Azərbaycanda statistik hesabatların hansı hissəsi onlayn rejimdə qəbul olunur?

posted in: Xəbər | 0

Azərbaycanda statistik hesabatların onlayn rejimdə qəbul göstəricisi 95%-i keçib, bununla da vətəndaş-məmur təmaslarının səviyyəsi minimuma endirilib, eyni zamanda statistik məlumatların işlənməsi və təhlili imkanları yüksəlib.

Bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında bildirilib.

“Bu, statistik məlumatlarının toplanması, emalında və yayımlanmasında istifadə olunan informasiya texnologiyalarının tətbiqi imkanlarının genişləndirilməsi, statistik informasiya sisteminin inkişaf etdirilməsi üçün görülmüş işlərin, respondentlərin yerli statistika orqanlarına gəlmədən hesabat məlumatlarını elektron formada təqdim etmələri üçün həyata keçirilmiş zəruri tədbirlərin nəticəsidir”, – deyə qurum bəyan edib.

Mənbə: report.az


İcarəyə götürülmüş obyekt üzrə kommunal xərclər gəlirdən hansı sənədlərə əsasən çıxıla bilər?

posted in: Xəbər | 0

Sual: MMC spirt istehsalı sahəsini icarəyə götürüb. Müqavilə üzrə istifadə edilmiş işıq, su, qaz tərəfimizdən ödənilməlidir və bank hesabımızdan ödənilib. E-qaimələr icarəyə verənin adına gəldiyi üçün təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində Lokal Gəlirlər Departamenti istehsalatda istifadə edilən komunal xərclərin ləğvinə qərar verib. E-qaimə təqdim edilməyən kommunal xərclər hansı qayda ilə tənzimlənir? İcarəyə verən kommunal xərclər üçün icarəçiyə e-qaimə təqdim etməlidirmi?

Cavab: Bildiririk ki, icarəyə götürülmüş obyekt üzrə kommunal xərclərin hüquqi şəxs (icarəçi) tərəfindən digər şəxsə (icarəyə verən) və ya icarəyə verənin xeyrinə kommunal xidmətlər göstərən təşkilatın hesabına ödənilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulduğu halda, həmin ödənişlər icarəçinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Bununla yanaşı icarəyə verilmiş obyektin kommunal xərclərinə görə icarəyə verən şəxsə təqdim edilən elektron qaimə-fakturanın təkrar olaraq icarəçiyə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Qeyd olunan hal ilə əlaqədar təsdiqedici sənədləri və izahat məktubunu qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi və “İcarə haqqında” Azərbaycan Respublikasının 30 aprel 1992-ci il tarixli 114 nömrəli Qanunu.

Mənbə: taxes.gov.az


Malların “daxildə emal” xüsusi gömrük proseduru altında yerləşdirilməsi


Hansı halda satınalma açıq tender üsulu ilə aparılır?

posted in: Xəbər | 0

Malların (işlərin və xidmətlərin) satınalınmasının hansı metodla həyata keçirilməsi ilə bağlı təcrübədə müəyyən suallar yaranır. Mövzunu mühasibat mütəxəssisi Emin Salamov şərh edir.

Büdcə xərclərinin iqtisadi təsnifatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə 440 nömrəli Qərarına uyğun aparılır. Büdcə təşkilatlarında malların (işlərin və xidmətlərin) satınalınması isə “Dövlət satınalmaları haqqında” Qanun 1.1-ci maddəsinə əsasən tənzimlənir.

Bu Qanunun 17-ci maddəsi malların (işlərin və xidmətlərin) dövlət satınalınmasının açıq tender və ya kotirovkalar sorğusu üsulları ilə aparılması şərtlərinin müəyyənləşdirir.

Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin müəyyən edilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 20 may 2013-cü il tarixli Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satınalınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə Q-12 nömrəli Qərarına uyğun olaraq tənzimlənir.


