Britaniyada vergilərin tarixi artımını mümkün hesab edirlər

posted in: Vergi, Xəbər | 0

Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak ölkədə vergilərin artırılmasını mümkün hesab etdiyini bəyan edib, “Sky News” agentliyi xəbər verib.

Milli sığorta çərçivəsində məcburi ödəniş olan vahid sosial vergidə mümkün doqquz faizlik artımı şərh edən nazir, belə bir ehtimalı inkar etməyəcəyini söyləyib. “Adamlar sosial təminat sahəsinə bizim daha çox pul yatırmaq istəyimizi bilməlidirlər”, – Rişi Sunak qeyd edib. Həmçinin, yerli özünüidarəetmə Assosiasiyası bildirir ki, yaşlı, əlil və xroniki xəstəlikləri olan insanlara qulluq xərclərinin artması səbəbindən vergiləri artırmaq lazım gələcək.

Bununla yanaşı, Böyük Britaniyanın vergi yükü onsuz da artıq tarixən yüksək səviyyədədir, ödənişlərin daha da artırılması perspektivi, britaniyalıların enerji və ərzaq xərclərinin artması fonunda real istifadə edilə bilən gəlirlərini azalda bilər. İcmalar Palatasının lideri və Mühafizəkar partiyasının üzvü Ceykob Ris-Moqq da ölkədə vergilərin son həddə çatdığını bildirib.

Daha əvvəl, Böyük Britaniya hökuməti artıq milli səhiyyə xidmətinə kömək etmək və sosial təminat sistemində islahatlar aparmaq üçün əməkhaqqı vergisinin və dividend vergisinin artırılması barədə məlumat vermişdi. Milli sığorta üçün əməkhaqqı və dividend vergisi artıq gələn ildən 1,25 faiz artacaqdır. Bunun növbəti üç il ərzində 36 milyard funt sterlinq (49 milyard dollar) gətirəcəyi gözlənilir.

Lakin yalnız milli sığorta üçün verginin artırılması kifayət etməyəcək, yerli özünüidarəetmə Assosiasiyası bununla bağlı xəbərdarlıq edib. Yeni vergi növbəti üç il üçün sosial yardım xərclərini tamamilə əhatə edə bilməyəcək və Britaniyada bələdiyyə şuraları bu xidmətlərin işini əvvəlki səviyyədə saxlamaq üçün əlavə xərclərlə üzləşəcəklər. Eyni zamanda, ölkənin Avropa Birliyindən (AB) çıxması və pandemiyanın nəticələri səbəbindən işçi çatışmazlığına səbəb olan əmək haqqının məcburi şəkildə artırılması fonunda ortaya əlavə xərclər çıxa bilər.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hindistanda həftədə üç gün işləyəcəklər

posted in: Xəbər | 0

Hindistanın fintech-startapı “Slice” yeni işçilərə cari bazar tarifinin 80 faizi məbləğində əməkhaqqı ilə həftədə üç gün işləməyi təklif edir. IT sahəsində işçi qüvvəsinin çatışmazlığı səbəbindən ölkə şirkətləri mütəxəssislər uğrunda yarışırlar. “Slice” cəlbedici yeniliklərin ona rəqiblər üzərində üstünlük verəcəyinə ümid edir, “Bloomberg” belə yazıb.

