Əmək pensiyasına əlavə müəyyənləşdirilməsi qaydası dəyişir
Publik hüquqi şəxslərlə bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, dövlət orqanının əsasında Azərbaycan Respublikasının Prezidenti və ya Nazirlər Kabineti tərəfindən publik hüquqi şəxsin yaradılması nəticəsində dövlət qulluğuna xitam verilən, həmin tarixdə əmək pensiyası yaş həddinə çatmasına və dövlət qulluqçusu kimi pensiya hüququnun əldə edilməsi üçün tələb edilən minimum 15 il qulluq stajının toplanmasına ən çoxu 2 il qalan, yəni ən azı 13 il qulluq stajı olan şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun yaranması təklif olunur.
Başqa sözlə, dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə 15 il qulluq stajını toplamasına və əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranacaq.
Qanun layihəsi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanına uyğun olaraq, dövlət orqanının əsasında publik hüquqi şəxsin yaradılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” qanunla dövlət qulluqçuları üçün nəzərdə tutulan qulluq stajının toplanmasına az qalan dövlət qulluğuna xitam verilmiş şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun təmin edilməsinə dair təkliflərin hazırlanması barədə tapşırığın icrasını təmin etmək məqsədilə hazırlanıb.
Mənbə: apa.az


İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olan inkişaf etmiş ölkələrin hökumətləri “covid” ilində büdcə kəsirlərinin kəskin artması fonunda rekord həcmdə – 18 trilyon dollar borc cəlb ediblər. Bu, bir il bundan əvvəlki məbləğdən 6,8 milyad dollar çoxdur, İƏİT-dən belə söyləyiblər. Bu cür yerləşdirmə həmin ölkələrin ümumi ÜDM-nin 29%-nə bərabərdir (bir il əvvəl – bu, 17% təşkil edirdi). Orta hesabla, son illərdə İƏİT ölkələri hər il $10,5 trilyon kredit cəlb edir. Bu məbləğin 80%-i köhnə borcun yenidən maliyyələşdirilməsinə yönəldilirdi. Bu il isə borc hətta $19 trilyon təşkil edə bilər, təşkilat belə bir rəqəmi gözləyir.
Sual: Bildiyiniz kimi, elektron qaimələr iş və xidmətin başa çatdığı ayda təqdim edilir. İş hər ayın 30-və ya 31-ci günündə başa çatır. Bilmək istəyirəm ki, elektron qaimənin hər ayın sonunda verilməsi mütləqdirmi? Xidmət 31 avqustda yekunlaşarsa sentyabrın 1-də elektron qaimənin verilməsində qanuna zidd maddə varmı?