Məzuniyyət haqqı hesablanarkən hansı gəlirlər nəzərə alınmır?

posted in: Xəbər | 0

Məzuniyyət haqqı hesablanarkən hansı gəlirlər nəzərə alınmır?

Pandemiya, vergi güzəştləri,Gəlirdən çıxılmayan xərclər, qeyri-rezident, ÖMV, ƏDV, cərimə, EDV, Riskli vergi ödəyiciləri,Əmək məzuniyyətinin hesablanması üçün istifadə olunan orta aylıq əmək haqqı üzrə nəzərə alınan və alınmayan ödənişlər mövcuddur. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarında məzuniyyət vaxtı üçün orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı verilib. Aktual hallar üzrə nəzərə alınan və alınmayan ödənişləri misal üzərində nəzərdən keçirək.

Tutaq ki, “A” MMC-nin işçisinin əvvəlki 12 ayda qazancı aşağıdakı gəlirlərdən formalaşıb. Məzuniyyət haqqı hesablanması zamanı bu gəlirlər Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş siyahıya əsasən:

1) İşçinin əmək haqqı 3.000 manat olub – nəzərə alınır;

2) İşçiyə son iki ayda işdəki müsbət göstəricilərinə əsasən, 400 manat mükafat hesablanıb – nəzərə alınır;

3) İşçiyə ad günü münasibətilə 100 manat mükafat hesablanıb – nəzərə alınmır;

4) Əlavə iş saatına görə 250 manat əmək haqqı hesablanıb – nəzərə alınır;

5) Əmək qabiliyyətini müvəqqəti itirməyə görə işəgötürən və DSMF tərəfindən 220 manat müavinət hesablanıb – nəzərə alınır;

6) İşçiyə hamiləliyə və doğuma görə 800 manat müavinət hesablanıb – nəzərə alınır;

7) İstifadə edilməmiş əmək məzuniyyətinə görə 450 manat kompensasiya hesablanıb – nəzərə alınmır;

8) 180 manat maddi yardım hesablanıb – nəzərə alınmır;

9) Peşə bayramı münasibətilə 100 manat mükafat hesablanıb – nəzərə alınmır;

10) İşçiyə 300 manat kirayə xərci hesablanıb – nəzərə alınmır;

11) İşçiyə 250 manat ezamiyyə xərci hesablanıb -nəzərə alınmır;

12) İstirahət günü işə çıxmağa görə 80 manat hesablanıb – nəzərə alınır;

13) Müvəqqəti əvəz etməyə görə 120 manat hesablanıb – nəzərə alınır;

14) Fəxri ada görə 75 manat hesablanıb – nəzərə alınır;

15) Mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə 1.200 manat hesablanıb – nəzərə alınmır;

16) İşçiyə 180 manat məzuniyyət haqqı hesablanıb – nəzərə alınır.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Təhtəlhesab şəxs şirkətin xərclərini şəxsi kartından ödəyə bilər?

posted in: muhasibat, Xəbər | 1

Təhtəlhesab şəxsSual: Hüquqi şəxs olaraq (ƏDV ödəyicisi kimi qeydiyyatdan keçən müəssisə) “Azərsu” ASC-yə olan kommunal ödənişi işçiyə təhtəlhesab məbləğ kimi (30 000 AZN-dən yuxarı olmamaq şərti ilə) verərək və işçi də özünə məxsus plastik kartla ödəniş edərsə, bu, gələcəkdə müəssisə üçün hər hansısa bir problem yarada bilərmi?

Cavab: Bildiririk ki, Azərbaycan Respublikasında mühasibat uçotunun aparılmasında əsas prinsiplərdən biri müəssisənin maliyyə hesabatlarında informasiyanın düzgün təqdimatı onun maliyyə vəziyyətinin və fəaliyyətinin maliyyə nəticələrini qərəzsiz, təhrifsiz, manipulyasiyasız və ya əhəmiyyətli faktları gizlətmədən, mahiyyətin formadan üstünlüyü konsepsiyası əsasında, mümkün qədər obyektiv əks etdirməsini nəzərdə tutur.

Bu o deməkdir ki, Konseptual Əsasların və ya müvafiq Milli Mühasibat Uçotu Standartının tanınma meyarlarına uyğun gələn və hesabat tarixinə və ya hesabat dövründə mövcud olan aktivlərə, öhdəliklərə, kapitala, gəlirlərə və xərclərə təsir göstərmiş bütün təsərrüfat əməliyyatları və digər hadisələr maliyyə hesabatlarında düzgün əks etdirilməlidir. Hüquqi şəxsin əməkdaşının “Azərsu” ASC üçün üçüncü şəxs hesab olunduğunu nəzərə alaraq, sorğunuzda qeyd olunan şəkildə hesablaşmanın aparılması cəmiyyət tərəfindən ödənişin hüquqi şəxsin borcunun ödənişi kimi tanınmamasına əsas verəcəkdir. Digər tərəfdən, bankomat verilən çıxarışının müəssisənin təyinatı üzrə çəkdiyi xərci təsdiqləyən sənədin identikləşdirilməsində də müəyyən çətinliklər yarana bilər.

