İdxalla bağlı maliyyə sanksiyasının tətbiqi

posted in: Xəbər | 0

ixtisar edilən işçi üçün kompensasiya ödənişi, gəlir, xərc, Əsas vəsaitlər, Əsas vəsaitlərin satışı, Amortizasiya ayırmalarının gəlirdən çıxılması, Amortizasiya ayırmaları, məzuniyyətin hesablanması, Fərdi zirehli geyimlərin idxalı, vergidən azad, Vakansiya: Vergi uçotu üzrə Mühasib, Borc vəsaitlərinin alınması, Borc vəsaitləri, Sabit sadələşdirilmiş vergi,Vergi Məcəlləsinə son dəyişikliklə 1 yanvar 2022-ci ildən operativ vergi nəzarəti tədbirlərinə idxala nəzarətlə bağlı tədbirlər daxil edilib. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 50.1.13-1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.1.11-11-ci maddənin tələbinə uyğun olaraq vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi operativ vergi nəzarəti hallarına aid edilib.

Dövlət və neft-qaz şirkətləri üzrə istisnalar nəzərə alınmaqla idxalla məşğul olan vergi ödəyiciləri malları idxal etməmişdən öncə vergi orqanına məlumat forması göndərməlidir. 16.1.11-11-ci maddənin tələblərinə əsasən, mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer, mallar digər şəxslərə məxsus yerlərdə məsuliyyətli mühafizəyə və ya saxlanca verildiyi halda tərəflər arasında bağlanmış müqavilə və malların saxlanma yeri və mallar sifariş əsasında gətirildiyi halda sifariş verən şəxslər barədə (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumat formasını vergi orqanına təqdim etməlidirlər.


Elektron qaiməyə necə düzəliş etməli?


Vergi Məcəlləsinin 23.1.3-2-ci maddəsində qeyd olunur ki, vergi orqanıın hüquqlarına Məcəllənin 16.1.11-11-ci maddəsində nəzərdə tutulan məlumatları təqdim edən vergi ödəyicisinin mallarının saxlanıldığı (boşaldıldığı) yerə həmin mallar idxal edildiyi vaxtdan 3 iş günü müddətində baxış keçirmək və baxışın nəticəsini müvafiq protokolla rəsmiləşdirmək əlavə olunub.

Göründüyü kimi, vergi orqanının vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi məqsədilə operativ vergi nəzarət tədbirləri keçirilməsinin hüququ bazası formalaşdırılıb.

Bəs vergi orqanı baxış zamanı hər hansı uyğunsuzluq aşkar edərsə, hansı maliyyə sanksiyası tətbiq olunur?

Vergi Məcəlləsinin 57.5-ci maddəsinə əsasən, idxal edilmiş mallar barədə bu Məcəllənin 16.1.11-11-ci maddəsində göstərilən məlumatları təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən vergi ödəyicisinə müvafiq olaraq idxal edilmiş malların hesab-faktura (invoys) dəyərinin və ya onun təhrif olunmaqla təqdim edilmiş hissəsinin mikro sahibkarlıq subyektlərinə münasibətdə 2 faizi miqdarında, digər şəxslərə münasibətdə 5 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Misal 1: Pərakəndə satış fəaliyyəti ilə məşğul olan mikro sahibkarlıq subyekti 10.000 manatlıq mal idxal edib və anbarı olmadığı üçün həmin malları saxlanma müqaviləsi bağlamaqla başqa vergi ödəyicisinin təsərrüfat subyektinə yerləşdirib. Vergi ödəyicisi hesab edir ki, mikro sahibkarlıq subyekti olduğuna görə Vergi Məcəlləsinin 16.1.6-cı maddəsindəki məlumat formasını təqdim etməyə ehtiyac yoxdur. Əslində isə idxal haqqında məlumatı təqdim etməyən mikro sahibkarlıq subyektinə Vergi Məcəlləsinin 57.5-ci maddəsinə uyğun olaraq 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək:

10.000 x 2% = 200 manat

Misal 2: Topdansatış fəaiyyəti ilə məşğul olan iri sahibkarlıq subyekti Rusiyadan 200.000 manatlıq taxta məhsulları idxal edib. Vergi ödəyicisi aldığı malları vergi orqanında uçotda olan anbara boşaldıb. Vergi ödəyici həmin mallarla bağlı Vergi Məcəlləsinin 16.1.6-cı maddəsində nəzərdə tutulan məlumat formasını təqdim etməyib. Bu zaman vergi orqanı tərəfindən vergi ödəyicisinə Vergi Məcəlləsinin 57.5-ci maddəsinə uyğun maliyyə sanksiyası tətbiq olunacaq.

