:2 = 36.000 manat.

Deməli, QSC 1 aprel 2022-ci ilə qədər hər səhmdara 36.000 manat dividend ödəyəcək.

30 aprel 2022-ci ildə ödənilən 120.000 manat dividenddən isə 10% vergi tutulmayacaq və hər bir səhmdara 60.000 manat dividend ödəniləcək:

120.000:2 = 60.000 manat.

Mənbə: vergiler.az


Sahibkarlar barəsində mübahisələr

posted in: Xəbər | 0

Sahibkarlıq fəaliyyətinin gedişində istər sahibkar fiziki şəxslər, istərsə də hüquqi şəxslər arasında müqavilə və ya deliktdən əmələ gələn hüquqi mübahisələr yarana bilir. Bu tip mülki xarakterli mübahisələrə mövcud qanunvericiliyə əsasən mülki prosessual qaydada baxılır.

2021-ci il iyulun 1-dən başlayaraq ölkə ərazisində geniş tətbiqinə başlanan “Mediasiya haqqında” qanunun müvafiq müddəaları (maddə 3.2, 28 və 29) kommersiya mübahisələrinin məhkəməyəqədər mərhələ olaraq mediasiya prosesinin məcburiliyini nəzərdə tutur. Mediasiya prosesi üzrə tərəflər arasında barışıq sazişi əldə edilə bilmədikdə isə məhkəməyə müraciət edilməsi nəticəsində mübahisələrin həlli mümkündür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (maddə 25-26) mövqeyi baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri aşağıdakı işlər üzrə sahibkarlar arasında yaranmış mübahisələrə baxır:

  • Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat;

Sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda

  • Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
  • İtirilmiş sənədlər üzrə onları təqdim edən şəxsin hüquqlarının bərpa edilməsi (çağırış icraatı)

Mövzu çərçivəsində onu da qeyd edək ki, tərəflərdən biri fərdi sahibkar olmayan vətəndaş olduqda, bu halda ümumi (rayon-şəhər) məhkəmələr mübahisələrə baxır. Həmçinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq tərəflər müqavilədə işin arbitraj məhkəməsində baxılacağını yaxud fərqli bir tənzimləmə olacağını qeyd edərsə, bu halda həmin tənzimləmədən sonra müvafiq məhkəməyə müraciət etmək mümkündür.


Vergi, icbari sığorta haqqı və digər ödənişlərə görə məsuliyyətdən azadolma


Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV geri qaytarılır

posted in: Xəbər | 0

ƏDV -nin qaytarılması , ƏDV , əlillik, əlilliyin müəyyənləşdirilməsi, e-KOB evi, Auditorlar Palatası, işsizlikdən sığorta, Statistika Komitəsi, Əmək Məcəlləsi, Əmək Məcəlləsində dəyişiklik, DVX, cərimə, Nizamnamə, yoxlamalar, sahibkarlıq, Nağdsız hesablaşmalar, Lisenziyalar və icazələr“Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra – Qayda) 2.0.6-cı yarımbəndində nəzərdə tutulan müvəkkil bankı (bankları), Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla, on beş gün müddətində müəyyən etsin;

2.2. fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi məqsədilə Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən portalın, proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar fondu hesabına təmin etsin;

2.3. vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyini təmin etsin;

2.4. fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı təbliğat işinin aparılmasını təmin etsin;

2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

3.1. fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş əlavə dəyər vergisinin, Qaydanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan əlavə dəyər vergisi üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasını təmin etsin;

3.2. Qaydanın 5.11-ci bəndində nəzərdə tutulan rəyin formasını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, on beş gün müddətində təsdiq etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 may 2022-ci il.


Mənbə: vergiler.az


1 681 682 683 684 685 686 687 2. 691