Read More9
Read More9

Hamilə və azyaşlı uşağı olan işləyən qadınların hansı güzəştləri var?

posted in: Xəbər | 0

iş norması, iş günləri, istirahət günləri,Bəzi hallarda işəgötürənlərlə işçilər arasında hamilə və 3 yaşadək uşağı olan qadınlara güzəştlərin verilməsi ilə bağlı mübahisələr yaranır. Mövzunun hüquqi tərəflərini sərbəst auditor Altay Cəfərov şərh edir.

Qeyd edilən məsələ ilə bağlı Əmək Məcəlləsində müxtəlif güzəşt və azadolmalar, eləcə də işəgötürən üçün müəyyən qadağalar nəzərdə tutulmuşdur. Təcrübədə daha çox rast gəlinən məsələlərə, ən çox istinad edilən maddələrə nəzər salaq:

– qısaldılmış iş vaxtı (maddə 91);

– gecə vaxtı işlərinə cəlb edilməsinə yol verilməyən işçilər (maddə 98);

– əmək məzuniyyətinin verilməsi qaydası (maddə 131);

– hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının xüsusiyyətləri (maddə 240);

– qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər (maddə 241);

– qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasının, habelə ezamiyyətlərinin məhdudlaşdırılması (maddə 242);

– uşağın yedizdirilməsi üçün fasilələr (maddə 244).

Yuxarıda qeyd edilən maddələrdən ikisinə – 91 və 244-cü maddələrə diqqət yetirək.

Qısaldılmış iş vaxtı

Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

Əmək Məcəlləsinin maddəsindən aydın olur ki, hamilə qadınlar üçün qısaldılmış iş həftəsi rejimi tədbiq edilməlidir. Həmçinin yaşyarımadək uşağı olan qadınlara bu tədbiq edilir. 3 yaşına kimi uşağı olan qadınlara isə bu qayda ancaq uşağı təkbaşına böyütdükdə tədbiq edilməlidir. Yəni normal iş həftəsi 40 saatdırsa, o zaman bu kateqoriyaya aid olan qadınlar 36 saat iş rejimində işləməlidirlər. Hətta işəgötürən bu müddəti azalda da bilər. Azaldılan 4 saatın həftənin hansı günlərinə aid edilməli olduğunu işəgötürən və işçi birlikdə razılaşdırmalıdırlar. İkitərəfli razılıq əsasında bunu həftənin 4 günündə hər gün üçün 1 saat azaltmaqla və ya həftənin ancaq 1 günündə 4 saat azaltmaqla da tətbiq edə bilərlər.

Praktikada belə hallarda, adətən, həftənin 5 günündə hər gün iş vaxtı 1 saat qısaldılaraq, ümumilikdə 35 saatlıq iş həftəsi tədbiq edilir. Burada qanun pozuntusu yoxdur.

Uşağın yedizdirilməsi üçün fasilələr

Yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyən edilir. Uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orta əməkhaqqı saxlanılır. Qadının istəyi ilə uşağın yedizdirilməsi üçün fasilələr cəmlənərək nahar və istirahət vaxtına birləşdirilə, habelə iş vaxtının (növbəsinin) əvvəlində, yaxud axırında istifadə edilə bilər. Əgər qadın uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş vaxtının sonunda istifadə etmək istəsə, onda onun iş günü həmin fasilələrin müddəti qədər qısaldılır.

Bu maddə praktikda az tətbiq olunsa da, son zamanlar tədbiq edilməyə başlanmışdır və analar üçün çox vacib güzəştlərdəndir.

Misal: “AA” MMC-nin qadın işçisinin 1 yaşında uşağı vardır. MMC-də iş rejimi həftədə 5 gün, 40 saatdır.

İşçinin ümumi iş norması Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən 4 saat qısaldılmalı, yəni 40 saat yox, 36 saat olmalıdır. Nəzərə alaq ki, həftənin ilk 4 günü hər gün üçün iş vaxtı gündə 1 saat qısaldılaraq, gündəlik 7 saat olmuşdur.

