Peşəkar mühasib sertifikatı üzrə imtahanda iştirak üçün qeydiyyat uzadılıb

posted in: Xəbər | 0

PMS üzrə imtahan, PMS imtahanı, vergi orqanlarına işə qəbul,Peşəkar mühasib sertifikatı II mərhələ üzrə imtahanda iştirak üçün qeydiyyat müddəti 21 noyabr 2021-cil saat 23:00-dək davam edəcəkdir.

Qeyd edək ki, imtahan 28 noyabr saat 11:00-da keçiriləcəkdir.


Dövlət İmtahan Mərkəzinin server və şəbəkə avadanlıqlarında aparılan texniki işlərlə əlaqədar qeydiyyatı 7 noyabr 2021-ci il tarixində başa çatmalı olan peşəkar mühasib sertifikatı imtahanının I mərhələsində iştirak etmək üçün qeydiyyat müddəti uzadılmışdır.

Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsində iştirak etmək üçün qeydiyyat 15 noyabr 2021-ci il saat 14:00-dək davam edəcəkdir.

Qeyd edək ki, peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi 21 noyabr 2021-ci il tarixində keçiriləcəkdir.

Mənbə: dim.gov.az


“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” dedikdə hansı məbləğ başa düşülür?

posted in: Xəbər | 0

Vergi Məcəlləsi, vergitutma, gəlirin bölüşdürülməsi, əmlakın bölüşdürülməsi, Kameral vergi yoxlaması, Kameral vergi yoxlamasının müddəti, Xronometraj metodu ilə müşahidə, qaimə-fakturanın gec göndərilməsi, Vergi sanksiyası gəlirləri, Vergi Məcəlləsinin 159.5-ci maddəsi, cari vergi arayışı, Cari vergilərin hesablanması haqqında Arayış,Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməli hesab edilir və cinayət məsuliyyəti yaradır. Dövlət Vergi Xidmətindən bildirilib ki, “xeyli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət əməli yalnız əsas vergilər üzrə borclar, ödənilməyən işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə yaranır.

Əsaslandırma: Vergi Məcəlləsinin 53.1-ci maddəsi, Cinayət Məcəlləsinin 213-cü maddəsi

Mənbə: vergiler.az


Bax:


Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi

posted in: Vergi, Xəbər | 0

vergitutma, gəlirin bölüşdürülməsi, əmlakın bölüşdürülməsi, Kameral vergi yoxlaması, Kameral vergi yoxlamasının müddəti, Xronometraj metodu ilə müşahidə, qaimə-fakturanın gec göndərilməsi, Vergi sanksiyası gəlirləri, Vergi Məcəlləsinin 159.5-ci maddəsi, cari vergi arayışı, Cari vergilərin hesablanması haqqında Arayış,

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; 2019, № 1, maddə 30, № 4, maddə 590, № 5, maddələr 796, 801, 804, 812, 814, № 8, maddələr 1364, 1373, 1378, № 12, maddə 1894; 2020, № 5, maddə 522, № 6, maddələr 668, 678, № 7, maddə 832, № 8, maddə 1013, № 11, maddələr 1328, 1334; № 12 (I kitab), maddələr 1439, 1441, 1454, 1455; 2021, № 3, maddə 211; № 6 (I kitab), maddələr 541, 551, 555, № 7, maddələr 698, 711; Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli 348-VIQD nömrəli və 21 sentyabr tarixli ——VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

Daha ətraflı faylı yükləyərək oxuya bilərsiniz:

[Download not found]


Pandemiyadan ən çox zərər çəkən iqtisadiyyatlar məlum olub (II hissə)

posted in: Xəbər | 0

Pandemiya iqtisadiyyat,Pandemiyadan ən çox zərər çəkən iqtisadiyyatlar (II hissə) → I hissəyə nəzər yetirin

Rusiyaya gəldikdə, o, Meksika, Braziliya və Avstraliya ilə yanaşı, reytinq agentliyinin mütəxəssislərinin fikrincə, koronavirus böhranının mənfi nəticələrinin mülayim olacağı (böhran öncəsi ÜDM proqnozu ilə müqayisədə fərq 2 ilə 8% arasındadır) ölkələr sırasındadır.

Beynəlxalq reytinq agentliyinin analitikləri onu da qeyd ediblər ki, “COVİD-19 böhranının iqtisadi nəticələri ölkələrin büdcə kəsirləri və borclarının yığılması ilə bağlı əsas problemləri daha da dərinləşdirəcək. Bu, gəlir səviyyəsinin azalmasına gətirib çıxaracaq, bərabərsizliyi dərinləşdirəcək və yoxsulluğu ağırlaşdıracaq”.

“Moody’s”in hesabatında, 2021-ci ildə qlobal iqtisadi artımın 5,7% olacağını və 2023-cü ildə 3,3%-ə qədər yavaşlayacağı proqnozlaşdırılır. İnkişaf etməkdə olan bəzi ölkələrdə və yoxsul ölkələrdə pandemiya, əvvəlki illərdə yoxsulluğun və sosial-iqtisadi bərabərsizliyin azaldılmasında əldə edilən irəliləyişi əvəzləyə bilər.

“Moody’s”in məruzəsində turizmdən asılı olan dövlətlər haqqında da ayrıca danışılır. Onlar pandemiyadan ən çox əziyyət çəkənlər kimi göstərilir, baxmayaraq ki, bəziləri nəqliyyatın əlçatanlığı sayəsində daha tez bərpa oluna biləcəklər. Beləliklə, turistlərin böyük bir hissəsinin avtomobillə gəldiyi ölkələrdə, məsələn Xorvatiyada, pandemiyanın nəticələrini aradan qaldırmaq daha asan olacaq. Eyni zamanda, Asiya-Sakit okean regionunun, o cümlədən Tailandın populyar turizm istiqamətləri vaksinasiyanın aşağı templərinə görə daha az tələb oluna bilər.

Əmək bazarı baxımından pandemiya artıq inkişaf etməyə başlayan (iş yerlərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması) meylləri sürətləndirib, lakin ticarət proteksionizmini artırıb. Pandemiya şəraitində əmək bazarları xüsusilə insan varlığının lazım olduğu sektorlarda məhsuldarlığın azalması ilə üzləşib.

Buraxılış həcminin azalması ev təsərrüfatlarının və korporasiyaların gəlirlərinin azalmasına gətirib çıxaracaq, bu da büdcələrə vergi daxilolmalarına birbaşa təsir göstərəcək və dövlət borcuna xidmət edən problemləri daha da ağırlaşdıracaq. Verginin böyük hissəsinin mal və xidmət sahəsindən keçdiyi dövlətləri də bu cür aqibət gözləyir, – “Moody’s” xəbərdarlıq edib.


1 796 797 798 799 800 801 802 2. 691