Nağdsız hesablaşmalar üzrə qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər

posted in: Xəbər | 0

Növbəti ilin büdcə zərfi çərçivəsində hazırlanmış “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisdə baxılmaqdadır.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, qanun layihəsində bir sıra ödəmələrin nağdsız qaydada həyata keçirilməsini nəzərdə tutan dəyişikliklər təklif edilir. Layihəyə əsasən nağdsız həyata keçirilməsi nəzərdə tutulan ödəmələr aşağıdakılardır:

– pərakəndə satış qaydasında təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində 4 000 manatdan artıq olan ödənişlər;

– tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər;

– ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər;

– “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği 3 000 manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları).

Dövlət Vergi Xidməti bildirir ki, qeyd edilən dəyişikliklərin pərakəndə ticarət əməliyyatları zamanı ödənişlərin həyata keçirilməsi ilə bağlı vətəndaşlara müəyyən çətinliklər yaradacağı barədə bəzi kütləvi informasiya vasitələrində yer alan məlumatlara bağlı münasibət bildirməyi zəruri hesab edir.

“Qeyd edilməlidir ki, təklif olunan dəyişikliyin əsas məqsədi “kölgə iqtisadiyyatı” ilə mübarizə, ölkə ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsinə nail olmaq, habelə istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirməkdir. Nağdsız hesablaşmaların iqtisadi dövriyyədə xüsusi çəkisinin artması biznes əməliyyatlarının şəffaflaşmasını və dövlət gəlirlərinin artmasını şərtləndirir ki, bu da nəticə etibarilə büdcənin maliyyə imkanlarını artırır, sosial sektorun maliyyələşdirilməsi ilə bağlı əlavə mənbələr yaradır”, – Dövlət Xidmətindən bildirilib.

Bundan əlavə, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən nağdsız hesablaşmanın aşağıdakı formaları vardır:

– bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə aparılan hesablaşmalar;

– ödəniş terminalları vasitəsilə həyata keçirilən hesablaşmalar;

– birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə aparılan hesablaşmalar.

“Göründüyü kimi, qanunvericilikdə nağdsız hesablaşmaların aparılmasının bir neçə forması təsbit olunub ki, vətəndaşlar nağdsız hesablaşmaları POS-terminallar, elektron ticarət platformaları, internet bankinq xidmətləri, mobil applikasiyalar, ödəniş terminalları vasitəsilə, həmçinin birbaşa nağd qaydada satıcının bank hesabına və ya bank hesabından satıcının bank hesabına köçürməklə həyata keçirmək imkanına malikdirlər. Bu səbəbdən, qanunvericiliyə edilməsi nəzərdə tutulan dəyişikliklər ticarət əməliyyatları zamanı vətəndaşlara münasibətdə hər hansı əlavə inzibati yük yaratmayacaqdır”, – Dövlət Xidmətindən bildirilib.

Bundan əlavə, Dövlət Vergi Xidməti qeyd edir ki, hazırda ölkə ərazisində pərakənda ticarət sahəsi üzrə alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması sisteminin tətbiq edildiyi nəzərə alınarsa, təklif olunan dəyişikliklər istehlakçılara qaytarılan ƏDV məbləğlərinin artmasına da müsbət təsir edəcək.

“Belə ki, qanunvericiliyə əsasən istehlakçıya qayatrılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15%-ni, nağd qaydada ödənilmiş ƏDV-nin 10%-ini təşkil edir. Eyni zamanda, qanunvericiliyə təklif olunan dəyişikliyə əsasən 2022-ci il 1 yanvardan etibarən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətləri əldə edən istehlakçılar belə xidmətlərə görə ödənilmiş məbləğlərə görə ƏDV-nin geri qaytarılması hüququndan istifadə edə biləcəklər”, – Dövlət Xidmətindən qeyd olunub.