İcarəyə götürülmüş obyekt üzrə kommunal xərclər gəlirdən hansı sənədlərə əsasən çıxıla bilər?


Misal: Tutaq ki, büdcə təşkilatının 2021-ci ildə büdcə üçün təsdiq olunmuş xərclər smetasının “Dəftərxana və təsərrüfat xərcləri” maddəsində 47.650 manat, cari il üçün təsdiq olunmuş büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetası üzrə isə qeyd olunmuş eyni xərc maddəsi üzrə 3.600 manat nəzərdə tutulub. Bu halda malların (işlərin və xidmətlərin) satınalınması dövlət satınalınmanın hansı metodu üzrə aparılmalıdır?

Suala cavab tapmaq üçün ümumi məbləği bilmək lazımdır:

47.650 + 3.600 = 51.250 manat.

Q-12 nömrəli Qərarın 1-ci bəndinə əsasən, dövlət satınalmalarının açıq tender üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği 50 min manat müəyyən edilib. Büdcə təşkilatında isə bu rəqəm 51.250 manat təşkil edir.

Beləliklə, bu məbləğ Qərarda qeyd edilən məbləğı keçdiyi üçün satınalma açıq tender üsulu ilə aparılmalıdır.

Mənbə: vergiler.az


Malların “daxildə emal” xüsusi gömrük proseduru altında yerləşdirilməsi


Aristotel, fəlsəfə və mühasibat uçotu (IV hissə)

posted in: Xəbər | 0

Təklif olunan məqalədə professor M. L. Pyatov bizi Sidneydə dünya mühasiblər Konqresində (WCOA 2018) qaldırılan məsələlərin müzakirəsindən sanki heç də müasirliklə bağlı olmayan fəlsəfi problematikaya doğru qaytarır. Amma! Bu yazını oxuyarkən, məqalənin qədim fəlsəfi traktatların müddəalarının düşünə biləcəyimiz mühasibatlıq mühitindən o qədər də uzaq olmadığını görmək imkanımız var…

III hissəyə nəzər yetirin

Mənfəətin belə bir kompleksin idarə edilməsinin gəlirlilik səviyyəsi kimi qiymətləndirilməsi hesabat vaxtına uyğun olaraq onların qiymətləndirilməsini tələb edir. Onun əsası kimi belə demək olarsa, ədalətli dəyər çıxış etməyə başladı ki, bu da aktivlərin satılması ehtimalına yol vermədən aktivlərin yenidən qiymətləndirilməsinə imkan verdi.

Bununla yanaşı, şirkətin aktivlərinin şərhinə bu müasir yanaşma hələ orta əsrlərdə formalaşmış balansın əmlak strukturundan uzaqlaşdırılmışdı. Uçotda yalnız firmanın əmlakının hərəkəti faktları və onun bölüşdürülməsi ilə bağlı öhdəliklərin dinamikası qeyd olunmaqda davam etmişdi.

Şirkətin qiymətli kağızlar bazarında kapitallaşdırması ilə təsvir edilən dəyərini formalaşdıran səbəblərin müxtəlifliyi, kapitalın şirkətin dəyərinin dinamikasına gətirib çıxaran amillər kompleksi kimi başa düşülməsinin inkişafı, ənənəvi mühasibat balansının imkanlarının firmanın modeli kimi sərhədlərini daha parlaq şəkildə ortaya qoydu. Bu halların cavabı kimi hazırda müşahidə etdiyimiz vahid hesabat təcrübəsinin inkişafı xidmət edirdi.


Biznes dünyasından maraqlı faktlar


Metodlar kokteyli

“Nömrə 1 forması”nı dolduraraq bu gün formalaşdırdığımız balans aktivi bütün bu hekayənin nəticəsidir. Bu, bütün sadalanan metod və yanaşmalardan çox mürəkkəb bir kokteyldir. Yalnız bunu dərk etmək, bir tərəfdən, bizi həmin balans üzrə hesablanmış bəzi analitik göstəricilərin hərfi qavranılması ilə bağlı olan səhvlərdən qoruya bilər, digər tərəfdən isə maliyyə hesabatlarının istifadəçilərinə geniş informasiya təsir imkanlarını formalaşdırır.

