Read More9
Read More9

Bu hesabatları son tarixə təqdim edə bilməyən vergi ödəyicilərinə qarşı maliyyə sanksiyaları tətbiq edilməyəcəkdir

posted in: Xəbər | 0

Elektron qaimə, bank rekvizitləri, Karantin qaydaları, icazələrin aktivləşdirilməsi, fəaliyyət növləri, icaze.e-gov.az, Dövlət Vergi Xidməti, İqtisadiyyat Nazirliyi, vergi, onlayn görüş, İqtisadiyyat nazirinin müavini, İşçi sayına məhdudiyyət, Sahibkarlıq, Nizamnamə kapitalı, İşçi sayına məhdudiyyət, monitorinqlər, Sahibkarlıq, İqtisadiyyat Nazirliyi, sahibkarlıq subyekti, Maliyyə dəstəyi, Dövlət Vergi Xidməti, Sədərək, binə, İqtisadiyyat Nazirliyi, monitorinq, Sahibkarlıq, İqtisadiyyat Nazirliyi, rəhbər kadrlar,İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatı.

Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” Qanununa edilmiş dəyişikliklərlə bağlı hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron vergi idarəsində hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi”ndə müvafiq düzəlişlər aparılır.

Dövlət Vergi Xidməti bu prosesi qısa bir zaman çərçivəsində həll edəcəyini bildirir və vergi ödəyicilərinin nəzərinə çatdırır ki, hesabatları son tarixə təqdim edə bilməyən vergi ödəyicilərinə qarşı maliyyə sanksiyaları tətbiq edilməyəcəkdir.

Almaniyanın vergi sistemi, formalaşması və inkişafı (II hissə)

posted in: Vergi, Xəbər | 0

Almaniyanın vergi sistemi, formalaşması və inkişafı (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Almaniya Federativ Respublikası bir dövlət kimi siyasi və iqtisadi quruluşun müxtəlif mərhələlərini keçmiş, dəfələrlə dünya müharibələrinin yaratdığı dağıntılardan qalxmış, iqtisadi cəhətdən güclü, sosial yönümlü dövlətə çevrilmişdir.

Qeyd etmək lazımdır ki, Almaniya təkcə şaquli deyil, həm də gəlirlərin horizontal bərabərləşdirilməsinin tətbiq olunduğu azsaylı ölkələrdən biridir. Məsələn, Bavariya, Vürttemberg kimi yüksək gəlirli torpaqlar maliyyə ehtiyatlarının bir hissəsini Saksoniya kimi az inkişaf etmiş torpaqlara köçürürlər.

Hal-hazırda Almaniyada vergitutma sisteminin qurulmasının aşağıdakı prinsipləri yaranmışdır:

  • Vergilər imkan daxilində minimaldır;
  • Minimaldır və ya daha dəqiq onların ödənilməsi xərclərinin də minimal olması zəruridir;
  • Vergilər rəqabətə mane ola bilməz, kimlərinsə şansını dəyişdirə bilməz;
  • Vergilər struktur siyasətinə müvafiqdir;
  • Vergi sistemi ikiqat vergitutmanı istisna edir;
  • Vergilər gəlirlərin daha ədalətli bölüşdürülməsinə yönəlib;
  • Sistem bir insanın şəxsi həyatına hörmət üzərində qurulmalıdır. Vergitutma ilə əlaqədar olaraq insan öz şəxsi həyatını dövlətə minimum səviyyədə açmalıdır. Vergi işçisinin vergi ödəyicisi haqqında heç kimə hər hansı məlumat vermək hüququ yoxdur. Kommersiya sirrinə uyğunluq təmin edilir;
  • Vergilərin miqdarı dövlət xidmətlərinin ölçüsünə, o cümlədən insanın müdafiəsinə və vətəndaşın dövlətdən əldə edə biləcəyi hər şeyə uyğundur.

Almaniya da yüksək mərkəzləşmiş maliyyə sisteminə malik olan dövlətlərin sırasına daxildir. Bu ölkədə vergitutma sisteminin əsas xüsusiyyəti Konstitusiyada təsbit edilmiş, müxtəlif səviyyəli büdcələr (federal, torpaq, yerli) arasında vergi gəlirlərinin bölünməsini tənzimləyən müddəadır və demək olar ki, bütün gəlir mənbələri bölünməlidir.


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Daha bir “BirKart BOKT” filialı fəaliyyətə başladı

posted in: Xəbər | 0

Kapital Bank-ın təsisçi olduğu “BirKart BOKT” MMC-nin növbəti Elmlər Akademiyası filialı olan “BirKart Mərkəzi” fəaliyyətə başladı. Filial Bakının Yasamal rayonunda, 556/57-ci məhəllə, H.Cavid pr. A-da (Elmlər Akademiyası metro stansiyasının çıxışında) yerləşir. Filial hər gün saat 10:00-dan 18:00-dək müştərilərə xidmət göstərir. Mərkəzdə 24 saat fəaliyyət göstərən ATM və Cash-in ödəniş terminalı da müştərilərin xidmətindədir.

Burada müştərilər ümumi olaraq BirKart haqqında, eyni zamanda partnyor guşəsində Kapital Bank-ın partnyorları və onların kampaniyaları barədə ətraflı məlumat əldə edə bilərlər. Həmçinin, əlavə imkan kimi daxildə yerləşən müəyyən partnyorların stendləri ilə tanış olub BirKart rəsmiləşdirilməsindən sonra müvafiq məhsulları taksitdən istifadə etməklə, əldə edə bilərlər.

Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback,taksit/miles və Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 7500-dən çox partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

Bu kartları məvacib və təqaüdünü Kapital Bank-dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər həm “BirKart BOKT” MMC filiallarına, həmçinin Kapital Bank-ın istənilən digər filiallarına müraciət edə bilərlər.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Kiçik Mühasib – Kontakt Home

vakansiya, mühasib,Vakansiya: Kiçik Mühasib tələb olunur

İşəgötürən: Kontakt Home

Vakansiya barədə məlumat:

Vakansiyalara müraciət etmək üçün CV formasını mövzu yerində müraciət etmək istədiyiniz vakansiyanın adını qeyd edərək / ünvanına göndərə və ya aşağıdakı keçiddən CV formasından istifadə edə bilərsiniz.

Namizədə tələblər:

  • Ali təhsil (İqtisadi sahədə təhsil arzuolunandır)
  • Mühasibatlıq üzrə ən azı 1 il iş təcrübəsi
  • Azərbaycan dilində sərbəst, rus dilində yaxşı səviyyədə danışıq qabiliyyəti
  • MS Office və Excel proqramını orta səviyyədə bilməli
  • Detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, insanlarla rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll edə bilmə bacarığı.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 862 863 864 865 866 867 868 2. 354
error: Content is protected !!