“Ezamiyyə xərclərinin normaları” ilə bağlı Qərarda kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0

Terrorla əlaqədar əlilliyin qiymətləndirilməsi, Mediasiya prosesi, Mediasiya prosesinin həyata keçirilməsi, Vahid büdcə təsnifatı“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, No 1, maddə 44, No 6, maddə 589, No 12, maddə 1118; 2011, No 1, maddə 66, No 9, maddə 854; 2013, No 2, maddə 197, No 10, maddə 1222; 2015, No 8, maddə 962; 2018, No 3, maddə 592, No 6, maddə 1368; 2019, No 4, maddə 786; 2021, No 1, maddə 96) aşağıdakı məzmunda 1-2-ci hissə əlavə edilsin:

“1-2. Mühafizə olunan şəxslərin ölkədaxili səfərləri zamanı təhlükəsizliyi təmin edən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının mehmanxana xərcləri təqdim edilmiş təsdiqedici sənədlərə əsasən faktiki xərclərə uyğun olaraq ödənilir.”.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 20 noyabr 2021-ci il

Mənbə: nk.gov.az


Mühasib peşəsinin rəqəmsal iqtisadiyyatda perspektivləri (I hissə)

posted in: Xəbər | 0

Gündən-günə yeni texnologiyalar ictimai həyatın getdikcə daha çox sahələrinə nüfuz edir. Mühasibat işi də istisna təşkil etməyib, indi informasiya texnologiyaları birbaşa mühasib peşəsi ilə əlaqələndirilir.

Bununla əlaqədar olaraq, bir çox iqtisadçılar mühasib peşəsinin yoxa çıxacağını proqnozlaşdırırlar və mühasib peşəsinin yoxa çıxmasına gətirib çıxaran bir sıra səbəbləri misal gətirirlər:

  • mühasiblər baha başa gəlir;
  • maşınlar insanlardan daha keyfiyyətli işləyir;
  • mühasib peşəsi sağlamlıq üçün təhlükəlidir.

Bunlar daha geniş yayılan üç səbəbdir, lakin, onlar ən inandırıcı səbəblər deyil və hər biri ətrafında mübahisə etmək olar.

Heç bir mühasibin olmadığı istənilən bir müəssisəni təsəvvür edək. Aşağıdakı suallara cavab verməyə çalışaq:

  • Hesabları kim həyata keçirəcək və ödənişləri kim qəbul edəcək?
  • Maaşları kim hesablayacaq?
  • İnventarlaşdırmanı kim həyata keçirəcək?

Kompüter texnologiyaları mühasiblərin əməyinə güclü təsir göstərəcək. Məlumatların sistemləşdirilməsi, ümumiləşdirilməsi, yığılması üzrə ən sadə əməliyyatlar kompüterlərə keçib, mühasibat hesabatlarının formalaşdırılması isə mühasibin iş vaxtı üçün əhəmiyyətli pay tutmağı dayandırıb.

Təcrübə göstərdi ki, avtomatlaşdırma mühasibat işinin proseslərin optimallaşdırılması, vəziyyətin qiymətləndirilməsi və qərarların qəbul edilməsi, maliyyə və iqtisadi proseslərin idarə edilməsi ilə bağlı olan hissəsinə toxunmadı.


II hissəyə nəzər yetirin


Mənfəət vergisi bəyannaməsinin kameral yoxlanması ilə bağlı müddət 60 iş günü müəyyən edilir

posted in: Xəbər | 0

sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıMənfəət vergisi bəyannaməsinin kameral yoxlanması ilə bağlı müddət 60 iş günü müəyyən edilir.

Bunu 23 noyabrda Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin geniş tərkibdə onlayn iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.

Dövlət Vergi Xidməti rəisinin müavini deyib ki, deputatların birinci oxunuşda qaldırdığı məsələlər əsasında Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində mənfəət vergisi bəyannaməsinin kameral yoxlanması ilə bağlı müddət 60 iş günü müəyyən edilib.

Layihə parlamentin plenar iclasına tövsiyə olunub.

Mənbə: apa.az


İcbari tibbi sığorta haqlarının dərəcələri

posted in: Xəbər | 0

İcbari tibbi sığorta – əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığorta olunanlara baza zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur. Ölkə vətəndaşları, respublikada qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının respublikadakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri üzrə icbari tibbi sığorta haqlarının dərəcələri

Sığortaolunanın sığorta haqqına cəlb edilən aylıq gəlirlərinin 8.000 manatadək olan hissəsinin 1 faizi, 8.000 manatdan yuxarı olan hissəsinin 0,5 faizi, sığortaedənin vəsaiti hesabına isə sığortaolunanın sığorta haqqına cəlb edilən aylıq gəlirlərinin 8.000 manatadək olan hissəsinin 1 faizi, 8.000 manatdan yuxarı olan hissəsinin 0,5 faizi dərəcəsi ilə icbari tibbi sığorta haqqı tutulur.