Bu halda 7 saatlıq (nahar ilə birlikdə 8 saatlıq) rejimdə 2 tam 3 saatlıq müddət vardır. Ona görə də uşağı yedizdirməyə görə anaya gündəlik əlavə iki dəfə 30 dəqiqəlik fasilə verilməlidir. 2 fasilənin müddəti 1 saat təşkil edir. Odur ki, bu 1 saatlıq müddəti işçi və işəgötürən razılaşma əsasında iş gününün sonuna salıb, iş saatını daha 1 saat qısalda bilərlər.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Məzuniyyət hüququ verən əmək stajı

posted in: Xəbər | 1

maaş, Sosial xarakterli xərclər, əmək haqqı, ƏDV qeydiyyatına alınma öhdəliyiMəzuniyyət hüququ verən əmək stajı.

Əmək Məcəlləsində ən vacib məsələlərdən biri işçilərin əmək məzuniyyəti ilə bağlıdır. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Əmək Məcəlləsində birmənalı yazılıb ki, işəgötürən işçiləri əmək məzuniyyəti ilə təmin etməlidir. Məcəllədə işçinin qrafik əsasında təmin edilən məzuniyyətdən imtina etməsi, daha doğrusu, işə çıxaraq məzuniyyətə görə təzminat alması kimi hallar yoxdur. Yəni, işəgötürən işçinin məzuniyyətə çıxmasını təmin etməlidir. İşçilər və işəgötürənlər arasında əmək məzuniyyəti və əlavə məzuniyyətlərlə bağlı dövr məsələlərində aydınlıq gətirilməsinə ehtiyac olan müəyyən məqamlar qalır.

Məzuniyyət vaxtı staj dedikdə nə başa düşülür? Staja hansı dövrlər daxildir və hansı dövrlər bu məsələdə nəzərə alınmır?

Bu sualları aydınlaşdırmaq üçün Əmək Məcəlləsinin 132-ci maddəsinə nəzər yetirməliyik.

Maddə 132. Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər

1. Əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktiki işlədiyi vaxt və aşağıdakı dövrlər daxil edilir:

a) iş yerinin və bu Məcəllədə nəzərdə tutulmuş hallarda əməkhaqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr;

b) qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü;

c) əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;

ç) təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada tam bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr.

2. Bu Məcəllənin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti, məzuniyyət hüququ verən əmək stajına daxil edilmir.

Deməli, həm əmək məzuniyyəti, həm də əlavə məzuniyyətlərin verilməsi üçün sosial sığorta stajı yox, əmək stajı nəzərə alınır. Sosial sığorta stajı digər qanunvericilik aktları ilə, əmək stajı isə Əmək Məcəlləsi və bununla bağlı olan normativ aktlarla tənzimlənir. Əmək stajına görə işçilərə 2,4,6 gün müddətlərində əlavə məzuniyyətlər verilir.

Hər bir işəgötürən bu məsələyə aşağıdakı kimi yanaşmalıdır:

  • əmək məzuniyyətinin verilməsi üçün işçinin əmək stajı olmalıdır;
  • əmək stajı olması üçün də işçi faktiki işləməlidir və bu dövrə işçinin faktiki işlədiyi dövr daxil edilir;

-bundan əlavə, işçinin faktiki işləmədiyi dövr də əmək stajına daxil oluna bilər və bu artıq 132-ci maddənin a,b,c,ç bəndlərində göstərilən dövrlərdir. Yəni bu dövrlərdə işçi faktiki iş yerində olmur, işləmir, amma həmin müddət əmək stajı kimi nəzərə alınır.

132-ci maddədə ilk baxışda əmək stajına aid olan dövrləri başa düşmək olur, amma burda müəyyən incəliklər vardır ki, onları sadə misallarla nəzərdən keçirək.