Lakin yuxarıda təsvir olunan bütün məqamları bir kənara qoysanız və mövcud standartların göstərişini sarsılmaz və mütləq bir şey kimi qəbul etsəniz belə, şirkətin mühasibat uçotu və razılaşma siyasətini özündə əks etdirən hesabat maddələrinin qiymətləndirilməsi variantlarını unutmamalıyıq.

Amma burada fəlsəfə nəyə lazımdır deyə soruşa bilərsiniz və bütün bunlar müasir mühasibatlıq praktikası ilə necə əlaqəlidir?

Bir daha təkrar edirik, mühasibat uçotu metodlarında öz əksini tapan iqtisadi baxışların arxasında bu və ya digər dövrün, bu və ya digər sivilizasiyanın fəlsəfəsi ilə təmsil olunan daha qlobal dünyagörüşü konsepsiyaları həmişə durur (son dəqiqləşmə bu gün, məsələn, dünya iqtisadiyyatında Qərbi Avropa sivilizasiyasından prinsipial olaraq fərqli sivilizasiya olan Çinin oynamağa başladığı rolla bağlı çox aktualdır).

Amma müasir uçot praktikası ilə əlaqə barədə ayrıca danışmaq lazımdır.


Dünyanın müxtəlif ölkələrində qeyri-adi vergi və yığımlar


Fəlsəfə və müasirlik

Xatırlayaq: mühasibat praktikasının inkişafının əsas tendensiyası – bu, mühasibin gündəlik funksiyalarının avtomatlaşdırılması və işimizin analitik hissəsinin aktuallaşdırılması, hesabat istifadəçilərinə daxil olan məlumatların idarə edilməsidir.

Texnoloji imkanlar gələcəkdə şirkətin onlayn həyat dinamikasını xarakterizə edən ayrıca konfiqurasiya edilə bilən məlumat axınına çevrilə bilən korporativ hesabatın həm məzmununu, həm də vaxt sərhədlərini əhəmiyyətli dərəcədə artırır.

Burada təqdim etdiyimiz məlumatların təsərrüfat həyatında onların real hərəkətlərini müəyyən edən hesabat istifadəçilərinin fikirlərinə informasiya təsirinin mexanizmlərini anlamaq ən yaxın gələcəyin mühasibinin əsas bacarığına çevrilə bilər.

Hesabat istifadəçisinin onun məzmununa reaksiyası onun bölüşdüyü iqtisadi baxışlarla müəyyən edilir. Burada istifadəçilərin həmin baxışlarına hesabatların formalaşdırılması qaydalarının nə dərəcədə uyğun olduğu ən vacib məsələdir. Bu zaman qloballaşan iqtisadi həyatı nəinki sadələşdirilir, əksinə daha da mürəkkəbləşir.

Müasir dünyanın çoxqütblülüyü, iqtisadiyyatın məna məkanının multikulturalizmi, bu və ya digər iqtisadi həllərin əsasını təşkil edə biləcək baxışların müxtəlifliyi –  bütün bu hallar mühasibdən, informasiyaları idarə edən, onlara verilən məlumatların mümkün mənalarının incə başa düşülməsini və hesabat istifadəçilərinin onlara mümkün reaksiyalarını tələb edir.

Bizim peşəmiz getdikcə mürəkkəbləşir və daha maraqlı olur və onun (uçotun) fəlsəfi əsaslarını mənimsəmək müasir dünyada mühasibat işində peşəkar olmağa əhəmiyyətli dərəcədə kömək edə bilər. Əgər müasirlik şəraitində hər bir mühasib az da olsa filosofa çevrilsə, onu mütləq uğur gözləyir.


1 732 733 734 735 736 737 738 2. 691