Mənbə: apa.az


Birbank Rəqəmsal Mərkəzlərində bank xidmətlərini daha tez və rahat həyata keçirmək olar

posted in: Xəbər | 0

Müştərilərə göstərilən xidmətlərinin operativ, çevik və keyfiyyətli həyata keçirilməsinə önəm verən Kapital Bank, bank xidmətlərinin rəqəmsallaşması istiqamətində müştərilərinə daim yeni xidmətlər təqdim edir. Hazırda Bankın əsas prioritetlərindən biri müştərilərin daha çox vaxt sərf etdiyi xidmətlərin, kredit əməliyyatlarının rəqəmsallaşmasıdır.

Təsadüfi deyil ki, cari il ərzində Kapital Bank-da istehlak kreditlərinin və BirKart taksit kartının rəsmiləşdirməsinin 52%-i məhz rəqəmsal kanallar vasitəsilə həyata keçirilib. Bu istiqamətdə fəaliyyətini genişləndirən Kapital Bank əhaliyə Birbank Rəqəmsal Mərkəzlərini təqdim edir. Bu mərkəzlər ənənəvi bank filialları ilə müqayisədə bir sıra üstünlüklərinə görə fərqlənirlər. Əsas üstünlüyü isə müştərilərin bank əməkdaşının iştirakı olmadan, özünəxidmət üsulu ilə bir çox xidmətlərdən yararlana bilməsidir.

Rəqəmsal Mərkəzlərin müştərilər üçün əsas üstünlükləri onlara, nağd pul kreditlərini və BirKart taksit kartını növbə gözləmədən, əlavə sənəd tələbi olmadan rahat şəkildə əldə etmək imkanının yaradılmasıdır. Əlavə olaraq bu mərkəzlərdən istifadə edən müştərilər Bankın standart şərtlərində qeyd olunan tariflər üzrə  (kreditlərin komissiyasında, faiz dərəcələrində və s.) bir sıra endirimlər əldə edə bilirlər.

Hazırda Bakı şəhərində 4 ünvanda Birbank Rəqəmsal Mərkəzləri fəaliyyət göstərir: Elmlər Akademiyası (Yasamal rayonu, 556/57-ci məhəllə, H. Cavid prospekti A), Memar Əcəmi (Nəsimi rayonu, Hüseyn Bala Əliyev küçəsi, 80E), Həzi Aslanov (Xətai rayonu, Məhəmməd Hadi küçəsi 73) və İnşaatçılar (Yasamal rayonu, A. M. Şərifzadə küçəsi 162). Gələcəkdə bu mərkəzlərin sayı artırılmaqla yanaşı, təqdim edilən bank xidmətlərinin sayı da artırılacaq.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.


Mülki müqaviləsiz əmək münasibətləri

posted in: Xəbər | 0

Mülki müqaviləsiz əmək münasibətləri

Ölkədə həyata keçirilən şəffaflaşma prosesi, əmək münasibətlərinə dövlət dəstəyinin artırılması və işçi hüquqlarının müdafiəsi ilə əlaqədar aparılan islahatların nəticəsində Əmək Məcəlləsində bir sıra əlavə və dəyişikliklər edildi. Bu yazımızda müvafiq düzəlişlərlə bağlı məlumat verməyə çalışacağıq. Mövzuya keçməzdən əvvəl xatırlatmaq yerinə düşərdi ki, bəzən müəssisələr şəxsi işçi statusundan məhrum edərək mülki xarakterli müqavilələr bağlamaqla rahatlıqla müqavilə münasibətlərinə xitam verə, şəxsin geniştərkibli işçi hüquqlarından və sosial güzəştlərdən faydalanmasına mane olurdu. Hazırki düzəlişlər məcburi şəkildə həmin müəssisələrin əmək münasibətlərinə cəlb edilməsinə nail olacaq və işçi hüquqlarının qorunmasına gətirəcək.

Düzəlişlərə əsasən əmək münasibətləri mülki hüquqi müqavilələrlə rəsmiləşdirilə bilməyəcək. Yeniliklərdən biri də əmək münasibətləri anlayışının daxil edilməsi və bu anlayışa izah verilməsindən ibarətdir.

Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə  Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

Yeni düzəlişlərə əsasən əmək münasibətlərinin dairəsi də verildi.

