ƏDV nədir və bu vergi ilk dəfə nə vaxt, hansı ölkədə tətbiq olunub? (I hissə)

posted in: Vergi, Xəbər | 0

ƏDV nədir, ƏDV qeydiyyatı, təkrar sığorta, Qeyri-rezident, Dövlət büdcəsinin gəlirləri, ƏDV-dən azad, ƏDV qeydiyyatının ləğvi, ƏDV ödənişi, ƏDV-nin qaytarılması mexanizmi, ƏDV depozit hesabı, ƏDV ödəyicisi, ƏDV hesablanması, EDV ƏDV Müavinət məbləği Əsas məbləğ

Fiskal tarix

Əlavə dəyər vergisi (ƏDV) – dünyada ən gənc vergilərdən biridir. Onun geniş tətbiqinə yalnız ötən əsrin 60-cı illərində başlanılıb. Onun kök saldığı yerdə hakimiyyət, bir qayda olaraq, dövlət büdcəsinin gəlirli hissəsini onsuz təsəvvür etmir və ƏDV-nin bir zərurət və büdcədən ötrü faydası olduğundan əmindirlər. Lakin ABŞ və Yaponiyada bu vergi olmadan da əla keçinə bilirlər. Deyirlər ki, prezidentliyi dövründə Bill Klinton bir dəfə ƏDV-nin tətbiqi məsələsini qaldırmağa risk edib. Amma dərhal cavabında soyuqqanlılıqla qarşılığını alıb: Amerikalı iqtisadçılar ona bildiriblər ki, ƏDV-nin fəaliyyət göstərdiyi ölkələrdə vergi yükü, ümumilikdə bu verginin tətbiq edilmədiyi dövlətlərin analoji göstəricisindən təxminən 40% çoxdur. Ola bilsin ki, məhz, bu səbəbdən Rusiyada ƏDV-nin satış vergisi ilə əvəz edilməsinin tərəfdarları var.

İlk “qaranquş”

İlk dəfə olaraq, ƏDV-nin universal dolayı vergi kimi tutulmasının mümkünlüyü barədə Birinci dünya müharibəsi başa çatdıqdan dərhal sonra Almaniyada danışmağa başlayıblar. Bununla bağlı danışıqların təşəbbüskarı kimi həmin dövrdə artıq nəhəng transmilli korporasiyaya çevrilməyə nail olan “Siemens” şirkətinin rəhbəri Vilhelm fon Simens çıxış edirdi. 1919-cu ilə qədər bu sənaye qrupu xaricdəki mülkiyyətinin böyük hissəsini itirmişdi. Xaricdə demək olar ki, bütün patent hüquqlarını əldən vermişdi və bütövlükdə öz kapitalının, demək olar ki, yarısına qədər ciddi maliyyə itkisi ilə üzləşmişdi. Almaniyanın digər müəssisələri də yaxşı vəziyyətdə deyildi – belə ki, ölkə böyük müharibəni uduzmuşdu və o cümlədən iqtisadi cəhətdən qaliblərdən asılı vəziyyətə düşmüşdü.

Vilhelm fon Simens iqtisadiyyatı stimullaşdırmaq üçün dövlət xəzinəsini əhəmiyyətli şəkildə doldura biləcək. Lakin bu zaman əsas ödəniş yükünün istehsalçıların deyil, son istehlakçıların çiyinlərinə düşəcək, Almaniyanın vergi sistemində islahatların aparılması və xüsusilə də yeni dolayı verginin tətbiq edilməsi təklifi ilə çıxış etmişdi. Bu məsələnin inkişafını fon Simensin qəfil ölümü ləngitdi və ƏDV barədə demək olar ki, yarım əsr ərzində heç kim danışmadı.

