Vakansiya: Kiçik Mühasib – Kontakt Home

vakansiya, mühasib,Vakansiya: Kiçik Mühasib tələb olunur

İşəgötürən: Kontakt Home

Vakansiya barədə məlumat:

Vakansiyalara müraciət etmək üçün CV formasını mövzu yerində müraciət etmək istədiyiniz vakansiyanın adını qeyd edərək / ünvanına göndərə və ya aşağıdakı keçiddən CV formasından istifadə edə bilərsiniz.

Namizədə tələblər:

  • Ali təhsil (İqtisadi sahədə təhsil arzuolunandır)
  • Mühasibatlıq üzrə ən azı 1 il iş təcrübəsi
  • Azərbaycan dilində sərbəst, rus dilində yaxşı səviyyədə danışıq qabiliyyəti
  • MS Office və Excel proqramını orta səviyyədə bilməli
  • Detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, insanlarla rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll edə bilmə bacarığı.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda fərdi sahibkarların sayı məlum olub

posted in: Xəbər | 0

Azərbaycanda fərdi sahibkarların sayı məlum olub

Sahibkarlıq subyektlərinin bölgüsü,İyulun 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 983,8 mini ötüb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə hər 8 fərdi sahibkardan 6-sı “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” və “Nəqliyyat və anbar təsərrüfatı” sahələri üzrə qeydiyyatdan keçib. Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (29 faiz), Aran (21,2 faiz), Gəncə-Qazax (13,8 faiz) və Lənkəran (9,7 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb. Fərdi sahibkarların 78,6 faizini kişilər, 21,4 faizini isə qadınlar təşkil edib. Qadınlar “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 24,5 faizini, “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət sahəsində 30,3 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,7 faizini təşkil edir. Sahibkar qadınların 31,9 faizi Bakıda, 17,7 faizi Aran, 16,1 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (23,5 faiz), Gəncə-Qazax (25 faiz) və Lənkəran (21,9 faiz) iqtisadi rayonlarında, Naxçıvan Muxtar Respublikasında (21,9 faiz) qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Təsisçi avadanlığı borc yoxsa əvəzsiz qaydada verməlidir?

posted in: Xəbər | 0

təsisçinin borcu, nağd, Təsisçi xarici valyuta əməliyyatlarıSual: Tibb sahəsində MMC yaradılıb (klinika), təsisçi xanım həm də rəhbərdir. Xanımın qayınatası 50% – 50% təsisçi olmaq üçün MMC-yə əvəzsiz tibbi avadanlıqlar verə bilər? Yoxsa ancaq həmin avadanlıqları təsisçi kimi borc verə bilər? 

Cavab: Bildiririk ki, müraciətinizdə qeyd olunan şəxs mülkiyyətində olan avadanlıqları həm təsisçi kimi, həm də təsisçi olmadan hüquqi şəxsə təqdim edə və ya istifadəyə verə bilər.

Bu halda tərəflər arasında alğı-satqı və ya icarə müqaviləsi bağlanmalıdır.

Şəxs avadanlıqları müəssisəyə əvəzsiz təqdim etdiyi halda, təqdim edilən aktivin bazar qiyməti ilə onun Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqi gəlirinə aid etməlidir. Eyni zamanda, qeyd olunan aktivin  bazar qiyməti müəssisənin satışdankənar gəlirlərinə aid edilməklə vergiyə cəlb olunur.

Şəxs hüquqi şəxsin təsisçisi olduğu halda, avadanlıqları nizamnamə kapitalına qoyuluş olaraq da təqdim edə bilər və bu halda hər iki tərəf üçün vergi öhdəliyi yaranmır.

Kommersiya hüquqi şəxslərin məlumat dəyişikliyi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar ilə saytımızın “Bir pəncərə”  bölməsində tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/kommersiya-ve-publik-huquqi-sexslerin-melumat-deyisikliyi-ile-elaqedar-yerine-yetirilmeli-olan-prosedurlar

Mənbə: taxes.gov.az


Bax:


“Portalda aktiv icazələrin müddəti avtomatik uzadılacaq”

posted in: Xəbər | 0

“ASAN xidmət”: Portalda aktiv icazələrin müddəti avtomatik uzadılacaq

icazələr, Elektron icazəBakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında  mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.

Müvafiq müddətdə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” də işlək olacaq.

Bu müddətdə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışan şəxslərin icaze.e-gov.az portalında 2020-ci il 20 iyul tarixinə qədər aktiv olan icazələrinin müddətinin uzadılması Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən avtomatik olaraq həyata keçiriləcək. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən fəaliyyətinə icazə verilən yeni sahələrdə çalışan vətəndaşlar üçün isə portalda icazə alınmalıdır.

icaze.e-gov.az portalında mövcud  icazəsinin statusuna vətəndaşlar “myGov” elektron hökumət portalında baxa bilərlər. Bunun üçün “myGov” portalına daxil olaraq öz şəxsi kabinetində “Məlumatlarım” bölməsini seçmək, açılan pəncərədə “İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış”ın üzərinə sıxaraq icazəyə baxmaq və ya elektron formasını yükləmək lazımdır.

Evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün vətəndaşlar isə əvvəlki qaydada, mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərməklə icazə əldə edəcəklər. Yeni Qərara əsasən şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün aldıqları SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılıb.

İcazələrin məqsədinə dair isə daha öncə olduğu kimi 2 kodla müraciət etmək mümkündür:

1 nömrəli kod təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədardır. İcazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir. Müalicə prosedurunun müddəti uzanarsa geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir.

2 nömrəli kod ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün nəzərdə tutulub. İcazə 3 saat müddətinə gündə 1 dəfə verilir.

Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, həmçinin Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər icazə kodunu, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsini 8103 nömrəsinə göndərməklə icazə əldə edə bilərlər.

Müvafiq indeks üzrə yaşayış yerini fərdi nəqliyyat vasitəsi ilə tərk etdikdə vətəndaşlara şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə yanaşı, həmin SMS mətninə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da əlavə etmələri tövsiyə olunur. Bu zaman nəqliyyat vasitəsinin icazəsinin olub-olmaması Daxili İşlər Nazirliyi tərəfindən xüsusi texniki vasitələrlə avtomatik formada yoxlanılacaqdır. SMS mətni nümunədə göstərildiyi şəkildə formalaşdırılmalıdır. İcazə indeksi, boşluq, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, boşluq, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı. SMS mətninin düzgün formalaşdırılması üçün boşluqlardan qeyd olunan şəkildə istifadə etmək mütləqdir. Həmçinin xarici, tranzit, səfirlik və.s dövlət qeydiyyat nişanları olan nəqliyyat vasitələri üçün də eyni qaydada icazə əldə etmək mümkündür.

Yaxın qohumun dəfnində iştirak üçün vətəndaşlar Daxili İşlər Nazirliyinin 102 qaynar xətti ilə əlaqə saxlamalıdırlar.

Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS icazənin alınması tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər.

Daxili İşlər Nazirliyinin əməkdaşlarının yoxlamaları zamanı müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Vətəndaşlar SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan suallarla əlaqədar “ASAN xidmət”in 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

SMS icazə sisteminin yenilənmiş videotəlimatına keçid: https://youtu.be/Gc-9cINXWCw

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 863 864 865 866 867 868 869 2. 354