Biznes psixologiyasının təşəkkülü və inkişaf tarixi (I hissə)

posted in: Xəbər | 0

Biznes psixologiyasının inkişafının birinci mərhələsi XVIII əsrdən XX əsrin 30-cu illərinə qədərki dövrü əhatə edir. İkinci mərhələ XX əsrin 40-50-ci illərinə təsadüf edir və üçüncü mərhələ XX əsrin 80-ci illərinin əvvəli və müasir dövrü əhatə edir.

Birinci mərhələnin inkişafı iqtisadiyyatda psixoloji amilin əhəmiyyətini ifadə edən A. Smit, A. Marşall, C. Keynes, M. Veber və başqalarının əsərlərindən ibarətdir. Otto Lipmann 1923-cü ildə nəşr etdirdiyi kitabında işçinin psixologiyası ilə alıcının psixologiyasını, reklam psixologiyası ilə satış psixologiyasını fərqləndirirdi və bu sahələri ümumi və differensial psixologiya (fərdi fərqlilik psixologiyası) ilə əlaqələndirirdi. Almaniyada Hüqo Müynsterberqin əmək psixologiyası və təşkilati psixologiya sahəsində tədqiqatları ortaya çıxmışdı. O, mikroiqtisadi problemlər, əməyin monotonluğu, təşkili, reklamın qavranılması psixologiyasını öyrənmişdi.

İkinci mərhələ XX əsrin 40-50-ci illərinə təsadüf edir. Araşdırmalar ABŞ və Fransada alimlər G. Katon, P. Reyno, P. Albu tərəfindən aparılırdı. Belə ki, məsələn, G. Katon istehlakçıların iqtisadi stimullara reaksiyalarının ölçülməsini dörd ayda bir dəfə həyata keçirmişdi. O, iqtisadi davranışı impulsiv və adi davranışa ayırmışdı və gözləntilərdən asılı olan “həqiqi”, faktiki qərar anlayışını tətbiq etmişdi. Gözləmə hissi bu və ya digər modallığa və istehlak, investisiya sahəsində növbəti qərarların dərəcəsinə necə təsir göstərir? Amerikalı tədqiqatçı rolu kütlələrin və insan qruplarının psixoloji vəziyyətini xarakterizə etmək və iqtisadiyyatda hərəkətləri qabaqcadan görmək, konyukturanı dəyişdirmək qabiliyyətində ifadə olunan xüsusilə “istehlakçı hissləri indeksi” ilə yeni göstəricilər tətbiq etmişdi.

II hissəyə nəzər yetirin


Yerli nəqliyyat-ekspedisiya xidmətləri göstərənlərə vergi güzəşti ediləcək

posted in: Xəbər | 0

vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıVergi Məcəlləsinə təklif olunmuş mühüm dəyişikliklərdən biri beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsinin əlavə dəyər vergisinə (ƏDV) sıfır dərəcə ilə cəlb edilməsidir.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, mövcud qanunvericilikdə beynəlxalq və tranzit yük-sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti ƏDV-yə “0” dərəcə ilə cəlb edildiyi halda, həmin fəaliyyətə bağlı yardımçı nəqliyyat xidmətləri olan beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi ƏDV-yə 18% dərəcə ilə cəlb edilir.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, nəqliyyat ekspedisiya xidmətlərini təşviq etmək, digər tranzit ölkələr də analoji fəaliyyətlə məşğul olan xarici müəssisələrə rəqabətdə yerli nəqliyyat-ekspedisiya xidmətləri göstərən şəxslərin dayanıqlılığını təmin etmək məqsədilə beynəlxalq və tranzit yük və sərnişin daşınması ilə bilavasitə bağlı olan ekspeditor xidmətlərinin göstərilməsinin ƏDV-yə “0” dərəcə ilə cəlb edilməsi nəzərdə tutulur.

Mənbə: report.az


Azərbaycanda 30-a yaxın auditorun fəaliyyəti dayandırıla bilər

posted in: Xəbər | 0

Auditorlar Palatası bu ilin I yarısında üzvlük haqqının ödənilməsi vəziyyəti barədə qərara əməl etməyən – noyabrın 1-nə qədər quruma borclu olan auditor təşkilatlarının və sərbəst auditorların siyahısını açıqlayıb.

Siyahıda 17 hüquqi və 10 fiziki şəxsin adı var.