ƏDV ilə Avropa Birliyinə

Bu verginin tətbiq edilməsi ideyası artıq ikinci dünya müharibəsindən sonra Fransada bərpa olundu. 1954-cü ildə fransız iqtisadçı, Fransanın İqtisadiyyat, Maliyyə və Sənaye Nazirliyinin vergilər və rüsumlar Müdirliyinin rəhbəri Moris Lore, sözügedən vergi ilə bağlı təklifləri ətraflı şəkildə hazırladı və ƏDV vergitutma sxemini hökumətə təklif etdi ki, ƏDV indiyə kimi həmin formada mövcud olmaqda davam edir.

Yeni verginin ortaya çıxması, elə də böyük bir sürpriz olmadı. Bundan əvvəl Fransa vergi sistemində iki təkamül sıçrayışı baş vermişdi. Belə ki, 1937-ci ildə ölkə dövriyyədən vergi tutulmasından vahid istehsal vergisinə keçib. 11 il sonra isə, 1948-ci ildə istehsalçılar aldıqları komplektləşdiricilərin qiymətinə daxil olan vergini çıxmaqla satış məbləğindən ümumi vergi ödəyəndə, ayrı-ayrı ödəniş sistemi tətbiq olunmuşdu. Bundan altı il sonra, 1954-cü ilə qədər artıq əvvəlki sxemləri əvəz etməli olan yeni vergi ideyası birdəfəlik rəsmiləşdirilmişdi.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi

posted in: Xəbər | 0

Vahid Tarif Cədvəli, qurban bayramı, COVID-19 pasportu, gömrük rüsumları, Gömrük rüsumlarının dərəcələri, Peşəkar mühasib sertifikatı, Sosial müavinət, sənəd dövriyyəsi, əmək haqqı, Peşəkar mühasib sertifikatı, iş günlərinə dəyişiklik, Ailə kəndli təsərrüfatı, əmək haqqının normativləri, Elektron qaimə-fakturanın forması, maliyyə dəstəyi, 190 manat, icbari tibbi sığorta, Kommersiya hüquqi şəxslərin təsisçiləri, karantin rejimi sərtləşdirilir, Gələn ilin bayram günləri, Karantin rejiminin müddəti, Malların ixrac qeydi ilə satışı Qaydası, aztəminatlı azərbaycanlılar, sosial yardım, gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi, aqrar sığorta, xüsusi karantin rejimi, Sığortaolunanların fərdi uçotu, Sığortaolunanların fərdi uçotunun aparılması, uyğunluq nişanı, Uyğunluq sertifikatı, Uyğunluq sertifikatının forması, kassa əməliyyatları, Nağd pul vəsaitinin uçotu, Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiNazirlər Kabineti “Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası”nı təsdiq edib.

Bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması belədir:

Bu Qayda “Texniki tənzimləmə haqqında” Qanuna uyğun olaraq uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması qaydalarını müəyyən edir.

Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

Reyestr – uyğunluq sertifikatı və uyğunluq bəyannaməsi barədə elektron informasiya ehtiyatı;

Uyğunluq sertifikatı – malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən müəyyən formalı sənəd;

Uyğunluq bəyannaməsi – malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunun bəyan edildiyi müəyyən formalı sənəd;

Xarici mənşəli uyğunluq sənədi – xarici dövlətlərdə verilmiş və idxal olunan malların təhlükəsizliyə dair məcburi tələbləri müəyyənləşdirən xarici texniki reqlamentlərin və ya digər xarici texniki normativ hüquqi aktın tələblərinə uyğunluğunu təsdiq edən müəyyən formalı sənəd;

Uyğunluğu qiymətləndirən qurum – “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna uyğun olaraq akkreditasiya edilmiş malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar, hüquqi və fiziki şəxslər;

Təsərrüfat subyekti – istehsalçı, idxalçı və ticarət nümayəndəsi (agent).

Bu Qaydanın məqsədləri üçün istifadə olunan digər anlayışlar “Texniki tənzimləmə haqqında” Qanunda nəzərdə tutulan mənaları ifadə edir.