Misal 1: Tutaq ki, “AA” MMC-nin işçisi 1 oktyabr 2019-cu ildə işə qəbul edilmiş, 1 mart 2020-ci il tarixindən 15 apel 2020-ci il tarixinə kimi xəstəliyə görə işə gəlməmişdir və qaydalara uyğun olaraq xəstəlik vərəqəsi təqdim etmişdir.

Sual meydana gəlir ki, işçi qayıdıqdan sonra əmək məzuniyyətindən istifadə edə bilərmi?

İşçi, faktiki olaraq, 1 oktyabr 2019-cu ildən 1 mart 2020-ci il tarixinə kimi 5 ay işləmişdir. Normal halda işçi altı ay işlədikdən sonra əmək məzuniyyətindən istifadə etməlidir. Xəstəlik dövründə isə o, faktiki olaraq işləməmişdir, amma 132-ci maddənin tələblərinə görə əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr əmək stajına daxil edildiyi üçün 15 aprel 2020-ci il tarixində onun iş stajı 6 ay 15 gün olur və işçinin əmək məzuniyyətindən istifadə etmək hüququ yaranır.

Misal 2: Turaq ki, “AA” MMC-də işçilərdən biri 20 gün müddətində ezamiyyətə göndərilmiş, bir işçi 2 ay müddətinə ödənişsiz məzuniyyətdə olmuş, digər bir işçi isə 1 ay müddətində faktiki işləməmiş, amma rəhbərliyin qərarı ilə ona əməkhaqqı ödənilmişdir. Sual meydana çıxır ki, bu dövlərdən hansı əmək stajı üçün nəzərə alınır? Aşağıdakı məqamlara diqqət yetirmək lazımdır:

  • ezamiyyətə göndərilən işçinin 20 günü əmək stajına daxil edilir: ona görə ki, bu vaxtı iş yeri saxlanılmışdır;
  • ödənişsiz məzuniyyətdə olan işçinin 2 ay müddəti əmək stajında daxil edilməyəcəkdir;

işləməmiş, amma əməkhaqqı saxlanılan işçinin 1 ay müddəti əmək stajı kimi sayılacaqdır. Onun həmin ay işləmədiyinə baxmayaraq, işəgötürənin qərarı ilə iş yeri və əməkhaqqı saxlandığına görə bu müddət əmək stajı kimi qəbul olunur.

Misal 3: Tutaq ki, bir işçi haqqında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir və MMC işçini işdən çıxarmaq barədə qərar çıxararaq onu işdən azad etmişdir. Müəyyən müddətdən sonra isə işçi məhkəmənin qərarı ilə bəraət qazanmışdır.

Başqa bir işçi barədə də məhkəmənin qərarı ilə 3 ay həbs qətimkan tədbiri seçilmişdir və bu zaman MMC işçinin günahkar olmasına inanmamış və onu işdən çıxarmamışdır. Proses başa çatdıqdan sonra məhkəmənin qərarı ilə işçi müəyyən müddətə azadlıqdan məhrum edilir. Sual meydana çıxır ki, bu dövlərdən hansı əmək stajı üçün nəzərə alınır?

Birinci halda, “AA” MMC işçini işdən çıxarmağına baxmayaraq məhkəmənin qərarı ilə ona bəraət verilmişdir. Bu zaman məhkəmənin qərarına diqqət yetirmək lazımdır: qərarda onun işə bərpa olunması ilə bağlı xüsusi bənd olmalıdır. Əks halda, işçi işə bərpa olunmaqla bağlı yenidən məhkəməyə müraciət etməlidir. İşçi işə bərpa olunduqdan sonra həbsdə olduğu müddət əmək stajı kimi nəzərə alınır.

İkinci halda, işçinin faktiki olaraq 3 ay işləmədiyinə baxmayaraq, bu müddət onun üçün əmək stajı sayılacaqdır. Ona görə ki, bu müddətdə işəgötürən faktiki olaraq onun əməkhaqqını və iş yerini saxlamışdır. Sonradan azadlıqdan məhrum edilən işçini işəgötürən hökmən işdən azad etməlidir.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi Məcəlləsinin 168-ci maddəsində güzəşt edilməsi dedikdə nə nəzərdə tutulur?

posted in: Vergi, Xəbər | 0

Vergi Məcəlləsi, xərcin çəkilməsi, kassa, vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,Sual: 168.1.5-ci maddədə “patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi” deyilir. Burada güzəşt edilməsi dedikdə nə nəzərdə tutulur?

