Mühasibat uçotu haqqında Qanuna dəyişiklik edilib

posted in: Xəbər | 0

Mühasibat uçotu statistikası,Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Mühasibat uçotu haqqında” Qanunda bir sıra əlavə və dəyişikliklər həyata keçirildi. Onu da qeyd edək ki, bu dəyişikliklər əsas maliyyə institutları üzrə mühasibat uçotu məsələlərini əhatə edir. Müvafiq yeniliklər aşağıdakı kimidir:

Sığorta şirkətləri anlayışları sığortaçı və təkrarsığortaçı anlayışı ilə əvəz edildi. Buna müvafiq olaraq təkrarsığorta şirkətləri tərəfindən də bu qanunun tətbiqi konkretləşmiş oldu.

Kredit təşkilatları tərəfindən mühasibat uçotunun aparılması qaydaları, o cümlədən illik maliyyə hesabatlarının forma və məzmunu Maliyyə Nazirliyi ilə (əvvəl Prezidentlə) razılaşdırmaqla Mərkəzi Bank tərəfindən müəyyən ediləcək.

Qanunda Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılarkən mövcud olan müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum ifadələri verilən səlahiyyətlərə uyğun Mərkəzi Bank olaraq dəyişdirildi.

Mühüm yeniliklərdən biri də təkrarsığortaçılar, hüquqi şəxs olan sığorta brokerləri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin mühasibat uçotunun aparılmasına, baş mühasiblə yaxud müvafiq struktur bölmə vasitəsilə mühasibat uçotunu aparmasına nəzarət də Mərkəzi Banka verildi.

Təkrarsığortaçılar, sığortaçılar hüquqi şəxs olan sığorta brokerləri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin, kredit təşkilatları, sığorta şirkətləri, investisiya fondları və bu fondların idarəçiləri, habelə qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin  maliyyə hesabatlarını təqdim etməsi və dərc etməsi sahəvi qanunvericilik aktları ilə tənzimlənəcək və buna Mərkəzi Bank tərəfindən nəzarət ediləcək.


Rəqəmsal iqtisadiyyat mühasibat uçotunda (III hissə)

posted in: Xəbər | 0

Rəqəmsal iqtisadiyyat mühasibat uçotunda (III hissə)

II hissəyə nəzər yetirin

Bu gün mühasibat uçotu hər bir təşkilat tərəfindən həyata keçirilir və mühasibin vəzifələrinin siyahısı daha çox istənilən bir konkret firmadan asılı olur. Mühasib geniş çeşidli vəzifələrə malikdir, xüsusilə də ilkin sənədlərin tərtib edilməsi, onun etibarlılığına nəzarət, hesablama emalına hazırlıq onun üzərinə düşür, həmçinin maliyyə intizamına riayət olunmasına və resurslardan səmərəli istifadə edilməsinə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında iştirak edir.

Həmçinin, mühasib işçilərin əməkhaqlarının hesablanması, mülki müqavilələr və fərdi mənfəət vergisi üzrə ödənişlər, vergi və idarəetmə uçotunun aparılması üçün məsuliyyət daşıyır, vergi hesabatını fondlara və vergi müfəttişliyinə verir və vergi ödənişlərini minimuma endirir. Digər məsələlərlə yanaşı, mühasib çox vaxt vəzifə təlimatlarında göstərilməyən vəzifələri də yerinə yetirir, bəzən iş yerinə qənaət etmək məqsədilə digər mühasiblərin işini də ona həvalə edirlər. Bundan əlavə, mühasib mühasibat hesabatlarının daxili və xarici istifadəçilərinin müqayisə edilə bilən və etibarlı mühasibat məlumatları ilə təmin edilməlidir.

Hesab edilir ki, mühasibat uçotu və vergi uçotunun aparılmasını tam avtomatlaşdırmaq imkanı tezliklə yaranacaq ki, bu da mühasibi yuxarıda qeyd edilən işlərin bir hissəsindən azad edəcək. Lakin müəssisənin maliyyə vəziyyətinin təhlili hələ də müstəqil aparılmalı olacaq, lakin o zaman buna daha çox vaxt sərf olunacaq və təhlilin nəticələrinin keyfiyyəti daha yüksək olacaq.