Belə ki,

1) tərəflər arasında bağlanmış müqavilənin məzmununda rekvizitlər, əmək funksiyası, iş yeri, vəzifəsi, işə başlama vaxtı, iş, istirahət vaxtı, əməkhaqqı, əsas və ya əlavə iş yeri olması, məzuniyyət hüququ, tərəflərin öhdəlikləri kimi müddəalar varsa,

və müqavilə nümunəvi əmək müqaviləsi formasında bağlanıbsa, bu əmək münasibətləri sayılacaq.

2) Əmək kitabçası təqdim edilməklə müqavilə bağlanıbsa – məlum olduğu kimi elektron sistemin mövcudluğuna baxmayaraq hələ də əmək kitabçasının tətbiqi mümkün olduğu üçün əgər şəxsin əmək kitabçası alınmaqla iş görülürsə, bu hal da əmək münasibəti sayılacaq.

3) Tərəflər arasında münasibətlərin yaranması vəzifəyə təyin edilmə, müsabiqə əsasında, ödənişli seçkili yaxud təyinatlı işə keçirmə, məhkəmə qərarı ilə qəbul kimi hallarda yaranan münasibətlər də əmək münasibətləri sayılacaq. Bəzi hallarda vəzifəyə mülki müqavilə əsasında təyin edilmə hallarının mövcud olduğu bank və sığorta sektoru kimi sahələrdə artıq şəxsin təyin edilməsi ilə yaranan münasibətlər yalnız əmək münasibətləri sayılacaq.

4) münasibətlər işəgötürənin əsas fəaliyyətinə uyğun olursa, – müəssisələr mülki müqavilə təcrübəsindən istifadə edərkən hətta əsas fəaliyyətinə aid işlərdə də əmək münasibətlərini istisna edirdi. Belə ki, dərzi, sürücü, usta işləri üzrə xidmətlərini təklif edən sahibkarlar həmin statusda olan şəxslərlə əmək müqaviləsi bağlamırdı. Yeni düzəlişlər bu kimi halları da aradan qaldıracaq.

5) Əvəzçilik və ya müvəqqəti əvəzetmə halları mövcuddursa – müəssisədə işçi müvəqqəti işə çıxmadıqda (hamiləlik, 3 yaşadək uşağa qulluq və s) onun yerinə işə cəlb edilən şəxslərlə də münasibətlər əmək münasibətləri olsa da, rəsmiləşdirmə mülki müqavilə ilə davam etdirilirdi. Yaxud şəxs əsas iş yerindəki işindən əlavə başqa işlə məşğul olanda onunla əmək münasibətləri davam etdirilsə də, rəsmiləşdirmə mülki müqavilə ilə olurdu. Artıq bu hallar da aradan qalxacaq.

6) müvəqqəti işlərin müddəti bitməsinə baxmayaraq müddət davam etdirilərsə, – Bir sıra mövsümi işlər həyata keçirilərkən işçi münasibətləri olsa da, əmək müqaviləsi bağlanmayan hallar mövcud idi. Sahibkarlar mövsüm bitsə də, işçiləri yenə də işə cəlb etdikləri hallar olurdu ki, artıq davam edən mübasibətlər də əmək münasibətləri kimi rəsmiləşdirilməli olacaq. Bu hal tək mövsümi işlərlə kifayətlənmir təbii ki. Bəzən təhsil müəssisələrində müəyyən müddət (dərs periodu olan aylar) üçün əmək müqaviləsi bağlanırdı. Daha sonra isə müqavilə müddəti gözlədilirdi. Əslində isə hər tədris müddətində münasibətlər davam edirdi. Bu düzəlişlər belə özbaşınalıqları aradan qaldıracaq.

7) İşin xarakterinə görə nəticədə ödənilən xidmət haqlarının tərkibinə tarif maaşı, əlavə və mükafatlar daxil olarsa, – müəyyən kateqoriya müəssisələr olur ki, ödənilən aylıq xidmət haqqına əlavə olaraq komissiya, mükafat və xüsusi əlavələr daxil edirdi və birbaşa əmək münasibətlərindən kənar olaraq mülki müqavilələrlə münasibətləri rəsmiləşdirirdi. Bu hallar da aradan qalxacaq.

8) Şəxsin işdə olmadığı halda orta əməkhaqqı saxlanırsa, şəxsə intizam tənbehi verilə bilirsə, məzuniyyət hüququ verilirsə, ştat ixtisarı və digər əsaslarla rəsmi əmək müqaviləsi olan şəxslərdəki kimi yaranmış münasibətlərə xitam verilirsə, işləri yerinə yetirən şəxsin vəzifələri elə qanunvericilikdə işçinin vəzifələri ilə eynidirsə, – göründüyü kimi qeyd edilən hallar əmək münasibətlərinin xarakteri ilə eynilik təşkil etsə də, işəgötürənlər müəyyən öhdəliklərdən yaxa qurtarmaq və işçi ilə müqaviləyə asanlıqla xitam verə bilmək üçün mülki müqavilələrdən istifadə edirdi. Artıq bu kimi hallarda işçilərlə mütləq əmək müqaviləsi bağlanmalı olacaq.

Müəllif: Praktiki hüquqşünas / Şəhriyar Həbilov


Bax:


Gömrük ödənişlərinin qaytarılması Qaydalarında dəyişiklik edilib

posted in: Xəbər | 0

Gömrük ödənişlərinin qaytarılması Qaydaları, Ezamiyyə xərclərinin normaları, Terrorla əlaqədar əlilliyin qiymətləndirilməsi, Mediasiya prosesi, Mediasiya prosesinin həyata keçirilməsi, Vahid büdcə təsnifatıAzərbaycan Respublikası Nazirlər Kabinetinin “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” 2001-ci il 23 fevral tarixli 48 nömrəli və “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No 2, maddə 126; 2003, No 4, maddə 214, No 6, maddə 349; 2005, No 2, maddə 134; 2006, No 2, maddə 184, No 3, maddə 308; 2010, No 10, maddə 905; 2017, No 10, maddə 1888; 2019, No 7, maddə 1335; 2021, No 3, maddə 282, No 7, maddə 876) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 1-ci hissədə “və işsizlikdən sığorta haqlarının,” sözləri“, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının,” sözləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

“3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”;

1.3. həmin Qərarla təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” üzrə:

1.3.1. adında “və işsizlikdən sığorta haqlarının,” sözləri “, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının,” sözləri ilə əvəz edilsin;

1.3.2. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü və 87.5-ci maddələrinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-24.1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən, habelə sığortalıdan düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş, rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının, eyni zamanda Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir.”;

1.3.3. 1.2.1-ci yarımbənddə “və işsizlikdən sığorta haqlarına” sözləri “, işsizlikdən sığorta, icbari tibbi sığorta üzrə sığorta haqlarına,” sözləri ilə əvəz edilsin və həmin yarımbənddən“, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə” sözləriçıxarılsın;

1.3.4. 1.2.2-ci yarımbənddə “və hesablanmış faizlərə münasibətdə isə İşsizlikdən Sığorta Fondunun büdcəsi.” sözləri “, hesablanmış faizlərə və tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə İşsizlikdən Sığorta Fondunun, icbari tibbi sığorta haqlarına, hesablanmış faizlərə və tətbiq edilmiş maliyyə sanksi-yalarına münasibətdə isə icbari tibbi sığorta fondunun büdcəsi.” sözləri ilə əvəz edilsin;

1.3.5. aşağıdakı məzmunda 1.2.3-1.2.6-cı yarımbəndlər əlavə edilsin:

“1.2.3. rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları – təyinatı vergi, hesablanmış faiz və maliyyə sanksiyası olmayan, lakin benefisiar və büdcə təsnifat kodu üzrə rekvizitlərin səhv göstərilməsi nəticəsində həmin növ ödənişlər kimi dövlət büdcəsinə daxil olan vəsait;

1.2.4. rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları – təyinatı məcburi dövlət sosial sığorta haqqı, hesablanmış faiz və maliyyə sanksiyası olmayan, lakin benefisiar və büdcə təsnifat kodu üzrə rekvizitlərin səhv göstərilməsi nəticəsində həmin növ ödənişlər kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində dövlət sosial müdafiə fondunun büdcəsinə daxil olan vəsait;

1.2.5. rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş işsizlikdən sığorta haqları, faizlər və maliyyə sanksiyaları – təyinatı işsizlikdən sığorta haqqı, hesablanmış faiz və maliyyə sanksiyası olmayan, lakin benefisiar və büdcə təsnifat kodu üzrə rekvizitlərin səhv göstərilməsi nəticəsində həmin növ ödənişlər kimi İşsizlikdən Sığorta Fondunun hesabınadaxil olan vəsait;

1.2.6. rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları – təyinatı icbari tibbi sığorta haqqı, hesablanmış faiz və maliyyə sanksiyası olmayan, lakin benefisiar və büdcə təsnifat kodu üzrə rekvizitlərin səhv göstərilməsi nəticəsində həmin növ ödənişlər kimi icbari tibbi sığorta fondunadaxil olan vəsait.”;

1.3.6. 2-ci hissənin adında “və ya sığortaedənin” sözləri “, sığortaedənin və ya sığortalının” sözləri ilə əvəz edilsin;

1.3.7. 2.1-ci bənddə “vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş” sözləri “ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş” sözləri ilə əvəz edilsin;

1.3.8. aşağıdakı məzmunda 2.1-1-ci, 2.2-1-ci, 2.7-ci və 2.8-ci bəndlər əlavə edilsin:

“2.1-1. Sığortaedən ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya məcburi dövlət sosial sığorta haqqı ilə bağlı digər borcların, hesablanmış faizlərin, tətbiq edilmiş inzibati cərimələr və maliyyə sanksiyaları üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud sığortaedənin razılığı ilə məcburi dövlət sosial sığorta ilə bağlı sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini tələb etmək hüququna malikdir.

2.2-1. Sığortalı ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılmasını, icbari tibbi sığorta haqqı ilə bağlı digər borcların, hesablanmış faizlərin, tətbiq edilmiş inzibati cərimələr və maliyyə sanksiyaları üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud sığortalının razılığı ilə icbari tibbi sığorta ilə bağlı sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini tələb etmək hüququna malikdir.

2.7. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə məbləğlər vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının müvafiq olaraq borcu olmadığı hallarda qaytarılır.

2.8. Riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə, bu Qaydalarla müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir.”;

1.3.9. 2.2-ci və 2.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.2. Sığortaedən ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya işsizlikdən sığorta haqqı ilə bağlı digər borcların, hesablanmış faizlərin, tətbiq edilmiş inzibati cərimələr və maliyyə sanksiyalarıüzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud sığortaedənin razılığı ilə işsizlikdən sığorta ilə bağlı sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini tələb etmək hüququna malikdir.

2.3. Bu Qaydaların 2.1-ci bəndində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilmir.”;

1.3.10. 2.4-cü bənddən “və ya sığortaedən” sözləri, “işsizlikdən sığorta haqları, hesablanmış” sözləri, “vergi qanunvericiliyinin pozulmasına görə” sözləri çıxarılsın və həmin bənddə “və 2.2-ci bəndlərində” sözləri “bəndində” sözü ilə əvəz edilsin;

1.3.11. 2.6-cı bəndə “sabit məbləğin” sözlərindən sonra “və məcburi dövlət sosial sığorta haqqının”sözləri və ikinci halda “vergi” sözündən sonra “və məcburi dövlət sosial sığorta haqları” sözləri əlavə edilsin;

1.3.12. 3.1-ci bənddə “sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına” sözləri “sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına” sözləri ilə əvəz edilsin;

1.3.13. 3.2-ci bənddə “və ya sığortaedənin” sözləri “, sığortaedənin və ya sığortalının” sözləri ilə əvəz edilsin;

1.3.14. aşağıdakı məzmunda 3.4-cü bənd əlavə edilsin:

“3.4. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vəsaitlərin qaytarılması zamanı vergi ödəyicisi, sığortaedən və ya sığortalı ərizə ilə yanaşı təyinatı üzrə köçürülməsi nəzərdə tutulan vəsaitin səhv ödənildiyini təsdiq edən sənədləri də qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir.”;

1.3.15. 4.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər:”;