Reyestr İqtisadiyyat Nazirliyi tərəfindən aparılır.

Reyestr dövlət dilində, vahid forma, metod, prinsiplər əsasında aparılır və elektron qaydada tərtib edilir.

Reyestr informasiya ehtiyatıdır. Reyestrin formalaşdırılması, aparılması, idarə olunması, tamlığı və mühafizəsi Nazirlik tərəfindən təmin edilir.

Reyestrin informasiya təminatı uyğunluğu qiymətləndirən qurumlar və təsərrüfat subyektləri tərəfindən məlumatların təqdim edilməsi yolu ilə həyata keçirilir.

Uyğunluğu qiymətləndirən qurum uyğunluq sertifikatının verilməsi, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi, xarici mənşəli uyğunluq sənədlərinin tanınması, onun Azərbaycanda qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi barədə qərar qəbul etdiyi gün müvafiq sənədlərin surətlərini bu Qaydanın bəndlərində göstərilmiş məlumatlarla birgə kağız daşıyıcıda Nazirliyə təqdim edir və ya sifarişli poçt vasitəsilə, yaxud gücləndirilmiş electron imzadan istifadə etməklə elektron formada Nazirliyin rəsmi internet saytına göndərir.

Təsərrüfat subyekti uyğunluq bəyannaməsinin tərtibi, onun qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi barədə qərar qəbul etdiyi gün müvafiq sənədlərin surətlərini bu Qaydada qeyd olunmuş məlumatlarla birgə kağız daşıyıcıda Nazirliyə təqdim edir və ya sifarişli poçt vasitəsilə, yaxud gücləndirilmiş electron imzadan istifadə etməklə elektron formada Nazirliyin rəsmi internet saytına göndərir.

Sertifikatlar və bəyannamələr, onların qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi, xarici mənşəli uyğunluq sənədlərinin tanınması, onların Azərbaycanda qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi barədə məlumatlar Nazirliyə daxil olduğu tarixdən iki iş günü müddətində çatışmazlıqların olub-olmaması yoxlanılır və çatışmazlıqlar aşkar edilmədikdə reyestrə daxil olunur.

Təqdim edilmiş məlumatlarda çatışmazlıqlar müəyyən edildikdə, Nazirlik bu Qaydada göstərilən müddətdən gec olmayaraq çatışmazlıqlar qeyd olunmaqla onların aradan qaldırılması barədə yazılı bildirişi uyğunluğu qiymətləndirən quruma və ya təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt, yaxud elektron formada göndərir. Çatışmazlıqlar uyğunluğu qiymətləndirən qurumlar və təsərrüfat subyektləri tərəfindən bildirişin alındığı tarixdən iki iş günü müddətində aradan qaldırılmalıdır.

Çatışmazlıqlar uyğunluğu qiymətləndirən qurumlar və təsərrüfat subyektləri tərəfindən bu Qaydada qeyd olunan müddətdə aradan qaldırılmadıqda, təqdim edilmiş məlumatlar Reyestrə daxil olunmur və bu barədə Nazirlik tərəfindən qəbul edilmiş əsaslandırılmış qərar iki iş günü müddətində uyğunluğu qiymətləndirən quruma və ya təsərrüfat subyektinə təqdim edilir və ya sifarişli poçt, yaxud elektron formada göndərilir.

Təqdim edilmiş məlumatların reyestrə daxil olunmaması barədə qərar uyğunluğu qiymətləndirən qurumun və ya təsərrüfat subyektinin yenidən müraciət etməsinə maneə olmur.

Reyestrə daxil olunmuş məlumatlarda aparılmış dəyişikliklərin reyestrə yenidən daxil olunması bu Qaydanın müddəaları nəzərə alınmaqla həyata keçirilir.

Reyestr ictimaiyyət üçün açıqdır. Reyestr Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilir və məlumatlar mütəmadi olaraq yenilənir.