Şirkətin təsisçisi Racan Badcac hesab edir ki, üçgünlük iş həftəsi – işçilərin sabit əməkhaqqı və rəsmi məşğulluğunun faydalarını saxlamaqla, digər məşğuliyyətlərə və hobbilərə vaxt ayırmalarına imkan verən “məğlubiyyətsiz yanaşma”dır. “Bu, işin gələcəyidir. Adamlar ona bağlı qalmaq istəmirlər. İşçilər həftədə üç gün işləməklə, maaşlarını və tam güzəşt həcmini ala bilərlər, qalan vaxtlarını isə bir startap xəyalının arxasınca getməklə, həm təsisçi axtarışında və ya işlə əlaqəli olmayan bir hobbi axtarışında keçirə bilərlər”, – 28 yaşlı Badcac bəyan edib. İndi 450 işçisi olan “Slice” startapı, önümüzdəki üç il ərzində 1000 mühəndis və məhsul üzrə meneceri işə götürməyi planlaşdırır. “Slice”, oktyabrın 1-də yeni iş şərtlərini açıqlayıb və bununla bağlı uyğun bir an seçdiyini düşünür:  milyonlarla mütəxəssis təxminən iki illik onlayn çalışmadan sonra tam əyani iş rejiminə qayıtmağa hazırlaşır.

Startap işə 2016-cı ildə başlayıb və hindistanlı gənclər üçün kredit kartlarının buraxılışı sahəsində ixtisaslaşıb. 2019-cu ildə buraxılan ilk “Slice” fiziki kartı bir dəqiqədən də az müddətdə qeydiyyat, keşbek və bir neçə ödəniş variantı nəzərdə tuturdu. Yalnız 2021-ci ilin sentyabr ayında şirkət 110 min kart buraxıb ki, bu da onu sözügedən sənayenin aparıcı startaplarından birinə çevirib. Yeni “üçgünlük” proqram çərçivəsində işə götürülən əməkdaşlar komandalarda birləşəcək və “indi al, sonra ödə” (buy now pay later) prinsipi ilə təşkil edilən kriptovalyuta layihələri və məhsulları üzərində işləyəcəklər. Amma bu cür işləmək üçün əməkdaşların cəlb olunması şərtləri sərt olacaq. “Üç günlük iş həftəsi, “Google” və “Amazon” kimi böyük texnoloji şirkətlərin təklif etmədiyi imtiyazlar olduğundan, müəyyən bir çaplı istedadlar əldə etməyə imkan verir”, – o, belə söyləyib.

Şirkətlər ən azından 100 ildir ki, daha qısa iş həftəsinə keçidlə bağlı eksperiment aparırlar. Bu cür iş şəraitinin tərəfdarları əməkdaşların məhsuldarlığının və rifahının yüksəlməsini göstərən tədqiqatlara istinad edirlər. Dördgünlük iş həftəsinin birmənalı effektivliyi, artıq Şotlandiya və İslandiya kimi bəzi ölkələriN vətəndaşlarına daha az işləməyə icazə verməyə sövq edib. Texnologiya nəhəngi Amazon da 2018-ci ildə dördgünlük iş həftəsi ilə təcrübəyə başlayıb, ancaq yalnız seçilmiş işçilər üçün. Rusiyada oxşar təşəbbüs müzakirə olunur, lakin hakimiyyət hələlik onu məqsədəuyğun hesab etmir.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Planlaşdırma işləmədikdə nə etməli: baş direktorlardan 8 biznes texnologiyası (I hissə)

posted in: Xəbər | 0

Siz, baş direktorların ətraflı bir plan və kağız üzərində gözəl rəqəmlər olmadan nəticələrə nail olmaq üçün nə etdiyini öyrənəcəksiniz.

Şirkətlərin 2020-ci il başlayana qədər işləyib hazırladıqları planların əksəriyyəti keçən ilin baharında zibil yeşiklərinə atıldı. Qeyri-müəyyənlik şəraitində planlaşdırma bütün mənasını itirdi. Proqnozlar özünü doğrultmur, şərtlər dəyişikliyə uğrayırdı. Sizin həmkarlarınız hansı planlaşdırma alternativlərini seçirlər?

“Forvard Lizinq” MMC

Fəaliyyət sahəsi: smartfonlar, noutbuklar, məişət texnikasının lizinqi (çeşiddə 100-dən çox model var).

İşçi heyətin sayı: 14 nəfər.

2020-ci ildə dövriyyəsi: 1,6 milyard rubl.

