Məzuniyyət götürərkən necə qazanclı çıxmaq olar?

posted in: Xəbər | 0

2022-ci il üçün istehsalat təqviminin açıqlanmasının ardınca hər il əvvəlcədən müəyyən edilən məzuniyyət qrafikini təsdiqləməzdən əvvəl bir sıra nüanslara diqqət yetirmək faydalı olardı. Belə ki, məzuniyyəti bir neçə hissəyə bölərkən məzuniyyət düşən ay üzrə əməkhaqqı və məzuniyyət haqqı toplandıqda itkiyə də məruz qalmaq mümkündür. Bu səbəbdən də bu yazımızda sərfəli məzuniyyət üçün başlıca xatırlatmaları edəcəyik.

1) 1 günə düşən əməkhaqqı iş günlərinin sayına, məzuniyyət haqqı isə son 12 aylıq əmək haqqının əvvəl 12-ə, sonra isə 30.4-ə bölünməsi yolu ilə müəyyənləşir.

2) Ay ərzində qeyri-iş günü olan bayram (ümumxalq hüzn günü) olarsa, iş günlərinə düşən əməkhaqqı artır deyə məzuniyyət götürüləndə iş günlərinin az sərf edilməsi məqsədəuyğundur.

3) Bayram günləri olan aylarda götürülən məzuniyyət günlərinin sayı minimum 9 təqvim günü olmalıdır ki, əməkhaqqı+məzuniyyət haqqı toplandıqda itki az olsun yaxud olmasın.

4) Məzuniyyət götürülən ay üzrə şənbə-bazara düşən məzuniyyət günlərinin sayı çox olmalıdır ki, hətta aylıq əməkhaqqından da əlavə məzuniyyət hissi yaşamaq üçün vəsait qalsın))

5) Məzuniyyət götürərkən əvvəl iş gününə düşən əməkhaqqı, sonra isə məzuniyyət gününə düşən əməkhaqqı hesablanıb toplandıqdan sonra sərfəli və ya zərərli məzuniyyət olması məlum olur.

Xoş istirahətlər.

Müəllif: Praktiki Hüquqşünas, Şəhriyar Həbilov


Bax:


“PAŞA Bank”dan Yeni ildə biznesinizi bəzəyəcək hədiyyələr!

posted in: Xəbər | 0

“PAŞA Bank”dan Yeni ildə biznesinizi bəzəyəcək hədiyyələr!

Azərbaycanın aparıcı korporativ bankı “PAŞA Bank”, kiçik və orta biznes sahiblərinə yeni il kampaniyasından yararlanmağı təklif edir.

16-31 dekabr tarixlərində keçiriləcək kampaniya çərçivəsində biznes sahibləri yeni il öncəsi endirim və hədiyyələrdən faydalana bilərlər.

Belə ki, müştərilər “PAŞA Bank”ın onlayn biznes krediti sifarişi zamanı birdəfəlik komissiyaya 25% endirim əldə edəcəklər. Bu kreditdən yararlanan sahibkarlar endirimli faiz dərəcəsindən əlavə “Umico” və ya “Azpetrol” balansına 100 AZN bonus qazanacaqlar.

Ətraflı məlumat və kredit müraciəti üçün keçid: https://bit.ly/3ymN8tq


2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 dekabr 2021-ci il tarixli Qərarı ilə  2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

2022-ci il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2021-ci il 1 dekabr tarixli 375 nömrəli Qərarına əsasən 2022-ci ildə aşağıdakı günlər iş günü hesab

1, 2 yanvar Yeni il bayramı;
20 yanvar Ümumxalq Hüzn günü;
8  mart Qadınlar günü;
20, 21, 22, 23, 24   mart Novruz bayramı;
9 may Faşizm üzərində Qələbə günü;
2, 3 may Ramazan  bayramı;
28 may Müstəqillik Günü
15 iyun Azərbaycan xalqının Milli Qurtuluş  günü;
26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri  günü;
9, 10 iyul

8 noyabr

Qurban bayramı;

Zəfər Günü;

9  noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü
31 dekabr Dünya Azərbaycanlılarının  Həmrəyliyi günü.

2022-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 4 yanvar, 25 mart, 30 may, 27 iyun, 11, 12 iyul tarixləri, altıgünlük iş həftəsində  3 yanvar, 25 mart, 27 iyun, 11 iyul tarixləri istirahət günləridir.

2022-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

2022-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 7-si bayramqabağı və Ümumxalq Hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 104 istirahət günü (onlardan 7-si iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (7-si istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq Hüzn günü vardır.

Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan,  gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

2022-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir.  2022-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1921 saatdır.

Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.

Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2022-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1921 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (https://www.sosial.gov.az/istehsalat-t%C9%99qvimi-2022) da yerləşdirilib.

istehsalat təqvimi


Mənbə: sosial.gov.az


Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

posted in: Xəbər | 0

Azərbaycan Mərkəzi Bankı, AMB, AniPay, bank hesabları, QR kodla ödəmə, AÖS, "QR kod"la ödəmə, Ani Ödənişlər Sistemi, Rəqəmsal İdentifikasiya Sistemi, Ani Ödənişlər Sistemi, uçot dərəcəsi, Ani Ödənişlər Sistemi, Yeni ödənişlər sistemi, Azərbaycan Mərkəzi Bankı, Ani ödənişlər sistemi, valyutadəyişmə, uçot dərəcəsi, Audit şirkətləri, qaynar xətt, şikayət, NBCBank, AGBank, Bank kreditlərinin təsnifləşdirilməsi,Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7%-dən 7,25%-ə çatdırılması barədə qərar qəbul edib.

Bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6% saxlanılıb, yuxarı həddi isə 8%-dən 8,25%-ə çatdırılıb.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı gələn il ictimaiyyətə açıqlanacaq.


Mənbə: report.az


1 768 769 770 771 772 773 774 2. 691