Azərbaycanda orta aylıq əməkhaqqı 2% artıb

posted in: Xəbər | 0

orta aylıq əməkhaqqı, Ünvanlı yardım, orta aylıq əmək haqqı, әmәkhaqqı, әmәk haqqı, orta aylıq əmək haqqı, təqaüd, Aylıq əmək haqqı, əlavələr, Sosial xidmətlər, Sosial yardımın müddəti, aylıq əmək haqqı, müavinət, vergi,kompensasiya, muzdlu işçilər, muzdlu işçilərin sayı, Kompensasiya məbləği, dəstək proqramı, dəstək proqramı, Əmək haqqı, maaş, Valyuta rejimi, orta aylıq əmək haqqı,Bu il avqustun 1-nə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 min nəfər və yaxud 0,5 % artaraq 1 689,7 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, onlardan 905,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 784,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,2 %-i təhsil, 18,6 %i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 %-i sənaye, 8,2 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6 %-i tikinti, 6,6 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,5 %-i peşə, elmi və texniki fəaliyyət, 3,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 %-i maliyyə və sığorta fəaliyyəti, 13,9 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,8 % artaraq 728,5 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (VII hissə)

posted in: Xəbər | 0

Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (VII hissə)

VI hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Nyu-York universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı

İdarəedicilər nə edirdilər? Onlar ixtisassız ucuz işçi qüvvəsi ilə nə edirdilər? Cavab bir neçə şeydən ibarətdir. Birincisi, onlar elmi menecmenti icad ediblər. Vaxtın və hərəkətin öyrənilməsi sistemini icad edən menecment üzrə tanınmış məsləhətçi Frederik Teylor deyib: “Çuqunla rəftar bir insanın gördüyü tipik, bəlkə də ən kobud və ən sadə iş forması olduğu üçün seçilir. Bu iş, adamlar tərəfindən hər hansı bir alətdən istifadə olunmadan həyata keçirilir. Təxminən 92 funt ağırlığında bir çuqun parçasını qaldırıb, bir neçə fut və ya yard məsafəni qət etdikdən sonra yerə və ya dəstin üzərinə atırlar”. [İşçilər şeyləri fabrikdə bir yerdən başqa yerə daşıyırlar dedik, bax, mən bunu nəzərdə tuturdum].

1898-ci ildə “Bethlehem Steel Company” şirkətində işçilər “gün ərzində adambaşına orta hesabla ingilis tonu ilə 12 ton yarım çuqun yükləyirdilər. Biz bu məsələni öyrəndikdən sonra yaxşı işçinin gün ərzində 47 və 48 ingilis tonu emal etməli olduğunu biləndə, çox təəccüblənmişdik.

Şmidt adlı alman mühacirinə əgər gün ərzində 47 və yaxud 48 ingilis tonu yükləyə bilərdisə, ona adi vaxtlarda ödənilən 1,15 dollar əvəzinə 1,85 dollar pul ödəniləcəkdi (yəni, həmin şəxs dörd dəfə artıq iş həcminə görə maaşına kiçik bir bir əlavə alacaqdı): “Sən səhər tezdən axşama kimi bu adamın dediyini eləyəcəksən. O, sizə bu çuqun parçasını qaldır və apar, qaldırıb aparacaqsınız, deyəndə ki, oturub, istirahət elə, edə bilərsən, siz oturacaqsınız… Və bundan əlavə, cavabında heç nə deməyəcksiniz”.

Bu, hazırlanmış və tətbiq olunan əmək nəzarət sistemlərindən biri idi. O, ofis işçilərinin çox böyük artımını və bu cür iş yerlərini təhlil edən vaxt hərəkətlərin araşdırılmasını tələb edirdi.

Daha ənənəvi bir həll yolu da əməyə qənaət etmək üçün bir işçiyə düşən kapital miqdarının artırılması idi. Məsələn, yeni domna sobaları çuqun və ya koksu yuxarı qaldıran lift əldə etmişdilər, burada fəhlələr çuqun və koksu arabalara yükləyib sobanın yuxarı hissəsinə göndərirdilər. Təxminən 1900-cü llərdə işlənib hazırlanmış maşınlar hər şeyi artıq avtomatik yerinə yetirirdilər. Bu mexanizasiya metallurgiya zavodlarında işçilərin vaxtına qənaət edirdi.

İxtisaslı işçi qüvvəsini kapitalla əvəzləmək üçün daha əhəmiyyətli bir cəhd ABŞ-da edilmişdi, çünki bu cür işçilərin əmək haqları kapitalın dəyəri ilə əlaqəli olaraq sürətlə artırdı. Bu problem Henri Ford tərəfindən və onun konveyer xətti ilə həll olunmuşdu. Buna qədər müxtəlif işçilər maşının hissələrini bir yerə gətirir və orada hazır avtomobili yığırdılar. Fordun zavodunda isə üzərində maşınların hərəkət etdiyi konveyerdən istifadə olunurdu, adamlar isə elə əvvəllər etdikləri işi yerinə yetirirdilər, lakin, indi bunu fabrikin ərazisində hərəkət edərək, yerinə yetirirdilər.