Mənbə: vergiler.az


İşçinin iş vaxtından artıq işə cəlb olunmasının hüquqi aspektləri


Elektron qaiməyə necə düzəliş etməli?

posted in: Uncategorized | 0

güzəştli vergi tutulan ölkə, ofşor ölkə, ofşor zona, maliyyə hesabatının təqdimi, Cari vergi ödəyiciləri, vergi ödəyiciləri üçün güzəştlər,Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər.

Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir.

Düzəliş edilmiş elektron qaimə-faktura göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir.

Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.

Əsaslandırma: Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi QAYDALARI”nın 3.6-cı bəndi.

Mənbə: vergiler.az


İşçinin iş vaxtından artıq işə cəlb olunmasının hüquqi aspektləri


Prezident əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı sərəncam imzalayıb

posted in: Xəbər | 0

Vergi Məcəlləsində dəyişiklik, Sənaye parkları, gömrük rüsumu, vergi,Prezident İlham Əliyev “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncam əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək, COVID-19 pandemiyasının, habelə beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin əmək pensiyaçılarının sosial rifahına mənfi təsirlərini yumşaltmaq, həmçinin postmüharibə dövründə xüsusi əhali qruplarına dövlət qayğısını artırmaq məqsədi daşıyır.

Sərəncamla 2022-ci il yanvarın 1-nə 2021-ci il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2022-ci il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2022-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Mənbə: report.az


İşçinin iş vaxtından artıq işə cəlb olunmasının hüquqi aspektləri

posted in: Xəbər | 0

zərərin kompensasiyası, əməkhaqqı, əməkhaqqının hesablanması,Təcrübədə işçilərin gündəlik normada müəyyən edilmiş iş vaxtından artıq işə cəlb edilməsi qaçılmaz olur. Bu cür hallarda işəgötürənin işçi qarşısında hansı hüquqi öhdəliyi yaranır? Suala hüquqşünas Şəhriyar Həbilov aydınlıq gətirir.

Qanunvericiliyə görə, iş vaxtından artıq iş – işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasının müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsidir.

Qanunvericiliyə əsasən, hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz. İş vaxtından artıq işə cəlbetmə zamanı işəgötürən bu vaxtın dəqiq və dürüst uçotunu aparmağa borcludur. Qanunvericiliyə əsasən, bu uçotun aparılma forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir.

Aşağıda göstərilən hallarda işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir:

  • dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;
  • su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün;
  • başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zərurəti olduqda;
  • işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda;
  • əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.

İstehsalatda baş verən xəsarət halında işçinin kompensasiya hüququ


Bundan əlavə, təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, habelə tez xarab olan malların itkisinin qarşısını almaq məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsi mümkündür.

İş vaxtından artıq işə cəlbedilmə halında işçiyə ödənilən əməkhaqqının məbləğinə əlavələr necə hesablanır?

Qanunvericilik bununla bağlı iki halı fərqləndirməyi zəruri hesab edir:

  • əməyin vaxtamuzd ödənilməsi;
  • əməyin işəmuzd ödənilməsi.

Birinci halda işçi konkret vaxt ərzində (misal üçün gündə 8, həftədə 40 saatdan çox olmayaraq) işəgötürənin verdiyi tapşırıqları icra etmək öhdəliyi daşıyırsa, ikinci halda işçi hər hansı işin icrasına görə (misal üçün bir təqvim həftəsi ərzində 5 ədəd avtomobil təmir etmək) öhdəlik daşıyır.

İş vaxtından artıq işə görə əməkhaqqına əlavənin miqdarı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla, əməyin işəmuzd ödənilmə sistemində isə işəmuzd əməkhaqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində hesablanır.

Qanunvericiliyin mövqeyinə görə, vaxtamuzd çalışan şəxslər hər əlavə saat ərzində 1 saatlıq əməkhaqqının iki qatı qədər əməkhaqqı almaq hüququna malikdir. Əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənişi qanunvericiliyin minimal tələbidir.

Onu da xatırladaq ki, iş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.

Qeyd edək ki, hamilə qadınların, 18 yaşına çatmayan işçilərin və 3 yaşına çatmamış uşağı olan qadınların iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilmir. 14 yaşınadək uşağı olan, həmçinin, sağlamlıq imkanları məhdud uşağı olan qadınlar yalnız özləri razılıq verən hallarda iş vaxtından artıq işə cəlb edilə bilər.

Mənbə: vergiler.az


İcbari əmlak sığortası zamanı əmlakın dəyərinin hesablanması şərtləri


1 734 735 736 737 738 739 740 2. 691