Aleksey Qurov, “Forvard Lizinq” şirkətinin baş direktoru, Moskva: Analoqu olmayan xidmətlər üçün göstəriciləri planlaşdırmaq çətindir.

Xidmətimiz tərəfindən – son istehlakçı üçün icarəyə verilən smartfonların analoqu yoxdur. Ona görə də plan göstəriciləri olduqca problemlidir.

Biz bunu etməyə cəhd etmişik. Sonra planı nəticələr ilə müqayisə etdik. Başa düşdük ki, dəqiq proqnoz vermək, kofe ilə fala baxmaq kimi bir işdir. Bax, uzunmüddətli planlaşdırmanı biz nə ilə əvəzlədik.

1. Qlobal hədəfi rəqəmlərə istinad etmədən təyin edirik. Beş ildən sonra biz “müştərilər üçün bir smartfon almağın və mütəmadi olaraq yenisinə dəyişdirməyin ən yaxşı yolu” olmalıyıq. Rəqəmlərlə ifadə edilə bilməyən bu ideya, etdiyimiz hər şeyə nüfuz edir: işləyib hazırlamaqdan başlamış, müştəri xidmətlərinə qədər. Bax, biz bu cür düzgün istiqamətdə getdiyimizi başa düşürük.

Nəticədə şirkət daxildən sinxronlaşdırılır. Daha az mübahisə və müzakirələr, daha çox improvizasiya və ümumi inkişaf xətti çərçivəsində təşəbbüslər yaranır.

2. Planı qısa intervallara bölürük. Proqnozlaşdırdığımız maksimal dövr üç aydır. Lakin komandanın hər üç ayda bir dəfə çata bildiyi nəzarət nöqtələri var. Ayda bir dəfə biz nəticələrin müzakirəsini keçiririk. Nəzarət nöqtəsinə nümunə – bazar payında 1-2 faizlik artım. Sonra buna nail olub-olmadığımızı aydınlaşdırırıq. Əgər nail olmamışıqsa, bunun səbəblərini araşdırırıq.

Qısa distansiyada nəyi isə dəyişdirmək və ya düzəltmək daha asandır. Dərhal başa düşürük ki, işlər istədiyimiz kimi getmir və illik planın özünü doğruldub-doğrultmayacağını gözləmədən, sürətlə yeni giriş planlarına adaptasiya olunuruq.

Nahaq yerə hazırlaşmışıq

Bir il bundan əvvəl biz diqqətlə kağız üzərində işlədiyimiz bir layihəyə başladıq. Gəlirlər üzrə məqsədi, alıcıların cəlbolunması hədəflərini qeyd etdik. Kütləvi gözləntilərimizdən heç biri özünü doğrultmadı. Xidməti mümkün qədər tez işə salmaq istəyirdik, amma, maneələr ortalığa çıxırdı, sonra isə pandemiya başladı.

Biz nə müddəti, nə də lazımi resursların miqdarını, nə də gəlir hissəsini təxmin belə edə bildik. Böyük itkilərlə üzləşdik, şirkət bazarda qala bildi, lakin, onu da anladıq ki, uzunmüddətli planlaşdırma – bizlik deyil. Hazırda, plan kiçik intervallara bölündüyü vaxt, biz yayınmaları dərhal görür və daha ciddi itkilərə yol vermirik. Bu yolla biz pulu daha səmərəli xərcləyirik və ya zərərli bir layihəni daha tez qapadırıq. II hissəyə nəzər yetirin.


