Yanacaq xərclərinin gəlirdən çıxılması

posted in: Xəbər | 0

Baş mühasib, vakansiya, minimum əməkhaqqı, minimum əməkhaqqı təyin olunması,Şirkət yanacaq kartı vasitəsilə özünə məxsus yük maşınına alınmış yanacaq üçün qarşı tərəfə 5 yanvar 2022-ci il tarixdə elektron qaimə-faktura təqdim edib və e-qaimənin “əlavə qeyd” bölməsində faktiki alış tarixi qeyd olunub. Bu müəssisə həmin elektron qaimədə qeyd olunmuş yanacağın dəyərini 2021-ci il üçün təqdim edəcəyi mənfəət vergisi bəyannaməsində yanacaq xərci olaraq qeyd edə bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Eyni zamanda, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.

Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar.


İcarədən gəlirlər üzrə vergi öhdəliyi


Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər tərəfindən əqd və ya müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənildiyi vaxtda çəkilmiş sayılır.

Qeyd edilənlərə əsasən, müəssisə gəlirlərin və xərclərin uçotunu hesablama metodu ilə apardığı halda, dekabr ayında təhvil alınmış yanacaq üzrə çəkilən xərclər müvafiq olaraq dekabr ayının xərclərinə aid edilir və 2021-ci ilin mənfəət vergisi bəyannaməsində əks olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 130-cu, 134-cü, 135-ci və 136-cı maddələri.

Mənbə: vergiler.az


Eyni ayda ödənilmiş mə­zu­niy­yət və əməkhaqqı üçün ver­gi­lərin hesablanması


Azərbaycanda orta aylıq əməkhaqqı artıb

posted in: Xəbər | 0

köhnəlmiş əskinaslar, zədələnmiş əskinaslar, sosial müavinətlər, büdcə ssudası, büdcə ssudasının verilməsi, 2022 minimum əməkhaqqı, 2022 minimum əməkhaqqı, ehtiyac meyarı, illər üzrə minimum əməkhaqqı, yaşayış minimumu, yaşayış minimumunun məbləği, Minimum aylıq əməkhaqqı,Bu il fevralın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 679,1 min nəfər olub, onlardan 901 min nəfəri iqtisadiyyatın dövlət, 778,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, muzdla işləyənlərin 19,8%-i təhsil, 18,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8,1%-i səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i tikinti, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,9%-i maliyyə-sığorta fəaliyyəti, 13,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Bu ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 10,9% artaraq 765,9 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, tikinti, nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Mənbə: report.az


İcarədən gəlirlər üzrə vergi öhdəliyi

posted in: Xəbər | 0

əməkhaqqı, icra vərəqi, əməkhaqqıdan tutulmalar,Əmlakı icarəyə götürən vətəndaşların üzləşdikləri suallardan biri də aylıq icarə haqqını ödəyərkən ödəmə mənbəyində verginin hansı qaydada ödənilməsidir. Məsələn, mağazanı icarəyə götürüb müqavilə üzrə aylıq 1.000 manat icarə haqqı ödəyən sahibkar aylıq icarə haqqını icarəyəverənə ödəyərkən ödəmə mənbəyində 14 faiz vergini çıxaraq (860 man) ödəməlidirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

Fərdi sahibkarın şəxsi nəqliyyat vasitələrinə görə vergi öhdəliyi varmı?


İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uşotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisini dövlət büdcəsinə ödəməlidir.

Sualda qeyd olunan halda, icarə müqaviləsində göstərilən məbləğdən (1.000 manat) 14 faiz dərəcə ilə gəlir vergisi tutulmalı və qalan vəsait (860 manat) icarəyə verən şəxsə ödənilməlidir.

Eyni zamanda, icarə müqaviləsində müəyyən olunan icarə haqqı məbləği (1.000 manat) müvafiq qaydada rəsmiləşdirilməklə, vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 99.3-cü, 108-ci və 124-cü maddələri.

Mənbə: vergiler.az


Eyni ayda ödənilmiş mə­zu­niy­yət və əməkhaqqı üçün ver­gi­lərin hesablanması


Fərdi sahibkarın şəxsi nəqliyyat vasitələrinə görə vergi öhdəliyi varmı?

posted in: Xəbər | 0

Torpaq vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Bəyannamə, www.e-taxes.gov.az, Elektron xidmətin istifadəsi, Dövlət Vergi Xidməti, DVX forum, vergi məcəlləsi, təsərrüfat subyekti, Vergi uçotu, Vergi bəyannamələri, Vergi bəyannamələrinin yeni formaları, vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıFərdi sahibkar kimi topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi təqdim etdiyi malları mülkiyyətindəki yük maşınları ilə pərakəndə ticarət obyektlərinə çatdırır. Bundan əlavə, onun şəxsi istifadəsində 2 ədəd minik avtomobili mövcuddur. Bu ildən fərdi sahibkar olan fiziki şəxs daşınar əmlaklarına görə əmlak vergisi ödəməlidir. Bəs fərdi sahibkarın mülkiyyətində olan və şəxsi istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitələrinə görə əmlak vergisi ödənilməlidirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, fərdi sahibkarların balansında olan daşınar əsas vəsaitlər əmlak vergisinin vergitutma obyektidir. Bununla belə, fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri əmlak vergisindən azaddır.

Qeyd olunanlara əsasən:

Müraciətdə göstərilən halda fərdi sahibkarın mülkiyyətində olan sahibkarlıq fəaliyyətində istifadə edilməyən minik avtomobillərinə görə əmlak vergisi hesablanmır. Fərdi sahibkarın mülkiyyətində olan və sahibkarlıq fəaliyyətində istifadə edilən yük avtomobillərinə görə isə əmlak vergisi hesablanır və dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsi, 197.1.3 və 199.4.3-cü maddələr.

Mənbə: vergiler.az


Eyni ayda ödənilmiş mə­zu­niy­yət və əməkhaqqı üçün ver­gi­lərin hesablanması


1 709 710 711 712 713 714 715 2. 686