Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (XII hissə)

posted in: Xəbər | 0

Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (XII hissə)

XI hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Kapitalizm nə vaxt işə yarayır,

Nyu-York universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı

Problem ondadır ki, xidmət sahəsi çox vaxt tam məşğulluğun olmadığı aşağı ödənişli maaş mövqelərinin yayılmasına gətirb çıxarıb. Bax, bu pisdir. Fabriklərin orta ixtisaslı bir çox işçiləri iş yerlərini itirmiş və xidmət sahəsində daha az ödənişli iş yerinə keçiblər və ya əgər onların özləri bunu etməyiblərsə də, bu şəxslərin uşaqları bunu etməli olacaqlar.

Əgər 1960-cı ildəki məşğulluq strukturunu 2010-cu illə müqayisə etsək, o zaman məlum olur ki, mütəxəssislərin sayı xeyli artıb – onların payı 12%-dən 20%-ə çatıb. Menecerlərin sayı da çoxalıb (6 faizdən 10 faizə yüksəlib). Satışla məşğul olanların, xidmət personalı ilə məşğul olanların sayında böyük artım baş verib: 9 faizdən 21 faizə yüksəlib. Eyni zamanda zavodlarda fəhlə və operatorların sayı güclü şəkildə – 17 faiz bəndində aşağı düşüb. Bir növ dəyişiklik baş verib: fərqli işçilərin əvəzinə menecerlər, mütəxəssislər və xidmət personalı ortaya çıxıb.

Gəlir nöqteyi-nəzərindən bu necə görünür? Biz xidmət sahəsində olan yarımixtisaslı işçilərlə aşağı ixtisaslı işçilərin gəlirlərini müqayisə edirik, eləcə də kişi ilə qadın baxımından 1972-ci ilə 2017-ci ili müqayisə edirik. 1972-ci ildə bu adamlar tam iş günü ilə çalışanlar olublar, onların maaşları inflyasiya nəzərə alınmaqla korrektə olunub, ona görə də biz onların istehlakını müqayisə edə bilərik.

Kişilər üçün, bu sektorlarda müqayisə çox kiçik bir dəyişiklik göstərir: yarımixtisaslı fəhlə il ərzində 49 min dollara yaxın qazanc əldə edib, 2017-ci ildə onun gəliri təxminən 51 min dollar təşkil edib, xidmət sahəsində də kiçik dəyişiklik baş verib, təxminən 39 min dollardan 41 min dollara qalxıb.

Fikir verdinizsə, xidmət sahəsində əməkhaqqı həmişə istehsalatda olduğundan az olub. Qadınlara gəldikdə, onların vəziyyəti yaxşılaşıb. Onların hər iki növdən olan iş yerlərində real qazancları yüksəlib. Lakin sənaye dəyişiklikləri səbəbindən vəziyyət daha pisdir. Orta ixtisas tələb edən bir çox iş yerləri 1972-ci ildən başlayaraq yoxa çıxıb. Kişilər üçün bu o deməkdir ki, onlar il ərzində təxminən 49 min dollarlıq işdən 39 min dollarlıq işə keçiblər.

Əməkhaqqı və məşğulluq dəyişiklikləri səbəbi ilə kişilər əmək gəlirlərində çox itiriblər, qadınlar arasında isə çox kiçik bir artım qeydə alınıb. Əgər bu vəzifələrdən birində işləyən kişi, elə bu cür vəzifədə işləyən qadınla evlidirsə, ailənin gəlirləri aşağı düşür, çünki kişilərin qazancı xeyli azalıb.

Bunun siyasi nəticələri olub. ABŞ-da sosial sahədə populizm səbəbindən Trampın yürütdüyü siyasət nəticəsində, ağdərili fəhlə sinfi fabriklərdə xeyli iş yerini itirib, qazancları da ya aşağı düşüb, ya da dəyişməz qalıb. Bərabər əməkhaqqı ilə əlaqəli qanunlar sayəsində qazanclarında artım alan qadınlara qarşı mənfi bir münasibət mövcuddur. Mən məlumatları göstərmədim, amma, afrikalı amerikalılar da müsbət ayrı-seçkilikdən faydalanıblar.  Bu, Trampı dəstəkləyən ağdərili işçi sinfindən olan liberal elitanın irəli sürdüyü siyasətdir. Mən demirəm ki, bizdə bərabər əməkhaqqı ödənişi və ya pozitiv diskriminasiya ilə bağlı qanunlar olmamalıdır, amma, bunların öz dəyəri var – hamı onlardan faydalana bilmir.


XIII hissəyə nəzər yetirin


BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər

posted in: Xəbər | 0

Artıq Kapital Bank-ın Bakı şəhərində olan filiallarında PAŞA Sığortanın “Optimal KASKO” məhsulunu əldə etmək mümkündür. Avtomobil sahibləri illik cəmi 250 AZN-dən başlayan sığorta haqqı ödəməklə nəqliyyat vasitələri üçün 2000 AZN məbləğində könüllü sığorta təminatı əldə edirlər.

Əlavə olaraq BirKart sahibləri məhsulun dəyərini 6 ay ərzində, əlavə komissiya və faiz olmadan, bərabər hissələrlə ödəyə bilərlər. Belə ki, 250 AZN dəyərində olan “Optimal KASKO” məhsulunu seçdikdə aylıq ödəniş cəmi 42 AZN təşkil edəcək.