Vençur (risk) bazarı: müxtəlif regionlarda inkişaf tarixi və xüsusiyyətləri 



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əvvəlki illərdə təqdim edilən elektron qaimə-fakturaların ləğv edilməsi əməliyyatları necə tənzimlənir?

posted in: Xəbər | 0

Vergi ödəyicilərini maraqlandıran məsələlərdən biri də əvvəlki illərdə təqdim edilmiş mallara, işlərə və xidmətlərə görə verilmiş elektron qaimə fakturaların ləğv edilməsi və ya tam və ya qismən geri qaytarıması əməliyyatlarında ƏDV-nin, mənfəət vergisinin tənzimlənməsi məsələləridir. Mövzuya sərbəst auditor Altay Cəfərov misallar üzərindən aydınlıq gətirib.

Sual: “AA” MMC 2020-ci ildə 10.000 manat əsas məbləğ, 18%-lik ƏDV məbləği (1800 manat) əlavə edilməklə cəmi 11800 manat olan malları satıb. Cəmiyyət mənfəət vergisi bəyannaməsini kassa metodu ilə təqdim edir. 2021-ci il olmasına baxmayaraq qarşı tərəf debitor borcunu hələ də ödəməyib. Tərəflər 2021-ci ilin sentyabrında 2020-ci ildə göndərilən 11.800,00 manatlıq elektron qaimə-fakturanın ləğv edilməsini razılaşdırıblar.
Bəs əməliyyatın ləğv edilməsi prosesini necə rəsmiləşdirmək daha doğru olardı?

Cavab: Bildiyiniz kimi, ƏDV məqsədləri üçün bu tipli əməliyyatlar Vergi Məcəlləsinin 163-cü maddəsi ilə tənzimlənir. Bundan əlavə, ləğv edilmiş əməliyyatların vergitutma baxımından rəsmiləşdirilməsini iki formada sənədləşdirmək olar.Ya ilkin göndərilmiş elektron qaimə-faktura qarşılıqlı olaraq ləğv edilməlidir, ya da qarşı tərəf malların tam geri qaytarılması qaiməsini “AA” MMC-yə göndərməlidir, şirkət bunu təsdiqləməlidir. Nəticə etibarilə hər iki əməliyyatın sonu kimi mallar “AA” MMC-nin anbarına qaytarılmış kimi olacaq.

Belə ki, 2020-ci ildə verilmiş e-qaimə ləğv edildiyindən malların təqdim edilmədiyi kimi formalaşdığına görə mallar anbarda qalacaqdır. Bu halda MMC ləğv edilmiş e-qaimə əsasında da yenidən malları anbara mədaxil edə bilər, amma vergi orqanlarının sistemində bu görünmür. Həmçinin, bu ləğvetmə vergi ödəyicisi üçün müxtəlif kameral yoxlamalara və müəyyən problemlərin yaşanmasına gətirib çıxaran addım olacaqdır. Yəni, kamerallar üzrə uyğunsuzluqların aradan qaldırılmasında çətinliklərlə üzləşə bilər. Odur ki, malların tam geri qaytarılması qaiməsi ilə əməliyyatın rasmiləşdirilməsi daha doğrudur.


 Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” kursu


Sual: Bu əməliyyat ƏDV bəyannaməsində necə əks olunacaq?

Cavab: Bu əməliyyat artıq 2020-ci ilin ƏDV bəyannaməsində təqdim edilən dövriyyə kimi əks olunub və debitor borclarında qalıq kimi yazılıb. Çünki hələ vəsait daxil olmamışdır.

Artıq 2021-ci ilin sentyabrında əməliyyat ləğv edildiyinə və ya mallar geri qaytarıldığına görə 163-cü maddəyə görə dəqiqləşdirilən əməliyyatlar sayılır və sentyabr 2021-ci ilin ƏDV bəyannaməsinin 319.1.-ci sətrində təqdim edilmiş dövriyyənin azalması hisssəsində 10 000 manat yazılmalıdır. Həmin sətrin ödənilmiş məbləğ hissəsində bu məbləği yazmaq lazım deyil. Çünki bu məbləğ əvvəllər ödənilməyıb. Burada ancaq debitor borclarını korrektə etmək üçün yazılır.

