“Berkshire Hathaway” şirkətinin rəhbəri Uorren Baffettdən on sitat

posted in: Məqalə, Xəbər | 0
Peşəkar investorlar barədə

Ben Qrehem investisiya sahəsində peşəkarların özlərinə necə davrandığını göstərən, 40 il bundan əvvəl baş verən bir əhvalatı danışmışdı. Cənnətin astanasında müqəddəs Pyotr neft kəşfiyyatçısını pis xəbərlə qarşılayır: “Sən burada məskunlaşmaq üçün uyğun gəlirsən – müqəddəs Pyotr belə deyir – amma, gördüyün kimi neftçilər üçün nəzərdə tutulan qəsəbə sonadək dolub, səni yerləşdirmək üçün yer qalmayıb”. Bir qədər düşündükdən sonra kəşfiyyatçı “burada yaşayanlara cəmi üç söz söyləyə bilərəmmi?” deyə sual verir. Onun bu sualı Pyotra ziyansız görünür və neftçi ovuclarını rupor kimi ağzına dayayaraq, qışqırır: “Cəhənnəmdə neft tapıblar”. Həmin anda qəsəbənin qapıları taybatay açılır və neftçilərin hamısı bir nəfər kimi cəhənnəmə tərəf irəliləməyə başlayırlar. Bundan təsirlənən müqəddəs Pyotr kəşfiyyatçını içəri daxil olmağa və ürəyi istəyən kimi yerləşməyə dəvət edir. Neftçi içəri daxil olmayıb dayanır. “Yox, – nəhayət o, dillənir. Mən də həmin adamların ardınca gedəcəyəm. Bəlkə bu deyiləndə hansısa həqiqət payı vardır”.

İşgüzar uğurlar barədə

Məndə çox vaxt belə hisslər yaranır ki, biznesdə uğursuzluqlarla bağlı əhvalatlar öyrənmək işgüzar uğurlardan daha faydalıdır. Biznes-məktəblərdə məhz, uğurları təhlil etmək qəbul olunub, amma, mənim tərəfdaşım olan Çarli Manqer deyir ki, o, yalnız bir şeyi bilmək istəyir – ölüm onu harada gözləyir. Yalnız o səbəbdən ki, heç bir halda həmin yerdə olmasın.


“Fidelity Magellan Fund” fondunun meneceri Piter Linçdən 10 sitat


Biznesdə problemlər barədə

Biz, mən və Çarli (biznes-tərəfdaş Çarli Manqer) mürəkkəb işgüzar problemləri necə həll edəcəyimizi bilmirik. Bizim bildiyimiz yeganə bir şey var – həmin problemlərdən yan qaçmaq. Bizim uğurlarımız daha mürəkkəb problemləri həll etmək bacarığımızdan daha çox, kiçik sahibkarlıq problemlərinin öhdəsindən gəlməyi öyrənməyimizdən qaynaqlanır.

İnvestorun məqsələrdi barədə

İnvestor öz qarşısında sadə bir məqsəd qoymalıdır – biznesi ona anlaşıqlı olan  və gəlirləri növbəti beş, on, iyirmi il ərzində böyük ehtimalla arta biləcək şirkətlərin kapitalından ağlabatan bir qiymətə pay almaq. Zaman keçdikcə, tədricən bazarda bu tələblərə cavab verən çox az şirkətlər qalacaq. Məhz, həmin səbəbdən investorlardan hər hansı biri bu cür xüsusiyyətlərə malik olan istənilən bir şirkət tapan kimi onun səhmlərini mümkün qədər çox almalıdır.

Həyatımda ən pis sərmayə

Bəlkə də, həyatımda ən pis qərarı mən 20 yaşımda, avtomobil təmiri məntəqəsi açmağa cəhd etdiyim zamanda vermişəm. O vaxt mən kapitalımın 20 faizini itirmişdim. Bu günə uyğun hesablasaq, düşünürəm ki, həmin məntəqənin açılışı mənə 800 milyon dollara başa gələrdi.


Biznes dünyasından maraqlı faktlar


Gəlirli biznes barədə

Mən sadəcə bütün şirkətin ümumi gəlirliliyini bir neçə bənd artırmaq naminə, gəlirliliyi normadan aşağı olan biznesi qapatmazdım. Lakin mən, hətta gələcəkdə böyük ehtimalla zərərlə işləyəcək bir müəssisəyə yalnız rentabelli şirkət kimi investisiya qoymağı da qəbuledilməz hesab edirəm. Adam Smit birinci mövqe ilə, Karl Marks isə ikinci mövqe ilə razılaşmazdı. Özümü ən rahat hiss etdiyim yeganə mövqe – qızıl ortadır.

Kapitalizm barədə

Mən hesab edirəm ki, kapitalizm möhtəşəmdir. Mən on il və 20 il əvvəl də belə düşünürdüm. Hər bir sistemin öz çatışmazlıları var və sui-istifadə halları ola bilər. Lakin baxın 50 il ərzində İsraildə, bir neçə yüz il ərzində ABŞ-da və ya son 30 il ərzində inkişaf etməkdə olan ölkələrdə nələr istehsal olunub – kapitalizm fəaliyyətdədir. Onun da öz çatışmazlıqları və qeyri-təkmillikləri var, amma, mən daha yaxşı bir sistem tanmıram və əlbəttə, mən kapitalizmin əldə etdiyi həyat səviyyəsini yarada biləcək başqa bir sistemin olduğunu bilmirəm.

Kredit təsiri barədə

Kredit təsirinə olan çəkingənliyimiz uzun illər boyu bizim gəlirliliyimizi azaldıb. Lakin əvəzində biz Çarli ilə (biznes-tərəfdaş Çarli Manqer) çox rahatıq. Hər ikimiz də ehtiyac olmayan şeyləri əldə etmək üçün sahib olduğumuzu və ehtiyacımız olanı riskə atmağın ağılsızlıq olduğunu hesab edirik. Biz 50 il bundan əvvəl də, hər birimiz bizə güvənən bir neçə dost və qohum üçün investisiya tərəfdaşlığını idarə edərkən də bu fikirdəydik. Bir milyon və ya daha çox tərəfdaşımız “Berkshire Hathaway”da bizə qoşulduğu zaman indi də buna riayət edirik.


Gələcəkdə mühasib peşəsinin hansı perspektivləri var?


Kriptovalyutalar barədə

Kriptovalyutalara gəldikdə, mən demək olar ki, əminliklə deyə bilərəm ki, onları pis bir sonluq gözləyir. Bu nə vaxt və ya necə baş verəcək və yaxud daha nələr olacaq, mən bir şey deyə bilmərəm. Əgər mən onların hər birinə beşillik yol-opsion ala bilsəydim, böyük sevinclə bunu edərdim. Lakin mən heç vaxt qısa mövqelərə heç on sent də sərmayə yatırmıram.

Şirkətlərin satın alınması barədə

Əla bir şirkəti qənaətbəxş bir qiymətə almaq, qənaətbəxş bir şirkəti əla qiymətə almaqdan dəfələrlə yaxşıdır. Çarli bunu çoxdan bilirdi, mən isə tədricən öyrəndim. Ancaq indi, hər hansı bir şirkəti və ya adi bir səhmləri alarkən, biz yüksək səviyyəli menecerlərlə birlikdə birinci dərəcəli biznes axtarırıq.


Franklin piramidası və məqsədlər ağacı (II hissə)

posted in: Xəbər | 0

Franklin piramidası və məqsədlər ağacı (II hissə)

I hissəyə nəzər yetirin

Franklin piramidasını necə tərtib etməli?

I addım. Qlobal həyat dəyərlərinizi müəyyənləşdirin

Bu addımda, piramidanın ilk pilləsi, təməli qurulur. Bu ən vacib, ən məsuliyyətli addımdır. Həyatdan nə istədiyinizi özünüzə etiraf edin. Öz qarşınızda maksimum səmimi olun. Unutmayın ki, sabit və “düzgün” dəyərlər olmur – özündən ötrü vacib olanı hər kəsin özü müəyyən edir. Birinci addıma maksimum vaxt ayırın. Düşünün, araşdırın, əsaslandırın.

Həyati dəyərlərin nümunələri:
  • Sərvət
  • Şöhrət
  • Hakimiyyət
  • Xeyirxahlıq, mərhəmət, həssaslıq
  • Yaradıcılıq (ixtiraçılıq fəaliyyəti)

Dəyərləri nə qədər dəqiq və doğru müəyyənləşdirsəniz, piramida bir o qədər möhkəm və həqiqi olacaqdır. Buna görə bütün hədəflərinizə çatma ehtimalı daha yüksəkdir.

II addım. Həyatınızın qlobal məqsədini formalaşdırın.

Qocalıqda özünüzlə fəxr etmək üçün həyatınızda əldə etmək istədiyiniz əsas nəticə barədə düşünün. Yaxşı olardı ki, bu bir neçə deyil, yalnız bir hədəf olsun.

