Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (I hissə)
Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (I hissə)
Nyu-York Universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı
Bu gün kifayət qədər geniş bir mövzu barəsində danışmaq istərdim, lakin, mənə elə gəlir ki, bu gün üçün kifayət qədər vacib olan budur: kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? İqtisadi sistemin necə yaxşı və ya pis işləyə biləcəyi üçün bir çox variantlar var. O, iqtisadi artıma gətirib çıxarır, yoxsa yox? Bərabərsizlik səviyyəsi artır və ya azalır? Resurslar və nemətlər nə dərəcədə bərabər bölüşdürülür? Ətraf mühitə hansı təsir göstərir? Bütün bunlar vacib suallardır. Bu gün mən iqtisadi artım və resursların bölüşdürülməsi mövzusuna diqqət yetirirəm.
Aparıcı kapitalist iqtisadiyyatlarında son 400 il ərzində kapitalizm artım gətirsə də, o, heç də həmişə inkluziv olmayıb, yəni, mənfəət bərabər bölüşdürülməyib. Mən bu məsələni əmək bazarına vurğu etməklə nəzərdən keçirmək istəyirəm. Çünki insanların əksəriyyəti üçün onların həyat səviyyəsi əmək qazancından asılıdır. Bəzən orta əməkhaqqı işçilərin məhsuldarlığı ilə bərabər artırdı. Bu yaxşı bir nəticədir, yəni bir işçiyə düşən məhsul artımı və müvafiq olaraq gəlirində artım deməkdir. Digər tərəfdən, orta əməkhaqqı iqtisadi artım zamanı qalxmaya da bilərdi.
Bəzən ayrı-ayrı insanlar arasında qeyri-bərabərliyin artması müşahidə olunurdu. Çünki bəziləri gəlir əldə edirdilər, bəziləri isə əmək haqqının azalması ilə rastlaşırdılar, özü də işçilər və kapitalistlər arasında deyil, işçilər arasında da belə dinamika müşahidə olunurdu. Tədqiqatlarımda bunun nə vaxt və nə üçün baş verdiyini anlamağa çalışıram.
İndi bir neçə ideyam var ki, mən bu tarixi müzakirədə istifadə etmək istəyirəm. Onların birincisi bundan ibarətdir ki, əmək bazarı ilə texnoloji dəyişikliklər arasında bir əlaqə vardır. Bəs, əgər biri digərinə təsir edirsə, nə baş verir? Məsələn, yüksək maaşlar yeni texnologiyaların ixtirası üçün stimul yaradır, bu isə bir işçi üçün kapitalın miqdarını artırır ki, bu da əmək haqlarını qorumağa imkan verir.
Maşınların və məsələn, kompüter sistemlərinin quraşdırılması – kapital tutumlu dəyişikliklərdir. Bu faydalıdır, çünki müxtəlif avadanlıqların quraşdırılması hesabına qənaət edilən əmək xərcləri, onun istifadə xərclərindən daha yüksəkdir. Maaşların artması ilə fayda da artır, bu da avtomatlaşdırmanı təşviq edir.
Digər tərəfdən, avtomatlaşdırma da əmək bazarına təsir göstərə bilər: yeni avtomatlaşdırılmış maşınlar peyda olduqca, biz köhnə istehsal texnologiyalarından istifadə edən işçilər arasında böyük iş itkisi ilə üzləşə bilərik. İnsanların iş yerlərini itirməsi ilə bağlı bir sıra problemlər mövcuddur. Onlar nə qədər tez və yeni bir iş yeri tapa bilərlər? Köhnəlmiş bacarıqları olan işçilər üçün əmək haqqlarında azalma, müvafiq ixtisaslara sahib olanlar üçün isə artım ola bilər. Bütün bunlar mühüm işlərdir.


2000-ci ildə maliyyə idarəetməsi sahəsinin eksperti hesab edilən Robert Kiyosaki maliyyə müstəqilliyini müdafiə edən və oxucularını sərmayələrini investisiya, daşınmaz əmlak və sahibkarlıq yolu ilə qurmağa təşviq edən “Zəngin ata, Kasıb ata” adlı kitab yazmışdır. Kiyosakinin müəllifi olduğu kitabın əsas konsepsiyalarından biri, bütün insanları maddi zəkalarına görə dörd kateqoriyadan birinə aid edən pul vəsaitlərinin ölçülməsidir. Həmin dörd kateqoriyaya işçi, fərdi işçi, iş sahibi və investorlar daxildir.
Dövlət Vergi Xidmətindən bildirilir ki, aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövzu ilə bağlı açıqlamasında sığorta ödənişini almaq hüququnun kimə aid olması məsələsinə aydınlıq gətirilib. Bu hüquq yalnız o sığortaolunanlara verilir ki, onlar dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində, habelə əmək müqaviləsinin müddəti qurtarması nəticəsində əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq haqqında” Qanun ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyata alınmış olsunlar.