1.3.16. 4.1.3-cü yarımbəndə “4.8-ci bəndində” sözlərindən əvvəl “4.1.3-1-ci yarımbəndində və” sözləri əlavə edilsin;

1.3.17.aşağıdakı məzmunda 4.1.3-1-ci yarımbənd əlavə edilsin:

“4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər;”;

1.3.18. 4.2-ci bəndə “artıq ödənilmiş” sözlərindən sonra “, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş” sözləri əlavə edilsin və həmin bənddən “hesablanmış”, “tətbiq edilmiş” sözləri çıxarılsın;

1.3.19. 4.2.1-ci yarımbənddən “məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə” sözləri çıxarılsın;

1.3.20. 4.2.2-ci yarımbəndə birinci halda “borcların” sözündən sonra “, hesablanmış faizlərin” sözləri, “inzibati cərimələr” sözlərindən sonra “və maliyyə sanksiyaları” sözləri əlavə edilsinvə həmin yarımbənddən “işsizlikdən sığorta haqlarını ödəməkdən yayınma və işsizlikdən sığorta qanunvericiliyinin pozulmasına görə” sözləri çıxarılsın;

1.3.21. 4.3-cü bəndə “artıq ödənilmiş” sözlərindən sonra “, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş” sözləri əlavə edilsin vəhəmin bənddə “və hesablanmış faizlərlə” sözləri“, faizlər və maliyyə sanksiyaları ilə” sözləri ilə əvəz edilsin;

1.3.22. 4.3.1-ci yarımbənddə “artıq ödəmələri” sözlərindən sonra “işsizlikdən sığorta haqlarıilə bağlı digər borcların, hesablanmış faizlərin və” sözləri, “inzibati cərimələr” sözlərindən sonra “və maliyyə sanksiyaları” sözləri əlavə edilsin və həmin yarımbənddən “işsizlikdən sığorta haqlarını ödəməkdən yayınma və işsizlikdən sığorta qanunvericiliyinin pozulmasına görə” sözləri çıxarılsın;1.3.23. aşağıdakı məzmunda 4.3-1-ci bənd əlavə edilsin:

“4.3-1. Vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş icbari tibbi sığorta haqqı, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər:

4.3-1.1. büdcəyə artıq ödəmələri icbari tibbi sığorta haqqı ilə bağlı digər borcların, hesablanmış faizlərin, tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər;

4.3-1.2. sığortalının razılığı ilə büdcəyə artıq ödəmələri icbari tibbi sığorta ilə bağlı sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər;

4.3-1.3. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortalının yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər.”;

1.3.24. 4.3.2-ci yarımbənddən “məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə” sözləri çıxarılsın;

1.3.25. aşağıdakı məzmunda 4.4-1-ci bənd əlavə edilsin:

“4.4-1. İcbari tibbi sığorta haqları üzrə artıq ödəmələrin vergilər, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, vergilər, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə artıq ödəmələrin icbari tibbi sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə yol verilmir.”;

1.3.26. 4.5-ci bəndə “və ya bu Qaydaların” sözlərindən sonra “4.1.3-1-ci yarımbəndində və” sözləri əlavə edilsin, həmin bənddə “vergi ödəyicisinin və ya sığortaedənin” sözləri “vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının” sözləri ilə və “(məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına münasibətdə müvafiq olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun xəzinə hesabından)” sözləri “(məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından)” sözləri ilə əvəz edilsin;

1.3.27. 4.6-cı bəndə “çıxarış və” sözlərindən sonra “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə” sözləri əlavə edilsin;

1.3.28. 4.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.7. Sığortaedənin büdcəyə məcburi dövlət sosial sığorta haqqı üzrə artıq ödəmələri bu Qaydaların 4.2.1-ci və 4.2.2-ci yarımbəndləri, işsizlikdən sığorta haqqı üzrə artıq ödəmələri bu Qaydaların 4.3.1-ci və 4.3.2-ci yarımbəndləri, habelə sığortalının icbari tibbi sığorta haqqı üzrə artıq ödəmələri bu Qaydaların 4.3-1.1-ci yarımbəndi üzrə ödəmələrə aid edildikdə, Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmadıqda, vergi orqanları sığortaedənin və ya sığortalının tələbi ilə ona şəxsi vərəqədən çıxarış və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə üzləşmək aktı verir, həmçinin rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərirlər.”;