Son illər ərzində mühasib peşəsi əmək bazarında ən çox tələb olunan peşələrdən biri olaraq qalır. Son zamanlar peşəkarlıq səviyyəsini artırmaq istəyən mühasiblərin sayı durmadan artır. Bu isə elə peşənin gələcəyidir – mühasiblərin aşağı ixtisas səviyyəsindən daha yüksək səviyyələrə keçməsidir ki, bu da peşənin inkişafının müsbət təmayülüdür.

Mühasibin peşə fəaliyyətinin məqsədi, elan edilmiş, “Mühasibat uçotu haqqında” qanun peşənin standart redaksiyasında mövcud olan standarta müvafiq gəlir. Söhbət yalnız maliyyə uçotunun tənzimlənməsindən və maliyyə hesabatlarının formalaşdırılmasından gedir. Bu real mühasibin heç də bütün funksiyaları deyildir. Mühasib, ilk növbədə, uçot siyasətini formalaşdırmaqla və yeni vəzifələr qoymaqla yanaşı, müxtəlif səbəblər üzrə idarəetmə qərarlarının informasiya təminatı ilə də məşğul olan dərin bir analitik olmalıdır. Bu hədəfi fərqli şəkildə formalaşdırmaq daha doğru olardı, məsələn “maraqlı istifadəçilərin iqtisadi qərarlar qəbul etmələri üçün zəruri olan mühasibat, nəzarət və analitik məlumatların formalaşdırılması”.

“Rəqəmsal iqtisadiyyat”, “bilik iqtisadiyyatı” şəraitində mühasib və auditorun imkanları genişlənir, bu zaman həmin mütəxəssislərə zəruri olan səlahiyyətlərin dairəsi artır. İşəgötürənlərin ehtiyacları mühasiblərin hazırlığının mühasibat uçotu, təhlil və auditin aktual məsələlərinin həllinə yönəldilməsinin gücləndirilməsinin zəruriliyini şərtləndirir. Bunun üçün ali təhsil müəssisələrinin təhsil proqramlarının və peşə standartlarının uyğunlaşdırılması ilə yanaşı, tədris prosesində iqtisad elminin son nailiyyətlərindən istifadə, sistematik ixtisasartırma, eləcə də peşə etikası normalarına qüsursuz riayət etmək lazımdır.


Vergi ödəyicilərinin uçotu ilə bağlı mühüm məqamlar

posted in: Xəbər | 0

Vergi ödəyicilərinin uçotu, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, e-qaimə, NKA çeki, ƏDV tutulan dövriyyə, kameral vergi yoxlaması, mənfəət vergisi bəyannamələri, Qeyri-kommersiya təşkilatları, vergi öhdəliyi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, ƏDV, Avtonəqliyyat vasitələri ilə daşımalar, vergi məcəlləsi dəyişiklik, xüsusilə külli miqdar, Xeyli miqdar, Vergi Məcəlləsi, vergitutma, gəlirin bölüşdürülməsi, əmlakın bölüşdürülməsi, Kameral vergi yoxlaması, Kameral vergi yoxlamasının müddəti, Xronometraj metodu ilə müşahidə, qaimə-fakturanın gec göndərilməsi, Vergi sanksiyası gəlirləri, Vergi Məcəlləsinin 159.5-ci maddəsi, cari vergi arayışı, Cari vergilərin hesablanması haqqında Arayış,Vergi Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır.

