Biznes barədə maraqlı faktlar (II hissə)

posted in: Xəbər | 0

Biznes barədə maraqlı faktlar (II hissə)

I hissəyə nəzər yetirin

Bir çox insan hesab edir ki, biznes ilə məşğul olmaq hər kəsə nəsib olmur. Bəziləri başlanğıc kapitalının olmamasından şikayət edir, bəziləri uduzmaq riski olmayan ideyaları axtarır, digərləri isə əlverişli anı gözləyirlər. Aşağıdakı faktlar sizin bizneslə bağlı düşüncənizi və münasibətinizi dəyişdirə bilər.

  • Tipik smartfon sahibi öz cihazını gün ərzində 150 dəfə yoxlayır

Smartfon sahibləri öz cihazlarının ekranına gün ərzində yüz dəfədən çox baxırlar. Çox vaxt onlar e-poçt və sosial media hesablarını yoxlayırlar. Bu marketinq məqsədləri üçün istifadə edilə bilər: SMM və e-poçt kampaniyaları mobil auditoriyaya yönəldirilə bilər.

  • İstehlakçılar sıravi əməkdaşlara, onların müdirlərindən daha çox etibar edirlər

İstehlakçıların yarısı hesab edir ki, məhsul haqqında həqiqəti şirkətin sıravi əməkdaşlarından öyrənmək olar. İstehlakçıların 43% -i isə həqiqəti yalnız şirkətin müdirindən öyrənə biləcəklərinə inanırlar. Bu o deməkdir ki, satıcılara müştərilərlə münasibətləri sıravi əməkdaşlar səviyyəsində qurmaq daha sərfəlidir. Bu zaman top-menecerlər müstəsna hallarda ünsiyyətə qoşula bilərlər.

  • Yeni müştərilərin saxlanılması köhnələrin saxlanılmasından daha baha başa gəlir
Biznes sahibləri yeni müştərilərin cəlb edilməsinə mövcud müştəriləri saxlamaq üçün istifadə etdiklərindən 6 dəfə çox vəsait sərf edirlər. Bu o deməkdir ki, müəssisələrə köhnə müştərilərlə işə diqqət yetirmək, loyallıq və remarketinq proqramlarına vəsait yatırmaq lazımdır.
  • Müştəri məmnunluğu 70 faiz xidmətdən asılı olur

Keyfiyyətli məhsulu satın aldıqdan sonra müştəri narazı qala bilər və kompromis keyfiyyətli malların alınması isə onu məmnun edə bilər. İş ondadır ki, müştəri məmnunluğunun 70 faizi xidmət səviyyəsindən, yalnız 30 faizi isə məhsulun keyfiyyətindən asılıdır.

Deyilənləri yekunlaşdıraq

Planetdə hər 18 nəfərdən biri biznes sahibidir, lakin, heç də həmişə gözlənilən ölkələrdə və sənaye sahələrində deyil.

Əgər siz öz biznesinizə başlamaq istəyirsinizsə, bütün “lehinə” və “əleyhinə” olan amilləri diqqətlə araşdırın. Qəti qərar verdikdən sonra öz arzunuzdan bir addım da olsun geri çəkilməyin!


III hissəyə nəzər yetirin



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank-ın dəstəyi ilə ənənəvi “Təhsil avtobusu” layihəsi keçirilir

posted in: Xəbər | 0

Kapital Bank Təhsil nazirliyinin dəstəyi ilə “Azərbaycan üçün öyrət” Milli Təhsil Proqramı çərçivəsində keçirilən “Təhsil avtobusu” adlı Yay Məktəbi layihəsinin rəsmi tərəfdaşıdır. Bu il keçirilən “Təhsil avtobusu – Qayıdış” proqramı 14 sentyabr 2021-ci il tarixinədək davam edəcək və ümumilikdə 200-dək şagirdi əhatə edəcək.

Layihə çərçivəsində işğaldan azad olunan bölgələrin (Şuşa, Ağdam, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli) şagirdlərinin yaşadığı və təhsil aldığı rayonların marşrutu üzrə (Bakı-Sumqayıt-Sabirabad-Ağcəbədi-Bərdə-Gəncə-Oğuz-Bakı) səfər olunacaq. Orta göstəriciləri zəif və orta olan 6-9-cu sinif şagirdlərinə Qarabağ mövzuları əsasında dərslər, həmçinin peşə, sosial sahibkarlıq, natiqlik, sağlamlıq, incəsənət, motivasiya istiqamətində təlimlər və intellektual yarışlar keçiriləcək.

Qeyd edək ki, layihənin məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə olan marağının artmasına şərait yaratmaq və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ƏDV üzrə öhdəlik hansı məbləğə görə yaranır?

posted in: Xəbər | 0

Əvəzsiz köçürmələr, ƏDV-nin kompensasiya edilməsi, Qeyri-rezident, ƏDV bəyannaməsi, marketinq xidmətləri,Bəzən mühasiblər əlavə dəyər vergisi (ƏDV üzrə) öhdəliyinin əsas məbləğə, yoxsa ƏDV depozit hesabına daxil olan məbləğə görə yarandığı barədə sual verirlər. Suala İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə aydınlıq gətirir.

Vergi Məcəlləsinin 166.7 maddəsinə əsasən, ödəmə dedikdə təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Buradan aydın olur ki, ƏDV üzrə öhdəlik, ƏDV depozit hesabına daxil olan məbləğə görə deyil, əsas məbləğə görə yaranır.

Misal 1: Tutaq ki, “A” MMC-nin müştərisindən bank hesabına 1.000 manat, ƏDV depozit hesabına 360 manat pul vəsaiti mədaxil olmuşdur. Bu zaman vergi ödəyicisinin 180 manat (1000*18%=180) ƏDV öhdəliyi yaranır.

Misal 2: Müəssisənin digər müştərisi alınmış mallara görə ƏDV depozit hesabına 540 manat ödəsə də, əsas məbləği ödəməmişdir. Bu zaman müəssisənin heç bir ƏDV öhdəliyi olmayacaqdır.

Misal 3: Üçüncü müştəri alınmış mallara görə 2.000 manat əsas məbləği bank hesabına ödəmiş, ƏDV məbləğini isə ƏDV depozit hesabına ödəməmişdir. Bu zaman müəssisənin əsas məbləğə görə 360 manat (2000*18%=360) ƏDV öhdəliyi yaranacaqdır.

Vergi Məcəlləsinin 58.6-cı maddəsində göstərilir ki, bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qeyri-maddi aktivlər: mühasibat uçotu və vergi uçotu

posted in: Excel | 0

Müəssisənin maddi aktivləri kimi qeyri-maddi aktivlərinin də mühasibat və vergi uçotunun aparılması tələb olunur. Mövzunu BSC konsaltinq şirkətinin maliyyə və mühasibat üzrə layihə rəhbəri Ulduz İbrahimova şərh edir.

Müəssisənin qeyri-maddi aktivlərinə təsərrüfat fəaliyyətində uzun müddət istifadə edilən, müəssisəyə gələcək iqtisadi səmərə gətirən aktivlər aiddir. Qeyri-maddi aktivlərə elm, ədəbiyyat, incəsənət əsərləri, ixtira, sənaye nümunələri, patentlər, lisenziyalar, proqram təminatı, müştəri bazaları, kinematoqrafik filmlər, ticarət markaları və əmtəə nişanları (brend və nəşr adları daxil olmaqla), məxfi düstur, istehsal sirləri (nou-hou), təbii ehtiyatlardan (sərtəvlərdən) istifadə hüquqları və s. aid edilir.

Mühasibat uçotu

Qeyri-maddi aktivlərin uçotu 38 N-li Beynəlxalq Mühasibat Uçotu Standartına (IAS 38) əsasən aparılır. Bu standarta görə, qeyri-maddi aktivlər fiziki formaya malik olmayan, müəyyən edilə bilən qeyri-pul aktivləridir və üç meyarla müəyyən edilir:

1. Qeyri-maddi aktivin identifikasiyası (müəyyən edilə bilməsi);

Aktiv yalnız aşağıdakı hallarda müəyyən edilə bilmə meyarını ödəyir:

– aktiv müəssisədən ayrıla, həmçinin fərdi qaydada və ya müqavilə, digər aktiv və (və ya) öhdəliklə bərabər xaric оluna (satıla, köçürülə, lisenziyalaşdırıla, icarəyə verilə) bilər və ya;

– aktivin istifadəsi üzrə hüqüqların həvalə edilməsi mümkünlüyü və ya оnların müəssisədən və ya digər hüquq və öhdəliklərdən ayrıla bilinməsindən asılı оlmayaraq, aktiv müqavilə və digər hüquqlardan yarana bilər.

2. Müəssisənin qeyri-maddi aktivə nəzarət etməsi;

3. Qeyri-maddi aktivin müəssisəyə gələcəkdə iqtisadi səmərə gətirməsi.

Qeyri-maddi aktivlərdən daxil olan gələcək iqtisadi səmərəyə malların satışından və ya xidmətlərin göstərilməsindən alınan gəlir, məsrəflərə qənaət, müəssisə tərəfindən aktivlərin istifadəsindən yaranan digər mənfəətlər aid edilə bilər.

Qeyri-maddi aktivlər yalnız aşağıdakı hallarda tanınır:

– müəssisəyə aktivlə bağlı gözlənilən gələcək iqtisadi mənfəətin daxil olması ehtimal olunur;

– aktivin dəyərinin etibarlı qiymətləndirilməsi mümkün olduqda.

Müəssisə tərəfindən qeyri-maddi aktivlər öz daxili imkanları hesabına yaradılmaqla, istehsal edilməklə, təsisçi tərəfindən müəssisənin nizamnamə kapitalına daxil edilməklə və ya kənardan ayrıca alınmaqla əldə edilə bilər.

Qeyri-maddi aktivlərin müəssisənin öz daxili imkanları hesabına yaradılması onların tanınma meyarına cavab verməsinin müəyyənləşdirilməsi üçün tədqiqat və təcrübə-konstruktor işləri olmaqla iki mərhələyə bölünür. Qeyri-maddi aktiv tədqiqat mərhələsində yaranmadığı üçün həmin mərhələdə yaranan məsrəflər hesabat dövrünün xərcləri kimi nəzərə alınmalıdır. Təcrübə-konstruktor işləri üzrə məsrəflər isə uçotda qeyri-maddi aktivin kapitallaşdırılması kimi əks etdirilməlidir.

Qeyri-maddi aktiv kənardan ayrıca əldə edildikdə alışla bağlı bütün xərclər (alışla bağlı kreditlərə və borclara görə faiz xərcləri istisna olmaqla) qeyri-maddi aktivin ilkin dəyərinə daxil edilməlidir.

Qeyri-maddi aktiv mühasibat uçotunda faydalı istifadə müddətinə əsasən, məhdud və ya qeyri-müəyyən faydalı istifadə müddətinə malik olurlar.

Məhdud faydalı istifadə müddətinə malik olan qeyri-maddi aktivlərin amortizasiya olunan dəyəri onun faydalı istifadə müddəti üzrə müntəzəm bölüşdürülür. Qeyri-müəyyən faydalı istifadə müddətinə malik olan qeyri-maddi aktivlərə amortizasiya hesablanılmır.

Vergi uçotu

Vergi Məcəlləsinin 13.2.9-cu maddəsinə görə, qeyri-maddi aktivlər – intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlardır. Vergi Məcəlləsinin 143-cü maddəsində qeyd edilir ki, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və gəlirdən çıxılır.

Bundan başqa, Vergi Məcəlləsinin 13.2.8 maddəsinə əsasən, əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktiv mal sayılmır. Yəni qeyri-maddi aktiv ölkədaxili bazardan alınarsa, onun qiymətində ƏDV olmamalıdır. Lakin onun quraşdırılmasına, sazlanmasına çəkilən xərclər, konsultasiya və sair analoji xərclərin qiymətində ƏDV ola bilər. Əgər müəssisə ƏDV ödəyicisidirsə, ƏDV qeyri-maddi aktivin ilkin dəyərinə daxil edilmir, ödənildikdə büdcə ilə əvəzləşdirilir. Lakin müəssisə ƏDV ödəyicisi deyilsə, alış zamanı ödənilən ƏDV qeyri-maddi aktivin ilkin dəyərinə daxil ediləcəkdir.

Onu da qeyd etmək lazımdır ki, müəssisə alış zamanı qeyri-maddi aktivin mülkiyyət hüququnu əldə etmirsə, yalnız istifadə hüququnu alırsa, onda alınan, misal üçün proqram təminatı, vergi məqsədləri üçün qeyri-maddi aktiv kimi tanınmayacaqdır və ona çəkilən xərclər əməliyyat xərclərinə daxil ediləcəkdir. Həmin proqram təminatından istifadə hüququ müəyyən müddətə, tutaq ki, 3 illik verilibsə, o zaman bu xərclər gələcək dövlərin xərcləri kimi tanınıb, hissə-hissə dövrlər üzrə xərclərə aid ediləcəkdir.

Vergi Məcəlləsinin 118-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin bir ildən artıq müddətə təsərrüfat fəaliyyətində istifadə etdikləri qeyri-maddi obyektlərə çəkilən xərclər də qeyri-maddi aktivlərə aiddir. Qeyri-maddi aktivlərə çəkilən xərclər Vergi Məcəllənin 114-cü maddəsi ilə müəyyən edilən amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 114.3.6-cı maddəsinə əsasən, amortizasiya olunan qeyri-maddi aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:

– istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək,

– istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə.

Misal: Müəssisə cari ildə istifadə müddəti qeyri-müəyyən olan 12.000 manat dəyərində patent və dəyəri 8.000 manat olan 5 illlik lisenziya əldə etmişdir.

Mühasibat uçotu üzrə müəssisəyə aid illik amortizasiya xərcləri belə hesablanacaq:

Patent üzrə – faydalı istifadə müddəti qeyri-müəyyən olduğu üçün amortizasiya hesablanmayacaq.

Lisenziya üzrə: 8.000 manat/ 5 il = 1.600 manat

Mühasibat uçotu üzrə illik amortizasiya xərci 1.600 manat olacaq.

Vergi uçotu üzrə müəssisəyə aid illik amortizasiya xərcləri isə aşağıdakı kimi hesablanacaq:

Lisenziya üzrə: 8000 manat/ 5 il = 1.600 manat

Patent üzrə 12000*10% = 1.200 manat

Vergi uçotu üzrə illik amortizasiya xərci 1.600+1.200= 2.800 manat.

Misaldan göründüyü kimi, mühasibat uçotu üzrə istifadə müddəti məlum olmayan qeyri-maddi aktiv üzrə amortizasiya hesablanmır, vergi uçotu üzrə isə həmin qeyri-maddi aktiv üçün, Vergi Məcəlləsinin 114.3.6-cı maddəsinə əsasən, illik 10 faiz amortizasiya hesablanmalıdır.

Vergi Məcəlləsinin 118.3-cü maddəsində göstərilir ki, qeyri-maddi aktivlərin alınmasına və ya istehsalına çəkilən xərclər vergi ödəyicisinin vergiyə cəlb olunan gəlirinin hesablanması zamanı gəlirdən çıxılmışdırsa, həmin xərclər amortizasiya olunmalı qeyri-maddi aktivlərin dəyərinə aid edilmir.

Beləliklə, Məcəllənin 118-ci maddəsinə əsasən, qeyri-maddi aktivlərin alınması və istehsalına çəkilən xərclər kapitallaşdırılmalıdır, eyni zamanda təsərrüfat fəaliyyətində istifadə edilən qeyri-maddi obyektlərə çəkilən xərclər qeyri-maddi aktiv dəyərinə aid edilməli və amortizasiya ayırmaları şəklində gəlirdən çıxılmalıdır. Lakin qeyri-maddi aktivlərə həm onun ilkin dəyəri formalaşdıqda, həm də sonra çəkilən xərclər vergi ödəyicisi tərəfindən kapitallaşdırılmadan gəlirdən çıxılmışdırsa, həmin xərclər amortizasiya olunmalı qeyri-maddi aktivlərin dəyərinə aid edilə bilməz.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 869 870 871 872 873 874 875 2. 704