1.3.29. 4.10-cu bənddə “və ərizənin surəti” sözləri “, ərizənin və şəxsi vərəqədən çıxarışın surətləri” sözləri ilə əvəz edilsin vəhəmin bəndə “Qaydaların” sözündən sonra “4.1.3-1-ci yarımbəndində və” sözləri əlavə edilsin;

1.3.30. 4.11-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.11. Məcburi dövlət sosial, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə artıq ödəmələrin qaytarılması barədə vergi orqanları tərəfindən tərtib olunmuş rəyin (5 nömrəli əlavə) 1 (bir) nüsxəsi, ərizənin və şəxsi vərəqədən çıxarışın surətləri sığortaedənin və ya sığortalının ərizəsi daxil olduğu tarixdən 20 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq sosial təminatı və müdafiəni həyata keçirən orqana və ya icbari tibbi sığortanın tətbiqini təmin edən quruma, 1 (bir) nüsxəsi bu Qaydaların 4.10-cu bəndində nəzərdə tutulmuş qaydada müvafiq maliyyə orqanına və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan sığortaedənə və ya sığortalıya göndərilir. Həmin rəyin1 (bir) nüsxəsi vergi orqanında qalmalıdır.”;

1.3.31. 4.12-ci bənd üzrə:

1. “məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə” sözləri çıxarılsın;

2. “orqanların” sözündən sonra “, icbari tibbi sığortaya münasibətdə isə icbari tibbi sığortanın tətbiqini təmin edən qurumun” sözləri əlavə edilsin;

3. “vergi ödəyicisinin və ya sığortaedənin” sözləri “vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının” sözləri ilə əvəz edilsin;

1.3.32. 4.14-cü bəndaşağıdakı redaksiyada verilsin:

“4.14. Vergi orqanları sığortaedənin məcburi dövlət sosial sığorta haqqı üzrə artıq ödəmələrini bu Qaydaların 4.2.1-ci və 4.2.2-ci yarımbəndləri, işsizlikdən sığorta üzrə artıq ödəmələrini bu Qaydaların 4.3.1-ci və 4.3.2-ci yarımbəndləri, habelə sığortalının icbari tibbi sığorta haqqı üzrə artıq ödəmələrini bu Qaydaların 4.3-1.1-ci bəndi üzrə ödəmələrə aid etdikdə, bu barədə Qaydaların 4.10-cu bəndində nəzərdə tutulmuş qaydada müvafiq maliyyə orqanına, sosial təminatı və müdafiəni həyata keçirən orqana və ya icbari tibbi sığortanın tətbiqini təmin edən quruma müvafiq məlumatları rüb qurtardıqdan sonra növbəti ayın 10-dək təqdim etməlidirlər.”;

1.3.33. 4.15-ci bənddə “vergi ödəyicisinə və ya sığortaedənə” sözləri “vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya” sözləri ilə əvəz edilsin;

1.3.34. 5-ci hissənin adında birinci halda “və” sözü vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə “sosial təminatı və müdafiəni həyata keçirən orqanların” sözlərindən sonra “və icbari tibbi sığortanın tətbiqini təmin edən qurumun” sözləri əlavəedilsin;

1.3.35. 5.1-ci bənddə birinci halda “və” sözü vergül işarəsi ilə əvəz edilsinvəhəmin bəndə “sosial təminatı və müdafiəni həyata keçirən orqanlar” sözlərindən sonra “və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum” sözləri “rəyləri” sözündən sonra“, ərizənin və şəxsi vərəqədən çıxarışın surətlərini” sözləri əlavə edilsin;

1.3.36. 5.2-ci bənddə “və ərizələrin surəti” sözləri “, ərizələrin və şəxsi vərəqədən çıxarışın surətləri” sözləri ilə, “4.8-ci bəndində” sözləri “4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində” sözləri ilə əvəz edilsin;