Reyestrdən məlumatın kağız daşıyıcıda əldə edilməsi ilə bağlı informasiya sorğuları “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun olaraq icra edilir.

Reyestrə daxil olunmuş məlumatlar Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə Reyestr arxivində saxlanılır.

Mənbə: fed.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Auditorlar Palatası daxili nəzarət və daxili audit təlimi keçirir

posted in: Xəbər | 0

PUBLİK HÜQUQİ ŞƏXSLƏRİN RƏHBƏRLƏRİNİN NƏZƏRİNƏ!

ELAN

İdarəetmənin yeni dövrün çağırışlarına cavab verən mütərəqqi forması olan Publik hüquqi şəxslərin yaradılması ölkəmizdə geniş vüsət almaqdadır. Publik hüquqi şəxslərdə səmərəli və şəffaf fəaliyyətin təmin edilməsi üçün qanunvericilikdə daxili audit bölməsinin yaradılması nəzərdə tutulmuşdur. Daxili auditor peşəsinin incəliklərinə dair zəruri biliklərə və səriştəyə malik olan daxili auditor kadrlarına təlabatın artmasını nəzərə alaraq Azərbaycan Respublikası Auditorlar Palatası ilə əməkdaşlıq edən beynəlxalq CIA, CFE sertifikatlara malik Müslüm Rüstəmov tərəfindən “Publik hüquqi şəxslərdə daxili nəzarət və daxili audit” ixtisası üzrə kadrlarının hazırlanmasına başlanılmışdır.

Təlim ödənişlidir.

Təlimdə iştirak etmək istəyən şəxslər Auditorlar Palatasına aşağıdakı sənədləri təqdim etməlidirlər:

– Publik hüquqi şəxsin göndərişi və ya təlimdə iştirak etmək üçün müəyyən olunmuş formada ərizə;

– Şəxsiyyət vəsiqəsinin surəti.

Təlimin başlama tarixi: 01 sentyabr 2021-ci il.

Təlimin müddəti: 24 saat.

Həftədə: 2 gün.

Dərs müddəti: 2 saat

Əlaqələndirici şəxs: Kadr hazırlığı idarəsinin rəis müavini Aytən Seyidəliyeva.

E-mail: .

Ünvan: S.Y. Bakuvi küçəsi, 35

Əlaqə telefonları: (012) 465-21-75; Mob-Whatsapp: 055 866 44 29



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək müqaviləsi bağlanılarkən sınaq müddətinin təyin olunması

posted in: Xəbər | 0

əmək münasibəti, əmək müqaviləsi, Əmək müqaviləsinə xitam,Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənin əsas hüquqlarından biri – əmək müqaviləsi imzanarkən sınaq müddəti təyin olunması barədə açıqlama verib.

Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək işəgötürənin əsas hüquqlarından biridir.

Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsi bağlanılarkən sınaq müddəti, sınaq müddəti müəyyən edilməyən hallar, işə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydası aşağıdakı maddələrdə öz əksini tapıb:

Əmək Məcəlləsinin 51-ci maddəsində sınaq müddəti ilə bağlı bildirilir:

1. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərtilə müəyyən edilir.

2. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əməkhaqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir.

3. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.

Əmək müqaviləsi bağlanılarkən Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən, aşağıdakı hallarda sınaq müddəti müəyyən edilmir:

– yaşı 18-dən az olan şəxslərlə;

– müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla;

– hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;

– təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;

– ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;

– iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;

– tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda.

İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydası isə Əmək Məcəlləsinin 53-cü maddsində aşağıdakı kimi tənzimlənir:

1. Sınaq müddəti bitənədək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.

2. Sınaq müddəti bitənədək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.

3. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir.

4. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.

Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilməsi halı Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndində də öz əksini tapmışdır. Müvafiq maddədə bildirilir ki, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 913 914 915 916 917 918 919 2. 705