21 noyabr Rusiyada Mühasiblər Günüdür

posted in: muhasibat, Xəbər | 0

Baxmayaraq ki, dünyada Beynəlxalq Mühasiblər Günü noyabrın 10-da qeyd olunur, elə ölkələr də var ki, həmin peşə bayramını başqa bir tarixdə Milli Mühasiblər Günü kimi qeyd edirlər. Bu ölkələrdən biri də Rusiyadır.

Mühasib Günü – mühasibat uçotu sahəsində çalışan mütəxəssislərin peşə bayramıdır. Demək olar ki, bütün peşə nümayəndələrinin öz bayramları var. Rusiyada təqvimdə Mühasib Günü ilə bağlı qırmızı rənglə qeyd olunmuş tarix yoxdur. Buna baxmayaraq, mühasiblərin əksəriyyəti ənənəvi olaraq həmin tarixi günü noyabrın 21-də, Rusiya prezidenti Boris Yeltsinin 1996-cı ildə “Mühasibat uçotu haqqında” Qanunu imzaladığı gün qeyd edirlər. Yeri gəlmişkən, həm də vergi orqanları öz bayramlarını, məhz, noyabrın 21-də qeyd edirlər.

Bir çox illərdir ki, Moskva mühasibləri öz peşə bayramlarını noyabrın 16-da qeyd edirlər. Bundan əlavə bəzi mənbələrdə mühasiblər gününün noyabrın 25 və ya 28-də – “Mühasibat uçotu haqqında” Qanunun dərc edildiyi tarixdə qeyd olunması barədə də məlumatlar tapmaq olar. Bir sözlə, dəqiqliyi sevən bir peşə üçün xarakterik olmayan qarmaqarışıqlıq hökm sürür.

Təkcə ayrıca götürülmüş bir müəssisənin deyil, bütün dövlətin iqtisadiyyatının uğuru, məhz mühasiblərin dəqiq işindən asılıdır.

Maraqlıdır ki, Rusiyanın bəzi regionlarında Mühasib Günü ilə bağlı regional bayramlar da qeyd olunur. Məsələn, Yaroslavl vilayətində bu bayram aprelin ilk istirahət günü qeyd olunur. Volqoqrad vilayətində Mühasib Günü noyabrın 1-də, Krasnoyarsk diyarında noyabrın 12-də, Sankt-Peterburqda noyabrın 15-də, Moskvada isə noyabrın 16-da, Tatarıstanda noyabrın son cümə günü qeyd olunur.

Vergi orqanı tərəfindən hesabatların qəbul edilməməsinə səbəb olan hallar

posted in: Xəbər | 0

əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıDövlət Vergi Xidmətindən bildirilib ki, vergi orqanı tərəfindən vergi hesabatı yalnız aşağıdakı hallardan biri olduqda qəbul edilmir:

  • vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə;
  • vergi dövrü əks olunmadıqda;
  • vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq edilmədikdə;
  • vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda;
  • vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələblərinə uyğun olmadıqda.

Əsaslandırma: Vergi Məcəlləsinin 72.6-cı maddəsi.

Mənbə: vergiler.az


Bax:


Maliyyə və mühasibat uçotu ixtisası üzrə xaricdə təhsil (II hissə)

posted in: Xəbər | 0

Mühasibat uçotu ixtisası təhsil, Məlum olduğu kimi, hazırda xarici ölkələrdə müxtəlif ixtisaslar üzrə təhsil almaq mümkündür. Bəs maliyyə, xüsusilə də mühasibatlıq üzrə dünyada ən yaxşı təhsil müəssisələri hansılardır?

Bu sahədə ən yaxşı təhsil verən on universitet barədə məlumatı diqqətinizə çatdırırıq → I hissəyə nəzər yetirin

“Harvard” Universiteti, ABŞ, Massaçusets ştatı

“Harvard” Universiteti ABŞ-ın ən prestijli universitetlərindən biridir. Bu universitet 1636-cı ildə təsis edilib və öz əmlakının və geniş kitabxanasının yarısını sözügedən universitetə hədiyyə etmiş din xadimi Çon Harvardın şərəfinə “Harvard” Universiteti adlandırılıb. Hazırda universitetdə 21000 tələbə təhsil alır ki, onların da əksəriyyəti magistratura və doktorantura tələbələridir.

