Hansı məlumatlar vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur?
Dövlət Vergi Xidmətindən bildirilir ki, aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur:
• vergi ödəyicisinin razılığı ilə aşkar edilən;
• vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında (VÖEN);
• müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında;
• vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında;
• vergi ödənişləri üzrə borclar;
• hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla);
• vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmaması haqqında;
• vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının dayandırılıb-dayandırılmaması haqqında;
• vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması haqqında.
Əsaslandırma: Vergi Məcəlləsinin 30.2-ci, 30.2.1-30.2.9-cu maddələri.
Mənbə: vergiler.az
Bax:
Sığorta və təkrar sığorta əməliyyatları hansı hallarda ƏDV-dən azaddır?
İşəgötürən işçini ixtisar etdiyi halda müavinət
“Malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparılması” dedikdə nə nəzərdə tutulur?
QSC-nin təsisçi fiziki şəxslərə ödədiyi dividenddən vergi tutulur?
Nəzarət-kassa aparatı çeklərində hansı məlumatlar olmalıdır?
Əcnəbilərin gəlirləri vergiyə necə cəlb olunur?


Bu il iyulun 1-i vəziyyətinə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1,1 mln. keçib.
2021-ci ilin birinci yarısının sonunda Bitkoin aprel ayında qeydə alınan maksimum dəyərinin təxminən yarısını itirib. Mövcud risklər fonunda demək mümkündür ki, kriptovalyutanı olduqca çətin gələcək gözləyir, “CNBC” belə yazıb.