Cavab: Bildiririk ki, vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektini təşkil edir.

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən bu maddədə göstərilən xidmətlər üzrə işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır.

Qeyd olunanlara əsasən patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqlar üzrə istifadə hüququnun verildiyi şəxslərin yerləşdiyi və ya qeydiyyatda olduğu və təsis edildiyi yerdə ƏDV-nin məqsədləri üçün xidmət yeri hesab edilir.

Belə ki, Mülki Məcəllənin 193-cü maddəsinin müddəalarına əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. Əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir.

Əsas: Vergi Məcəlləsinin 168-ci maddəsi.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mərkəzləşdirilmiş mühasibatlıq nədir və nə ilə məşğuldur? (I hissə)

posted in: Xəbər | 0

Maliyyə hesabatı, Mühasibat fəaliyyəti,Regionlarda və şəhərlərdə dövlət strukturlarında, büdcə təşkilatlarında – hakimiyyətin bütün səviyyələrində mərkəzləşdirilmiş mühasibatlıqlar yaradılır. Onlar necə işləyirlər və xidmətin ümumi kommersiya mərkəzləri ilə nə qədər oxşardırlar?

Mərkəzləşdirilmiş mühasibatlıq niyə yaradılır?

Mərkəzləşdirilmiş mühasibatlıq eyni zamanda bir neçə təşkilatın mühasibat uçotunu aparır. Çox vaxt bunlar regional və bələdiyyə əhəmiyyətli idarə və qurumlardır.

Məsələn: mərkəzləşdirilmiş rayon mühasibatlığı, təhsil müəssisələrinin mərkəzləşdirilmiş mühasibatlığı, mərkəzləşdirilmiş vilayət mühasibatlığı və s.

Niyə hakimiyyət orqanları mühasibatlığı mərkəzləşdirməyə qərar verirlər:

  • mühasibat uçotunun etibarlılığı artır: sənədlər də daxil olmaqla, daha az səhvlər edilir;
  • vahid texnologiya və metodologiya tətbiq olunur;
  • vergi riskləri azalır;
  • bütün hesabat növləri sürətlənir: mühasibat, vergi, idarəetmə;
  • daha az işçi heyəti lazım olur – əməkhaqqı fonduna qənaət;
  • uçotun ümumilikdə xərcləri azalır.
Mərkəzləşdirilmiş mühasibatlığın funksiyaları

Belə bir təşkilatın yaradılmasının əsas məqsədi büdcə müəssisələri və idarələrinin tərkibində olan mühasibatlıqların işini optimallaşdırmaqdır. Birləşmə sayəsində onların funksiyası rahat şəkildə və vahid bir məkanda yerinə yetirilir.  Beləliklə, mərkəzləşdirilmiş mühasibatlığa aşağıdakı vəzifələr tapşırılır:

  • vergi və mühasibat uçotu, təsərrüfat əməliyyatları və onların mühasibat qeydlərində əks olunması;
  • ilkin mühasibat sənədlərinin qəbulu, himayədə olan təşkilatlarda aparılan əməliyyatların qanuniliyinə nəzarət;
  • əmtəə-maddi dəyərlərin, əmlakın və digər resursların mövcudluğu və hərəkətinə nəzarət;
  • hüquqi və fiziki şəxslərlə operativ hesablaşmalar;
  • vergi orqanlarına, büdcədənkənar fondlara və digər strukturlara məcburi hesabat;
  • təşkilatların iqtisadi və maliyyə fəaliyyətinin təhlili.

II hissəyə nəzər yetirin



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 881 882 883 884 885 886 887 2. 705
error: Content is protected !!