Bu universitetdə bakalavr təhsili almaq üçün 54 000 dollar ödəniş etmək lazımdır.

Magistraturada təhsil haqqı isə 49 448 dollardan başlayır.

“London South Bank” Universiteti, İngiltərə London

“London South Bank” Universiteti – Londonun ən qədim və nəhəng təhsil ocaqlarından biridir. Təklif olunan kursların əksəriyyəti konkret sənaye sahəsinin nümayəndələri ilə birgə yaradılmış, bu və ya digər sahənin mütəxəssislərinin nüfuzlu assosiasiyaları tərəfindən akkreditə olunmuşdur. Təlimin praktik aspektinə çox diqqət yetirilir – inteqrasiya olunmuş kurslar sayəsində LSBU tələbələri Londonun müxtəlif müəssisələrində təcrübə keçirlər.

Bu universitetdə bakalavr təhsili almaq üçün 12 500 funt sterlinq ödəniş etmək lazım gəlir.

Magistraturada oxumaq da 12 500 funt sterlinqə başa gəlir.

“Long İsland” Universiteti, ABŞ Nyu-York ştatı

“Long Island” Universitetinin ilk kampusu 1926-cı ildə yaradılıb. Hazırda universitetin iki kampusunda 15 000 tələbə təhsil alır.

Bu universitetdə bakalavr təhsili almaq 37 926 ABŞ dollarına başa gəlir.

Magistraturada oxumaq üçün isə 31 176 dollar ödəniş etmək lazım gəlir.


III hissəyə nəzər yetirin


Maliyyə və mühasibat uçotu ixtisası üzrə xaricdə təhsil (I hissə)

posted in: Xəbər | 0

Məlum olduğu kimi, hazırda xarici ölkələrdə müxtəlif ixtisaslar üzrə təhsil almaq mümkündür. Bəs maliyyə, xüsusilə də mühasibatlıq üzrə dünyada ən yaxşı təhsil müəssisələri hansılardır?

Bu sahədə ən yaxşı təhsil verən on universitet barədə məlumatı diqqətinizə çatdırırıq.

“Drew” Universiteti, ABŞ, Nyu-Cersi ştatı

“Drew” universiteti 1867-ci ildə ruhani seminariyası kimi təsis olunmuşdur və 1928-ci ildən humanitar bakalavr proqramı üzrə təhsil təqdim etməyə başlayıb. Hazırda o, kiçik universitetdir, 2200 tələbəsi vardır.

Bakalavr təhsili almaq üçün 17 yaşlı gənclər 39 828 dollar ödəniş etməlidirlər.

Magistraturada oxumaq üçün 20 və daha yuxarı yaşda olan gənclər 22 914 dollar ödəniş etməlidirlər.

“Boston” Universiteti, ABŞ, Massaçusets ştatı

“Boston” universiteti 1839-cu ildə Vermontdakı metodist kilsəsi yanında seminariya kimi təsis olunmuşdur. Bir neçə dəfə transformasiya uğramış və yerini dəyişdirmişdir. Hazırda Bostonun ən böyük universitetlərindən biridir. Bu universitetin bakalavr, magistratura və doktorantura pillələrində 34 000 tələbə təhsil alır.

Bakalavr təhsili almaq üçün bu universitetdə 58 560 dollar pul ödəmək lazım gəlir.

Magistraturada oxumaq üçün isə 21 888 dollardan 56 854 dollara kimi pul ödəməlisən.

“İndiana” Universiteti, ABŞ, İndiana ştatı

“İndiana” universiteti – Bloomingtonda 1820-ci ildə təsis edilib. Bu “İndiana” dövlət universitetləri sisteminin əsas və ən nəhəng kampuslarından biridir. Burada 43 000-dən çox tələbə təhsil alır.

Bakalavriaturada təhsil almaq üçün tələbə 37 600 dollar ödəniş etməlidir.

Magistratura təhsili almaq üçün isə 30 676 dollar ödəniş etməlisən.


II hissəyə nəzər yetirin


1 791 792 793 794 795 796 797 2. 691