Avropa İttifaqı kriptovalyutanı nəzarət altına alır (II hissə)
I hissəyə nəzər yetirin

Avropa Komissiyası pulların yuyulması ilə bağlı mübarizə qaydalarını yeniləyir.
Bu məlumat elektron köçürmələr ilə olduğu kimi bütün köçürmələr üzrə kriptoaktiv aktivlər üzrə ödəniş xidmətlərinin təchizatçıları tərəfindən təqdim olunacaq. Bu, şübhəli tranzaksiyaları izləməyə və zəruri hallarda onları bloklamağa imkan verəcək, deyə AK şərh edib.
Məlumatlara və ənənəvi hesablara giriş asanlaşacaq. Aİ-nin mövcud qanunvericiliyi ittifaq ölkələrində bank hesabları və onların sahibləri haqqında məlumat əldə etmək üçün xüsusi reyestrlərin və ya mexanizmlərin yaradılmasını tələb edir. İndi AK bu milli registrləri və ya mexanizmləri birləşdirən transsərhəd sistemin yaradılmasını təklif edir. “Bu, hüquq-mühafizə orqanlarına Aİ-nin digər üzv dövlətlərində şübhəli bank hesablarının olub-olmadığını tez müəyyənləşdirməyə imkan verəcək. Bu səbəbdən, maliyyə araşdırmalarının aparılması və beynəlxalq məsələlərdə aktivlərin geri qaytarılmasını asanlaşdıracaq”, – AK izah edib.
Bundan başqa, Avropa Komissiyası Aİ-də üçüncü ölkələrin siyahılarının yaradılmasını, pulların yuyulmasına qarşı mübarizə üzrə maliyyə tədbirlərinin hazırlanması qrupunun (FATF) analoji siyahılarının yaradılmasını təklif edir.
Hazırda bu siyahıda Aİ-nin bir üzvü – Malta da daxil olmaqla, 22 ölkə var. Bununla yanaşı, Avropa İttifaqı bu siyahıya FATF siyahısına daxil olmayan, lakin Aİ-nin maliyyə sistemi üçün təhlükə yaradan dövlətləri də daxil edə bilər. Avropa Birliyi artıq vergi sığınacağı olan ölkələrin qara və boz siyahılarını hazırlayır və bunları mütəmadi olaraq tənzimləyir. Nəhayət, nağd sövdələşmələrə daha bir tədbir toxunacaq – onlar üçün eləcə də bütün Aİ ölkələrindən ötrü ümumi limitin müəyyən edilməsi təklif olunur – nağd ödənişlər 10 min avrodan çox olmamalıdır.


Pərakəndə satış malların alıcıya satışının son istehlak məqsədilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.
Dövlət Vergi Xidmətindən bildirilib ki, pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaq.
Belə ki, fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.
Eyni zamanda, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olan şəxslər ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
Mənbə: vergiler.az
Bax:


Azərbaycanda fəaliyyət göstərən bütün müəssisələr (fiziki və hüquqi şəxslər) işçiləri əmək müqaviləsi əsasında muzdlu əmək fəaliyyətinə cəlb etdikləri zaman onlara görə məcburi sosial sığorta haqqı (MDSS) ödənişi etməlidirlər. İqtisadçı ekspert Radil Fətullayev MDSS-nin ödəniş qaydalarını şərh edir:
MMDS ödənişləri 2 yerə bölünür:
– sığortaedənin ödənişləri (işəgötürən müəssisənin hesabına tutulan sosial ödənişlər);
– sığorta olunanın ödənişləri (işçinin hesabına tutulan sosial ödənişlər.
“Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, məcburi sosial sığorta haqqının hesablanması qaydası aşağıdakı iki istiqamət üzrə aparılmalıdır:
– qeyri-neft-qaz və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığorta olunanlar üçün MDSS-nin hesablanması;
– neft-qaz və dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığorta olunanlar üçün MDSS-nin hesablanması.
Qanuna əsasən yuxarıda qeyd olunan sektorlar üçün MDSS-nin hesablanması 2019-cu il yanvarın 1-dən başlayaraq 7 il müddətində aşağıdakı qrafikdə göstərilən kimi müəyyənləşdirilib:
|
Əmək müqaviləsi üzrə çalışan işçilərin MDSS-ə cəlb edilməsi qaydası
|
|
Qeyri-neft-qaz və qeyri-dövlət sektoru üçün sığorta ödənişlərin hesablanması
|
Neft-qaz və dövlət sektoru üçün sığorta ödənişlərin hesablanması
|
|
SE
(sığortaedən) hesabına ödənişlər
|
SO
(sığorta olunan) hesabına ödənişlər |
SE
hesabına ödənişlər |
SO
hesabına ödənişlər |
| 22/15% |
3/10% |
22% |
3%
|
Qeyri-neft və qeyri-dövlət sektoru üçün məcburi sosial sığorta haqqının hesablanması qaydası aşağıdakı kimidir:
– Sığortaedənin hesabına ödənişlər işəgötürən müəssisə tərəfindən (işçinin maaşından tutulmayan) ödənilən sosial ödənişlərdir. Bu cür ödənişlər müəssisənin xərci kimi qeyd olunaraq hesabata daxil edilir. “Sosial sığorta haqqında” Qanuna əsasən, Azərbaycanda bu cür ödənişin faiz dərəcəsi əməkhaqqı fondundan 200 manata qədər olduqda 22 faiz, 200 manatdan çox olduqda əlavə məbləğin 15 faizi miqdarında MDSS-yə cəlb olunur.
– Sığortaolunanın hesabına ödənişlər işçinin maaşından tutularaq ödənilən sosial ödənişlərdir. Azərbaycanda bu ödənişin miqdarı qüvvədə olan qanunvericiliyə görə, əməkhaqqı 200 manata qədər olduqda 3 faiz, 200 manatdan yuxarı olduqda əlavə məbləğin 10 faizi miqdarında MDSS -yə cəlb olunur.
Neft və büdcə sektoru üçün məcburi sosial ödənişlərin hesablanması qaydası aşağıdakı kimidir:
– Sığortaedənin hesabına ödənişlərin məbləği əməkhaqqı fondunu birbaşa 22 faizə vurmaqla hesablanır və alınan məbləğ MDSS-yə cəlb olunur.
– Sığorta olunanın hesabına ödənişlərin miqdarı 2019-cu il üzrə qanunvericiliyə görə əməkhaqqının 3 faizi məbləğində müəyyən edilib.
Misal: Fərz edək ki, qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən müəssisənin üç işçisi vardır. Onların aylıq əməkhaqqı aşağıdakı kimidir:
direktor – 500 manat ;
mühasib – 300 manat;
təşkilatçı – 250 manat.
Direktor üçün:
Sığortaedən üçün MDSS məbləği:
200×22%+(500-200)x15% = 44+45=89 manat
Sığortaolunan üçün MDSS məbləği:
200×3%+(500-200)x10%=6+30=36 manat
Mühasib üçün:
Sığortaedənin MDSS məbləği:
200×22%+(300-200)x15% = 44+15=59 manat
Sığortaolunan üçün MDSS məbləği:
200×3%+(300-200)x10%=6+10=16 manat
Təşkilatçı üçün:
Sığortaedənin MDSS məbləği:
200×22%+(250-200)x15% = 44+7,5=51,5 manat
Sığorta olunan üçün MDSS məbləği:
200×3%+(250-200)x10%=6+5=11 manat.
Mənbə: vergiler.az
Bax:

