Əlavə dəyər vergisinin (ƏDV) əvəzləşdirilməsində tətbiq olunan limitlər

posted in: Xəbər | 0

ƏDV-dən azad, Vergitutma obyekti EDVBir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir.

Əsaslandırma: Vergi Məcəlləsinin 175.2-ci maddəsi.


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergilərin azaldılmasına görə maliyyə sanksiyaları

posted in: Xəbər | 0

məsuliyyət, Ödənilməyən vergilər,Vergiləri vaxtında və tam şəkildə ödəmək hər bir vergi ödəyicisinin borcudur. Lakin bəzi hallarda vergi ödəyiciləri öz öhdəliklərinə məsuliyyətsiz yanaşır, maliyyə sanksiyaları ilə üzləşirlər. Maliyyə eksperti Şəms Hüseynova vergilərin azaldılmasına görə sanksiyaların tətbiq olunması hallarını şərh edir.

Vergi Məcəlləsinin 58.1-ci maddəsinə görə, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılarsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim edilməməklə yayındırılarsa, vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Misal 1. Tutaq ki, hüquqi şəxs olan vergi ödəyicisi 01.01.2021-ci il tarixdə fiziki şəxs ilə müqavilə bağlayaraq sahəsi 50 m² olan qeyri-yaşayış yerini ofis kimi hər ay ödənişi 1000 manata icarəyə götürüb. Bu zaman onun hər rübün sonunda ödəmə mənbəyində vergi (ÖMV) bəyannaməsi təqdim etmək öhdəliyi yaranır.

1000 manat x 14%= 140 manat (bir aylıq ÖMV məbləği)

140 manat x 3 ay = 420 manat (rüblük ÖMV məbləği)

Təqdim olunan bəyannamədə yazılmalı olan məbləğdən az, yəni 300 manat göstəriərsə, cərimə azaldılmış vergi məbləğinin 50%-ni (kameral qaydada hesablanmış əlavə vergi məbləği istisna olmaqla) təşkil edəcək.

420 manat (düzgün ÖMV məbləği)- 300 (azaldılmış ÖMV məbləği) = 120 manat

120 manat x 50% = 60 manat (cərimə məbləği)

Vergi Məcəlləsinin 58.1-1-ci maddəsinə görə, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılması, habelə büdcəyə çatası vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılması vergi ödəyicilərinin vergi orqanına elektron formada təqdim etdikləri məlumatlar əsasında aşkar edildikdə, həmin vergi ödəyicilərinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 25 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Misal 2. Tutaq ki, vətəndaş 01.07.2021-ci ildə oynanılmış lotoreyada 10.000 manat udub. Bu məbləğ ödəmə mənbəyindən gəlir hesab edilir və vergiyə cəlb olunur. Uduş məbləğinə 10% vergi dərəcəsi tətbiq edilməli və büdcəyə ödənilməlidir.

10.000 manat * 10% ( ÖMV vergi dərəcəsi) = 1000 manat ( büdcəyə ödənilməli olan ÖMV məbləği)

Büdcəyə ödənilməli olan ÖMV məbləği – 1000 manat növbəti ayın 20-ə kimi, yəni 20.08.2021-ci ilədək büdcəyə ödənilməlidir. 20.08.2021-ci ilə qədər ödəniş edilməyibsə, bu, büdcə ödənişindən yayınma hesab edilir və (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) məbləğin 25 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir:

1000 manat * 25%= 250 manat (maliyyə sanksiyasının məbləği).

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ƏDV qeydiyyatından əvvəlki dövrə görə əvəzləşmə mümkündürmü?

posted in: Xəbər | 0

Bonus-hədiyyə, hesabatlılıq , uçot, Məzuniyyət haqqı, Məzuniyyət haqqının hesablanması, Qeyri-iş günlərində əmək haqqı, ƏDV məbləği, MDSS, Orta aylıq əmək haqqı məbləğiƏlavə dəyər vergisinin (ƏDV) əvəzləşdirilməsində tətbiq olunan limitlərlə bağlı vergi ödəyicilərində müəyyən suallar yaranır. Mövzunu mühasibat mütəxəssisi Murad Almasov şərh edir.

Vergi Məcəlləsinin 175.2-ci maddəsinə əsasən, bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilməsinə icazə verilir.

Maddədən göründüyü kimi, vergi ödəyici hətta ƏDV ödəyicisi olduqda belə ƏDV-nin əvəzləşdirilməsində limitlər tətbiq edilir.

Misal: ƏDV ödəyicisi kimi qeydiyyatda olmadığı dövrdə “AA” MMC tərəfindən “BB” MMC-dən 2020-ci ilin yanvar ayında 118.000 manat (ƏDV daxil) dəyərində mallar alınıb və həmin dövrdə ödəniş edilməyib. Daha sonra həmin mallar “CC” MMC-yə 150.000 manata satılıb. 2021-ci il yanvar ayının 1-də“AA” MMC ƏDV ödəyicisi kimi qeydiyyata alınıb və keçən il aldığı malın ƏDV-sini əvəzləşdirməyə qərar verib.

Burada hansı məqamlar nəzərə alınmalıdır?

1. ƏDV qeydiyyatına qədər olan əməliyyatlar

Alınmış elektron qaimə üzrə malların dəyəri – 100.000 + 18% = 118.000 manat;
satış dəyəri – 150.000 manat.

Malları satan “AA” MMC ƏDV ödəyicisi olmadığı üçün 150.000 manat satış dəyərini ƏDV-yə cəlb etmir. Bununla yanaşı, onun həmin malların alışı zamanı yaranmış ƏDV məbləğini əvəzləşdirmək hüququ olmur.