Sual: Bəs bu əməliyyatlar mənfəət vergisi bəyannaməsində necə əks olunmalıdır?

Cavab: Misalımızda“AA” MMC kassa metodu ilə mənfəət vergisi bəyannaməsini təqdim etdiyindən 2020-ci ilin bəyannaməsində 10 000 manat gəlir kimi yazılmayacaq. Bu ancaq əlavə 1-də debitor borcu kimi yazıldığından, 2021-ci ilin mənfəət vergisi bəyannaməsində ancaq debitor borcunun azalması kimi yazılacaq. Dövriyyəyə heç bir təsiri olmayacaq.

Sual: Əgər “AA” MMC 2020-ci ilin mənfəət vergisi bəyannaməsini hesablama metodu ilə təqdim etsə onda nəticələr necə olacaqdır?

Cavab: Belə olan halda 2020-ci ilin mənfəət vergisi bəyannaməsində bir dəfə 10000 manat gəlir kimi yazılıb. Sentyabr 2021-ci ildə əməliyyat ləğv edildiyinə görə ƏDV bəyannaməsində belə dəqiqləşmələr aparıla bilir, amma mənfəət vergisi bəyannaməsində belə bir dəqiqləşmələr yoxdur.Əgər əməliyyat elektron qaimə-fakturanın ləğv edilməsi ilə rəsmiləşdirilərsə, sistem EQF təqdim edilmə tarixində ümumiyyətlə əməliyyat baş tutmaması kimi qiymətləndirir və belə olan halda MMC 2020-ci ilin mənfəət vergisi bəyannaməsini 10 000manat və buna müvafiq olaraq malların maya dəyərini azaldaraq təqdim etməlidir.

Həmçinin, belə olan halda da illik ƏDV bəyannaməsi dövriyyələri ilə mənfəət vergisi bəyannaməsində olan dövriyyələrdə fərqlər olacaq və kameral uyğunsuzluqlar daxil olacaq. Normal açıqlamalar və ƏDV bəyannamələrini yenidən dəqiqləşdirilmiş təqdim edilməklə bunu aradan qaldırmaq olar.

Yaxşı olardı ki, belə hallarda əvvəldən qeyd etdiyimiz kimi,malların tam geri qaytarılması qaiməsi ilə rəsmiləşdirilsin ki, bu qaimə ilə mallar yenidən anbara 10 000 manat ilə mədaxil edilsin və nə 2020-ci ilin mənfəət vergisi bəyannaməsinin, nə də 2020-ci ilə aid olan ƏDV bəyannamələrinin dəqiqləşdirilmiş təqdim edilməsinə ehtiyac qalmasın.

Sual: Bəs işlər və xidmətlər üzrə əməliyyatlar ləğv edildikdə necə olmalıdır?

Cavab: Bildiyimiz kimi, malların geri qaytarılması qaiməsində işlər, xidmətlərin geri qaytarılmasının mümkünlüyünə baxmayaraq, normalda işlər və xidmətlərdə geri qaytarma kimi qaimələrin rəsmiləşdirilməsi demək olar ki, həyata keçirilmir. Həmçinin, belə bir rəsmiləşdirmə nə praktiki, nə məntiqi və nə də faktiki deyil. Odur ki, işlərə və xidmətlərə görə əməliyyatların ləğv edilməsi olarsa, bu zaman təqdim edilən elektron qaimə-fakturalar ləğv edilsə, daha düzgün olardı. Belə olan halda da ƏDV məqsədləri üçün yuxarıdakı kimi dəqiqləşmələr aparılmalıdır. Amma hesablama metodunda mənfəət vergisi məqsədləri üçün ancaq 2020-ci ilin mənfəət vergisi yenidən dəqiqləşdirilmiş təqdim edilməlidir.

Odur ki, vergi ödəyiciləri bu məsələlərdə diqqətli olmalıdır.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 825 826 827 828 829 830 831 2. 692