Bax: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 iyul 2007-ci il tarixli I – 73/1 nömrəli əmri ilə təsdiq edilmiş “Kommersiya təşkilatları üçün milli mühasibat uçotu standartlarının konseptual əsasları”.

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İqtisadiyyat elminin inkişaf tarixi (III hissə)

posted in: Xəbər | 0

İqtisadiyyat elminin inkişaf tarixi (III hissə)

II hissəyə nəzər yetirin

iqtisadiyyat

Neoklasik nəzəriyyənin əsas ideyaları əmək, məhsul, pul, məhsul və xidmət bazarı və amillər bazarının əsas elementləri olduğu ümumi balanslı iqtisadi mühit haqqında ideyalardır. Azad rəqabət prinsipi və dövlətin qarışmaması prinsipi, bu sistemin əsas prinsipləridir.

Keynesianlıq. Ötən əsrin 30-cu illərinin böyük depressiyası təkcə bir çox inkişaf etmiş kapitalist ölkələrinin iqtisadiyyatını sarsıtmaqla kifayətlənməyib, həm də bir çox iqtisadçıların kapitalizm iqtisadiyyatında dövlətin roluna olan baxışlarını dəyişib. İngilis Con Maynard Keynes tənzimlənən kapitalizm konsepsiyasını elmi şəkildə əsaslandırmışdı. 1936-cı ildə o, “Məşğulluq, faiz və pulun ümumi nəzəriyyəsi” adlı məşhur əsərini nəşr edərək, bununla da iqtisadi nəzəriyyədə yeni bir istiqamət yaratmışdı. Keynes, milli gəlirin, investisiyaların və istehlakın makroiqtisadi analizini inkişaf etdirmişdi. O müəyyən etmişdi ki, iqtisadiyyatın uğurlu fəaliyyətini təmin etmək üçün həm istehlak, həm də investisiya yönümlü səmərəli tələbat formalaşdırılmalıdır. Məşğulluğun tənzimlənməsi, kreditin əlçatanlığının təmin edilməsi, sahibkarlara yardım və antiinflyasiya siyasəti vasitəsilə dövlət biznesi proqnozlaşdırılan edə bilər, cəmiyyət isə sosial stabil təsir göstərə bilər.

Monetarizm. XX əsrin 70-ci illərində inflyasiya bazar iqtisadiyyatında daimi hadisəyə çevrildi. Bu, monetarizm şəklində neoklasik iqtisadi nəzəriyyənin dirçəlişinə gətirib çıxardı. Amerikalı iqtisadçı Milton Fridmanın hazırladığı monetarizm nəzəriyyəsi iqtisadiyyatın inkişafında həlledici amil kimi pulları tanıyır. Keynes nəzəriyyəsinə qarşı monetaristlər hesab edirlər ki, kredit-pul tənzimlənməsinə əhəmiyyətli dövlət müdaxiləsi, bazar mexanizminin normal fəaliyyətini poza bilər. Ona görə də dövlətin iqtisadiyyata müdaxiləsi minimal funksiyalarla məhdudlaşmalıdır.

İnstitusional-sosioloji istiqamət. Bu istiqamətin nümayəndələri dövlətin, həmkarlar ittifaqlarının, korporasiyaların və ailənin anladığı təsisatları öz tədqiqatlarının predmeti hesab edirlər. İstiqamətin banisi isə XX əsrin qovşağında yaşamış amerikalı sosioloq T. Veblendir. Əsas problem qismində cəmiyyətin təkamülü irəli sürülür. Ona görə də institusional mütəxəssislər hesab edirlər ki, dövlət iqtisadiyyata sosial nəzarəti həyata keçirməlidir. İqtisadi sistemdə dövlət sektorunu və kompleks dövlət tənzimlənməsini inkişaf etdirmək lazımdır. Müasir institusionalizmin görkəmli nümayəndəsi olan C. Gelbreyt, ABŞ prezidenti C. Kennedinin seçki proqramının hazırlanmasında iştirak etmiş və daha sonra onun məsləhətçisi olmuşdu.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank-la Visa kartlarına komissiyasız köçürmələr etmək mümkün oldu

posted in: Xəbər | 0

Kapital Bank-la Visa kartlarına komissiyasız köçürmələr etmək mümkün oldu.

Kapital Bank-ın müştəriləri Visa şirkəti ilə birgə keçirilən yeni kampaniya çərçivəsində Visa kartlarına komissiyasız köçürmələr edə bilərlər. Belə ki, bankın istənilən kanalları vasitəsilə xaricdəki Visa kartına köçürmə həyata keçirdikdə komissiya geri qayıdacaq.

Şərtlərə əsasən köçürmə komissiyası müştəridən çıxılacaq və köçürmə edilən və ya alınan müvafiq ay bitdikdən sonra 21 iş günü ərzində bank tərəfindən geri ödəniləcək. 30 sentyabr 2021-ci il tarixinədək davam edəcək kampaniya çərçivəsində maksimum keşbek məbləği 5 manat təşkil edə bilər. Ətraflı məlumat üçün: https://kbl.az/vxkk.

Qeyd edək ki, Visa kartlarını Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 885 886 887 888 889 890 891 2. 705