Əlilliyi olan şəxslərə hansı vergi güzəşti tətbiq olunur?

posted in: Xəbər | 0

təsisçi, Borc məbləğləri, Zərərin keçirilməsi, Zərər, Kameral uyğunsuzluq məktubları, Kameral uyğunsuzluq məktubu, Hüquqi şəxs, nizamnamə kapitalı, əsas vəsaitlər, 57.1 və 58.1-1-ci maddələrin fərqi, vergi ödəyicilərinin mənfəəti, sənədlər, Təmir xərcləri, malların təqdim edilməsi, Xidmətlərin göstərilməsi, Vergi Məcəlləsində dəyişiklik, vergi uçotu, daşımalar, Ödəmə mənbəyində vergi, Vergi elementləri, vergi məcəlləsi, qayda pozuntusu, icra, Nağdsız hesablaşmalar?Sadələşdirilmiş vergi, qayda pozuntusu, təmir xərcləri, vergi ödəyicisinin vergi öhdəliyi, maliyyə dəstəyi, Pandemiya, Vergi Məcəlləsi, Vergi ödəyiciləri, Ezamiyyə xərci, vergi borcu, vergi mükəlləfiyyəti, koronavirusla bağlı fəsil, Vergi Məcəlləsi, vergitutma, Mənfəət vergisi üzrə güzəşt, debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt, , maliyyə sanksiyası, Vergi Məcəlləsi, Gəlir vergisi, 102.2.5 maddəsi, 102.2.5 maddəsindəki güzəşt, güzəşt hüququ, satış, fərqlənmə nişanı, EDV, güzəşt, Vergi Məcəlləsi, xərcin çəkilməsi, kassa, vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,Vergi Məcəlləsinə əsasən, I və II dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Dövlət Vergi Xidmətindən bildirilib ki, eyni zamanda, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Qeyd olunanlara əsasən, həmin şəxslər azadolmanı təsdiq edən sənədləri iş yerinə təqdim etməlidirlər.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Auditin təşəkkülü barədə maraqlı faktlar

posted in: Audit, Məqalə, Xəbər | 0

AuditAuditin təşəkkül tarixindən

“Audit” sözü etimoloji olaraq latınca audio – “eşidirəm” sözündən təşəkkül tapıb. Auditə tələbatın əmtəə mübadiləsi və pul münasibətlərinin təşəkkülü və inkişafı ilə eyni vaxtda meydana gəlməsi güman edilir. Auditin ən erkən olaraq e.ə. 700-cü ildə Çində keçirilməsinə dair sübutlar var. Auditin vətəninin məhz, Çin olduğu hesab olunur. Auditin inkişafı fərqli ölkələrin maliyyə və sənaye tarixinin xüsusiyyətləri ilə sıx bağlı idi və ilk növbədə, kapital bazarının inkişafı xüsusiyyətinə görə müəyyən edilmişdi.

Orta əsrlərdə Avropanın ticarət şəhərlərində tacirlərin kontragentlərinin (bir qayda olaraq, digər tacirlər və ya bank institutları tərəfindən) xahişi ilə auditorlar tacirlərin mühasibat kitablarını yoxlayır və onların səhihliyinə şahidlik edirdilər. XIX əsrdə kredit verənlərlə yanaşı şirkətlərin sahibkarları da  auditin əsas sifarişçiləri kimi çıxış etməyə başladılar – bu isə öz növbəsində səhmdar və məhdud məsuliyyətli şirkətlərin aktiv inkişafı ilə əlaqəli idi. Hansı ki, sahibkarlar cari idarəetmədə iştirak etmirdilər və müvafiq olaraq muzdla təyin etdikləri rəhbər işçilərin fəaliyyətlərinin yoxlanılmasına zərurət duyurdular.

İqtisadiyyatın qloballaşması, ölkə daxilində və hətta dünyanın müxtəlif bölgələrinə səpələnmiş çoxlu birləşmələri olan transmilli şirkətlərin yaradılması, müstəqil auditorlara olan biznes ehtiyaclarını əhəmiyyətli dərəcədə artırdı. Bundan əlavə, hökumətin iqtisadiyyata müdaxiləsi və vergitutma sisteminin mürəkkəbliyi artdıqca, şirkətlər hesabatlardakı səhvləri və təhrifləri müəyyənləşdirmək və dövlət orqanlarından sanksiyaların qarşısını almaq üçün şirkətin mühasibat uçotu və vergi hesabatlarını yoxlaya biləcək müstəqil mütəxəssislərə ehtiyac duymağa başladılar.

XX əsrdə fond bazarının aktiv inkişafı ilə bağlı auditdə maraqlı olan yeni bir şəxslər kateqoriyası – investorlar ortaya çıxdı. Bir qayda olaraq səhmləri və ya qiymətli kağızlarını bazarda yerləşdirən və fəal şəkildə dövriyyədə olan şirkətlərin iflasına dair yeni hər hansı bir qalmaqal dalğası, auditorlar üçün məhkəmə təqibi, auditorlara və onların apardığı yoxlamalara olan tələblərin sərtləşdirilməsinə gətirib çıxardı. İnvestorların sayının çoxalması, onları auditor xidmətlərinə ən fəal şəkildə və daha çox tələbat duyan bir təbəqəyə çevirdi.

XX əsrin ortalarından etibarən auditorlar öz maraqlarını genişləndirməyə başladılar və yalnız mühasibat uçotu hesabatlarını yoxlamaq üçün deyil, həm də üçüncü təşkilatlar üçün mühasibat uçotunun aparılmasına başladılar. Onlar öz müştəriləri üçün kollegial korporativ mühasib və hüquqşünas, eləcə də investisiya məsləhətçisi və qəyyum kimi çıxış etməyə başladılar. Əlavə olaraq, elmi və texnoloji inqilab audit şirkətlərini müəssisələrin idarə edilməsi, mühasibat uçotunun aparılması, keyfiyyətə nəzarət sistemlərinin tətbiqi və sair digər işlərin müasir texnologiyalarının tətbiqi funksiyalarına yönəltməyə məcbur etmişdir.


Mühasib sözünün mənşəyini bilirsinizmi?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotu sahəsində qarşıda duran yeni vəzifələr müzakirə olunub

posted in: Xəbər | 0

mühasib, vakansiya, Turizm vergi öhdəlikləri vergi güzəştiAzərbaycan Respublikası Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, peşəkar mühasib təşkilatları kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Gənc Mühasiblər İctimai Birliyi (GMİB) arasında birgə görüş keçirilib.

Maliyyə Nazirliyindən bildirilib ki, görüşdə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanunun qüvvəyə minməsindən irəli gələn vəzifələr, mühasiblərin peşə fəaliyyətinin inkişafı, peşəkar mühasib sertifikatının əldə edilməsi və bu təşkilata üzv olmanın zəruriliyi, peşəkar mühasib təşkilatları tərəfindən aparılan maarifləndirici tədbirlərin əhəmiyyəti və bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Həmçinin tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi, təcrübə mübadiləsi, qanunvericiliyə dəyişikliklərin edilməsi üzrə məsləhətləşmələrin aparılması, fəaliyyət prosesində yaranan problemlərin həllində koordinasiyanın təşkili və vahid yanaşma prinsiplərinin tətbiqi diqqət mərkəzində olub.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gəlirli startapı necə təsis etməli? (4-cü hissə)

posted in: Xəbər | 0

Gəlirli startapı necə təsis etməli? (4-cü hissə)

3-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

startap, startapınızın uğursuzluğu

Biznesə yeni başlayan sahibkarlardan ötrü 5 addımdan ibarət təlimat   

Müştərinin “ağrıları” üzərində necə qazanmaq olar?

Gələcək şirkətlər üçün uyğun bir problem nöqtəsi – yetərli sayda istehlakçının “ağrının” mövcudluğunu etiraf etməsi və onun həllindən ötrü ödənişə hazır olduğu zamandır. Belə olarsa, onda sizin startapa bazarda tələbat olacaq.

Qazanc əldə etmək üçün siz ağrını aşkar edə və həmin ağrıya reaksiya verə bilməsəniz – dizayn və inkişafdan başlamış, marketinq və məhsulun testinə kimi bütün qalan fəaliyyətlər boşunadır. Əgər hansısa məhsul problemləri həll etmirsə, adamlar ona görə ödəniş etməyəcəklər.

Konkret plana keçək

Hansı konkret bazarda və hansı bir sahədə bir startap açmağınızı planlaşdırdığınızı siz yaxşı anlayırsınız. Beləliklə, növbəti addım şirkətinizin həll edəcəyi problemi konkretləşdirmək  – onu işləyib hazırlamaq və problemə  reaksiyanı test etməkdir.

İdeyanızın həyata keçəcəyini və qazanc gətirə biləcəyini necə öyrənmək olar?

  1. Potensial müştərilər qrupu tapın
  2. Onların arasında sorğu keçirin: sorğunu şəxsən keçirsəniz daha yaxşıdır, lakin, bu elektron poçt vasitəsilə də mümkündür;
  3. Nəticələri qiymətləndirin.

Məsələni daha yaxşı anlamaq üçün fokus qrup iştirakçılarının sizinlə mümkün qədər dürüst olmasına çalışın. Onlara məhsulun ideyasını satmayın, ən yaxşısı açıq suallar verin. Sualları elə tərtib etmək lazımdır ki, respondentlər sərbəst şəkildə və təzyiq olmadan cavab verə bilsinlər.

Sual nümunələri:

  • X probleminin həllində ən böyük çətinlik nədir?
  • X problemi haqda danışın. Ötən dəfə nə baş vermişdi, bu problemlə siz necə qarşılaşmışdınız?
  • Niyə bu təcrübə sizdən ötrü bu qədər xoşagəlməzdir?
  • Problemi həll etməkdən ötrü siz hansı hərəkətləri etmisiniz?
  • Problemi həlli etmək üçün hansı həll yollarından istifadə edirsiniz? Onlarda sizi qane etməyən nədir? Onları necə dəyişdirmək olar?

5-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 958 959 960 961 962 963 964 2. 693