Kapital Bank Qarabağ Dirçəliş Fondunun xüsusi sertifikatına layiq görülüb

posted in: Xəbər | 0

8 sentyabr 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondunun Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin üzvləri ilə görüşü keçirilib. Görüşdə iştirak edən Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevə “Qarabağ Dirçəliş Fondunun İanə Sertifikatı” təqdim edilib. Qeyd edək ki, cari ilin fevral ayında Kapital Bank fondun hesabına yardım məqsədilə 500 000 manat məbləğində vəsait köçürüb.

Görüşdə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Müşahidə Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov, Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, həmçinin ABA-nın Rəyasət Heyətinin üzvləri və bank sektorunun nümayəndələri iştirak edirdi.

Qeyd edək ki, tədbirdə dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” adlı sənədli film nümayiş olundu. Daha sonra tədbir iştirakçıları ilə sual-cavab sessiyası keçirildi, müxtəlif layihələr barədə təkliflər müzakirə olundu. Müzakirələr zamanı mövcud donorlarla əməkdaşlığın genişləndirilməsinin, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsinin, cəmiyyətin müxtəlif təbəqələri ilə yanaşı maliyyə və bank sektorunun, potensial donorların həmrəylik göstərərək prosesə cəlb olunmasının vacibliyi xüsusi vurğulandı. Şübhəsiz, dövlət və özəl sektorunun, müxtəlif təşkilatların və fərdi vətəndaşların birliyi sayəsində doğma Qarabağımız qısa zamanda yenidən dirçələcək. Xatırladaq ki, Qarabağ Dirçəliş Fonduna Birbank-la da ianələr etmək mümkündür.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Aksizlərlə bağlı vergi ödəyicilərində sual doğuran məsələlər

posted in: Xəbər | 0

Aksiz, Mühasib köməkçisi, vergi daxilolmaları, dövlət rüsumu, dövlət qeydiyyatı, Vakansiya: Vergi üzrə mühasib, əvəzləşdirmə, inventarlar üzrə mühasib, vakansiya, xərclərin tanınması, Mədaxil qəbzləri, kassa çeki, icarə haqqı, gəlir vergisi, hüquqi şəxs, torpaq vergisi, gəlir vergisi,vergitutma, yükdaşımalar,İqtisadi mahiyyətinə görə aksizlər bir tərəfdən yüksək rentabelli məhsul istehsalından əldə edilən əlavə mənfəətin bir hissəsinin dövlət büdcəsinə tutulması, digər tərəfdən isə sosial cəhətdən zərərli malların istehlakının məhdudlaşdırılması məqsədilə tətbiq edilir. Aksizlərlə bağlı vergi ödəyicilərində sual doğuran məsələləri iqtisadçı ekspert Radil Fətullayev şərh edir.

Aksiz ödəyiciləri sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik deyillər. Ölkəmizdə aksizli malların istehsalı və ya idxalı ilə məşğul olan bütün müəssisələr və fiziki şəxslər, ölkənin hüdudlarından kənarda bilavasitə özü və ya podratçı vergi vasitəsilə aksizli malları, istehsal edən və istehsal etdiyi yerdə vergi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının rezidentləri aksizin ödəyiciləridir. Həmçinin aksizli mallar sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində istehsal edildiyi hallarda, malların istehsalçısı (podratçı) aksizin ödəyicisidir. Bu halda istehsalçı (podratçı) aksiz məbləğlərini sifarişçidən almalıdır. Aksizli malların istehsalçısı və sifarişçisi qarşılıqlı surətdə asılı olan rezident şəxslər olduqda isə malın sahibi (sifarişçi) aksizin ödəyicisidir.

Vergi Məcəlləsinin 190.1-ci maddəsinə əsasən, aksizli mallara içməli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri, tütün məmulatları, neft məhsulları, minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla), istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr, idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, idxal olunan xəz-dəri məmulatları, energetik içkilər, avtobuslar (sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla) aiddir. Bunlardan əlavə, elektron siqaretlər üçün maye istehsal edən müəssisələr də aksiz vergisinin ödəyiciləridir .

Aksiz bəyannaməsi hər ay üçün növbəti ayın 20-ə qədər təqdim edilməlidir. Hesablanmış vergi məbləği də həmin tarixə qədər büdcəyə ödənilməlidir. Aksiz ilə alınmış mallar aksizli malların istehsalı üçün istifadə edildikdə kənar təşkilatlara ödənmiş aksiz məbləği büdcədən əvəzləşdirilə bilər.

Misal: Müəssisə araq istehsal etmək üçün kənar təşkilatdan aksiz vergisi və ƏDV ilə birlikdə 1000 litr içməli spirt almış, bunun üçün kənar təşkilata 10.030 manat (ƏDV və aksiz daxil) ödəniş etmişdir. Spirtin 1 litri üçün aksiz vergisinin 3,20 manat olduğunu nəzərə alsaq:

10.030/1,18 = 8.500 manat 1000 x 3,2 = 3.200 manat (aksiz)

8.500 x 18% = 1.530 manat (ƏDV)

5300 + 1.000×3,20 = 8.500 manat (aksizlə birgə)

8.500 +8.500 x 18% = 10.030

Alınmış içməli spirt tam həcmdə istifadə olunaraq 2.200 litr araq istehsal edilmişdir. Arağın maya dəyəri 12.500 manat olmuş və istehsal olunan məhsul istehsal binasının hüdudlarından kənara çıxarılmışdır.

Araq üçün aksiz 1litr = 3,20 manat olduğunu nəzərə alsaq,

2.200 x 3,20 = 7.040 manat; büdcəyə ödənilməli olan aksiz vergisinin məbləği:

7.040-3.200=3840 manat.

Vergi Məcəlləsinin 188.1-ci maddəsinə əsasən, aşağıda göstərilənlər aksizdən azad edilir:

  • fiziki şəxsin fərdi istehlakı üçün 1,5 litr alkoqollu içkinin, 200 ədəd siqaretin, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq;
  • Azərbaycan Respublikası ərazisindən tranzitlə daşınan mallar;
  • Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 192-ci və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda malların Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxalı;
  • Azərbaycan Respublikası Mərkəzi Bankının aktivlərində yerləşdirilmək üçün idxal olunan platin, qızıl və emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərində yerləşdirilmək üçün idxal olunan qızıl;
  • müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar idxal edilən mallar.

Bu Məcəllənin 188.1-ci maddəsində göstərilən aksizdən azadolmalar yalnız gömrük rüsumlarından azadolmaların şərtlərinin yerinə yetirildiyi zaman tətbiq edilir. Əgər gömrük rüsumu tutulması məqsədləri üçün idxal rüsumun geri qaytarılması rejiminin təsiri altına düşürsə və ya azadolmanın şərtləri pozulduğu üçün gömrük rüsumunun ödənilməsi tələb edilirsə, həmin rejim aksizin tutulmasına da tətbiq olunur.

Aksizin uçotu ƏDV-nin uçotu kimi aparılır. Lakin ƏDV-dən fərqli olaraq aksiz konkret mallara tətbiq edilir.

Misal: Fərz edək ki, energetik içkinin istehsal edən müəssisə ay ərzində 5.000 litr içki istehsal edib və içkinin 1 litrinin maya dəyəri 0,15 manat olub. Məhsulun yarısı (2.500 litr) satış məqsədilə istehsal binasından kənara çıxarılıb. 1 litrin topdansatış qiyməti 4 manat müəyyənləşdirilib. Energetik içki üçün aksiz dərəcəsinin 1 litr=3,1 manat olduğunu nəzərə alsaq, dövr ərzində bazara çıxarılan məhsula aksiz aşağıdakı qaydada hesablanaraq büdcəyə ödənilir:

Satışa çıxarılan məhsulun maya dəyəri = 2.500litr x 0,15 manat = 375 manat;

Məhsulun satış dəyəri = 2.500 litrx4 manat = 10.000 manat;