“Optimal KASKO” avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti və təbii fəlakət kimi hadisələrə təminat verir. Həmçinin, avtomobilin istehsal ilindən asılı olaraq rəsmi təmir servisi təminatı ilə sığorta məhsulunun qiyməti illik cəmi 300 AZN təşkil edir.

Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan keşbek və Umico bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 8000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə, həmçinin BirKart mərkəzlərinə müraciət etmək olar.


Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlərin nəzərinə!

posted in: Xəbər | 0

PMS imtahanı I mərhələ, PMS üzrə imtahan, PMS imtahanı, vergi orqanlarına işə qəbul,DİM tərəfindən 2021-ci il dekabrın 26-da peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün imtahanın II mərhələsi keçiriləcəkdir.

Namizədlər 16 dekabr saat 13:00-dək DİM-in rəsmi internet səhifəsində göstərilən linkə (https://exidmet.dim.gov.az/elimt/pms2test/QeydList) daxil olub qeydiyyatdan keçə bilərlər.

İmtahanın II mərhələsi – qanunvericilik üzrə imtahanda iştirak etmək istəyən namizədlər aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

İmtahanda iştirak haqqı 50 manatdır. İmtahanın davametmə müddəti 3 saatdır.

Namizədlərin bilik və bacarılarının yoxlanılması məqsədilə imtahanda 40 tapşırıqdan ibarət sual kitabçası təqdim olunur. İmtahandan maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli 5 test tapşırığının hər biri 10 balla qiymətləndirilir.

Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Namizədlər proqramlarla bu linkə daxil olaraq tanış ola bilərlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 237 saylı 22 may 2019-cu il tarixli qərarının aşağıdakı bəndinə əsasən namizədlər göstərilən sənədləri təqdim etməklə imtahanda iştirak edə bilərlər:

2.10.2. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti.

PMS imtahanında iştirak etmək hüququ verən orta ixtisas təhsilinə aid ixtisasların siyahısı DİM-in rəsmi internet səhifəsində (link) yerləşdirilib.

Bu ixtisaslar üzrə orta ixtisas təhsili olan namizədlər mühasibatlıq sahəsində azı beş illik iş stajı haqqında məlumat göstərilmiş əmək kitabçasının surətini elektron şəkildə qeydiyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər. Əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi DİM tərəfindən yoxlanılacaq və namizədə bu barədə bildiriş göndəriləcəkdir.

İmtahandan 5 gün əvvəl namizədlər Mərkəzin saytından “İmtahana buraxılış vərəqəsi”ni və “Namizədin yaddaş kitabçası”nı çap edib götürə bilərlər.

Diqqət: Sanitar-epidemioloji vəziyyətlə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərarlardan asılı olaraq imtahan tarixi dəyişə bilər. Namizədlərə tövsiyə edilir ki, DİM-in rəsmi internet saytını müntəzəm olaraq izləsinlər.

Mənbə: dim.gov.az


Sosial ödənişlərlə bağlı yoxlamaların müddəti necə tənzimlənir?

posted in: Xəbər | 0

Avans ödənişi, ƏDV,Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

İqtisadçı ekspert Anar Bayramov həmin maddənin 2-ci hissəsinə əsaslanaraq bildirib ki, bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması Vergi Məcəlləsinin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Maddədə diqqət yetiriləsi 3 mühüm məqam yer alıb. Birinci məqam odur ki, 3 illik müddət anlayışı vergiyə aid edilsə də məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına şamil edilmir. Yəni vergi orqanı 2020-ci ildə vergi ödəyicisinin 3 ildən çox müddətə olan məcburi dövlət sosial sığortası ilə bağlı əməliyyatlarını yoxlaya bilər.

Misal 1: Vergi ödəyicisi 2012-2014-cü illərdə işçilərin əməkhaqqı gəlirləri üzrə məcburi dövlət sosial sığortasının hesablanmasını düzgün həyata keçirməyib. Vergi orqanı 2020-ci il tarixdə həyata keçirdiyi yoxlama zaman 3 ildən daha çox müddət olan 2012-2014-cü illər üzrə əməkhaqqı gəlirləri üzrə sənədləri yoxlaya bilər.

İkinci məqam: Vergi baxımından 3 illik müddət səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir.

Misal 2: Vergi orqanı 2021-ci ilin fevral ayında qərar verib ki, mənfəət (gəlir) vergisi ödəyicisində səyyar vergi yoxlaması həyata keçirsin. 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsinin 2020-ci ilin 31 mart tarixinə kimi təqdim olunmasını nəzərə alsaq, o zaman vergi orqanı vergi ödəyicininin 2016, 2017 və 2018-ci illər üzrə mənfəət (gəlir) vergisi bəyannaməsini yoxlamaq hüququna malikdir.

Üçünçü məqam: Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir.

Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Vergi orqanı vergi ödəyicisinin təqdim etdiyi bəyannamə üzrə 30 iş günü müddətində əlavə vergi hesablaya bilər. Həmin müddət bitdikdən sonra vergi orqanının kameral vergi yoxlaması həyata keçirmək hüququ olsa da, əlavə verginin hesablanması aparılmır.

Mənbə: vergiler.az


Bax:


1 786 787 788 789 790 791 792 2. 691