İcbari tibbi sığorta haqqı hər ay üçün əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda hesablanmalı, sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə nağdsız hesablaşma qaydasında aidiyyəti fonda ödənilməlidir. Hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” vergi ödəyicisinin uçotda olduğu vergi orqanına təqdim edilməlidir.

Misal 1: Özəl müəssisədə muzdla işləyən sığortaolunanın (işçinin) əsas iş yerində aylıq əməkhaqqı (əlavələr, mükafat və s. daxil olmaqla) 800 manat olmuşdur. Bu halda sığortalı (işəgötürən) tərəfindən işçinin aylıq əməkhaqqından 1%, yəni 8 manat (800*1%=8), öz vəsaiti hesabına 1%, yəni 8 manat (800*1%=8), ümumilikdə isə 2% olmaqla 16 manat (800*2%=16) icbari tibbi sığorta haqqı hesablanaraq tutulacaqdır.

Misal 2: Özəl müəssisədə muzdla işləyən sığortaolunanın (işçinin) əsas iş yerində aylıq əməkhaqqı (əlavələr, mükafat və s. daxil olmaqla) 8.600 manat olmuşdur. Bu halda sığortalı (işəgötürən) tərəfindən əməkhaqqının 8.000 manat olan hissəsindən sığortaolunanın (işçinin) əməkhaqqından 1%, yəni 80 manat (8000*1%=80), öz vəsaiti hesabına 1%, yəni 80 manat (8000*1%=80), ümumilikdə isə 2% olmaqla 160 manat (8000*2%=160), qalan 600 manatdan isə işçinin əməkhaqqından 0,5%, yəni 3 manat (600*0,5%=3), öz vəsaiti hesabına 0,5%, yəni 3 manat (600*0,5%=3), ümumilikdə isə 1% olmaqla 6 manat (600*1%=6) icbari tibbi sığorta haqqı hesablanaraq tutulacaqdır. Nəticədə işçinin əməkhaqqından 83 manat (80+3), öz vəsaiti hesabına 83 manat (80+3) olmaqla, ümumilikdə 166 manat məbləğində (83+83=166) icbari tibbi sığorta haqqı hesablanaraq tutulacaqdır.

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri üzrə icbari tibbi sığorta haqlarının dərəcələri

Sığortaolunanın sığorta haqqına cəlb edilən aylıq gəlirlərinin 8.000 manatadək olan hissəsinin 2 faizi, 8.000 manatdan yuxarı olan hissəsinin 0,5 faizi, sığortaedənin vəsaiti hesabına isə sığortaolunanın sığorta haqqına cəlb edilən aylıq gəlirlərinin 8.000 manatadək olan hissəsinin 2 faizi, 8.000 manatdan yuxarı olan hissəsinin 0,5 faizi dərəcəsi ilə icbari tibbi sığorta haqqı tutulur.

Misal 3: Dövlət müəssisəsində muzdla işləyən sığortaolunanın (işçinin) əsas iş yerində aylıq əməkhaqqı (əlavələr, mükafat və s. daxil olmaqla) 800 manat olmuşdur. Bu halda sığortalı (işəgötürən) tərəfindən işçinin aylıq əməkhaqqından 2%, yəni 16 manat (800*2%=16), öz vəsaiti hesabına 2%, yəni 16 manat (800*2%=16), ümumilikdə isə 4% olmaqla 32 manat (800*4%=32) icbari tibbi sığorta haqqı hesablanaraq tutulacaqdır.

Misal 4: Dövlət müəssisəsində muzdla işləyən sığortaolunanın (işçinin) əsas iş yerində aylıq əməkhaqqı (əlavələr, mükafat və s. daxil olmaqla) 8.600 manat olmuşdur. Bu halda, sığortalı (işəgötürən) tərəfindən əməkhaqqının 8.000 manat olan hissəsindən sığortaolunanın (işçinin) əməkhaqqından 2%, yəni 160 manat (8000*2%=160), öz vəsaiti hesabına 2%, yəni 160 manat (8000*2%=160), ümumilikdə isə 4% olmaqla 320 manat (8000*4%=320), qalan 600 manatdan isə işçinin əməkhaqqından 0,5%, yəni 3 manat (600*0,5%=3), öz vəsaiti hesabına 0,5%, yəni 3 manat (600*0,5%=3), ümumilikdə isə 1% olmaqla 6 manat (600*1%=6) icbari tibbi sığorta haqqı hesablanaraq tutulacaqdır. Nəticədə işçinin əməkhaqqından 163 manat (160+3), öz vəsaiti hesabına 163 manat (160+3) olmaqla, ümumilikdə 326 manat məbləğində (163+163=326) icbari tibbi sığorta haqqı hesablayanaq tutulacaqdır.

