Hüquqi şəxsə nəqliyyat xidməti göstərən fiziki şəxs fərqlənmə nişanı almalıdır yoxsa gəlir vergisi bəyannaməsini verməlidir?
Sual: ƏDV ödəyicisi olan hüquqi şəxs üçün öz nəqliyyat vasitəsi ilə yük daşıma xidməti göstərən VÖEN-li fiziki şəxs hansı hesabatı verməlidir? Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən gəlir vergisi ödəyicisi olmalıdır yoxsa 221.4.7-ci maddəyə əsasən Fərqlənmə nişanı almalıdır?
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.
Maddədən göründüyü kimi, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan şəxslər, yəni mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılmamışdır.
Qeyd olunan şəxslər xidmətin həyata keçirildiyi yerdən asılı olaraq hər bir avtomobil nəqliyyatı vasitəsi üçün hesablanmış sadələşdirilmiş vergini ödəməklə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər hesablanmış vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara “Fərqlənmə nişanı” verilir. Bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə verilməsi tələb olunmur.
Əsas: Vergi Məcəlləsinin 218.4.1-ci və 218.5.10-cu maddələri.
Mənbə: taxes.gov.az
Bax:
Əmək məzuniyyətlərinin verilməsində növbəlilik
Məcburi sosial sığortanı kimlər ödəyir?
Sərnişin və yükdaşıyan şəxslərin vergi və sosial ödənişləri
Məzuniyyət haqqı hesablanarkən hansı gəlirlər nəzərə alınmır?
“Asan İmza”nın istifadəsində 7 əsas təhlükəsizlik qaydası
İşdən çıxan işçiyə məzuniyyət haqqının ödənilməsi


Təcrübədə işəgötürənlər tərəfindən ən çox səhvə yol verilən hal işçinin əmək müqaviləsinə xitam verildiyi zaman istifadə edilməmiş məzuniyyət haqqı ödənilməməsidir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.
Ölkənin aparıcı banklarından biri olan Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir və bu dəfə şəhərin mərkəzində, Bakı şəhəri, Füzuli küçəsi 71 ünvanında yerləşən 28 May filialını korporativ standartlara uyğun təmir edərək müştərilərin istifadəsinə təqdim edib.


Məlum olduğu kimi Asan İmza (Mobil imza) elektron mühitdə fiziki ID karta bərabər sənəd kimi sertifikatlara bağlı olan mobil telefon SIM kartınızdır. Asan İmza (Mobil imza) ilə siz şəxsiyyətinizi təsdiq edə və sənədləri rəqəmsal imza ilə imzalaya bilərsiniz.