2. ƏDV qeydiyyatından sonrakı əməliyyatlar

Satılmış malların dəyəri 118.000 manat (100.000 + 18%) 2021-ci ilin yanvar ayında Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinə uyğun olaraq “AA” MMC tərəfindən “BB” MMC-yə ödənilir.

Əgər mümkün olsaydı, 2021-ci ilin yanvar ayında “AA” MMC ödəniş etdiyi ƏDV məbləğini (18.000 manat) büdcədən geri istəyəcəkdi.

Vergi ödəyicisinin ƏDV ödəyici olmadığı dövrdə, yəni mal, iş və xidmətlərin təqdim edilməsini ƏDV-yə cəlb etmədiyi dövrdə əldə etdiyi elektron qaimə-fakturaların ƏDV qeydiyyatına durduqdan sonra əvəzləşdirməsi Vergi Məcəlləsinin 175.2-ci maddəsinin tələblərini pozur. Çünki faktiki olaraq ƏDV ödəyicisi kimi qeydiyyatda olmadığı dövrdə sahibkarlıq fəaliyyətində satışa ƏDV tətbiq edilməyib. Ona görə də satışa ƏDV tətbiq etmədiyi dövr ərzində alınan malların ƏDV-si əvəzləşdirilə bilməz.

Qeyd edək ki, Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən, ƏDV – vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

Yuxarıda qeyd etdiyimiz misalda verilən elektron qaimə-fakturalara müvafiq surətdə əvəzləşdirilməli olan ƏDV məbləği olsa da, vergi tutulan dövriyyədən hesablanan ƏDV məbləği mövcud deyildir. Əvəzləşdirmə mümkün olmuş olsaydı, bu əməliyyat Vergi Məcəlləsinin 153-cü maddəsi ilə ziddiyyət təşkil edəcəkdi.

Vergi Məcəlləsinin istinad etdiyimiz hər iki maddəsinə (175.2 və 153) əsasən deyə bilərik ki, vergi ödəyicisinin ƏDV ödəyicisi kimi qeydiyyatda olmadığı tarixdə əldə etdiyi elektron qaimə-fakturaların ƏDV qeydiyyatına durduqdan sonra əvəzləşdirilməsi mümkün deyildir.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşçilərin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin siyahısı

posted in: Xəbər | 0

İşçilərin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin siyahısı açıqlanıb.

Siyahı aşağıdakı kimidir:

Kommunal sahə üzrə:

    1. elektrik enerjisi, qaz, istilik ilə təchizat;
    2. su təchizatı və meliorasiya, çirkli suların yığılması və təmizlənməsi;
    3. tullantıların yığılması, emalı və məhv edilməsi.

Nəqliyyat, logistika və kommunikasiya sahəsi üzrə:

  1. dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti;
  2. liman xidmətləri;
  3. logistika xidmətləri;
  4. telekommunikasiya və rabitə xidmətləri;
  5. poçt və kuryer fəaliyyəti.

Sosial sahə üzrə:

  1. sosial xidmətlərin göstərilməsi;
  2. əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.

Ticarət və ictimai iaşə sahəsi üzrə:

  1. topdan və pərakəndə ticarət;
  2. ictimai iaşə;
  3. yeməklərin göndərilməsi və çatdırılma xidmətləri.

Turizm sahəsi üzrə:

  1. mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi;
  2. səyahət agentliklərinin və turoperatorların fəaliyyəti.

Maliyyə xidmətləri üzrə:

  1. maliyyə və sığorta fəaliyyəti (bank, bank olmayan kredit təşkilatları, lombardlar, sığorta təşkilatları, ödəniş xidmətləri).

Digər sahələr üzrə:

  1. poliqrafiya fəaliyyəti, çap və surətçıxarma xidmətləri;
  2. bütün növ maşın və avadanlıqların quraşdırılması və təmiri;
  3. kompüterlərin və rabitə avadanlıqlarının, şəxsi istifadə əşyalarının, məişət mallarının təmiri;
  4. avtomobillərə və motosikletlərə texniki xidmət göstərilməsi, onların təmiri və yuyulması;
  5. kirayə və lizinq fəaliyyəti;
  6. daşınmaz əmlakın alınması və satılması xidmətləri;
  7. memarlıq, mühəndislik, layihələndirmə və texniki məsləhətlər verilməsi sahəsində fəaliyyət;
  8. reklam fəaliyyəti və bazarın öyrənilməsi;
  9. işə düzəltmə agentliklərinin fəaliyyəti;
  10. tədris və repetitor xidmətləri;
  11. tərcümə üzrə xidmətlər;
  12. dizayn fəaliyyəti;
  13. fotoqrafiya sahəsində fəaliyyət;
  14. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlər (mühasibat uçotu və audit, hüquq, kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə məsləhət (konsaltinq) xidmətləri və sahibkarlıq subyektlərinə təqdim edilən bu kimi digər iş və xidmətlər);
  15. istehsal və yaşayış binalarının, mənzillərin təmizlənməsi və yığışdırılması;
  16. dezinfeksiya xidmətləri;
  17. toxuculuq və xəz məmulatlarının yuyulması və kimyəvi təmizlənməsi;
  18. dərzi xidmətləri;
  19. bərbərxana və gözəllik salonları;
  20. baytarlıq fəaliyyəti;
  21. heyvan sığınacaqları.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 910 911 912 913 914 915 916 2. 705