Özəl sektorda əmək müqaviləsi ilə işləyənlərin sayı 751 minə çatıb

Sosial rifah və məşğulluğa dəstək Tədbirlər Planının ikinci əsas istiqaməti məşğulluq tədbirləri idi və bu çərçivədə işimiz iki istiqamətdə qurulmuşdu. Birinci istiqamət bu gün əmək müqaviləsi ilə işləyənlərin iş yerlərinin qorunması və işsizliyin artmasına imkan verilməməsi ilə bağlı işlərdir. Bu sahədə aparılan həm dəstək tədbirləri, həm də inzibati tədbirlər nəticəsində çox müsbət dinamika əldə edildi. Qeyd edim ki, dövlət sektoru üzrə 900 min iş yeri qorundu, onların hər birinin əməkhaqqısı ödənildi. Eyni zamanda, özəl sektorda 110 min əmək müqaviləsi, 17 faizlik bir artım meydana çıxdı.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Nazir, həmçinin deyib: “Bu gün əmək müqaviləsi ilə özəl sektorda işləyən insanların sayı 751 minə çatıb. Əlbəttə ki, burada da qeyri-formal məşğulluqla mübarizə ilə bağlı Sizin verdiyiniz tapşırıqların icrası nəticəsində əldə edilən bu göstəricini vurğulamaq lazımdır. Eyni zamanda, özəl sektorumuzun Sizin çağırışlarınıza səs verməsi və mövcud iş yerlərinin formallaşdırılması, leqallaşdırılması sahəsində də aparılan tədbirlər qeyd olunmalıdır. Bu əmək müqavilələrinin sayının artımı nəticəsində əməkhaqqı fondunda da 8 faizlik artım yaradıldı. Özəl sektorda artım 14 faizdən yuxarıdır”.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Exceldə Təqvim Cədvəlinin genişləndirilməsi

posted in: Excel, Xəbər | 0

Exceldə Təqvim Cədvəlinin genişləndirilməsi


DAX haqqındakı bir öncəki yazıda (Təqvim cədvəlinin qurulması (Calendar Table)), Təqvim Cədvəlinin nə olduğu və 4 fərqli yolla hazırlanma üsullarından bəhs etmişdik. Bundan əlavə, təqvim cədvəlinin başlanğıcda, arxa-arxaya sıralanmış günlər olan tək bir sütun olduğunu da vurğulamışdıq. Lakin, bəsit tarixlərlə Power BI-da hər hansı analiz aparmaq çətin və anlamsızdır. Bu səbəblə, əldə etdiyimiz tək sütunlu bu cədvələ yeni sütunlar əlavə edərək, həmin tarixlərə aid olan ili, ayı, həftəni, maliyyə ilini, ayın adını və s. kimi vacit komponentlərin hesablanmasını öyrənəcəyik. Təqvim cədvəlimizi 01.01.2018 – 31.12.2019 periodu üçün yaradaq. DAX formulumuz aşağıdakı kimi olacaqdır:

Power BI-dakı cədvəlimiz hazır olaraq qarşımıza çıxacaqdır.

Bundan sonrası isə, bizə lazım olacağını düşündüyümüz yeni sütunların, bu cədvələ əlavə edilməsi məqsədini daşıyacaqdır.

1. Tarixə aid ilin əlavə edilməsi – YEAR funksiyası

Hər hansı bir cədvələ yeni sütun əlavə etmək üçün (Calculated Column), menyudan Modeling >> New Column seçirik.

Daha sonra, DAX funksiyalarımızda YEAR ilə hər tarixə aid ili hesablayırıq.

2. Ay nömrəsinin hesablanması – MONTH funksiyası

Növbədə, hər tarixə aid ay nömrəsinin hesablanmasındadır. İrəliki addımlarda, aylar üzrə müqayisə aparmaq istəyəcəyimizdə, və ya ayları Slicer Filter daxilinə əlavə edəcəyimizdə faydası toxunacaqdır. Bu dəfə də menyudan Modeling >> New Column seçirik.

3. Ayın adının yazılması – FORMAT funksiyası

Ayın sıra nömrəsinin hesablanmasından savayı, biz tək bir formul ilə, həmin ayın adının yazılmasına da nail ola bilərik. Beləcə, həm filterlərdə, həm də diaqram və qrafiklərdə ayın sıra nömrəsi əvəzinə, hər zaman o ayın adı əks olunmuş olacaqdır.

Menyudan bir daha Modeling >> New Column seçdikdən sonra, FORMAT funksiyasından istifadə edirik.

FORMAT funksiyası, Excel-dəki TEXT funksiyasının ekvivalentidir. İlk komponent olaraq datanı daxil etdikdən sonra, ikinci komponentində onun formatını müəyyən edirik.

4. Həftə nömrəsinin hesablanması – WEEKNUM funksiyası

Həftə nömrəsini hesablamaq, Excel-dən də tanıdığımız WEEKNUM funksiyası vasitəsilə olacaqdır.

Burada əlavə olaraq CONCATENATE funksiyasından istifadə etməyimizin səbəbi, həftə nömrəsinin qarşısına W (week) hərfinin gətirilməsidir. Yəni, sadə həftə nömrələri əvəzinə (1, 2, 3, …, 52), qarşısında hərf olan həftə nömrələri (W1, W2, W3, …, W52) daha rahat anlaşılacaqdır.

5. Kvartalın hesablanması – FORMAT funksiyası

Kvartal nömrəsini hesablamaq üçün də, bir daha FORMAT funksiyasından istifadə edəcəyik. Lakin, bu dəfə, tarixlər olan sütun seçildikdən sonra, format hissəsində “Q” yazacağıq.

