Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi

posted in: Xəbər | 0

Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıMəlum olduğu kimi, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi artıq Milli Məclisə təqdim olunub. Qanunvericiliyə təklif edilmiş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq olunması, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi təşviqlərinin verilməsi və s. istiqamətləri əhatə edir.

Qanun layihəsi ilə bağlı müzakirələr davam etdiyindən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təklif olunan bəzi əsas dəyişikliklər və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir.

Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışına güzəştlər

Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi üzrə Vergi Məcəlləsinə təklif edilmiş növbəti dəyişikliklərdən biri kənd təsərrüfatı məhsullarının maya dəyərinə təsir edən xərc elementlərinin azaldılmasına və beləliklə də daxili bazarda qiymətlərin enməsi üçün iqtisadi zəminin yaradılmasına yönəlmiş dəyişikliklərdir. Layihəyə əsasən, 2022-ci ilin 1 yanvar tarixindən 2 il müddətində kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması, habelə kənd təsərrüfatı texnikalarının operativ lizinqə verilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı aqrotexniki xidmətlərin ƏDV-dən azad edilməsi təklif olunur.

Bu istiqamətdə birinci dəyişiklik – kənd təsərrüfatı məhsullarının bütün satış zənciri üzrə ƏDV-nin həmin məhsulların tam dəyərindən deyil, tətbiq edilən ticarət əlavəsindən hesablanmasıdır. Mövcud vəziyyətdə istehsalçıdan alınan kənd təsərrüfatı malları ƏDV-dən azad olunan əməliyyatla alındığı üçün həmin malların sonrakı satışı 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilirdi. Təklif olunan dəyişiklik nəticəsində ƏDV bu malların ticarət əlavəsindən hesablanacağı üçün ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarının qiymətlərinin enməsi üçün zəmin yaranacaqdır.

Bu istiqamətdə ikinci dəyişiklik – kənd təsərrüfatı məhsullarının istehsal üzrə ƏDV-li xərc elementlərinin ƏDV-dən azad olunması (kənd təsərrüfatı məhsullarının istehsalçılarına göstərilən aqrotexniki xidmətlərin və onlara kənd təsərrüfatı texnikasının icarəyə (lizinqə) verilməsinin ƏDV-dən azad edilməsi) istehsal olunan kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı düşməsi ilə nəticələnəcəkdir ki, bu da qiymətlərin azalmasına təsir edəcəkdir.

Mənbə: vergiler.az


Kənd təsərrüfatı məhsulları hansı halda vergidən tam və ya qismən azad olunur?

posted in: Xəbər | 0

Kənd təsərrüfatı məhsulları, vergi güzəşti,Kənd təsərrüfatı məhsulları istehsalına vergi güzəştlərinin tətbiqi ilə bağlı təcrübədə bəzi suallar yaradan məqamlar var. Mövzunu mühasibat və vergi uçotu mütəxəssisi Mahmud Abasquliyev şərh edir.

Kənd təsərrüfatı məhsulları istehsalı anlayışına Vergi Məcəlləsinin 13.2.60-cı maddəsində aydınlıq gətirilib. Bu maddənin tələblərinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı dedikdə sənaye üsulu ilə, o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və s. daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi başa düşülür.

Kənd təsərrüfatı məhsulu ilkin formadan çıxdıqda, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrildikdə, kimyəvi tərkibi dəyişdirildikdə, konservləşdirildikdə digər məhsul növlərinin təsnifatına aid edilir. Vergi güzəştləri də məhz həmin təsnifata uyğun həyata keçirilir.

Bəs bunları necə ayırmaq olar?

Vergidən azadolma halları kənd təsərrüfatı məhsullarının təqdim edilməsi formasından asılı olaraq tənzimlənir. Tutaq ki, sahibkar yumurtanı xarici ölkədən idxal edir. Onu inkubasiya edərək toyuğa çevirir. Sonra həmin toyuqları hissələrə ayıraraq kənd təəsrrüfatı məhsulu kimi satışa çıxarır. Bu əməliyyatın emala məruz qalan məhsul sayılıb-sayılmaması sual yaradır.

Vergi Məcəlləsinin tələbinə uyğun olaraq hissələrə bölünən toyuq əti ilkin formasını dəyişdiyi, yəni diri şəkildə təqdim edilmədiyi üçün kənd təsərrüfatı məhsulu hesab olunmur. Bu səbəbdən hissələrə bölünərək satışa çıxarılan toyuq əti ƏDV-dən azad edilmir. Lakin həmin sahibkar digər azadolmalardan istifadə edə bilər.

Qeyd edək ki, 2020-ci il yanvarın 1-dən quş ətinin satışı 4 il müddətinə əlavə dəyər vergisindən azad edilib. Bundan başqa, 1 yanvar 2014-cü ildən kənd təsərrüfatı məhsullarının istehsalı ilə (o cümlədən sənaye üsulu ilə) məşğul olan hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri 10 il müddətinə mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azad edilib. Onların istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi isə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilməyib.

Mənbə: vergiler.az


Bax:


Terrorla əlaqədar əlilliyin qiymətləndirilməsi qaydası müəyyən olunub

posted in: Xəbər | 0

Terrorla əlaqədar əlilliyin qiymətləndirilməsi, Mediasiya prosesi, Mediasiya prosesinin həyata keçirilməsi, Vahid büdcə təsnifatı“Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə görə, “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni bənd əlavə edilib.

Belə ki, terror hadisəsi ilə əlaqədar əlilliyi qiymətləndirilən şəxs terror hadisəsi nəticəsində zərər çəkməsini təsdiq edən sənədi – cinayət prosesini həyata keçirən orqanın qərarını kağız daşıyıcıda və ya elektron formada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim edəcək. Agentlik terror hadisəsi ilə əlaqədar əlillik səbəbini həmin qərar əsasında müəyyən edəcək.

Mənbə: report.az


Kapital Bank yenilənən Ağstafa filialını istifadəyə verdi

posted in: Xəbər | 0

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Korporativ standartlara uyğun təmir edilərək müştərilərə təqdim edilən Ağstafa filialı, Ağstafa şəhəri, Cəfər Cabbarlı küçəsi, 25A ünvanında fəaliyyət göstərir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Kapital Bank-ın Ağstafa filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Ötən illər ərzində 60-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 30-dan çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.


1 793 794 795 796 797 798 799 2. 691