1.3.37. 5.3-cü bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Sosial təminatı və müdafiəni həyata keçirən orqanlar və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum sığortaedənin və ya sığortalının müvafiq olaraq həmin orqanda (qurumda) qeydiyyatından asılı olmayaraq, vəsaitin daxil olduğu xəzinə hesabının məxsus olduğu sosial təminatı və müdafiəni həyata keçirən orqanlar və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər.”;

1.3.38. 5.4-cü bəndin ikinci cümləsinə “orqanlar” sözündən sonra “və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum” sözləri və “işsizlikdən sığorta” sözlərindən sonra “və icbari tibbi sığorta” sözləri əlavə edilsin;

1.3.39. 5.5-ci bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin: “dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun mədaxili müvafiq olaraq məcburi dövlət sosial, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə artıq ödəmələrin faktiki qaytarılmış məbləği qədər azaldılır.”;

1.3.40. 6.1-ci bəndin birinci cümləsində “Vergi ödəyicisi və ya sığortaedən” sözləri “Vergi ödəyicisi, sığortaedən və ya sığortalı” sözləri ilə, “vergi ödəyicisinə və ya sığortaedənə” sözləri “vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya” sözləri ilə əvəz edilsin;

1.3.41. 6.2-ci bənd üzrə:

1.“Vergi ödəyicisinin və ya sığortaedənin” sözləri “Vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının” sözləri ilə əvəz edilsin;

2.“Qaydaların” sözündən sonra “4.1.3-1-ci yarımbəndinin və” sözləri əlavə edilsin;

3. “vergi ödəyicisinə və ya sığortaedənə” sözləri “vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya” sözləri ilə əvəz edilsin;

1.3.42. 6.3-cü bənddə “vergi ödəyicisinin və ya sığortaedənin” sözləri “vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının” sözləri ilə əvəz edilsin;

1.3.43. Qaydaların 1-5 nömrəli əlavələrinin yuxarı sağ küncündə “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na” sözləri “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na” sözləri ilə əvəz edilsin;

1.3.44. Qaydaların 3 nömrəli əlavəsi üzrə:

1.adında “və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş” sözləri “, işsizlikdən sığorta haqlarınınvə icbari tibbi sığorta haqlarının, faizlərin,” sözləri ilə əvəz edilsin;

2.mətndə “və işsizlikdən sığorta haqları” sözləri “, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” sözləri ilə əvəz edilsin;

3.“sığortaedənin” sözündən sonra “və ya sığortalının” sözləri əlavə edilsin;

1.3.45. Qaydaların 4 nömrəli əlavəsində “Vergi orqanının” sözləri “Vəsaitlərin büdcəyə daxil edilməsini təmin edən orqanın” sözləri ilə və “baş direktoru (direktoru) və ya onun müavini” sözləri “rəhbəri və ya onu əvəz edən səlahiyyətli şəxs” sözləri ilə əvəz edilsin;

1.3.46. Qaydaların 5 nömrəli əlavəsi üzrə:

1. adında “məcburi dövlət sosial və işsizlikdən sığorta haqları” sözləri “və ya sığortalının məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” sözləri ilə əvəz edilsin;

2.“Vergi orqanının” sözləri “Vəsaitlərin büdcəyə daxil edilməsini təmin edən orqanın” sözləri ilə əvəz edilsin;

3. birinci və ikinci hallarda “Sığortaedənin” sözündən sonra “və ya sığortalının” sözləri və “sığortaedənin” sözündən sonra “və ya sığortalının” sözləri əlavə edilsin;

4. “rəy tərtib olunan tarixə büdcəyə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta” sözləri “və ya sığortalının rəy tərtib olunan tarixə büdcəyə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta” sözləri ilə əvəz edilsin;

5. “baş direktoru (direktoru) və ya onun müavini” sözləri “rəhbəri və ya onu əvəz edən səlahiyyətli şəxs” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, No 2, maddə 194; 2015, No 5, maddə 636; 2017, No 7, maddə 1483, No 11, maddə 2161) ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 1.2-ci bəndində “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” sözləri “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” sözləri ilə əvəz edilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 22 noyabr 2021-ci il

Mənbə: nk.gov.az


1 787 788 789 790 791 792 793 2. 691