Qanunvericiliyin tələbini şərh edən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, ünvan üzrə qeydiyyatlar müxtəlif formada fərqlənir. Onları nümünələrlə izah etməyə çalışaq:

Misal 1: Hüquqi şəxsin vergi uçotuna alınmaq üçün təqdim etdiyi ərizədə təsisçinin qeydiyyatda olduğu ünvanla hüquqi ünvan fərqlidir. Hüquqi ünvanın mülkiyyətçisi tərəfindən təqdim edilən ərizədə mülkiyyətində olan ünvanda yerləşən yaşayış sahəsininin hüquqi şəxs üçün hüquqi ünvan kimi istifadə edilməsinə razılıq verməlidir. Bundan sonra vergi orqanı hüquqi şəxsin reyestr məlumatlarında həmin ünvanı hüquqi ünvan kimi qeyd edir.

Misal 2: Təcrübədə mümkündür ki, bəzi qeyri-rezidentlərdən ödəmə mənbəyində verginin tutulması mümkün olmasın. Qeyri-rezident şəxs rezident hüquqi şəxsdə olan payının satışını həyata keçirir. Bu halda qeyri-rezident gəlirin əldə edildiyi yerdə qeydiyyata alınmalıdır.

Misal 3: Fiziki şəxs olan fərdi sahibkarlar isə artıq şəxsiyyət vəsiqəsində qeyd edildiyi qeydiyyat ünvanında qeydiyyata alınmalıdır. Əgər fiziki şəxsin yaşadığı yerlə qeydiyyat ünvanı fərqlənirsə, o halda yaşadığı ünvan üzrə mənzil-kommunal istismar idarəsindən aldığı sənədi təqdim etməklə vergi uçotuna dura bilər. Fərdi sahibkarlardan əlavə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslərə misal kimi qeyri-sahibkarlıq (mənzilləri kirayə verən və s.) fəaliyyətindən gəlir edən fiziki şəxsləri göstərmək olar.

Misal 4: “Notariat haqqında” Qanunun 24-cü maddəsində qeyd edilir ki, Ədliyyə Nazirliyinin müvafiq qurumu xüsusi notariusa qeydiyyat vəsiqəsinin verilməsindən dərhal sonra onun iş yeri üzrə vergi orqanlarına bu barədə müvafiq məlumat verməlidir. Qanundan göründüyü kimi, xüsusi notariusun yaşadığı yox, fəaliyyət göstərdiyi ünvan vergi uçotu üçün əsas hesab edilir.

Mənbə: vergiler.az


Bax:


İşçilərin minimum əməkhaqları 2022-ci il yanvarın 1-dən 300 manatdan az ola bilməz

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən 2022-ci il yanvarın 1-dən minimum əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edir.

Xidmət​ işəgötürənlərin nəzərinə çatdırır ki, 2022-ci il yanvarın 1-ə qədər minimum əməkhaqqıdan aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməsi və bununla bağlı müvafiq əmək müqaviləsi bildirişinin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilməsi təmin edilməlidir. İş yerlərində əməkhaqqının minimum məbləği yanvarın 1-dən 300 manatdan az ola bilməz.

Nazirliyin “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə bu sahədə vəziyyətə daimi nəzarət olunur. Bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə əhatə olunub. Bu altsistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqları üzrə məlumatları real vaxt rejimində izləməyə imkan verir.​ ​​

Minimum əməkhaqqının artırılması ilə əlaqədar 19 pillədən ibarət Vahid Tarif Cədvəli üzrə əməkhaqları ödənilən işçilərin əməkhaqlarında da işəgötürənlər tərəfindən müvafiq artımlar edilməli, bununla bağlı müvafiq tədbirlər görülməlidir.

İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində​ işçiyə minimum əməkhaqqıdan aşağı məbləğdə əməkhaqqı verilməsinə görə – vəzifəli şəxslərin min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Minimum əməkhaqqıdan aşağı məbləğdə əməkhaqqı verilməsi aşkar edildikdə, həmin Məcəllənin 127-4.1-ci maddəsinə uyğun olaraq inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində inzibati xəta haqqında iş üzrə icraata başlanılacaq.

Mənbə: sosial.gov.az


1 765 766 767 768 769 770 771 2. 691