Aksiz = 2.500 litrx3,1 manat=7750 manat.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək şəraiti ağır olan işlərdə əməkhaqqına artımlar müəyyən olunmalıdırmı?

posted in: Xəbər | 0

biznes plan, minimum aylıq əmək haqqı, Kreditlərin növləri, Kreditlər, Kredit mütəxəssisi, vakansiya,Xarici valyuta, sığorta, istifadə edilməmiş məzuniyyət, Sosial xarakterli xərclər, Kiçik və orta biznes kreditləri üzrə təcrübəli mütəxəssis, məzuniyyət, müavinət, Təcrübəçi, kredit işçisi, MDSS, maddi yardım, İstifadə edilməmiş məzuniyyət, Pensiya artımı, kompensasiya,Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 159-cu maddəsinə əsasən, Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əməkhaqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Bu Məcəllənin 91-ci, 92-ci və 93-cü maddələri ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı şəraitində çalışan işçilərin əməkhaqları normal iş vaxtı üçün müəyyən edilən tam məbləğlərdə ödənilir.

“Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına Qərarında müvafiq əmək şəraiti ilə əlaqədar əməkhaqqına artımın (əmsalın) minimum miqdarı müəyyən edilmişdir.

Mənbə: sosial.gov.az

Qanuna nəzər yetirin: Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat firmasını necə açmaq olar? (I hissə)

posted in: Xəbər | 0

İstənilən bir mühasibat firmasını açmaq üçün addım-addım təlimat.

Bu biznes böyük kapital investisiyaları tələb etmir və bir ildən də az müddət ərzində özünü doğrulda bilir.

Əgər uzun müddət mühasib işləmisinizsə, bir gün məntiqi bir sual ortaya çıxa bilər: mühasibat firmasını necə açmaq olar?

Niyə də yox, axı, siz bu məsələlərin incəliklərinə lap yaxından bələdsiniz!

Ancaq ola bilər ki, prosesi təşkil etmək istəyiniz var, amma bu sahədə təcrübəniz tamamilə yoxdur.

Başlanğıc şərtləri nə olursa-olsun, bu məqalə sizdən ötrü hər şeyi yerbəyer edəcək, biznesin açılmasının bütün mərhələlərini təşkil edəcək bir təlimat olacaqdır.

Mühasibat firması bir ildən də az müddətdə geri qaytarıla biləcək nisbətən kiçik kapital qoyuluşları tələb edir!

Bu, əla göstəricidir, ona görə, bu sahədə biznes qurmaq istəyənlər qərarı uzun müddətə təxirə salmamalıdırlar.

Mühasibatlıq xidmətləri bazarının təhlili

Şübhəsiz ki, istənilən bir biznes sahəsi sahibkardan onu açmazdan əvvəl firma üçün bir iş planı hazırlamağı tələb edir.

Bu, ən azından seçdiyiniz sahədəki mövcud vəziyyəti təhlil etmək və bazarda şansınızı qiymətləndirmək üçün çox vacibdir.

Mühasib kimi öz işinizi yaxşı yerinə yetirməyiniz, mühasibatlıq təşkilatınızın xidmətlərinə kifayət qədər tələbat olacağına zəmanət vermir.

Öz rəqibləriniz haqqında məlumatları, mühasibat xidmətləri sahəsində inkişaf tendensiyalarını araşdırdığınız zaman özünüz üçün bir neçə əsas məqamı müəyyən edə bilərsiniz:

  1. Potensial müştərilərinizin dairəsini kimlər təşkil edir?
  2. Xidmətləriniz üçün hansı qiyməti təyin etməlisiniz və başlanğıc mərhələdə hansı xidmətlərin siyahısı olmalıdır?
  3. Bazar bu cür təkliflərlə nə dərəcədə zəngindir və hansı rəqabət üstünlükləri sizə uğur qazanmaqda kömək edəcək?

II hissəyə nəzər yetirin



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 868 869 870 871 872 873 874 2. 704