Bu formul bizə adı 1-dən 4-ə qədər rəqəmlər verəcəkdir, lakin bu rəqəmlərin qarşısına “Q” hərflərini əlavə etməmiz, onları daha anlaşılan edəcəkdir. Bu dəfə fə CONCATENATE funksiyasının yardımından istifadə edəcəyik.

6. Tarixin Həftə sonu / Həftə içi olduğunun müəyyən edilməsi – WEEKDAY funksiyası

WEEKDAY funksiyası ilə Excel-dən də tanışıq, istənilən tarixin həftə daxilindəki nömrəsini hesablamağa yarayır. Bazar ertəsi – 1, Çərşənbə axşamı – 2, Bazar – 7 və s. formatında.

Yazacağımız formul isə aşağıdakı kimi olmalıdır:

Müəyyən etdiyimiz alqoritm çox sadədir:

  1. Günləri bir-bir yoxlayıb, gün nömrələrinin 6 və ya 7 olub-olmadığını test edirik,
  2. 6 və ya 7 isə “no”, yəni həftəiçi olmadığını, deyilsə “yes”, yəni həftəiçi bir gün olduğunu qeyd etməsini istəyirik.

Bu “Yes” və “No”-ları daha sonra həm filterlərdə, həm də həftəiçi / həftəsonu satışlarının qruplaşdırılmasında istifadə edə biləcəyik.

7. Ayın gününün hesablanması – DAY funksiyası

Eynilə, il və ay nömrələrinin hesablanmasında olduğu kimi, DAY funksiyası da istənilən tarixə aid günün nömrəsini verir.

Ay daxilində günlər üzrə analiz aparmaq istəyənlər üçün çox faydalı olacaqdır.

Yekunda, çox vacib bir nüansı da qeyd etmək lazımdır. Power BI və Power Pivot-da tarix xarakterli hər hansı bir məlumat istifadə etmək lazım olduqda, mütləq və mütləq sadəcə Təqvim Cədvəlindəki sütunlardan istifadə edilməlidir. Bu mövzuda heç bir istisnaya yol vermək olmaz!

Müəllif: Elçin Xəlilov


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sərt karantin rejimi daha iki həftə uzadılacaq

posted in: Xəbər | 0

e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiAzərbaycanın bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin yenidən iki həftə uzadılması nəzərdə tutulub.

Bu barədə Prezidentin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov Azərbaycan Televiziyasının efirində çıxışı zamanı bildirib.

“Təəssüf hissi ilə deməliyəm ki, Operativ Qərargahda bir çox müzakirələrdən sonra karantin rejiminin uzadılması haqqında və onun uzadılmasının qaçılmaz olduğu haqqında müəyyən qərarlar qəbul edilib. Karantin rejiminin əlavə 2 həftə – 15 gün uzadılması nəzərdə tutulub. Buna məcburuq”, – deyə Ş.Mövsümov bildirib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Sahibkarlar eyni vaxtda 3 bank seçə biləcəklər”

posted in: Xəbər | 1

“Sahibkarlar eyni vaxtda 3 bank seçə biləcəklər”

Elektron Kredit Platforması, müşavir, İqtisadiyyat naziri, Dövlət vergi xidməti, dövlət dəstəyi, Sahibkarlar, sahibkarlıq subyektləri, Yardım proqramları, iqtisadiyyat, koronavirusun ölkə iqtisadiyyatına təsirinin azaldılması, maliyyə hesabatları, sahibkarlar, Mikayıl Cabbarov, İqtisadiyyat, vergiler naziri, Vergilər Naziri, Mikayıl Cabbarov,qeyri-neft vergi daxilolmaları Vergi dəyişiklikləri RəqəmsalPandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması məqsədilə təxirəsalınmaz tədbirlər nəzərdə tutulur.

Bu barədə iyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

M.Cabbarov bildirib ki, tədbirlər planının icrası üzrə aidiyyəti dövlət qurumları və müəssisələrin məlumatlarını özündə cəmləşdirən elektron məlumat portalı yaradılmışdır. Məlumatlar əsasında iqtisadiyyatda baş verən proseslərin operativ monitorinqi aparılır. Nəticələr hökumətə mütəmadi şəkildə təqdim olunur:

“Tədbirlər Planının növbəti istiqaməti pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi, o cümlədən mikrosahibkarlara maliyyə dəstəyinin göstərilməsidir. Cari ilin 1 iyul tarixinə muzdlu işçilərin əmək haqlarının kompensasiyası çərçivəsində 24 min 300 vergiödəyicisi üzrə 210 min muzdlu işçiyə 95 milyon manat vəsait ödənilib. Bundan başqa, fərdi, o cümlədən mikrosahibkarlara maliyyə dəstəyi paketi çərçivəsində 105,6 min vergiödəyicisinə 63 milyon vəsait verilib.

Tədbirlər Planının mühüm istiqamətlərindən biri də pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək 500 milyon manat yeni bank kreditləri üzrə dövlət zəmanətlərinin verilməsi, yeni və 1 milyard həcmində mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasıdır. Hazırda hər iki mexanizm İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan və ölkədə ilk dəfə tətbiq olunan rəqəmsal kredit platforması vasitəsilə həyata keçirilir. Sahibkarlar tərəfindən kredit təşkilatlarına 318 milyon manat kredit əldə olunması üçün artıq 820 müraciət olunub. Üç milyon manat məbləğində kreditlərin rəsmiləşdirilməsi prosesinə başlanıb. Yəni, banklar tərəfindən də müvafiq qaydalara uyğun olaraq razılıq verilib. Avqust ayının 1-dək isə platformada sahibkarlara eyni vaxtda 3 bank seçmək imkanı yaradılacaq”.

Mənbə: fed.az


Bax: Gömrük Komitəsinin yığımları 2 milyard manatı keçib


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 866 867 868 869 870 871 872 2. 354