Qlobal həyat məqsədlərinin  nümunələri:

  • onlayn təhsil sahəsində illik 100 milyon manat dövriyyəsi ilə beynəlxalq biznes imperiyasın qurmaq;
  • uşaq xəstəliklərinə qarşı mübarizə üçün xeyriyyə fondu açmaq və 100 000 uşağa kömək etmək;
  • ölkənin prezidenti olmaq və həyat səviyyəsini iki dəfə yüksəltmək.

Diqqət edin, hədəf konkret, əldə oluna bilən, ölçülə bilən, zaman hüdudunda və aktual olmalıdır.

III addım. Məqsədlərə çatmaq üçün baş plan tərtib edin.

Baş planı bir neçə iri alt məqsədlərə bölün.

IV addım. Bundan əvvəlki addımdan olan hər bir məqsəd üçün uzunmüddətli fəaliyyət planı tərtib edin.

Plan bir neçə illlik dövrü əhatə etməlidir. Plan bir neçə aydan bir ilədək bir müddətdə əldə edilməsi lazım olan böyük tapşırıqları ehtiva edir.

V addım. Əvvəlki addımdakı hər bir iri tapşırıq üçün orta müddətli fəaliyyət planı hazırlayın.

Ortamüddətli plana daha kiçik tapşırıqları yerləşdirin. Müddət: bir həftədən bir aya kimi.

VI addım. Hər ortamüddətli planın tapşırıqlarını mikro tapşırıqlara bölün və müəyyən günlərə ayırın.

Bu addımda detallaşdırılmış gündəlik planlar tərtib olunur.

Ortamüddətli plandan bir konkret tapşırıq götürülür (bir həftədən bir aya qədər müddətdə) və bir gündən çox olmayan müddətli mikro-tapşırıqlara bölünür. Sonra həmin mikro-tapşırıqlar konkret günlər üzrə bölüşdürülür.

Gündəlik planlar müntəzəm olaraq tərtib edilir, ən yaxşısı bazar ertəsi günləridir.


Rusiya imperiyasında və SSRİ-də ən qeyri-adi vergilər (II hissə)

posted in: Vergi, Xəbər | 0

ABŞ sakinləri uşaq və böyüklər üçün olan bezlərə, tullantı qutularına, qəhvə stəkanlarının qapaqlarına və hətta narkotiklərə görə dövlətə vergi ödəyirlər. Rusiyanın müasir vergitutma sistemi isə bir o qədər də mürəkkəb deyil. Bununla belə, Rusiya tarixi qəribə, qeyri-adi və bəzən heç də humanist olmayan vergi və ödənişlərlə zəngindir.

I hissəyə nəzər yetirin
Kibrit vergisi

Rusiyada kibritlərə aksiz vergisi tətbiqi bir neçə dəfə həyata keçirilib. Hər 1000 ədəd yandırıcı kibrit üçün 1 rubl dəyərində ilkin vergi 1849-cu ildə tətbiq edilmişdi. Kibrit istehsalına yalnız Sankt-Peterburq və Moskvada icazə verilirdi və yığımlar şəhər büdcəsinə daxil olurdu. 1859-cu ildə kibrit istehsalına hər yerdə icazə verildi və aksiz vergisi də ləğv edildi.

Hökumət 1888-ci ildə aksiz vergisini yenidən tətbiq etdi. Vergi qutunun ölçüsündən asıl olaraq müəyyən edilirdi. 75 ədəd kibrit qutusu olan bağlamadan ¼ qəpik, 75 ədəddən 150 ədəd qutuya görə ½ qəpik, 150 ədəddən 225 ədəd qutuya görə ¾ qəpik, 225 qutudan 300 qutuya kimi 1 qəpik vergi tutulurdu. Xaricdən gətirilən kibrit qutuları isə ikiqat vergiyə cəlb olunurdu.

Kibrit aksizininin tətbiqinin ilk ilində ölkə büdcəsi 2,71 milyon rubl (2021-ci il qiyməti ilə 17,8 milyard rubl), 1901-ci ildə isə artıq 7,929 milyon rubl (2021-ci il qiyməti ilə 43,54 milyard rubl) əldə etmişdi.

1914-cü ildə Rusiya istehsalı olan kibritlər üçün vergi iki dəfə, xaricdən idxal olunanlar üçün isə 50% artırıldı. Aksiz vergisi hərbi kommunizm dövründə sovet hökuməti tərəfindən ləğv edildi, lakin 1921-ci ildə həmin ödəniş yenidən geri qaytarıldı. 1924-cü ildə onun tarifi 75 kibrit qutusuna 0,6 qəpik müəyyən edilmişdi.