Əməkhaqqı istisna olmaqla digər mənbələrdən hesablanan icbari tibbi sığorta haqqı

• Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) minimum aylıq əməkhaqqının 4%-i miqdarında (2021-ci ildə ölkədə minimum aylıq əməkhaqqı 250 manat olduğu üçün bu şəxslər üzrə icbari tibbi sığorta haqqının aylıq məbləği 10 manat, illik məbləği isə 120 manat olacaqdır);

• Mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər tərəfindən tutulmaqla aylıq gəlirlərinin 8.000 manatadək olan hissəsinin 2%-i, 8.000 manatdan yuxarı olan hissəsinin 1%-i miqdarında icbari tibbi sığorta haqqı hesablanaraq ödənilməlidir.

Misal 5: “X” müəssisəsi tərəfindən vergi uçotunda olmayan fiziki şəxslə mülki-hüquqi müqavilə bağlayaraq onu təmir işinə cəlb etmiş və bu işin müqabilində ona 900 manat ödəniş etmişdir. Bu halda müəssisə tərəfindən həmin fiziki şəxsə edilən 900 manat ödənişdən ödəmə mənbəyində 2% dərəcə ilə 18 manat məbləğində (900*2%=18) icbari tibbi sığorta haqqı hesablanaraq tutulmalı, növbəti ayın 15-dən gec olmayaraq aidiyyəti fonda ödəməli və bu barədə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” uçotda olduğu vergi orqanına təqdim edilməlidir.

Avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinə görə hesablanan icbari tibbi sığorta haqqı

Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və respublika ərazisinə idxal olunan avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinə görə 0,02 manat məbləğində icbari tibbi sığorta haqqı hesablanaraq ödənilməlidir. Bu vergi ödəyiciləri tərəfindən qeyd edilən mallar üzrə sığorta haqqı aylıq olaraq hesablanmalı, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq “Yol vergisi və icbari tibbi sığorta haqları üzrə bəyannaməsi (hesabatı)” təqdim edilməli və hesablanmış sığorta haqqı həmin müddətdə aidiyyəti fonda ödənilməlidir.

Misal 6: Azərbaycan Respublikasının ərazisində benzinin və dizel yanacağının istehsalı ilə məşğul olan “X” müəssisəsi cari ilin yanvar ayında 10.000 litir avtomobil benzini və 12.000 litr dizel yanacağı istehsal edərək topdan satmışdır. Bu halda avtomobil benzininə görə 200 manat (10000*0,02=200), dizel yanacağına görə isə 240 manat (12000*0,02=240), ümumilikdə isə 440 manat məbləğində (200+240=440) icbari tibbi sığorta haqqı hesablanmalı, növbəti ayın 20-dən gec olmayaraq aidiyyəti fonda ödənilməli və həmin müddətdə “Yol vergisi və icbari tibbi sığorta haqları üzrə bəyannaməsini (hesabatı)” uçotda olduğu vergi orqanına təqdim edilməlidir.

Aşağıda sadalanan aksizli mallar üzrə qeyd edilən dərəcələrlə icbari tibbi sığorta haqqı hesablanaraq ödənilməlidir.

• araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı məbləğində;

• pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı məbləğində;

• siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı məbləğində;

• energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı məbləğində.

Aksizli malların ödəyiciləri tərəfindən aksizlərə cəlb edilən həmin mallar üzrə sığorta haqqı aylıq olaraq hesablanmalı, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq “Aksiz bəyannaməsi” təqdim edilməli və hesablanmış sığorta haqqı həmin müddətdə aidiyyəti fonda ödənilməlidir.

Misal 7: Aksizli malların ödəyicisi olan “X” müəssisəsi tərəfindən cari ilin yanvar ayında 100 litr araq, 250 litr alkoqollu pivə və 100 litr energetik içki istehsal edilərək satılmışdır. Bu halda arağa görə 6,4 manat (100*3,2*0,02=6,4), alkoqollu pivəyə görə 5 manat (250*0,4*0,05=5), energetik içkiyə görə 31 manat (100*3,1*0,1=31), ümumilikdə isə həmin mallar üzrə 42,4 manat məbləğində (6,4+5+31=42,4) icbari tibbi sığorta haqqı hesablanmalı, növbəti ayın 20-dən gec olmayaraq aidiyyəti fonda ödənilməli və həmin müddətdə “Aksiz bəyannaməsi” uçotda olduğu vergi orqanına təqdim edilməlidir.

Mənbə: vergiler.az


Bax:


1 788 789 790 791 792 793 794 2. 691