Onlar aşağıdakılardır:

– “ASON AUDİT” MMC – (direktor Vəkilov Orxan)
– “Audit Planing and Strategy” MMC – (direktor Məmmədov Ürfət)
– “Consulting Service of Baku” MMC – (direktor Qədirov Vidadi)
– ”Davud Mamedov” MMC – direktor (Məmmədov Davud)
– “EON Audit” MMC – (direktor Ağayev Orxan)
– “Eurocond Plus” MMC- (direktor Camal-zadə Anar)
– “Fairness Consalting Grup” MMC – (direktor Məmmədov Eldəniz)
– “İnvest Audit” MMC- (direktor Osmanlı Elnur)
– “Moore Stephens Azərbaycan” MMC – (direktor Əhmədov Fariz)
– “Next Audit Konsalting” MMC – (direktor Həsənov Bəhlul)
– “ONZ Accounting” MMC – (direktor Orucov Nurlan)
– “Premium Audit” MMC – (direktor Kərimov Natiq)
– “Proqress Audit” MMC – (direktor Məmmədov Kamal)
– “RSM Azərbaycan” MMC – (direktor Məhərrəmov Tural)
– “RM Audit” MMC- (direktor Miriyev Rasət)
– “V.İ.P Audit” MMC – (direktor Fərəcov Elçin)
– “VXA AUDİT” MMC – (direktor Qurbanov Elçin).
– Eminov Otello Zəkəriyyə oğlu
– Əliyev İbiş Müseyib oğlu
– Fətiyev Üzeyir Cəmil oğlu
– İsayev Telman Mabud oğlu
– Quliyev Elçin Vaqif oğlu
– Mikayılzadə Raqif Rami oğlu
– Rzayev Akif Məlik oğlu
– Sadıxov Musa Sərxan oğlu
– Tağıyev Vasif İbrahim oğlu
– Yusifova Gülnarə İsfəndiyar qızı.

Auditorlar Palatası bəyan edib ki, auditor xidməti bazarında haqlı rəqabətin təmin olunması, sifarişçilərə göstərilən auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi, auditor xidməti sistemində şəffaflığın təmin edilməsi və korrupsiya hallarının aradan qaldırılması ilə əlaqədar sifarişçilərin mənafelərinin qorunması məqsədilə üzvlük haqqını tam ödəməyən auditor təşkilatları və sərbəst auditorların fəaliyyəti gələn il yanvarın 1-dən dayandırılacaq və bu barədə məlumat onların risk qrupunda olmalarının sifarişçilərin nəzərlərinə çatdırılması məqsədilə qurumun internet səhifəsində yerləşdiriləcək.

Mənbə: report.az


Hansı halda işçi əmək müqaviləsinə dərhal son verə bilər?

posted in: Xəbər | 0

əmək müqaviləsinə son verilməsi,Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinə əsas ola bilər. Burada tərəflər dedikdə, işçi və işəgötürən başa düşülür.

Vəkil Anar Qasımlı Məcəllənin tələbələrini belə izah edib:

Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını müəyyən edir. Ümumi qayda belədir ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

Göründüyü kimi, maddə işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi adlansa da, daha çox işəgötürənin mənafeyinə xidmət edir. Başqa sözlə, işçi istədiyi vaxt işdən çıxa bilməz. Bir aylıq xəbərdarlıq müddəti bu məqsədlə müəyyən edilir ki, işəgötürən həmin işçinin yerinə yeni işçi tapmaq imkanına malik olsun.


Praktiki “Mühasibat Kargüzarlığı” Kursu


69-cu maddənin 3-cü hissəsi isə daha çox işçinin mənafeyinə xidmət edən norma olub, ümumi qaydadan istisnalar müəyyən edir: işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

Maddənin 4-cü hissəsi diqtə edir ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur.

Əmək Məcəlləsinin 69-cü maddəsinin 5-ci hissəsi qadağanedici norma olub, işçinin mənafeyinə xidmət edir: işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

Maddənin 6-cı hissəsi işçiyə məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə vermək hüququ müəyyən edərək, məzuniyyət müddəti bitənədək yuxarıda (4-cü hissə) göstərilən qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət etmək səlahiyyəti verir və onun xahişini təmin etməyin vacib olduğunu qeyd edir.

Nəhayət maddənin 7-ci maddəsində işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağan olunur.

Mənbə: vergiler.az


Bax:


1 784 785 786 787 788 789 790 2. 691