Velosiped vergisi

XIX əsrin əvvəllərində ilk velosipedlər ortaya çıxdı və əsrin sonuna qədər demək olar ki, müasir bir görünüş əldə etdi. XIX-XX əsrlərin əvvəllərində bu nəqliyyat Rusiyada çox populyar idi. 1883-cü ildə Rusiyada ilk velosiped yarışları Moskvada keçirilmişdi. Tezliklə, ikitəkərli nəqliyyat vasitəsi əyalət şəhərlərinə gedib çıxdı.

O vaxtlar velosiped sürməyi dövlət səviyyəsində tənzimləmirdilər, hər bir şəhər öz qaydalarını tətbiq edirdi. 1903-cü ildə II Nikolay şəhər şuralarına nömrə nişanlarının verilməsi üçün rüsumlar daxil olmaqla velosipedlərə vergi tətbiq etməyə icazə verdi (bir çox şəhərlərdə bu vergi sözügedən qərar qəbul edilənə qədər də tətbiq olunmuşdu). Eyni zamanda, rüsumun məbləği 1 rubl 50 qəpikdən çox olmamalı idi.

XX əsrin əvvəllərində Simbirskdə (indiki Ulyanovsk) şəhər idarəsi “velosiped və avtomatik ekipajları şəhərdə sürmək üçün məcburi qərar” və “Simbirsk şəhərinin xeyrinə velosiped və avtomatik ekipajlardan yığım qaydaları”nı qəbul etmişdir.

Qaydalara görə, nəqliyyat vasitəsi sahiblərindən velosiped üçün müntəzəm ödəniş – il ərzində 1 rubl tələb olunurdu (bu pula 1 kq yağ və ya bütöv bir qaz ala bilərdiniz). Ödəniş aprel ayında həyata keçirilirdi. Velosiped iyulun 1-dən sonra  alındıqda, sahibi birinci il üçün məbləğin yarısını ödəməli idi. Dövlət qurumlarına məxsus avtonəqliyyat vasitələri ödənişdən azad edilib.

Subaylığa (uşaq olmamasına) görə vergi

SSRİ-də ən məşhur vergi subaylıq vergisi sayılırdı. Sözügedən vergi 1941-ci ildə tətbiq olunmuşdu. Həmin verginin tətbiq olunmasının rəsmi səbəbi çoxuşaqlı analara kömək üçün əlavə vəsaitin cəlb edilməsi olub.

Uşağı olmayan 20 yaşından 50 yaşına kimi kişilər və 20 yaşından 45 yaşına kimi uşaqsız qadınlar öz maaşlarının 5 faizini dövlət xəzinəsinə köçürməli idilər. Kolxozçular və kəndli təsərrüfatı vahidlərindən il ərzində 100 rubl (orta gəliri ayda 220 rubl olanlar) subaylıq vergisi tutulurdu. Hərbi qulluqçular və onların arvadları, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri – yaşı 25-dən az olan kişilər və 23 yaşınadək qadınlar, pensiyaçılar, habelə sağlamlığı doğuşuna əks göstəriş olan şəxslər, onların həyat yoldaşları ödənişlərdən azad edilirdilər.

1944-cü ildə vergi dərəcəsi 6%-ə, kənd sakinləri üçün isə ildə 150 rubla qaldırılmışdı. Ayda 91 rubldan az əməkhaqqı alanlar daha aşağı dərəcə ilə təmin edilmişdilər. Aylıq maaşı 70 rubldan az olanlardan bu vergi tutulmurdu. Uşaq doğulduqdan və ya qəyyumluğa övlad götürüldükdən sonra subaylıq vergisinin ödənişi dayandırılırdı. Əgər ailədə olan tək uşaq vəfat edərdisə, sözügedən vergi dövlətə yenidən ödənilirdi.

Vergilərin böyük hissəsi ittifaq və respublika büdcələrinə (65–85%) daxil olurdu, yerli büdcələrə – cəmi 15–35%-ə düşürdü.

SSRİ büdcəsi subaylığa görə vergidən nə qədər vəsait əldə edirdi?

1950-ci ildə 7,4 milyard rubl (ümumbüdcə gəlirlərinin 1,8%-i);

1955-ci ildə 8,4 milyard rubl (1,5%);

1960-ci ildə 5,6 milyard rubl (0,7%);

1965-ci ildə (1961-ci il pul islahatından sonra) – 568,3 milyon rubl (0,6%),

1970-ci ildə 803,2 milyon rubl (0,5%),

1975-ci ildə 1,1 milyard rubl, (0,5%),

1980-ci ildə 1,3 milyard rubl (0,4%),

1985-ci ildə 1,5 milyard rubl (0,4%).

Vergi 1992-ci il yanvar ayının 1-də ləğv edildi.

Hərbi vergi

Hərbi vergi İkinci dünya müharibəsi illərində dövlət xərclərinin maliyyələşdirilməsinə əlavə vəsait cəlb etmək məqsədilə 1942-ci il yanvarın 1-dən tətbiq edilmişdi.

Həmin vergi hərbi qulluqçular, onların ailə üzvləri, əlillər, əlavə qazancı olmayan pensiyaçılar (60 yaşından yuxarı kişilər, 55 yaşına çatmış qadınlar) və müstəqil gəlir mənbələri olmayan vətəndaşlar istisna olmaqla, 18 yaşına çatmış bütün SSRİ vətəndaşları tərəfindən ödənilirdi.

Hərbi vergi tarifləri ödəyicinin gəlirlərindən asılı idi. Fəhlələr, qulluqçular və onlara bərabər tutulan kateqoriyalar üzrə illik gəlirin 6,7% – dən 11,25% – ə qədər vergi ödənilirdi, kolxozçular il ərzində 150-600 rubl, sərbəst gəlirləri olmayan vətəndaşlar isə il ərzində 100 rubl vergi ödəməli idilər.

Müharibə illərində 72,1 milyard rubldan çox vəsait (2021-ci il qiyməti ilə 14,493 trilyon rubl) toplanmışdı. 1945-ci il iyulun 6-da SSRİ Ali sovetinin rəyasət heyəti hərbi vergini ləğv etdi.

Tamaşalardan tutulan vergi

İctimai tamaşalar və əyləncələrə görə vergi 1918-ci ildə RSFSR xalq dövlət xeyriyyə komissarlığının məktubu ilə tətbiq edilmişdi. Həmin vergi teatrlar, kinoteatrlar, sirklər və digər əyləncə müəssisələrini ziyarət edərkən ödənilirdi. Vergi 10 qəpikdən biletin 1/3 hissəsinə qədər (biletlərin qiyməti 50 qəpikdən 10 rubla kimi və daha yuxarı idi) təşkil edirdi.

1942-ci ildən müəssisə və təşkilatlar ödənişli kino tamaşalarından, sirk tamaşalarından və idman yarışlarından əldə edilən ümumi gəlirin faiz dərəcəsi ilə (5%-dən 55%-ə qədər) dərəcələrlə tamaşalara görə vergi verməyə başladılar.

1975-ci ildə filmlərin nümayişindən əldə olunan gəlir vergisi ümumi gəlirin 55%-i həcmində saxlanılmaqla, rüsum ləğv edildi.


Auditorlar Palatasında struktur islahatları həyata keçirilib

posted in: Xəbər | 0

Vergi Məcəlləsində edilən dəyişikliklər, 2022-ci il üçün iş planı, 2022 iş planı, auditor xidməti,Auditorlar Palatasının Auditin Hüquqi Tənzimlənməsi, Dempinqə Qarşı Mübarizə və Keyfiyyətin Yüksəldilməsi İdarəsi ləğv edilib.

Onun yerinə Auditin Hüquqi Tənzimlənməsi və Dövlət Orqanları İlə İş İdarəsi, eləcə də Palatanın Auditin Təşkili, Hesabatlılıq və İnformasiya İdarəsinin tərkibində Haqsız Rəqabətə Qarşı Mübarizə Şöbəsi yaradılıb.

Yeni idarəyə rəhbərlik ləğv edilmiş idarənin rəhbəri Elnur İbrahimova, yeni şöbəyə rəhbərlik isə Rövşən Cəfərliyə həvalə olunub.

Həmçinin Palatanın Auditin İnnovativ İnkişafı və Operativ Tənzimləmə İdarəsi idarəsinin adı Auditin İnnovativ İnkişafı, Operativ Tənzimləmə və Keyfiyyətin İdarə Edilməsi İdarəsinə dəyişdirilib. İdarəyə rəhbərlik Qoşqar Əhmədova tapşırılıb.

Mənbə: report.az


1 737 738 739 740 741 742 743 2. 691