Qarşılıqlı məlumat mübadiləsinə dair müqaviləni bağlayan vergi ödəyicisinin vəzifələri
Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqaviləni bağlayan vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:
– elektron kabinetdən istifadə zamanı proqram təminatı üzrə müəyyən olunmuş tələb və şərtlərə əməl etmək;
– elektron kabinetdə proqram təminatı tərəfindən qəbul olunmamış və səhv aşkar edilmiş sənəd və məlumatları yenidən hazırlayıb vergi orqanına göndərmək;
– elektron sənəd mübadiləsi üçün istifadə olunan kod-parolu məxfi saxlamaq, başqa şəxslərə istifadə üçün verməmək, kod-parol itirildikdə və ya başqaları tərəfindən istifadə olunduğunu bildikdə dərhal vergi orqanına yazılı qaydada məlumat vermək;
– elektron kabinet vasitəsilə sənəd və məlumatların mübadiləsindən imtina etdikdə vergi orqanına məlumat vermək;
– vergi orqanı tərəfindən elektron kabinet vasitəsilə göndərilmiş sənəd və məlumatlarla hər gün tanış olmaq;
– elektron kabinetin fəaliyyətini ləngidən, ona zərər vuran, o cümlədən elektron kabinetin fəaliyyətinin dayanmasına səbəb ola bilən hərəkətlərə yol verməmək.
Əsaslandırma: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 15 mart tarixli 1917050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə formasının 4.1-ci bəndi.
Mənbə: vergiler.az
Bax:

Vergi ödəyicilərinin heç arzu etmədiyi hallardan biri maliyyə sanksiyasının tətbiq olunmasıdır. İqtisadçı ekspert Anar Bayramov vergi ödəyicisinin uçotu ilə bağlı hansı hallarda maliyyə sanksiyalarının yarana biləcəyinə aydınlıq gətirir.
Düzgün istiqamətə yönəldilən investisiya gəlirin təməlidir. Hər bir investor müxtəlif sahələrdə fəaliyyətə üstünlük verdiyi üçün bu yazımızda Azərbaycan Respublikası qanunvericiliyi ilə bəzi sahələrdə təsisçilərə dair başlıca tələbləri qeyd edəcəyik.
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nin yeni məzmunu və formasına dair Azərbaycan Mərkəzi Bankı (AMB), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və İcbari Sığorta Bürosunun (İSB) rəhbər şəxsləri arasında onlayn görüş keçirilib.