Beləliklə, detalların işçilər tərəfindən daşınmasına və çox sayda işçi qüvvəsinə də ehtiyac qalmamışdı, lakin bu da ixtisaslı işçilərin problemini həll etmədi.


VIII hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi məbləğləri hansı formalarda tutulur?

posted in: Xəbər | 0

AVİS 2, daimi nümayəndəlik, Vergi bəyannamələri, Aktivlər, Büdcə səviyyə kodu, maliyyə sanksiyası, Vergi orqanı, şikayət, büdcə, Vahid elektron lövhə, aksiz vergisi, vergi orqanı, Ölkələrarası hesabat, şəxsi həyata dair məlumat, vergi sirri, nizamnamə kapitalı, elektron xidmət, Səyyar vergi yoxlaması, korrupsiya, Əmək müqaviləsi, Topdansatış ticarət, mühasiblərlə görüş, Vergi inzibatçılığı, Rəqəmsal vergi idarəetməsi, elektron dövlət qeydiyyatı, icbari tibbi sığorta, Rəqəmsal Transformasiya Şurası, alt fəaliyyət növləri, Vergi orqanları, ikiqat vergitutma, Dövlət Vergi Xidməti, vergi sistemi, DVX, vergi xidməti, peşə bayramı,işə qəbul, DTA-03 ərizə forması, DTA-05 ərizə forması, ərizə formaları, Müvəqqəti vergi rejimi, Sosial sığorta haqqı, Nəqliyyat vasitələrinin fəaliyyəti, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıDövlət Vergi Xidməti bildirir ki, vergi məbləğləri aşağıdakı formalarda tutulur:

• Bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması);

• Bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması);

• Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi).

Əsaslandırma: Vergi Məcəlləsinin 5-ci maddəsi.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vençur (risk) bazarı: müxtəlif regionlarda inkişaf tarixi və xüsusiyyətləri (I hissə)

posted in: Xəbər | 0

“PwC” və “CB Insights”ın hesabatına görə, 2018-ci ildə vençur bazarı (qlobal riskli kapital bazarı) 207 milyard dollar təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 21% çoxdur. Hazırda o, kiçik startaplardan texnoloji nəhəngləri yetişdirməklə inkişaf etməyə davam edir. Amma hər şey öz başlanğıcını necə götürüb və “vençur kapital” anlayışı nə vaxt peyda olub? Müxtəlif regionlarda vençur bazarı necə inkişaf edir?

Vençur kapitalı və vençur bazarı nə deməkdir?

Vençur bazarının inkişaf tarixinin necə başladığını bilməzdən öncə əsas anlayışları başa düşməyə çalışaq. Beləliklə, vençur kapital – bu, yüksək səviyyəli risk dərəcəsi olan startaplara investisiya fondları və ya firmaları tərəfindən sərmayə kimi yatırılan pullardır. Bu cür gənc şirkətlər yüksək sürətlə inkişafa nail olmaqla yanaşı, həm də tez bir zamanda çökə də bilərlər – hər şey kənar amillərdən asılıdır. Məsələn, “Facebook” və “PayPal” uğurlu vençur şirkətləri halına gəliblər.

Startaplara yatırılan istənilən sərmayələr vençur investisiyalar adlandırıla bilər. Kapital sərmayəçilərinin ümumi fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, öz investisiyaları sayəsində onlar investisiya etdikləri şirkətə müəyyən dərəcədə təsir göstərmək imkanı qazanırlar.

Vençur bazarı orada aktiv “kəşfiyyat” işlərinin aparıldığı, təsisçilər və investorların axtarıldığı startapların bütün məcmusunu əhatə edir.

Vençur bazarının inkişafı: qısa tarix

Vençur bazarının vətəni ABŞ-dır, orada bu bazar hələ ötən əsrin 50-ci illərində formalaşmağa başlamışdı. Bundan ötrü xüsusi bir institut – SBA (tam adı – Small Business Administration) yaradılmışdı və kiçik müəssisələrə investisiya qoyuluşu haqqında qanun qəbul edilmişdi. Hakimiyyət kiçik sahibkarları təşviq etməyə və güzəştli kreditlər verməyə başladı. Əgər SBA layihəni bəyənirdisə, dövlət ona güzəştli kredit ayırırdı.

İlk vençur kapitalisti, fransız kökənli Harvard biznes məktəbinin amerikalı professoru – Jorj Dorio hesab olunur. 1946-cı ildə o, Amerika tədqiqat və inkişaf korporasiyalarından birini vençur kapitallı firma elan etmişdi. “Vençur kapitalın atası” adı məhz, buna görə ona verilmişdi.

Vençur biznesi öz tarixinə məhz, ABŞ-da başladığından, onun təşəkkülünün əsas mərhələlərini nəzərdən keçirmək lazımdır:

  1. 1970-ci illər – gen mühəndisliyi və yarımkeçiricilərin inkişafı;
  2. 1980-ci illər – fərdi kompüterlərin yaradılması;
  3. 1990-cı illər – internet-məhsullarının buraxılışı.

II hissəyə nəzər yetirin



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 866 867 868 869 870 871 872 2. 704